şənbə günü, 24 oktyabr 2026
     

Minsk Qrupunun amerikalı sabiq həmsədri Qarabağa dair yeni təklif verdi - Dağlıq Qarabağ BMT-nin idarəçiliyinə verilsin...

Image


ABŞ-ın ATƏT-in Minsk Qrupundakı keçmiş həmsədri Riçard Hoqland müsahibəsində  Ermənistan-Azərbaycan sərhədində yaşanan son hərbi eskalasiyanı şərh edərkən maraqlı fikirlər səsləndirib.

Hoqland ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kasprşiklə qeyri-rəsmi söhbət etdiyini bildirib: “Hazırda onlar gərginlik zonasında müşahidə missiyası həyata keçirə bilmirlər. Minsk Qrupu gərginliyi azaltmaq və status-kvoya qayıtmaq üçün çox səy göstərib. Ancaq mən hiss edirəm ki, o, problemi həll etmək iqtidarında deyil”.

Diplomat hesab edir ki, Minsk Qrupu ən xoş niyyətlə, münaqişəyə cəlb olunan tərəflərin və Rusiya kimi böyük bir dövlətin dəstəyi ilə belə, problemi yoluna qoya bilməz. O, Dağlıq Qarabağa dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, bir sıra həllər təklif edən “Madrid prinsipləri”ini mövcudluğunu xatırladıb:

“Hətta Rusiya xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, bu vaxtadək tərəflər məsələni qarşılıqlı kompromislər əsasında həll etməyə hazır deyil. Belə vəziyyət davam edəcək və təəssüf ki, vətəndaş cəmiyyətləri də buna cəlb oluna bilər. Şəxsən mən hesab edirəm ki, məsələ BMT-nin probleminə çevrilməlidir və yeganə yol Dağlıq Qarabağı qeyri-müəyyən müddətə BMT protektoratı altına verməkdir. Gələcəkdə, illər sonra, emosiyaların soyuduğu zaman hər iki tərəf BMT-nin rəhbərliyi altında gələcəklə bağlı öz istəklərini ifadə edə biləcək”.

Türkiyənin Qarabağ tənzimlənməsində rolundan danışan Hoqland Ankaranın birbaşa münaqişəyə cəlb olunmasına dair heç bir dəlil-sübutun olmadığına diqqət çəkib:“Əlbəttə, biz hamımız bilirik ki, Azərbaycan və Türkiyə yaxın müttəfiqdir, lakin Ermənistan və Rusiya da müttəfiqdir. Bölgədə bu vəziyyətdən bəhrələnə biləcək başqa aktorlar var”.

Dağlıq Qarabağın BMT idarəçiliyinə verilməsi ilə bağlı təklif  dövriyyəyə buraxılan yeni fikirdir. Bu məsələdə hansı məqsədlər güdülə bilər və belə yanaşma Azərbaycan üçün nə vəd edir?

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunu qeyri-məqbul yanaşma hesab edir:“Azərbaycanın tarixi ərazisi niyə BMT-nin protektoratı altına verilməlidir? Bu nə yanaşmadır? Orada azərbaycanlı yaşamayacaqsa, hansı ədalətli yanaşmadan söhbət gedə bilər? Ermənilər orada yenə “müstəqil” yaşayacaqlarsa, hansı emosiyanın sönməsindən söhbət gedə bilər? Mənim torpağım işğal edilib, bir milyondan artıq vətəndaşım çöllərə salınıbsa, Dağlıq Qarabağın BMT nəzarəti altına verilməsinə heç bir zərurət görmürəm. Bu, əksinə, məsələnin həllini mürəkkəbləşdirməyə hesablanıb. Yaşanan problemin sadə həll yolu var. Bütün emosiyanı yaradan Ermənistandır. Bu ərköyün topluma bir dəfə qulaqburması vermək məgər bu qədərmi çətindir? Onlar qan töküb Xocalı soyqırımını törədiblər, başqasının ərazisinə təcavüz edib 7 rayonumuzu işğal ediblər, 30 mindən çox insanımızı öldürüblər, ölkəmizə 350 milyarddan çox ziyan vurublar. Belə bir ölkəyə yerini göstərmək lazımdır ki, problemin həlli nizama düşsün. Sanki qarşılarına bir məqsəd qoyublar ki, Ermənistanı qəzəbləndirməyən həll variantları ortaya qoyulsun. Bütün beynəlxalq hüquq normalara görə, Ermənistan işğaldan əl çəkməlidir. Bu kiçik xalq bir dəfə bizim torpaqlarımızda öz dövlətini yaradıb. İndi biz ikinci erməni dövlətinin yaranmasını seyr etməliyik? Burada anlanılması çox sadə bir vəziyyət mövcuddur. Ermənistan hücum edib ərazi işğal edibsə, elə BMT qanunlarına görə onları yerində oturtmağın mexanizmləri mövcuddur. BMT-nin nizamnaməsində göstərilir ki, işğala məruza qalan xalq ya tək, ya da kiminləsə birləşib, həmin işğalın nəticələrini aradan qaldırmaq hüququna malikdir. Düşünürəm ki, kifayət qədər asan mexanizmlər ola-ola, məsələnin həllini daha da mürəkkəbləşdirməyə ehtiyac düyülmür. Ermənistana elə BMT səviyyəsində sanksiyalar tətbiq etmək olar ki, beynəlxalq normalara əməl edib, işğaldan əl çəksin. Sabiq həmsədrin irəli sürdüyü təklifi Azərbaycan üçün məqbul saymıram. Orada olan həll variantlarını Ermənistana qəbul etdirmək üçün ona təzyiqləri artırmaq lazımdır. Onda münaqişənin həllində irəliləyişin şahidi olarıq. Minsk Qrupunun fəaliyyəti qaneedici deyilsə, həmin formatın yenilənməsi nəzərdən keçirilə bilər. Prosesə təkan verə biləcək addımlar ətrafında müzakirə olmalıdır, bizi geri sala biləcək fikirlər ətrafında yox”.

BMT TŞ-nin 27-28 ildir kağız üzərində qalan və erməni işğalçı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələrinin icrasına nail ola bilmirsə, Dağlıq Qarabağın həmin qurumun protektoratına verilməsi kimi təkliflər çox gülünc səslənir.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ