Bazar ertəsi günü, 05 oktyabr 2026
     

“Klassik musiqi səssiz deyil-sadəcə onu eşidən azdır”

Image


Qloballaşan dünyada musiqi zövqləri dəyişir, sürət, sadəlik və ritm axtarışı sənətin müxtəlif növlərinə təsir edir. Bu dəyişikliklər arasında klassik musiqi çox zaman “darıxdırıcı”, “çətin başa düşülən” və ya “köhnəlmiş” kimi qiymətləndirilir. Lakin bu, həqiqətən belədir? Klassik musiqi, həqiqətən, bugünkü insanın ruhuna toxuna bilmir? Bəlkə də sadəcə onu təqdim etməyin forması dəyişməlidir?

Bu sualları cavablandırmaq üçün çağdaş Azərbaycan bəstəkarı, elektroakustik janrda da uğurlar qazanan, bir çox yerli və beynəlxalq layihələrin iştirakçısı olan Nigar Süleyman ilə söhbətləşdik. O, klassik musiqini sadəcə keçmişin yadigarı deyil, gələcəyin dili hesab edir.
Nigar Süleyman 1999-cu ildə Bakıda anadan olub. Bülbül adına ixtisaslaşdırılmış musiqi məktəbinin, daha sonra Bakı Musiqi Akademiyasının bəstəkarlıq ixtisasının məzunudur. Onun əsərləri Azərbaycan Dövlət Simfonik Orkestrindən tutmuş Estoniyada və Rusiyada keçirilən festivallarda səslənmiş, müxtəlif beynəlxalq mükafatlara layiq görülmüşdür. Eyni zamanda, o, səs mühəndisliyi və elektroakustik musiqi sahəsində də özünü sınamış, klassik musiqiyə çağdaş nəfəs gətirməyə çalışır.
Onunla müasir dövrdə klassik musiqinin taleyi, gənc musiqiçilərin çağırışları və Azərbaycan musiqi mühitində baş verən yeni dalğalar haqqında danışdıq.

“Gənc bəstəkarlar var, amma onları görən yoxdur”

- Azərbaycanda yeni klassik musiqi bəstələrinin adını eşitmək demək olar ki, mümkün olmur. Sizcə, bu janr niyə bu qədər görünməz qalıb? Dinləyiciyə maraqsızdır, yoxsa bu musiqi kifayət qədər tanıdılmır və dəstəklənmir?

- Mən ikinci fikirlə razıyam. Əslində bu sahədə proseslər gedir, gənc bəstəkarlar yeni əsərlər yazırlar. Sadəcə, bu işlər yetərincə tanıdılmır. Bu, həm də institutların, qurumların problemidir. Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı daha çox keçmiş bəstəkarlara həsr olunmuş konsertlər təşkil edir. Halbuki mən ətrafımda – dostlarım, yaşıdlarım, hətta məndən kiçik və böyük bəstəkarlar arasında daim axtarışda olan, yaradıcı proseslə məşğul olan insanları görürəm.

Amma piar işi getmir. Tanıtım yoxdur. Sosial mediada biz özümüz etməsək, heç kim etməz. Afişalar elə yerlərdə olur ki, heç kim görmür. Marketinq məsələsi bizdə böyük boşluqdur. Bu düşüncə də bir az sovet dövründən qalır – "kim gələcək ki?" – deyə düşünürlər. Amma bu, artıq belə deyil. İndi insanların diqqətini cəlb etmək çətindir və bunun üzərində ciddi işləmək lazımdır.

- Yəni deyirsiniz ki, indiki dövrdə klassik bəstəkarlar öz yolunu özü tapmalıdır?

-Bəli, dövlət qurumlarının dəstəyi yetərli deyil. Mən özüm çalışıram ki, sosial mediada bu sahədə baş verənləri paylaşım. Hətta dostlarımın tədbirlərini də öz səhifəmdə yayıram ki, daha çox insan xəbər tutsun, konsertlərə gəlsin. Bu sahədə bir-birimizə arxa olmaq məcburiyyətindəyik.

"Musiqi təhsili var, amma balanssızdır”

- Bəs musiqi təhsili bu janrı yetərincə dəstəkləyirmi?

- Məncə, baza olaraq təhsil güclüdür. Məsələn, mən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində çox yaxşı müəllimlərdən dərs almışam. Sonra Bakı Musiqi Akademiyasını bitirmişəm, daha sonra Erasmus proqramı ilə Estoniyada – Musiqi və Teatr Akademiyasında təhsil almışam. Yaxşı müəllimlərdən dərs almışam və çox şey öyrənmişəm.

Amma bəzi sistematik problemlər var. Məsələn, musiqiçiyə lazım olmayan fənlərin keçirilməsi və ya pullu təhsil məsələsi. Məncə, incəsənət sahəsində təhsil ödənişli olmamalıdır. Əgər bir insan yalnız pul verə bildiyi üçün qəbul olunursa, bu doğru yanaşma deyil. Qəbul prosesində daha seçici olmaq lazımdır.

- Bu dediyiniz qabiliyyət imtahanları ilə də bağlıdır?

-Tamamilə. Məsələn, bir ixtisas üzrə 70-80 nəfər yox, 30-40 nəfər seçilsə, daha dayanıqlı, istedadlı və çalışqan kadrlar yetişər. Bu halda həmin məzunların çoxu musiqi sahəsində qalacaq. Hazırda isə yüz nəfər məzun olur, bir il sonra onların 70%-i bu sahədən uzaqlaşır. Təhsil müəssisəsinin missiyası yaxşı musiqiçi yetişdirməkdirsə, bu da yaxşı musiqiçi qəbul etməklə başlamalıdır.

- Bu gün musiqidə kommersiya amili ön plandadır. Trend, baxış sayı, monetizasiya... Belə bir ortamda klassik musiqi yazmaq sizə nə qədər mümkündür? Hər hansı təzyiqləri hiss edirsinizmi?

- Ən böyük təzyiq özüm-özümə etdiyim təzyiqdir. Düzdür, bəzi hallarda kommersiya musiqisi ilə məşğul olan insanlar klassikaya bir az yuxarıdan baxırlar. Onlar bu sahəni daha çox "kostyumlu adamların işi" kimi görürlər. Amma mən iki cür düşünürəm. Birincisi, hər musiqinin öz auditoriyası var. İkincisi, bu sahədə qalmaq istəyirsənsə, öz dəyərindən əmin olmalısan. O zaman bu təzyiqlər səni sarsıtmaz.

“Klassika darıxdırıcı deyil, təqdimatı monoton olub”

-Bəzən klassik musiqi haqqında “köhnəlib, darıxdırıcıdır” fikirləri səslənir. Bu stereotipi necə qırmaq olar?

– Təqdim etmə forması dəyişməlidir. Xaricdə bəstəkarlar sosial şəbəkələrdə əvvəlcə bəstənin hekayəsini danışır, vizualla dəstəkləyir, sonra musiqini təqdim edirlər. Bu, izləyicini cəlb edir. Klassik musiqi artıq yalnız filarmoniyada oturub Beethoveni dinləmək deyil. Mən özüm də çalışıram ki, yeni yollar tapım – soundtrack yazıram, vizual layihələr hazırlayıram, hekayə ilə musiqini birləşdirirəm.

“İzləyici azdırsa, bu o demək deyil ki, sən dəyərsizsən”

– Bu sahədə yeni başlayanlara nə məsləhət verərdiniz?

– Öz yolunuzdan dönməyin. Hətta bu sahədə olanlara da deyirəm ki, çatdırma tərzinizi dəyişin. Artıq sadəcə musiqi ifa etmək yetmir – onu təqdim etmək, vizuallaşdırmaq, paylaşmaq lazımdır. Həvəsdən düşməyin. Baxın, Hans Zimmer dünyanın ən məşhur soundtrack bəstəkarıdır, amma özü deyir ki, not bilmir. Əsas olan istedaddır, hissdir, yaradıcılıqdır. İzləyici sayı az ola bilər, amma bu sizin dəyərinizi azaltmır.

“Yeni dalğa artıq başlayıb – sadəcə xəbəri olan azdır”

– Azərbaycanda yeni klassik musiqi dövrü başlaya bilərmi? Nə və kimlər dəyişməlidir?

– Mən deyərdim ki, bu dövr artıq başlayıb. Sadəcə biz hələ bunun fərqində deyilik. Məsələn, hər il keçirilən Baku Contemporary Music Days festivalı var. Burada ənənəvi klassikadan fərqli, eksperimental və çağdaş musiqilər səslənir. Hər ilin may ayında keçirilir və mən də hər il iştirak edirəm. Üzeyir Hacıbəyli festivalı, Xarıbülbül festivalı, Kirxanın, Filarmoniyanın tədbirləri, Candlelight konsertləri, universitet tədbirləri – bütün bunlar əslində bir dalğanın başlanğıcıdır. Sadəcə izləyici hələ də bu tədbirlərə tam bələd deyil.

Soundtrack musiqisi də klassikanın bir növüdür. Bu gün insanlar filmlər vasitəsilə bu musiqini qəbul edir. Məsələn, “Tynda Music” adlı orkestr Qazaxıstandandır, amma Avropada konsert verir, bizə də gəlir. Bu musiqi dili sadələşdirilmiş, dövrə uyğunlaşdırılmış klassikadır. Və bu, gələcəyin bir istiqamətidir.

Səssiz dalğanın səsi

Nigar Süleymanın dediklərindən aydın olur ki, klassik musiqi nə keçmişdə ilişib qalıb, nə də sadəcə elit kütləyə xitab edir. Onun fikrincə, təqdimat formaları dəyişərsə, musiqi daha çox insana çata, daha geniş auditoriya qazana bilər. Klassik musiqi nə qədər dərin, bəzən mürəkkəb olsa da, əgər doğru şəkildə danışılarsa, hər kəsin hisslərinə toxuna bilər.

Azərbaycanda bu istiqamətdə baş verən yeniliklər – festivallar, təhsil ocaqlarındakı təşəbbüslər və gənc bəstəkarların fəallığı – göstərir ki, yeni klassik musiqi dalğası artıq formalaşır. Bəlkə də bu dalğa səssiz gəlir, lakin diqqətlə qulaq asanlar üçün kifayət qədər güclü və ilhamvericidir. Musiqi görünməz deyil. Sadəcə görünməyə qoyulmur. Və onu görünən etmək isə bizim – dinləyicilərin, jurnalistlərin, menecerlərin və əlbəttə ki, bəstəkarların öz əlindədir.

Sevinc BAĞIROVA
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ