şənbə günü, 21 noyabr 2026
     

Azərbaycan cəmiyyəti müasir uşaq şairlərini və yazıçıları tanımır - sanballı şair-yazıçı varmı?..

Image


Azərbaycanda uşaq ədəbiyyatının tarixi qədim olsa da, amma onun yüksəliş dövrü, kütləviliyinin təmin olunması, az qala hər uşağa çatması, qabaqcıl ədəbiyyata çevirilməsi hadisəsi Sovet dövründə yaşandı. 

O dövrdə Xanımana Əlibəyli, Xalidə Hasilova, Əli Səmədli, Məstan Günər, İlyas Tapdıq, Zahid Xəlil, Hikmət Ziya, Güney Azərbaycandan Səməd Behrəngi,  onların hamısından da əvvəl Süleyman Sani Axundov, Abdulla Şaiq, Abbas Səhhət, Mirzə Ələkbər Sabir (bəzi şeirləri) və başqa şairlər, yazıçılar uşaqlar üçün çox maraqlı əsərlər yazıblar. O şair və yazıçıların uşaq ədəbiyyatı nümunələri də bütün Azərbaycanı dolaşırdı, hər ünvana, hər kitab mağazasına, hər kitabxanaya çatırdı, uşaq ədəbiyyatı ilə bağlı məktəblərdə xüsusi təbliğat aparılırdı. 

Bu gün Azərbaycanda uşaq ədəbiyyatının inkişafını görə bilmirik. Böyük ənənələrə sahib olmasına və istedadlı uşaq şairlərinin, yazıçılarının yazıb-yaratdığına baxmayaraq biz uşaq ədəbiyyatının varlığı haqda ürəkdən danışa bilmirik.  Bu gün demək olar ki, çox adam uşaq ədəbiyyatının olmasına şübhə ilə yanaşır, heç bu sahədə yazıb-yaradanlar barədə də məlumatları yoxdur. Uşaq ədəbiyyatının inkişafı əsas götürülməli olduğu halda bizdə hələ bu sahə ilə ciddi maraqlanan yoxdur. Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı sektoru olsa da, o da bu sahənin inkişafına təkan vermir.  Ölkəmizdə ilk dəfə keçirilən Azərbaycan Dili və Ədəbiyyatı Forumunda müasir uşaq ədəbiyyatının problemləri polemika mövzusuna çevirilib və çıxış edənlərdən bəziləri  uşaq ədəbiyyatında hökm sürən problemlərin əsas günahkarı kimi Elm və Təhsil Nazirliyini, dərslikləri hazırlayanları qeyd ediblər.

Bu gün Azərbaycanda ciddi uşaq ədəbiyyatı nümayəndələri var. Zahid Xəlil, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Aygün Bünyadzadə, Qəşəm Nəcəfzadə, Gülzar nənə  və başqaları uşaqlar üçün yazırlar. İnsafən, müair uşağın düşüncəsinə yaxın yazırlar, amma təəssüf ki, uşaqlar bu şair və yazıçılarının əsərlərini demək olar ki, kütləvi olaraq tanımırlar, oxumurlar... Belə demək olarsa, bu gün uşaq ədəbiyyatı özünün böhran dövrünü yaşayır, internet,mobil telefon, virtual oyunlar uşaqların marağını cəlb edir, kitab da, ədəbiyyat da unudulur.

Hazırda ədəbiyyatın ciddi problemi əsasən uşaq ədəbiyyatı ilə bağlıdır. Uşaq ədəbiyyatını böhrandan çıxarmaq üçün nə etmək lazımdır? Uşaqları mütaliəyə necə qaytara bilərik?

  • Aygün Bünyadzadə: “Məncə, uşaqları telefonlardan ayırmaq üçün üsullar fikirləşmək lazımdır”

Tanınmış uşaq yazıçısı, Polşada təsis olunmuş və BMT tərəfindən təsdiq olunmuş “Uşaqlar qarşısında xidmətlər üçün ” Beynəlxalq Təbəssüm Ordeni laureatı   Aygün Bünyadzadə “Bakı-Xəbər”ə açıqlamasında problemin ciddi olduğunu bidirdi. “Bu sahədə problem ciddidir. Bunun üçün, məncə, uşaqları telefonlardan ayırmaq üçün üsullar fikirləşmək lazımdır. Bir də, nələrsə düşünüb tapmaq lazımdır ki, yaxşı uşaq kitablarını satış qiymətləri aşağı endirilsin”-deyə A.Bünyadzadə vurğuladı.

  • Sevinc Nuruqızı: “Uşaq yazıçılarının sayı barmaqla sayılacaq qədərdir”

Digər tnınmış uşaq yazıçısı Sevinc Nuruqızı isə həmkarından fərqli olaraq mövzu ətrafında geniş danışdı: “Uşaq ədəbiyyatı təkcə indi deyil, bütün dövrlərdə ədəbiyyatın ən zəif inkişaf edən sahəsi olub. Çünki uşaqlar üçün yazmaq çox çətindir. Bu səbəbdən də uşaq ədəbiyyatına az gəlirlər. Baxmayaraq ki, uşaq ədəbiyyatı çoxmilyonlu bir kütləni əhatə edir, amma bütün dövrlərdə uşaq ədəbiyyatı ilə məşğul olanların sayı çox az olub. Biz ədəbiyyat tarixinə baxsaq, görərik ki, onilliklərlərlə uşaq yazıçılarının sayı dördü-beşi aşmayıb. Elə bu gün də elədir, uşaq yazıçılarının sayı barmaqla sayılacaq qədərdir. Hətta uşaq yazıçılarının barmaqla sayılacaq qədər olduğunu Azərbaycan Dili və Ədəbiyyatı Forumunda AMEA-nın Ədəbiyyat İnstitunun uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimova da qeyd etdi. Bu  təkcə uşaqlar üçün yaxşı yazanlara aid deyil, ümumiyyətlə, uşaqlar üçün yazanlar çox deyil, yaxşı yazanlar isə həddən artıq azdır. Məsələn, hazırda Azərbaycan ədəbiyyatında mənim zövqümü oxşayan yazıçı üç-dörd nəfərdir. Onların yazısını uşaqlar üçün qənaətbəxş hesab edirəm. Yəni uşaq ədəbiyyatı nümunəsi uşağın adı, uşağın başına gələn əhvalatların təsviri ilə yazılanlar deyil. Uşaq ədəbiyyatı nümunəsi uşaq ədəbiyyatının qarşıya qoyduğu məqsədlərə, vurmaq istədiyi hədəflərə uyğun olmalıdır. Uşaq  ədəbiyyatı təmsilçisi uşaq kimi düşünən, qəlbən uşaq olan, uşağı başa düşən, anlayan, müasir uşağın nə istədiyini, nəyi oxuya biləcəyini, onu nə maraqlandıracağını anlayan və bu mövzularda yazan yazıçıdır. Onu da qeyd edim ki, uşaqlar üçün yazmaq olduqca çətindir. Çünki uşaqlar bu gün çox sürətlə müasirliyə doğru gedirlər və yazar əgər onlarla ayaqlaşmırsa, yazıları geri qalacaq, yazıları zövqü oxşamayacaq. Onun yazıları müasirliklə ayaqlaşmayacaq və təbii ki, uşaqlar tərəfindən oxumayacaq. Uşaq oxumur demək olmaz. Oxuyan uşaqlarımız var . Hər bir zamanda belə olub”.

S. Nuruqızının sözlərinə görə, 30 il bundan əvvəl də bütün uşaqlar mütaliə ilə məşğul olmurdu, onda da oxuyanlar və oxumayanlar vardı. S. Nuruqızı deyir ki, indi də mütaliə edən uşaqlar var. O, hesab edir ki, uşaqda mütaliə vərdişini əsasən valideyn yaratmalıdır, o uşağını buna sövq etməlidir. O qeyd etdi ki, valideynlər iki yerə bölünür-uşaqları mütaliəyə cəlb edən və etməyən. Kiçik yaşlı uşaqların ədəbiyyatı özləri seçmədiyini, bunu onlara valideynlərinin aldığını deyən S Nuruqızı hesab edir ki, seçim düzgün olmalıdır. "Kitab bazarında ən müxtəlif yazarların kitabı var. İndi uşaq ədəbiyyatındakı boşluqdan istifadə edib müxtəlif işbazlar özlərini ora yamaq etmək istəyirlər. Pulu çox, istedadı az olanlar bir kitaba gözəl şəkillər çəkdirə, onu nəfis şəkildə çap etdirə bilər və sair amma kitabın içindəki yazılar uşaq ədəbiyyatına tam yad ola bilər. Ona görə valideyn, müəllim, böyüklər uşaq ədəbiyyatı seçimində diqqətli olmalıdır. Oxumaq istəyən uşaq üçün də ədəbiyyat qıtlığı var, uşaq ədəbiyyat tapmır. Çünki uşaq ədəbiyyatı sahəsində yaxşı yazanların sayı azdır. Bu yaxşı yazanların da kitabları çox az tirajla çap olunur və gedib uşaqların çoxuna çatmır. Təsəvvür edin, çoxmilyonlu uşaq ədəbiyyatı oxucusu auditoriyasına tutaq ki, mənim kitablarım min, min beş yüz, iki min  tirajla təqdim edilir. Hazırda uşaqlar üçün uşaq ədəbiyyatını təqdim edən yeganə yer kitabxanadır. Uşaq ədəbiyyatı artıq uşağın şəxsi kitabxanasının ədəbiyyatı olmaqdan çıxıb”-deyə S.Nuruqızı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ