Cümə axşamı günü, 29 oktyabr 2026
     

Bəzi Azərbaycan bankirləri xaricdə müəmmalı danışıqlara başlayıblar

Image


Bankları xarici borclanmanı artırmağa məcbur edən nədir?

Azərbaycan bankları maliyyə ehtiyaclarını qarşılamaq üçün, əvvəlki kimi, müxtəlif xarici maliyyə institutlarından vəsait cəlbini davam etdirir. Ümumiyyətlə, xaricdən kredit cəlbi banklarımızın əsas maliyyə mənbələrindən biri hesab edilir. Lakin o da faktdır ki, xaricdən kredit cəlbi banklara heç də ucuz başa gəlmir və üstəlik, banklar bunu adətən vasitəçilərin köməyi ilə edir.
Nəticədə cəlb olunan vəsait daha baha başa gəlir və bu da özünü sonda əhaliyə verilən kreditlərin faizlərinin yüksək olmasında göstərir.
Əslində, Azərbaycanda kommersiya banklarının əhaliyə verdiyi kreditlərin böyük əksəriyyətini mərkəzləşmiş yox, xaricdən alınmış kreditlər təşkil edir. Səbəbi də ondan ibarətdir ki, xaricdən təklif olunan kreditin faiz dərəcəsi nisbətən ucuz başa gəlir. Bundan başqa, özəl bankların kapitallarının iştirakında xarici investorlar da olur. Bu da banklara xaricdən vəsait cəlbi üçün stimul verir. Yuxarıda qeyd olunduğu kimi, banklar əvvəlki qaydada xaricdən kredit cəlbini artırır. Belə bir vaxtda "Global Capital" portalı yazır ki, manatın devalvasiyasından sonra bir sıra Azərbaycan bankları xarici banklardan daha çox borc almağa çalışır. Məlumatın mənbəyi kimi bankirlər göstərilir. Qeyd olunur ki, hazırda bir neçə Azərbaycan bankı xaricdən borc almaq üçün daha iri kreditorlarla danışıqlar aparır. Belə banklardan biri Azərbaycan Beynəlxalq Bankıdır. "Global Capital" bildirir ki, bank ötən il beynəlxalq kreditorlardan bir illiyinə 160 milyon dollar kredit cəlb edib və bu müddət aprel ayında başa çatır. Banklararası sindikatlaşdırılmış kredit sövdələşməsində Azərbaycan Beynəlxalq Bankının tərəfdaşları "Alfa-bank", "CitiGroup", "Commerzbank", "ЖP Morgan" kimi iri banklar olub.
Xaricdən vəsait cəlbi isə adətən dollar və avro kimi valyutalarda olur. İndi bu pullarla vəsait cəlbi banklara baha başa gəlir. Xatırladaq ki, fevralın 21-də Azərbaycan Mərkəzi Bankı manatın kursunda kəskin dəyişiklik edərək milli valyutanı dollara nisbətdə təxminən 34 faiz ucuzlaşdırıb. Bu da aktivlərinin əsas hissəsi manat şəklində olan banklar üçün müəyyən problem yaradıb. Bu durumda bankların əlavə vəsait cəlbi onların borc öhdəliklərini artırır. Onsuz da bankların xarici borcu son illərdə xeyli artmışdı. Təkcə son bir ildə ölkədə fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi 1 milyard manat və ya 28% artaraq ötən ilin sonuna 4,7 milyard manatı keçib. Son 10 ildə Azərbaycan kommersiya banklarının xarici borcunda kəskin fərq yaranıb. Belə ki, bankların xarici borcu 2005 ildə cəmi 158 milyon manat təşkil edirdi. İndi isə 4,7 milyard manatdan yuxarıdır. Ekspertlərə görə, xarici öhdəliklərin həcm və xüsusi çəkisi üzrə yüksək olması bank sistemi üçün müəyyən təhlükələr yaradır. Çünki bunlar yerli maliyyə sisteminin xarici maliyyələşmədən asılılığına gətirib çıxarır. Hazırda bankların xaricdən daha çox maliyyə almaq istəkləri isə bu asılılığı daha da artırır.
Onu da qeyd edək ki, müəyyən xarici maliyyə institutları Azərbaycanda bank sektoruna daxil olmağa çalışır. Xarici investorların özlərinin də marağı var ki, kommersiya banklarının borclanması Mərkəzi Bankdan yox, birbaşa onlardan olsun. Bu onların birlikdə işləməsinə əsas verən amildir. Amma bunun mənfi tərəfləri də var. Məsələn, xaricdən borclandığı müddətdə bankların aktivləri dünyada böhran yarandıqda təhlükə altına düşür. Xatırladaq ki, son dünya iqtisadi böhranı zamanı xarici maliyyələşmə səviyyəsi yüksək olan bir sıra ölkələrin maliyyə sistemlərində ciddi böhran yaşanıb, likvidlik problemləri müşahidə olunub, hətta milli valyutaları məcburi devalvasiya edilib. Hazırda yerli bankların xarici öhdəliklərinin artması dünya iqtisadiyyatında baş verənlər fonunda ciddi təhlükə mənbəyinə çevrilir.
Hesab olunur ki, banklar daha çox daxili mənbələr hesabına maliyyələşməlidir. Xatırladaq ki, kommersiya bankları özlərinin maliyyə ehtiyatlarının toplanmasında mənbə kimi Mərkəzi Bankdan alınan kreditlər, əhalidən toplanan depozitlər, bank fəaliyyətindən əldə olunan vəsait və həmçinin, xarici borclanmadan istifadə edirlər. İndiki vəziyyətdə Mərkəzi Bankın banklara daha çox kredit ayırması zəruri sayılır. Bu, kredit faizlərinin aşağı düşməsində də mühüm rol oynamaq iqtidarındadır. Xatırladaq ki, Azərbaycanda faiz dərəcələrinin yüksək olması bank sektorunun ən ciddi problemlərindən biridir. Mərkəzi Bank dəfələrlə bankların kredit faizlərinin aşağı salınacağı ilə bağlı açıqlama versə də, bu baş tutmayıb. Ekspertlər bunu bankların cəlb etdiyi kredit resurslarının bahalı, eləcə də iqtisadiyyatda mənfəət normasının yüksək olması ilə əlaqələndirir. Faiz dərəcələrinin yüksək olması və kommersiya banklarının real sektoru maliyyələşdirməkdə maraqlı olmaması isə dəfələrlə yüksək səviyyədə də əsas iradlardan biri kimi tutulub. Ən vacib məqamlardan biri isə bank sektorunda depozitlərlə kredit faizi arasında böyük fərqin olmasıdır. Hazırda 12%-lik depozit sığortalıdır. Amma kommersiya banklarının təklif etdiyi kredit faizləri bu göstəricidən təxminən 3 dəfə artıqdır.
Bu ondan xəbər verir ki, sığorta faiz dərəcələrinin aşağı salınması kommersiya banklarının faiz dərəcələrinin aşağı salınmasına gətirib çıxara bilməyib. Bank sektorunda rəqabətin zəif olması, sektorların zəif liberallaşdırılması praktik olaraq bu gün kredit faizlərinə təsir göstərən əsas faktorlardan biridir. Bütün bunlar fonunda Mərkəzi Bankın artıq proseslərə daha fəal müdaxiləsi zəruri sayılır.
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ