Cümə günü, 13 noyabr 2026
     

İgid ömrü

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq. Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

Anadangəlmə qəhrəman

(Üçüncü yazı)

Ürəyi qardaş itkisindən yaralı Fiqurə xanımı dinləməkdə davam edirəm. Uşaqlıqdan atasız-anasız qalmış, büsbütün kimsəsizliyi on doqquz yaşında yaşamış Fiqurə xanım dərindən köks ötürərək söyləyir ki, Füzuli yaralananda Qurban adlı xocalılı bir oğlan camaata tərəf ağlaya-ağlaya gələrək ermənilərin orda bir nəfəri vurduğunu deyir. Camaatdan kimsə ona cavab olaraq deyir orda bir nəfəri yox, çox adamı vurublar. Fiqurə xanıma tam danışıldığına inansaq, hadisə belə baş verir: deməli, Füzuli görüb ki, qonşularının atası yaralanıb. Cabbar adlı dostu, o, İsrail, başqa kimlərləsə birlikdə həmin əraziyə doğru irəliləyirlər. Nə qədər xocalılını, o cümlədən dayısı oğlanları Əkbəri, Şükürü də Füzuli çıxarır mühasirədən. Fiqurə xanımın sözlərində bir inciklik notunu da hiss edirəm bu anda. Onun sözlərinə görə, Füzulinin xilas etdiyi bu adamlardan həmin qohumları indi özlərini daha “ağıllı” hesab edərək, hətta “ağlı olsaydı ölməzdi” deməkdən belə çəkinməyənlər var. Tarixin ironiyasına bir fikir verin, əziz oxucular!!! Təəssüf ki, ürəyim bulanmasın deyə, Fiqurə xanım bu insanlardan heç birini mənimlə həmsöhbət olmaq üçün əlaqələndirmək istəmədi. Amma belələrinə nə ad vermək olar?!.. Bunları düşündükcə əsəbiləşən Fiqurə müəllimə qəribə bir küskün qənaətini bölüşür bizimlə: “Düz deyirlər yəqin. Görünür, ağıllı onlar imiş ki, salamat gəlib çıxa biliblər”. Şəhidin - Milli Qəhrəmanın yadigarını belə küskün duruma salanlara nə ad verək, sizcə əziz oxucular, əziz azərbaycanlılar?!..

Fiqurə xanımdan onu da öyrənirəm ki, orta məktəb müəllimlərini də bu qan-qadanın içərisindən sağ-salamat çıxarıb Füzuli: “Burda məktəbdə bizimlə işləyən müəllim var, onun anası müəllimə də orda olub. Müəllimə deyib ki, ay Füzuli, başın bəlalıdı, çıx get, Zamin cavab verib ki, “yox, gedə bilmərəm, arvad-uşağı girov aparırlar!”. Ayrı bir arvad olub Gülarə adında, o, eləcə də neçə nəfər qocalar deyiblər ki, a bala, çıx get də niyə qayıdırsan təkrar-təkrar? Amma bütün bu təkidlərə baxmayaraq, Zamin yenə də qayıtmayıb, gedib yollara səpələnmiş xocalılara bələdçilik etmək üçün. Bu minvalla nə qədər uşaq, qoca, qız-gəlin, yaralı keçirib, yaralıların yaralarını sarıyıb. Gedib ki, yenə adamları çıxartsın, bu dəfə yaralanıb. Lap yolun sonuna yaxın yerdəymiş. Ermənilər onu qaralayıbmışlar. Orda güclü atışma da olmayıb (bu, Füqurə xanımın dedikləridir. Qarşıda digər xocalılıların dilindən eşidəcəksiniz ki, insanların çoxunu məhz Qaraqaya deyilən həmin ərazidə gülləbaran ediblər. Bu çalpaşıq fikirləri anlamaq mümkündür. Buna səbəb həmin dəhşətli Xocalı qətliamı gecəsində hamının xaotik şəkildə qurtuluşa can atmalarıdır yəqin. Hər halda, nizamsız müharibənin yöndəmsiz qaydalarının nəticəsidir ki, Xocalı qətliamından 28 il ötməsinə baxmayaraq, bax belə çalpaşıq fikirlər, yanaşmalar bu gün də baş alıb gedir. Müharibəni müharibə qaydasında etməməyin acı nəticələrindəndir bu fakt – N.Z.). Amma nəyin bahasına olursa-olsun, Füzulini vurub öldürüb sıradan çıxarmaq istəyirmişlər. Orda da cəmisi beş-altı erməni olub. Əgər bizimkilər özlərini cəmləyib vuruşsaymışlar, həmin erməniləri məhv edərmişlər. Ancaq panika hamısını qaçmağa vadar eləyib. Avtomatları da qatlayıb gətirib burda satıblar. Füzuligilsə, dediyim kimi, yaralıları, qocaları, qız-gəlini çıxarmaqla məşğul olublar. Onun ölüm səhnəsindən çıxardığı adamlarla görüşüb danışanda o müdhiş mənzərə sizə tamamilə aydınlaşacaq. Sizə bunları şahidlər danışacaq. O yolda nələr baş verib? Bir UAZ yaxınlaşıb bunlara. İçində də sonradan Ermənistan prezidenti olmuş Robert Köçəryan. Füzuli deyib ki, gəlin bu UAZ-ın içindəkiləri güllələyək, yoxsa bunlar bizim başımıza bəla olacaqlar. Bir arvad gətirib yaylığını atıb onun ayağının altına ki, vurmasın. Sən demə, maşının içərisi rabitə cihazları ilə dolu imiş. O maşındakılar geriyə qayıdıb xeyli azərbaycanlını qətlə yetirib. Yəni demək istəyirəm ki, çoxu qorxusundan meşədə güllə atmayıb. Görünür, elə erməni bu əraziyə çatanda qarovulladığı bircə qardaşım olub ki, o ermənilərə atıb, onlar da qayıdıb ona atıblar. Bizimkilər cavab atəşi açmayıblar, ancaq birtəhər canlarını götürüb qaçmağa üstünlük veriblər. Ona görə də beş-altı erməni düşüb camaatı qırıblar meşədə...”

Yaralı Füzuli xalasını soraqlayır – anası əvəzi Səkinəni...

- Füzulinin yaralanandan sonrakı son anlarını danışın...

- Hə, Cabbar paltosunu çıxarıb. Qoyublar paltonun arasına. Endiriblər aşağı. Maşın gedib qabağına, gətiriblər Ağdam xəstəxanasına. Yarasından çoxlu qanı daxilə axıb. Üstəlik əməliyyat olunmalı imiş. Onda da xəstə çox, yaralı çox, çatdıra bilməyiblər, bax beləcə dünyasını dəyişib. Xəstəxanada kim yaxınlaşırmışsa ona, çətinliklə danışsa da, hamısından xalamızı soruşurmuş. Bizim ana əvəzi xalamızı (ağlayır). Bunların dəstəsi kəsə yolu tanıyırmış, ora ilə gəlib, xalam isə qonşularımızla başqa yolu gəlib. Əminəvəsi, başqa qohumlarla birgə. Bunlar dik yuxarı qalxıblar meşə ilə Ağdamın Gülablı kəndinin üstündəki Kətik kəndinin yaxınlığına, bura da çox qorxulu yol idi, amma birtəhər Kətik kəndindən enib gəlib çıxıblar Ağdam ərazilərinə. O yolda o qədər adam şəhid olub ki (yenidən kövrəlir). Amma mənim qardaşımgil gecə saat 12-1 radələrində Xocalıdan çıxıblar, ikibir-üçbir qabaqda postları yoxlaya-yoxlaya geri qayıdıb vəziyyəti təhlil edə-edə camaatı kəsə yolla gətirib çatdırıblar. Füzuli hələ bir neçə gün əvvəl də Ağdama gedib qayıtmışdı. Hətta burda dişi ağrıyıb, dişini də çəkdiribmiş. Əlində çemodan qayıdanda erməniyə çuğulluq (bu sözləri eşidəndə vaxtilə yazdığım “Çuğul” hekayəmin prototipləri yadıma düşdü. Sən demə, çuğul müharibə şəraitində güllə qabağında da, düşmən qabağında da, namus-qeyrət tapdalananda da – hər bir yerdə elə çuğul imiş. Zamanında bu faktı bilsəydim öz hekayəmə çuğulların “beynəlmiləlliyini” də əlavə edərdim – N.Z. ) edənlər xəbərləyib onu satıblar, ermənilər də ona atəş açmışdılar. Qayıdıb gələndə babamın qohumu Əşrəf dayıya deyib ki, getdim-gəldim, ancaq ermənilər duyuq düşüb atəş açdılar mənə, az qala düşmüşdüm tələyə. İndi yolu dəyişməliyəm. Əşrəf dayı deyir, madam belədisə daha getmə. Füzuli deyir nə danışırsız, mən buranın bələdçisiyəm, getməyə bilmərəm. Təzədən ayrı yolla gedib-gəlməyə başlayıb. Ona görə bu yolu da tanıdığından qabaqda gedib yoxlayıb qayıdırmış ki, görsün post qurublarmı ermənilər hardasa. 

- Pay-piyada...

- Bəli, pay-piyada. Xocalı qətliamından bir neçə gün əvvəl, Xocalının daha duruş gətirə bilməyəcəyi, mühasirəyə salındığı bilinən günlərdə xalama deyib ki, gedəndə pəyədə (tövlə - N.Z.) saxladıqları mal-qaranı, qoyunu qabaqlarına salıb aparsınlar ki, birdən yollar minalanmış olsa heyvanlar düşsün minaya, bilsinlər. Əgər yol təmizdisə və ya heyvanın ayağı dəydikcə təmizlənərsə, sonra qayıdıb gəlib arvad-uşağı da həmin cığırla kəndin ayaq tərəfindən çıxarıb aparaq. Özünün də, qonşusunun da çoxlu mal-qarası var idi pəyədə. Ancaq xalam bunu məsləhət bilməyib. Deyib sənin ki bu camaata, Qarabağa bu qədər köməkliyin dəyib, mal-qaranın arxasınca gedib minaya düşərsən, deyərlər ki, Füzuli mal-qaranı satmağa aparırmış. Nə vaxt camaat çıxacaq, biz də durub gedəcəyik. O da xalamı eşidib...

Partladılan aeroport, qaçqınlara peşkəş olunan ermənilərin Mehdikənd ferması...

- Neçə yaşı vardı bu zaman Füzulinin?

- 26 yaşı vardı. İnanın, elə bir gecə olmazdı ki, gedib bir erməninin evini dağıtmasın. Başlarına oyun açırdı ermənilərin. Mehdikənddə ferma var idi. Gediblər həmin fermaya. Görüblər fermanın müdiri işçiləri yığıb başına tövlənin bir tərəfində onlarla nədənsə danışır. Bunları məhv edib fermadakı 200 baş malı qabaqlarına qatıb gətirmişdilər. Bizim də heç nədən xəbərimiz yoxdu. Malı gətirib doldurublar babamgilin pəyəsinə, qonşunun pəyəsinə, özünün yarıtikili evinin altına. Səhər durmuşuq ki, bir mal mələrtisi var, dəhşət, gedib baxmışıq. Xalamı oyadıb ki, Xankəndidən gəlib fin evlərində yaşayan qaçqınlar acından qırılır, durun bu inəkləri sağın, südünü aparıb verək o qaçqınlara, onların balalarına. İndi fikir bizi götürüb ki, bu qədər mal-qaranı neyləyəcəyik? Füzuli dedi qatar boş vaqonlarla gəlir, bunları dolduraq içinə göndərək Ağdama. Doldurub göndəriblər də sağmal heyvanları. Südü sağdırıb götürüb əlində aparıb fin evlərindəki qaçqınlara verib. Sonra gəlib malın içərisindəki cavan cöngələrdən, düyələrdən kəsib, aparıb əlində paylayıb o camaata. Onun sabahısı o fermada ölənlərin, mal-qaranın hayıfını çıxmaq üçün ermənilər Polyaniçkonun (Azərbaycan SSR Mərkəzi Komitəsinin ikincı katibi, Moskvanın Qarabağda xüsusi nümayəndəsi Polyaniçkodan söhbət gedir – N.Z.) sürücüsünün başını kəsdilər. Artıq yol bağlı idi. Ancaq Polyaniçkonun sürücüsü gedib-gəlirdi o yolu. Onu, xalasını, bir də bir ayrı xocalılı oğlanı öldürdülər. Sürücünü Ağdama çatdırsalar da, xilas etmək mümkün olmamışdı.

- Xocalı aeroportunu partlatmasını necə xatırlayırsız?

- Onun iştirakçısı İman adlı dostu var, sizi onunla əlaqələndirərəm, o daha yaxşı şahid kimi danışar sizə. Bu bir dəfə yazılır, hər saat yazılmır ki, qoy dəqiq və ətraflı olsun (qarşıda bu partlayışın təfərrüatlarını canlı şahid və partlayışın iştirakçısı olmuş İmanla söhbətimizdə dəqiq biləcəksiniz – N.Z.).

- Təbii.

- O, İman və Rövşən adlı oğlanlarla aeroportu partlatmağı planlaşdırır. Yığışıb məsləhətləşirlər. Füzuli deyir ki, bu işin öhdəsindən mən gələrəm. Deməli, Xocalı ilə aeroportun arası 3-4 kilometr olardı. Bu qədər yolu elektrik naqili çəkib oraya elektrik cərəyanı aparmışdılar. Oranı, çox güman ki, aminal-filan qoyub partladıblar. O zaman qranatomyot nə gəzirdi bizdə?! Elektriki çəkəndə yolu da xəndək atıb qazıblar ki, bununla səhərisi gün Xankəndidən uçmağa gələcək bir deputatın da gəlişinə mane ola bilsinlər. Deputatın gələcəyini Elman müəllim (o zaman Xocalının icra hakimiyyətinin başçısı, indi Xocalının deputatı – N.Z.) deyibmiş bunlara. O qədər yolu çəkib naqili, orda baxıb ki, partlamır, deməli naqil qoşulmayıb. Təzədən o boyda yolu qayıdıb gəlib görüb yox, qoşuludu. Ondan sonra axtarıb yolboyu naqilin qırılan nöqtəsini tapıb bərpa ediblər. Nəhayət aeroportu partladıblar. Təkcə bumu?!.. Sonra dəmiryolunu da partladıb. Stepanakertdə (Xankəndi) Darik-barikin heykəli vardı. Gedib onu partladıb. Bir gün gördüm ki, nə qədər gözəl-gözəl qələm-dəftəri gətirib hasarın dibində gizlədib. Deyirəm bu nədi? Dedi ki, Stepanakertdə bir budkanı dağıdıb gətirmişəm, ancaq evə aparmağa qorxuram, məni danlayacaqlar. Allaha and olsun, yadıma düşdükcə danışıram, bir də görürdün ki, camaatın mal-qarası adlayıb keçib ermənilər tərəfə, çoban özü gedib onu qaytarmağa ürək eləmirdi, Füzuli gedib gətirirdi. Bir dəfə çay daşmışdı. Mal-qara qalmışdı yenə ermənilər tərəfdə. Qonşunun atını alıb minir, çayı üzdürə-üzdürə keçir o biri tərəfə. Atın sahibi danışırdı ki, selin bərk axdığı yerdən keçəndə buna baxmağa ürək eləmədim, pencəyimi tutdum gözümün qabağına ki, görməyim heç olmasa. Amma keçib mal-qaranı haylayıb gətirdi. Bir gün də yenə mal keçib ermənilər tərəfə. Biz də dəmiryolunun üstündən baxırıq. Füzuli adladı ora. Ermənilər də orda ot çalırdılar. 5-6 erməni idi. Gördük ki, yaxınlaşdı onlara. Ürəyimizi yedik ki, bəlkə bu ermənilərin üstündə silah da var, bunu vurarlar. Getdi onlarla nə danışdısa, qayıtdı gəldi. Xalam bunu danladı ki, onlara niyə yaxınlaşmışdın? Dedi, ermənilər mənə istehza ilə dedilər ki, tork (“türk” deyə istehza edirmişlər – N.Z.) ayranımız var, ayran içərsən? Dedim ki, qorxmuram içərəm. Yaxınlaşdım aldım iki stəkan içdim. Xalam dedi, bəs demədin səni zəhərləyərlər? Dedi onlar nə bilirdi ki, mən ora gələcəm, qabaqcadan zəhər tədarükü görsünlər? Qayıdıb gəlsəydim, deyərdilər bizdən qorxdu.

Əsl həqiqətdə də ermənilər ondan çox qorxurdular. Bir il gedib onlar tərəfdə, meşədə ot çalmışdı. Gəldi dayım oğlanlarına dedi ki, gedək sizin yük maşınınızla o otu yükləyib gətirək. Onlar dedilər qorxuruq getməyə. İnanın ki, həmin otu atın belinə yükləyib hissə-hissə neçə dəfəyə daşıyıb gətirdi təkbaşına. Belə oğul idi Füzuli. Heç nədən çəkinməzdi. Bu da bir növ qandan-gendən gəlirdi. Mənim həm dediyim Kərim babam qoçaq adam kimi tanınırdı, həm də Naxçıvandakı babam. Naxçıvandakı babama da “quş Məhəmməd” deyirmişlər. Niyə belə deyirmişlər? O zamanlar maşın az olurmuş. Olanlar da hündür banlı maşınlar. Maşına əl qaldırırmış, saxlamadı, daha gözləmirmiş, hoppanıb şütüyən maşına minirmiş. Düşəndəsə özünü sürücüyə göstərmək üçün qabaqdan düşürmüş ki, yəni sən saxlamasan da mən minmişəm. Yəni bir daha demək istəyirəm ki, onun genində var idi bu əlamətlər. Bir dəfə yubileyində Elman müəllim dedi ki, Füzuliyə deməyə ehtiyac yox idi bunu elə, onu elə, ya bu işi belə elə, o özü hər şeyə hazır idi. O, anadangəlmə qəhrəman idi.

Nəzirməmməd ZÖHRABLI
Jurnalist-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ