Cümə günü, 13 noyabr 2026
     

İri ticarət obyektlərinin icbari sığortası yenidən gündəmdə…

Image


Dekabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome" tikinti materialları bazarında yanğın hadisəsi baş verib. Yanğın nəticəsində bir çox sahibkar zərər çəkib. Belə ki, satdıqları məhsulların yanması ilə onlara ciddi şəkildə maddi ziyan dəyib. Digər yanğınlardan da göründüyü kimi, bu dəfə də sahibkarlar sığorta məsələsinə laqeyd yanaşıblar.

Artıq neçənci yanğın hadisəsidir ki, əmlakı yanan sahibkarlar maddi və mənəvi ziyanla üz-üzə qalırlar. Bunun da səbəbi onların dükanlarını və həmin obyektdə olan məhsulları sığorta etdirməməsidir. Belə bir fikir var ki, sahibkarlar bu sığorta pulunu ödəməmək üçün dükanı sığorta etdirməkdən yayınırlar. Bədbəxt hadisə baş verən zaman isə köməksiz vəziyyətdə qalırlar. Bu səbəbdən də iri ticarət mərkəzlərinin, obyektlərinin məcburi şəkildə sığortalanması təklif olunur. Ekspertlərin fikrincə, dükanlar icbari şəkildə sığorta olunarsa, sahibkarlar hər hansı bir zərərlə üzləşsə belə, çətin vəziyyətdə qalmayacaqlar. Çünki onlara dəymiş zərər sığorta şirkəti tərəfindən ödəniləcək.

  • “Bu istiqamətdə əsaslı addımlar atılmasına ehtiyac var"

Məsələ ilə bağlı fikir bildirən sığorta eksperti Xəyal Məmmədxanlı təəssüf hissilə bildirdi ki, ildə bir neçə dəfə baş verən belə hadisələrdən sonra sığorta məsələsi aktuallaşır. Yanğın söndürüldükdən sonra sanki bu söhbətlər də sönür. Amma nəzərə alınmalıdır ki, 2011-ci ildə Azərbaycanda icbari sığorta ilə bağlı qanun qəbul olunub. Bu qanuna görə, həm hüquqi şəxslər, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vətəndaşların mənzilləri, tikililəri, obyektləri sığortaya cəlb olunmalıdır  Azərbaycanda təbii ki, daşınmaz əmlakın sığortası məcburidir, istər hüquqi, istərsə də fiziki şəxslər üçün fərqi yoxdur. Amma yanğın daşınmaz əmlakın özünü əhatə edir: binanın konstruksiyaları, daşıyıcı divarları, qapı-pəncərələri və onun içərisindəki sair əmlak, yəni daşınmaz mal-materiallar icbari sığortanın predmeti deyil. Yəni onlar icbari sığorta ilə sığortalanmırlar: “Buna görə də vətəndaşların, mağaza işlədən sahibkarların özləri könüllü qaydada sığortalaya bilərlər. Sözügedən yerdə daşınmaz əmlakın sığortasının olub-olmaması ilə bağlı məlumatım yoxdur. Əgər sığorta olubsa da, ümid edirəm ki, həmin əmlak tam real bazar dəyərinə sığortalanıb. Bizim araşdırmalarımız və müşahidələrimiz onu göstərir ki, Azərbaycanda hüquqi şəxslərə və yaxud sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə məxsus olan obyektlər, mağazalar öz real bazar dəyərlərindən qat-qat aşağı qiymətə sığortalanırlar. Tutaq ki, bunun qiyməti 20 milyon manatdırsa, bunun üçün vətəndaş tutaq ki, 40 min manat sığorta haqqı ödəməlidirsə, sığorta şirkətinə deyir ki, mənim bunun üçün 40 min ödəməyə imkanım yoxdur, mən bunun üçün 4 min manat ödəyəcəm, sən də buna görə mənə sığorta et. Bununla da, təbii ki, işə tərsinə yanaşırlar, 20 milyonluq obyekt də 4 min manat müqabilində 2 milyon manata sığortalanır. Dolayısı ilə sabah hər hansı bir hadisə baş verəndə iş adamı və yaxud sahibkar sığortadan çox güclü ödəniş ala bilmir. Gələk işin ikinci tərəfinə, ən yaxşı halda düşünürəm ki, "EuroHome"un heç olmasa özünün daşınmaz əmlakının sığortası var. Əgər bu sığorta varsa, müqaviləyə baxmaq lazımdır və sığorta məbləği nədirsə, həmin o sığorta məbləği hüdudunda ödəniş həyata keçirilməlidir. Oradakı sahibkarların, mağaza sahiblərinin, ticarətçilərin əmlakından söhbət gedirsə, bunların sığortalanması mövcud şəraitdə qeyri-mümkün görünür. Düzdür, tam rəyim bu deyil, ola bilsin ki, orada hər şey qanuni və rəsmi sənədlərlə işləyir. Amma bundan əvvəl də müxtəlif ticarət mərkəzləri və bazarlarda baş verən yanğınların araşdırılması icarədarlara məxsus olan mal-material, əmlak, əmtəə, hər nə varsa, onların heç birinin rəsmi qeydiyyatı və rəsmi hesabatının olmadığı üzə çıxdı”.

Həmsöhbətimiz onu da vurğuladı ki, əksər hallarda mədaxillər kassaya vurulmur və yaxud giriş-çıxış qaimələri olmur. Bu da sığorta üçün çox ciddi problemlər yaradır. Çünki bunun sığortalanması üçün sığorta şirkəti bununla bağlı onlardan qeydləri istəyəcək: “Yəni bu da söz ilə olunan bir şey deyil. Sahibkar hansı dəyərdə və nə qədər mal gətirməsi, Azərbaycanda müəyyən qiymətə ona başa gəlməsi ilə bağlı sənədlər ortaya qoymalıdır. Sahibkarların əksəriyyəti nə “Sədərək”də, nə “Binə”də belə rəsmi sənədlər təqdim edə bilmirlər. Təqdim edə bilmədikləri üçün də sığorta şirkətindən sığortalanmağı istəsələr də, həmin o əmlakı, mal-materialları sığortalıya bilmirlər. Söhbət daşınar əmlakdan gedir. Amma binanın özünün texniki sənədi, çıxarışı varsa, onun üçün heç bir problem və maneə yoxdur. Amma, dediyim kimi, o yalnız binanın özünə şamil edilir. Onun içərisindəki əmlaka, mal-materiala şamil edilmir.

Onu da qeyd edim ki, oranın sığortası olmalı halda yoxdursa, olmayıbsa, təbii ki, buna görə də ilk məsuliyyəti sahibkar daşıyır. İnzibati Xətalar Məcəlləsində sığortanın bağlanmamasına görə həm hüquqi, həm də fiziki şəxsi cərimə gözləyir. İkincisi, əgər Fövqəladə Hallar Nazirliyi onun sığorta olunmadığını bilə-bilə onun sığortalanmasını tələb etməyibsə, təbii ki, Fövqəladə Hallar Nazirliyi də buna görə məsuliyyət daşımalıdır və daşıyır. Amma, hər bir halda, ilk növbədə həm özü, həm də icarədarlar qarşısında sahibkar məsuliyyət daşımalıdır”.

Ekspert qeyd etdi ki, "Diqlas" və bu kimi digər hadisələrdə sahibkarlara dövlət büdcəsi, yaxud da hansısa fond tərəfindən kompensasiya ödənilməməlidir: “Bizim əldə etdiyimiz məlumatlara əsasən, əksər hallarda bu şəxslərdən sığorta adı ilə də pul alınır. Lakin bu hansı sığorta puludur, təbii ki, bunu da bilmirik. Düşünürəm ki, artıq bu istiqamətdə əsaslı addımlar atılmalıdır ki, cari ilin martında "Diqlas" ticarət mərkəzində olan yanğın təkrarlanmasın. Əks halda, yenə də kompensasiya, yardım umacaqlar, deyəcəklər ki, mallarımız yanıb, kömək etsinlər. Mən bunun əleyhinəyəm. Çünki hər bir belə hadisədə Prezident fondundan, yaxud da dövlət büdcəsindən vəsait ayrılsa, bu şəxsləri bir ətalət bürüyəcək və düşünəcəklər ki, bənzər hadisə onların da başına gəlsə, kompensasiya ödəniləcək. Belədə onlar əmlaklarına və özlərinə görə məsuliyyəti dərk etməyəcəklər".

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ