Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanda könüllülər hərəkatına dövlətin dəstəyinin başqa ölkələrin modelindən fərqləri...

Image


Azərbaycanda könüllülük hərəkatının geniş vüsət alması, tələbə-gənclərin bu sahədə xüsusilə aktivlik göstərməsi müsbət haldır. Azərbaycanda bu hərəkata ciddi dövlət dəstəyi olduğundan, günü-gündən könüllü olan gənclərin sayı artır.

Qeyd edək ki, bir neçə gün əvvəl ölkəmizdə Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan tələbə-könüllülərinin Forumu keçirilib.

Tələbələr arasında könüllülük hərəkatının inkişafına, onların ictimai həyatda fəal iştirakının stimullaşdırılmasına göstərilən dövlət dəstəyi gənclərin bu sahəyə marağını artırır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti böyük nəticələr verir.

Məlum olduğu kimi, Təhsil Nazirliyi tərəfindən reallaşdırılan çoxsaylı layihə içərisində “Bir” Tələbə-Könüllü Proqramının da bu sahədə mühüm yeri var. Məlum olduğu kimi, son illər ölkədə keçirilən beynəlxalq səviyyəli tədbirlərin təşkilində tələbə-könüllülərin fəaliyyəti danılmazdır.

“Bir” Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır və hazırda 26 ali və 18 orta ixtisas təhsili müəssisəsini əhatə edən proqram 23000-dən artıq könüllü bazasına sahibdir.

  • “Bizim könüllülərin fəaliyyəti bütün beynəlxalq norma və standartlara uyğundur”

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bizimlə söhbətində bildirdi ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ölkəmizdə könüllülük fəaliyyəti geniş inkişaf etməyə başlayıb: “Ölkəmiz müstəqillik qazandıqdan sonra hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulması istiqamətində ulu öndər tərəfindən bir sıra işlərin əsası qoyuldu, işlərə başlandı. Bu dövrdə dövlət quruculuğu ilə yanaşı, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində də çox mühüm işlər görüldü. Ölkə Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyilə keçirilən beynəlxalq tədbirlərdə könüllülər fəaliyyət göstərməyə başladılar. 1999-cu ildə ölkəmizdə Milli QHT Forumu yaradıldı. O forum özü gənclərin könüllülük hərəkatına stimul verdi. Həmçinin, Heydər Əliyevin 1994-cü ildə verdiyi fərmanla Gənclər və İdman Nazirliyi yaradıldı. Həmin nazirlikdə də könüllülük hərəkatının formalaşdırılması istiqamətində işlər görülməyə başladı. Amma artıq bir neçə ildir könüllülük hərəkatı çox yüksək səviyyədə inkişaf edib və beynəlxalq standartlar səviyyəsinə gəlib çatıb. Artıq bizim gənc könüllülər bir neçə xarici dildə ölkəmizdə və xaricdə keçirilən beynəlxalq tədbirlərdə yaxından iştirak edirlər. Bilirsiniz ki, Azərbaycan könüllüləri “Avroviziya”, İlk Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında, eləcə də digər beynəlxalq tədbir və forumlarda çox yüksək səviyyədə xidmət göstəriblər. Azərbaycanın gənc könüllüləri narkomaniyaya qarşı birgə beynəlxalq mübarizə ilə bağlı Bakıda keçirilən konfransda da, Qoşulmama Hərəkatına üzv dövlətlərin Bakı sammitində də çox aktiv iştirak etdilər. Bu gün Azərbaycanda tam peşəkar səviyyədə 17-20 min nəfər könüllülərimiz var ki, onlar beynəlxalq sertifikatlara layiq görülüblər və bu sertifikatlarla bütün beynəlxalq tədbirlərdə sərbəst iştirak edirlər. Hətta bizim bəzi könüllülərimiz var ki, onlar Azərbaycandan kənarda keçirilən beynəlxalq tədbirlərə də dəvətlidirlər, gedib oradakı tədbirlərdə də könüllü kimi iştirak edirlər. Bu gün Azərbaycanda mövcud olan könüllülük hərəkatı nəinki ölkəmizdə, eləcə də beynəlxalq aləmdə özünü tam olaraq doğruldub”.

R.Zeyni hesab edir ki, Azərbaycan dövlətinin dəstəyilə fəaliyyət göstərən gənc könüllülərin bir çox sahədə, o cümlədən də “ASAN xidmət”, DOST və digər layihələrdə yaxından iştirakı bu sahəyə böyük töhfə verib. “ASAN xidmət” Mərkəzinin bazasında yaradılan könüllülük korpusunda çox aktiv gənclər çalışırlar. “ASAN xidmət” 6 il bundan əvvəl yaradıldıqda burada da könüllülük bazasından yüksək səviyyədə istifadə edildi. Bu gün də “ASAN xidmət”in özünün çox böyük könüllülər korpusu formalaşıb ki, onlar da əhaliyə yüksək səviyyədə xidmət göstərirlər. Bu gün nazirliklərin, ali məktəblərin öz könüllüləri var. Ümumiyyətlə, ali məktəblərdə könüllülük institutu öz işini gördü və demək olar ki, könüllülük hərəkatı bütün sferalara yayıldı. Təhsil Nazirliyi “ASAN xidmət”lə bir yerdə “DOST könüllüləri” proqramını yerinə yetirir və DOST layihəsində gənc könüllülər insanlara xidmət göstərirlər”. 

R.Zeyni qeyd etdi ki, Azərbaycan könüllülük sahəsində 50-100 illik təcrübəsi olan ölkələrdən də bəhrələnərək özünün könüllülər institutunu formalaşdıra bilib: “Biz bu sahədə uzun illik təcrübəsi olan ölkələrin də təcrübəsini öyrənirik. Azərbaycanda mövcud olan və öz aktivliyi ilə seçilən könüllülük hərəkatı xarici ölkələrdəki analoji hərəkatlardan geri qalmır, əksinə, dövlət dəstəyilə günü-gündən daha da genişlənir. Bizim könüllülərin fəaliyyəti bütün beynəlxalq norma və standartlara uyğundur. Bizim könüllüləri daha çox dövlətimiz dəstəkləyir, onların fəaliyyətinin genişlənməsinə şərait yaradır” - deyən R.Zeyni qeyd etdi ki, dövlət gənclər siyasətinə dəstək  verməsəydi, bu boyda könüllülər hərəkatı yarana bilməzdi.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ