şənbə günü, 14 noyabr 2026
     

Akademiya rəhbərliyindən ali məktəb dərsliklərinin səviyyəsi barədə kəskin irad...

Image


Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra orta və ali məktəb dərsliklərinin yenidən hazırlanması zərurəti meydana çıxdı. Bildiyimiz kimi, ali məktəblərdə tədris edilən dərsliklərin bir çoxu yenidən yazılmağa başladı. Xüsusən də humanitar və ictimai elmlər sahəsində müasir tələblərə uyğun ali məktəb dərslikləri meydana çıxmağa başladı. Lakin aparılan araşdırmalar, ayrı-ayrı alimlərin qənaətləri onu deməyə imkan verir ki, ali məktəb dərsliklərinin məzmun və keyfiyyəti heç də ürəkaçan deyil.

Son dövrlər “filankəs gözəl alimdir, onun yazdığı dərslik tədris edilməlidir” fikri ilə tez-tez rastlaşırıq, ancaq araşdıranda görürük ki, o alimin yazdığı dərsliyin heç bir effekti, əhəmiyyəti yoxur.

Ali məktəblərdə dərsliklərin səviyyəsinin qənaətbəxş olmadığını Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik  İsa Həbibbəyli də dilə gətirib. İ.Həbibbəyli qeyd edib ki, Azərbaycanda ali məktəb dərsliklərində problemlər var. Xüsusən təbiət elmləri, riyaziyyat sahəsində tərcümə edilmiş, köhnəlmiş ədəbiyyatlardan istifadə olunur. Onun sözlərinə görə, orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı mühüm nailiyyətlər əldə edilib: “Bu il ilk dəfə olaraq, 1-ci sinif şagirdləri üçün “Riyaziyyat” dərsliyi iki hissədən ibarət kitab formasında çap edilib. Bu, bizim dərsliklərin çəkisinin yüngülləşdirilməsi üçün apardığımız müzakirələrin konkret nəticəsidir. Amma ali məktəb dərsliklərində problemlər var”.

Ali məktəblərin bakalavriat səviyyəsi üçün müəyyən dərsliklər olsa da, magistratura səviyyəsi üzrə dərsliklərin hazırlanması prosesi çox ləng gedir” - deyə bildirən İ.Həbibbəyli, həmçinin, deyib ki, bəzən magistraturada bakalavriat səviyyəsi üçün olan dərsliklərdən istifadə edilir: “Magistratura üçün proqramlar bakalavriat səviyyəsi üzrə olan proqramlardan fərqlənmir, bu proqramlar bir-birindən xeyli fərqləndirilməlidir. Magistratura üçün dərsliklərin hazırlanması prioritet olmalıdır”.

  • “...Rusiya dərsliklərindən tərcümə olunur və hansısa müəlliflər plagiatlıq edərək...”

Məsələyə münasibət bildirən Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, illərdir Azərbaycanda ali məktəblərdə tədris edilən dərsliklərdə mövcud olan nöqsanlar gündəmə gətirilir və o özü də dəfələrlə bu barədə fikir bildirib. “Bəli, bu gün ali məktəb dərslikləri ilə bağlı çox ciddi problemlər var. Bütövlükdə, ali məktəblərdə tədris edilən dərsliklər kifayət qədər köhnəlib, eyni zamanda, proqramlarda çoxlu nöqsan var. Elə dərsliklər var ki, onlar, ümumiyyətlə, tədrisə yararlı deyil. Xüsusən də elmdə, təhsildə tərəqqinin geniş vüsət aldığı bir dövrdə, əlbəttə ki, köhnə dərsliklərdən istifadə etmək düzgün deyil. Hər dövrün öz çağırışı var. Söhbət ondan getmir ki, Sovet dövründə yazılmış dərsliklər keyfiyyətsiz idi. Əksinə, onlar o dövr üçün çox mükəmməl dərsliklər idi, lakin onlar indiki dövrün çağırışlarına cavab vermir. Əvvəla ona görə görə ki, zaman və zamanın çağırışları dəyişir. Bizim bugünkü əmək bazarı üçün hazırladığımız kadrlara, ali məktəblərin məzunlarına qoyulan tələb 5-10, 20 il bundan əvvəlki tələblərlə eyni deyil. Fikirləşirəm ki, bu istiqamətdə çox ciddi işlər görülməlidir. Dərsliklərin bir çoxu plagiatdır. Bunlar daha çox Rusiya dərsliklərindən tərcümə olunur və hansısa müəlliflər plagiatlıq edərək o dərslikləri öz adlarına nəşr etdirirlər. Bu çox ciddi faktlardır. Orta məktəb dərslikləri ilə bağlı məsələ hər zaman gündəmə gəlir. Çünki hər ailədə heç olmasa bir ali təhsilli adam olduğu üçün, bu dərsliklərdə olan nöqsanlar dilə gətirilir. Ancaq ali təhsil müəssisələrində istifadə olunan dərsliklərlə əlaqədar isə yalnız mütəxəssislər rəy bildirə bilirlər. Tutaq ki, hər hansı bir valideyn Texniki Universitetdə oxuyan övladının dərsliyinə baxarkən onsuz da orada olanları başa düşməyəcək, bu dərsliyin tələblərə cavab verib-vermədiyini bilməyəcək. Bu sahə çox vaxt diqqətdən kənarda qalır və elə də çox tənqid olunmur. Ancaq hesab edirəm ki, hər bir ali təhsil müəssisəsi tələbələrin çox mükəmməl dərsliklərlə təmin olunmasında maraqlı olmaldır. Bu baxımdan, fikrimcə, dərsliklərdəki nöqsanların məsuliyyəti ali təhsil müəssisələrinin üzərinə düşür. Bu işə bilavasitə cavabdeh olan ali məktəb rəhbərləridirlər. Ona görə ki, universitetlər hüquqi publik şəxs statusunda fəaliyyət göstərirlər, muxtariyyəti var, dərsliklərdə, eləcə də digər məsələlərdə müstəqildirlər. Eyni zamanda, tutaq ki, Təhsil Nazirliyi onların sərbəstliyinə mane ola bilmir, bir çox halda tövsiyə xarakterli fikirlər bildirir. Düşünürəm ki, ali məktəblərimizdə tədris edilən dərsliklərin keyfiyyətsiz olması bilavasitə ali məktəblərin özünün verdiyi təhsilin keyfiyyətinin aşağı olduğunu göstərir. Universitetlər arasında rəqabət çox olsa, onlar başa düşsələr ki, yetişdirdikləri mütəxəssislər sabah əmək bazarında yer tuta bilmir və ona müraciət az olacaq, əlbəttə, öz məsuliyyətlərini dərk edəcəklər. Bu halda universitetlər həm reytinqlərini qaldırmağa, həm peşəkar kadr hazırlığına diqqət yetirəcəklər. Kadr hazırlığı məsələsi birbaşa dərsliklərdən keçir”.

İ.Orucov hesab edir ki, Azərbaycan ali təhsil müəssisələrində çox ciddi qüsur və çatışmazlıqlar var. Onun sözlərinə görə, biz dünyanın ali təhsilinə inteqrasiyadan danışırıq, amma öz ali təhsilimiz nə qədər geridə qalır. O bildirdi ki, dünyanın nüfuzlu ali məktəbləri qədim tarixlərinə görə reytinq qazanmayıblar, onların tarixi qədim olduğu qədər buradakı alimlər də peşəkardır, dünyada qəbul edilən alimlərdir. “Bu ali məktəblərin dərsliklərində bizdəki kimi nöqsanlar olmur. Hesab edirəm ki, Azərbaycan universitetlərində tədris olunan dərsliklərin keyfiyyətsizliyinin, səviyəsinin aşağı olmasının məsuliyyəti ali məktəb rəhbərlərinin, aidiyyatı kafedraların üzərinə düşür. Ola bisin, rektor bütün kafedraların işinə nəzarəti həyata keçirə bilməz, amma kafedra müdirləri dərsliklərə birbaşa cavabdeh olmalıdırlar. Nösqanlı, keyfiyyətsiz dərsliyin tədris edilməsi tələbənin vaxtının boş yerə alınmasıdır. Bu səbəbdən, tələbənin mənimsədikləri sabah əmək bazarı üçün gərək olmur. Cəmiyyətdə haqlı bir fikir var ki, bizim ali təhsil müəssisələrinin verdiyi diplomlar insanların ali təhsil almaqları haqqında bir qəbzə çevrilib. Görün, cəmiyyətin bu ittihamı nə qədər sərtdir və əsassız da deyil. Dərsliklərlə bağlı çox ciddi işlər görülməlidir”.

İ.Orucov qeyd edir ki, ali məktəblərin çoxu ödənişli təhsil göstərir və tələbələrin ödənişindən çox ciddi vəsait əldə edirlər. Onun sözlərinə görə, bu vəsaitlərin səmərəli idarə olunması özü şübhəli görünür. Bu məqamın özünü dərsliklərin nəşrində daha çox göstərdiyini deyən İ.Orucov hesab edir ki, ali məktəblər plagiat, köhnə dərslikləri nəşr edib tələbələrə təqdim etmək əvəzinə, yeni məzmunlu dərsliklər yazmalıdırlar. Onun sözlərinə görə, ümumiyyətlə, ali məktəblərdə alternativ dərsliklər də yoxdur, bu da tələbələri çaş-baş salır. “Texniki elmlər sahəsində mövcud olan dərsliklərdə də ciddi nöqsanların olması faktdır. Bizm ali məktəblərin, ümumiyyətlə, təcrübə poliqonları yoxdur. Bu da olduqca vacibdir. Ali məktəblərin texnoparkları olmalıdır. Çünki tələbə yalnız nəzəri biliklərlə kifayətlənməməlidir, eyni zamanda, ali təhsil müəssisələri təkcə nəzəri biliklər verməklə işini bitmiş saymamalı, əslində, elmlə təcrübəni bir araya gətirməlidirlər. Tələbə təhsil aldığı müddətdə, eyni zamanda, həmin müəssisələrdə təcrübə qazanmalıdır. Vaxtilə Azərbaycanda çoxlu böyük zavod, istehsalat müəssisələri vardı və tələbələrin əksəriyyəti burada istehsalat təcrübəsi keçirdi. Amma indi bu təcrübə müəssisələri yoxdur” - deyə İ.Orucov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ