Bazar günü günü, 08 noyabr 2026
     

İqlim dəyişikliyi gender uçurumu yaradır, dünyaya təhdid - Azərbaycan reallıqları...

Image


İqlim dəyişikliyi ilə mübarizə üçün böyük, cəsarətli və sürətli fəaliyyət heç vaxt indiki qədər zəruri olmayıb. Ancaq bunun üçün dəyişikliklər beynəlxalq ictiaiyyətin bütün üzvləri tərəfindən nəzərə alınmalıdır. Effektiv nəticə üçün iqlim fəaliyyəti ədalətli olmalıdır və ədalətli olmaq üçün də iqlim fəaliyyətinə qadınlar da daxil olmalıdır. 

Xatırladaq ki, bu məsələ Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) da xüsusi diqqət mərkəzində yer almışdı.

Gender bərabərliyi iqlim böhranına qarşı səmərəli mübarizə üçün mühüm şərtdir

COP29-da aparılan müzakirələr bir daha təsdiq etdi ki,  qlobal istiləşmənin yaratdığı təhlükələr mövcud ayrı-seçkiliyi gücləndirir və həssas qruplara, xüsusən də qadınlara qeyri-mütənasib şəkildə təsir edir. Bu, gender fərqi indi həmişəkindən daha aktualdır. Dünya İqtisadi Forumunun "Qlobal Gender Fərqi Hesabatı 2021" adlı sənədi göstərir ki, COVID-19 pandemiyasının qadınlara kişilərə nisbətən daha çox təsir edib. Bu, həm də gender uçurumunu aradan qaldırmaq üçün mübarizəni 36 il geriyə qoyduğunu göstərir.

Eyni hal iqlim dəyişmələri fonunda da özünü göstərir. Bu səbəbdən iqlim dəyişikliyinin yaratdığı gender uçurumunun həlli dünya üçün prioritet olmalıdır. COP29-un əsas məqsədlərindən biri də məhz bu idi. Araşdırmalar göstərir ki, iqlim dəyişmələrinə qarşı səmərəli mübarizə aparmaq üçün gender bərabərliyi mütləq qorunmalıdır. Məsələ burasındadır ki, zərif cins iqlim dəyişikliyindən qeyri-mütənasib şəkildə təsirlənir. Xüsusən qadınlar öz dolanışıqları üçün yerli təbii ehtiyatlara əsaslanan dünya yoxsullarının əksəriyyətini təşkil edirlər. Bu, xüsusilə kənd yerlərində özünü qabarıq büruzə verir, burada qadınlar və qızlar ailələrini yemək, su və odunla təmin etmək üçün məsuliyyət daşıyırlar. Quraqlıq və qeyri-müntəzəm yağışlar zamanı kənd qadınları daha uzun saatlar işləyir, daha uzun məsafələr qət edir və ailələrini gəlir və resurslarla təmin etmək üçün daha çox vaxt sərf edirlər. İqlim dəyişikliyi mövcud münaqişələri, bərabərsizlikləri və zəiflikləri daha da gücləndirdiyinə görə, onlar gender əsaslı zorakılıq riski ilə üzləşə bilərlər. Ekstremal hava hadisələri baş verdikdə, qadınların və uşaqların ölmə ehtimalı kişilərə nisbətən 14 dəfə çox olur, buna əsasən məlumat əldə etmək, hərəkətlilik, qərar qəbuletmə imkanları və resursların məhdud olması səbəb olur. İqlim dəyişikliyi səbəbindən köçkün düşən hər 5 nəfərdən 4-nün qadın və qızlar olduğu təxmin edilir. Bundan əlavə, böyük təbii fəlakətlər cinsi və reproduktiv sağlamlıq da daxil olmaqla əsas xidmətləri poza bilər, qadın və qızlara mənfi təsirləri gücləndirə bilər. Dünyada qida istehsalında çalışanların da yarısını qadınlar təşkil edir . İnkişaf etməkdə olan ölkələrdə isə ərzaq məhsullarının 80 faizini onlar istehsal edirlər. Bu səbəbdən qadınlar ətraf mühitin qorunmasında ön sıralarda olmalıdırlar. Bununla belə, qadınların torpaq hüququ və kreditdən tutmuş təhsil və texnologiyaya qədər bir sıra resurslara çıxışı daha azdır. Əgər qadınların kişilərlə eyni məhsuldar resurslara çıxışı olsaydı, təsərrüfat məhsuldarlığı 20-30 faiz artaraq əlavə 100-150 milyon insanı qidalandıra bilərdi. Bu, iqlim dəyişikliyinin əsas drayveri olan kənd təsərrüfatı sahələrini genişləndirmək üçün ağacların kəsilməsi ehtiyacını azaldardı. Xatırladaq ki, qlobal meşə itkisinin yarıdan çoxu meşələrin əkin sahəsinə çevrilməsi ilə bağlıdır.

Qadınlar iqtisadiyyatın bütün sektorlarında dəyişikliklərin təkanvericisi ola bilərlər

Araşdırmalar onu da üzə çıxarır ki, qadınlar kişilərdən ən azı iki yarım dəfə çox ödənişsiz ev işləri görürlər. İqlim fəlakətləri - daşqınlar, meşə yanğınları, quraqlıqlar və qasırğalar - bu, qadınların üzərinə əlavə yüklər qoyur. Qadınlar adətən evin və ailənin qayğısına qalmaq üçün əsas məsuliyyət daşıdıqlarından ox vaxt fəlakətlərə ilk reaksiya verən, uşaqları, qocaları, əlilləri və digərlərini xilas etdiklərindən yerli hakimiyyət orqanlarını və fövqəladə hallara müdaxilə edənləri ilk məlumatlandıran da onlardır.

Fəlakətdən sonra qadınlar adətən xəstələrə və yaralılara qulluq etmək, onların ailələrini dəstəkləmək üçün məsuliyyət daşıyırlar. Bununla belə, qadınlar təbii fəlakətlərdən qeyri-mütənasib şəkildə təsirlənsələr və bərpa səylərinə rəhbərlik etsələr də, onlar əsasən fəlakət riskinin azaldılması və davamlılığına yönəlmiş siyasət, strategiya və proqramların hazırlanmasından kənarda qalırlar. Qadınların qərarların qəbul edilməsində fəal iştirakının təmin edilməsi bərpa və yenidənqurma səyləri üçün çox vacibdir. Qadınların fəlakətlərə hazırlıq və bərpa işlərində potensial, bilik və bacarıqlarından tam istifadə etmək fəlakət risklərini müəyyən etməyə və ailələrin təhlükəsizliyini gücləndirməyə kömək edə bilər. Varlı cəmiyyətlərdə istehlakçıların satınalma qərarlarının 70-80 faizi daha "yaşıl həyat tərzi"nə keçidə rəhbərlik edən qadınlar tərəfindən verilir. Qadınların tullantıları təkrar emal etmək, onları minimuma endirmək, üzvi qida və eko-etiketli məhsullar almaq, ev təsərrüfatında su və enerjiyə qənaət etmək ehtimalı daha çoxdur. İstehlakçı davranışının və münasibətlərinin dəyişdirilməsinə rəhbərlik etməklə, qadınlar iqtisadiyyatın bütün sektorlarında dəyişikliklərin təkanvericisi ola bilərlər. Siyasi sahədə araşdırmalar qadın liderliyi ilə iqlim fəaliyyəti arasında aydın əlaqə olduğunu göstərir. Məsələn, araşdırmalar göstərdi ki, parlamentdə qadınların nisbəti daha çox olan ölkələr beynəlxalq ekoloji müqavilələri ratifikasiya etmək, qorunan torpaq sahələri yaratmaq və daha güclü iqlim siyasəti həyata keçirmək ehtimalı daha yüksəkdir. Biznesdə gender müxtəlifliyinə malik olan şirkətlər digərlərindən daha yaxşı ətraf mühit hesabatları və iqlim liderliyi təqdim etməyə və bərpa olunan elektrik enerjisi istehsalına, enerji səmərəliliyinə daha çox sərmayə qoymağa meyllidirlər. Qadınlar iqlim böhranının ön cəbhələrində olduqları halda qlobal istiləşmənin səbəblərini azaltmaq və onun yer üzündəki təsirlərinə uyğunlaşma yollarını tapmaqda kömək etmək ehtimalı artır. Gender bərabərliyi şəxsiyyətin digər aspektləri ilə birlikdə bütün dünyada insanların həyatını, imkanlarını və təcrübələrini formalaşdırır. Bu da iqlim böhranına qarşı həssaslığa təsir göstərir. Qadınlar bərpa olunan enerji sektoruna da artan töhfə verirlər: onlar hazırda günəş enerjisi sektorunda çalışan işçilərin 40%-ni təşkil edir ki, bu da neft-qaz sektorundan (22%) xeyli çoxdur.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ