Bazar günü günü, 08 noyabr 2026
     

Bir çox kolleclərin "başı ağrıyacaq"...

Image


Kamran Əsədov: "Bəzi ixtisaslı kolleclər bağlanmalıdır"

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsili müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır. Bir sıra kolleclərdə nöqsanlar aşkarlanıb, təhsil müəssisələrinin vəzifəli şəxsləri işdən çıxarılıb. 

Agentliyin yaydığı məlumatda qeyd edilir ki, kolleclərin kadr potensialının möhkəmləndirilməsi, tədris prosesinin təşkilinin yaxşılaşdırılması istiqamətində Agentlik tərəfindən görülən tədbirlər davam edəcək.

Kolleclərdə yoxlamaların aparılması fonunda bu təhsil müəssisələrinin ləğv edilməsi ilə bağlı da müzakirələr aparılır.

"Kolleclərin maddi-texniki bazası və kadr potensialı olduqca zəifdir. Onlar əmək bazarının tələblərinə və müasir standartlara cavab vermir" 

Təhsil eksperti Kamran Əsədov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, orta ixtisas təhsil müəssisələri və kolleclərdə kadr hazırlığı yüksək səviyyədə həyata keçirilmir: "Konkret göstəricilərə baxanda kollec məzunlarının keyfiyyət göstəricilərinin aşağı səviyyədə olduğu görünür. Kolleclərin məzunları əmək bazarının tələblərinə cavab vermir. Ona görə də onların işlə təminatı aşağı səviyyədədir. "Təhsil haqqında" Qanuna edilən dəyişikliklərdən sonra insanlar kollec təhsilinə meyl edəcək. Ölkəmizdə təhsilin əlçatanlığı və əhatə dairəsinin genişləndirilməsi üçün islahatlar aparılmalıdır. Bir çox texniki ixtisaslar var ki, onlar üçün kadr hazırlığını peşə təhsili müəssisələrində həyata keçirmək daha məqsədəuyğun olardı".

Ekspert hesab edir ki, əmək bazarında ehtiyac olan ixtisasların kolleclərə gətirilməsindən sonra  bu addım gənclərin orta ixtisas təhsili ilə əhatəolunma səviyyəsini artıra bilər. Bunun üçün orta ixtisas təhsili müəssisələrinin mövcud vəziyyəti araşdırılmalı, onların infrastruktur, maddi-texniki baza, müəllim-pedaqoji heyətinin potensialının qiymətləndirilməsi aparılmalı və müasir standartlar səviyyəsinə gətirilməlidir: "Bildiyimiz kimi, orta ixtisas təhsili müəssisələri xidmət sahələri üçün kadr hazırlığı işini həyata keçirir. Təbii ki, söhbət keyfiyyətli kadrlardan gedir. Amma hazırda fəaliyyət göstərən bəzi kolleclərdə təhsilin keyfiyyəti heç də qənaətbəxş deyil. Məsələnin digəri tərəfi isə məzunların gələcəkdə iş problemidir. Yəni hazırda orta ixtisas təhsili müəssisələrinin bəzilərinin diplomları tanınmır. Bu amil isə sonda tələbənin iş tapa bilməsində əngəllik yaradır. Bir zamanlar orta ixtisas kadrlarına böyük ehtiyac var idi. O vaxtı ali məktəblər kifayət qədər kadr hazırlamırdılar. Sonradan beynəlxalq təhsil sisteminə inteqrasiya etdikdən sonra təhsilin pillərində müəyyən dəyişiklik əmələ gəldi. Ali məktəbləri iki hissəyə - bakalavr və magistratura pillələrinə böldülər. "Təhsil Qanunu"na əsasən bakalavr peşə ixtisası, magistr pilləsi isə elmi ixitsas verir. Amma hazırda əmək bazarında bakalavrdan çox magistrlara üstünlük verilir. Yəni bu gün bəzən bakalavrların işlə təmin olunmasında problemlər yaranır. Bu fonda kollec təhsili üçüncü dərəcəli kimi görünür. Sovet dövründə qiyabi, axşam məktəbləri var idi. Çünki buna tələb, ehtiyac vardı. İndi isə dövr dəyişib. Nəzərə alaq ki, qiyabi, axşam təhsilinin keyfiyyəti formal xarakter daşıyır. Artıq qiyabi təhsil üzrə bəzi fakültələrin bağlanması, eyni zamanda distant təhsilə keçid nəzərdə tutulub. Yəni bu problem elmi-texniki tərəqqinin inkişafı, dünya təhsilinə inteqrasiya ilə bağlı olan məsələdir. Ümumiyyətlə, dövrümüzdə orta ixtisas təhsilinə ehtiyac azalıb. Orta ixtisas təhsilli iş sahələri azdır. Buna görə də həmin şəxslər iş tapmaqda çətinlik çəkirlər. Düzdür, müəyyən orta ixtisas peşə təhsilinə böyük ehtiyac var. Amma optimallaşdırma, rasionallaşdırma baxımından idarəetmədə təkmilləşdirmə işləri aparılmalıdır. Onu da deyim ki, şirkətlər tərəfindən  həmin təhsil müəssisələrinin diplomları qəbul edilmir. Ona görə də orta ixtisas təhsil müəssisələrinin diplomları ilə işə qəbul yox dərəcəsindədir. Yəni orta ixtisas təhsil müəssisələrinin diplomlarına etimad yoxdur. Sözsüz ki, kolleci bitirmiş ilə ali məktəbi bitirmiş şəxs arasına fərq olmalıdır. Amma bu ildən etibarən "Təhsil Haqqında" Qanuna edilmiş dəyişikliyə görə, kollec məzunları imtahansız, müsabiqədən kənar ali məktəblərə qəbul olacaq ki, bu da gənclərin kolleclərə marağını artıracaq". 

Həmsöhbətimiz onu da əlavə etdi ki, kollec təhsili Azərbaycanda dəyər və tutum kəsb etmir: "Kolleci bitirən tələbələrin ali məktəblərə daxil olmalarına keçid həyata keçirilsə də, kollec təhsilinin keyfiyyətində ciddi dəyişiklik görmürük. Əsas məsələ kollec məzunlarının işlə təminatı ilə bağlıdır. Kollec məzunlarının işlə təminatı həddindən artıq çətin prosesdir. Əmək bazarında kollec məzunlarına çox az yer verilir. Kolleclərin universitetlərin nəzdinə verilməsi də kollec təhsilinin keyfiyyətini yaxşılaşdırmadı. Əksinə, asılılığı artırdı. Sovet dövrünün texnikum modeli davam edir. Nə müəllim heyətinin keyfiyyətində, nə maddi-texniki bazada, nə də kollec təhsilinin qiymətləndirilməsi istiqamətində hər hansı addım atılıb. Ona görə də oğlanlar bu təhsilə üz tutmurlar. Bakı Neft-Energetika, Maliyyə-İqtisad kollecləri var ki, bu kolleclər oğlanlar üçün maraq kəsb edə bilər. Lakin buranı bitirən məzunların işlə təminatında problem yarandığı üçün onlar bu tipli təhsil müəssisələrinə üz tutmurlar". 

K.Əsədov qeyd etdi ki, hazırda Azərbaycanda 58 orta ixtisas təhsili müəssisəsi - kollec var. Bunlardan 57-si dövlət, 4-i isə qeyri-dövlət – özəl təhsil müəssisəsidir. Dünyanın bir çox ölkəsində kolleclərin əksəriyyəti ali məktəblərin nəzdində yerləşir, məzunlar ali məktəbin bu və ya digər pilləsində təhsil almaq üçün hazırlanırlar. Bizdə kollec məzunlarının bilik səviyyəsi çox aşağıdır. Hətta monitorinq aparılanda üzə çıxdı ki, pedaqoji kolleclərin məzunları müəllimlərin işə qəbulu imtahanında müsbət nəticə göstərə bilmir: "Hesab edirəm ki, bəzi ixtisaslı kolleclər bağlanmalıdır. Məsələn, maliyyə ixtisası üzrə kolleclərin olmasına ehtiyac yoxdur. İqtisad Universitetinin profili kifayət qədər genişləndirilib. Digər ali məktəblərdə də iqtisadiyyatın müəyyən sahələrində mütəxəssislər hazırlanır. Bundan başqa, pedaqoji ixtisaslar ümumiyyətlə kolleclərdən çıxarılmalıdır. Çünki ali təhsil məssisələrində bu ixtisaslar üzrə yetərincə kadr hazırlığı həyata keçirilir. Kolleclərdə pedaqoji ixtisaslar üzrə həyata keçirilən kadr hazırlığı çox aşağı səviyyədədir. Yerdə qalır digər əmək tələbatına dair ixtisaslar. Orda da mütəxəssis hazırlığı aşağı səviyyədədir. Kolleclərə ayrılan vəsaitləri peşə məktəblərinə yönəltmək lazımdır. Ən dəhşətlisi budur ki, bugünə qədər kolleclərdə təhsilin keyfiyyəti qiymətləndirilməyib. Kolleclərin akkreditasiyası obyektiv şəkildə aparılmayıb. Təhsil Nazirliyinin nümayəndələri iddia edə bilərlər ki, o kolleclər akkreditasiyadan keçib? Xeyr, kolleclərin o şəkildə qeydiyyata alınması saxta hesab olunmalıdır. Obyektiv akkreditasiya olsa bir neçə ixtisasın fəaliyyəti dayandırılmalı idi. Ya bu kolleclər ali məktəblərə inteqrasiya olunmalıdır, ya da kolleclərin əksəriyyəti bir kollec şəklində birləşdirməlidir. O şəkildə inkişaf etməlidir ki, onun məzunları ilə ali məktəb məzunları arasında rəqabət olsun. Digər tərəfdən, kolleclərin maddi-texniki bazası və kadr potensialı olduqca zəifdir. Onlar əmək bazarının tələblərinə və müasir standartlara cavab vermir".

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ