çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Türk dili dilimizə təhlükəli imiş, rus dili yox - Ayaz Salayev aləmi qarışdırdı...

Image


Kinorejissor Ayaz Salayevin dilimizlə bağlı fikirləri ciddi müzakirələrə səbəb olub. Baku TV-də Elçin Əlibəylinin verilişində Sabir Rüstəmxanlı ilə Ayaz Salayev arasında anlaşılmazlıq yaranıb. Ayaz Salayev Moskvada təhsil aldığı üçün özünü şanslı hesab etdiyini bildirib.

Daha sonra o, “Rus dili Azərbaycan dili üçün təhlükəli deyil. Lakin türk dili təhlükəlidir. Çünki mənim tələbələrim artıq “kasaba” deyirlər, “qəsəbə” sözünü işlədən yoxdur”- deyib.

Bu fikir Sabir Rüstəmxanlının xoşuna gəlməyib və o, etirazını bildirib: “Ayaz bəy, bu elə sənin Moskvada oxumağının nəticəsində yaranmış bir təfəkkürdür ki, türk dili bizim üçün təhlükədir. Bu dil mənim öz dilimdir, necə təhlükəli ola bilər?”.

Qeyd edək ki, Azərbaycan dili türk dil ailəsinə mənsubdur. Belə olan halda türk dili bizə niyə təhlükə yaratsın? Ümumiyyətlə, bu nə iddiadır? Prezident İlham Əliyev özü bəyan edib ki, bizim ailəmiz türk dünyasıdır.

Aydın Xan Əbilov: “ Dil hər hansı bir toplumun ünsiyyət vasitəsi deyil, həm də bir xalqı digər millətdən fərqləndirən əsas xüsusiyyətlərdən biridir”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin təsisçisi/sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının təsisçisi/baş redaktoru, www.yenimedia.net saytının təsisçisi/baş redaktoru, "Ədəbiyyat qəzeti" redaksiyasının şöbə redaktoru, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dil hər hansı bir toplumun ünsiyyət vasitəsi deyil. Həm də bir xalqı digər millətdən fərqləndirən əsas xüsusiyyətlərdən biridir: “Ayaz Salayev və onun kimi düşünənlər əslində məntiq ortaya qoyub. Bəli, azərbaycan dili azərbaycan türkcəsindən illər əvvəl ayrılıb. Söhbət əbədi dildən gedir. Qədim türk dillərinin müxtəlif dialekt, ləhcə və formaları olub. Sonradan o dillər birləşib inkişaf edib və ayrılaraq müstəqil dilə çevrilib. Necə ki, özbək türkcəsi, qaqauz dili, azərbaycan türkcəsi inkişaf edib. Təəssüf ki, türk dili deyəndə iqtisadi qüdrətinə görə seçilən Türkiyə türkcəsi nəzərdə tutulur. Halbuki, əvvəllər azərbaycan dili əvəzinə türk dili işlənib. Türkiyə türkcəsi o vaxtı osmanlı dili adlanırdı. Sonradan azərbaycan dilinə keçmişik. Onu da deyim ki, Məhəmməd Fizuli öz dövründə qeyd edib ki, Nizami Gəncəvi “Leyla və Məcnun”u fars dilində yazıb, ancaq o öz türkcəsində yazıb. Nəvai öz türkcəsində də yazıb, yaradıb. Orta əsrlərdə latın dili dağıldı, bununla yanaşı, türk dili də parçalandı, müstəqil dillər yarandı”.

Həmsöhbətimiz hesab edir ki, ayrı dil qrupuna aid olan dillərin bizim dilə təsiri təhlükəli deyil: “Danılmaz faktdır ki, bu gün gənclər, yaşlı nəsil türk seriallarının təsiri altındadır. Onlar doğma azərbaycan dilində deyil, Türkiyə türkcəsində danışır. Vaxtilə babalarımız rus, fars, ərəb dillərindən istifadə edib. İndi isə ingilis, türk dillərinə üstünlük verilir. Halbuki, dövlət dili haqqında qanuna əsasən, doğma azərbaycan dilində danışılmalıdır. Hər bir dil müstəqil inkişaf etməlidir. Hər bir dilin daşıyıcıları bilməlidir ki, hansı dilə məxsusdurlar. Bu baxımdan biz öz dilimizi inkişaf etdirməliyik.

O da bəllidir ki, dünyanın, BMT-nin qəbul etdiyi əsas 5 dil var. Rus, ingilis, ispan və digərləri. Onu da unutmaq lazım deyil ki, əlavə dil bilən şəxs ikiqat şüura, təfəkkürə malik olur. Azərbaycanda hər hansı bir dilin qarşısını almaq olmaz. Rus dili uzun müddət bizim dünyaya çıxış dilimiz olub. Rus dili və ingilis dili ilə yanaşı, Türkiyə türkcəsini də inkişaf etdirməliyik, türk dünyası ilə əlaqələrimiz daha da genişlənməlidir. Ancaq əsas doğma azərbaycan dilini inkişaf etdirməliyik. Bağçalar rus, ingilis dilində deyil, sırf ana dilində olmalıdır”.

Zaur Əliyev: “44 günlük müharibədə erməniləri məğlub etməyimizdə rolu olan "Bayraktar" türk dilindədir və Azərbaycana qarşı ermənilərin istifadə etdiyi rus dilində olan "Tank T" üzərində Qarabağda qələbə qazandı, hansı dil daha təhlükəlidir?"Tarixçi alim Zaur Əliyev də Ayaz Salayevin fikirlərinə iradını bildirib: "Ayaz müəllim, ən təhlükəli bilirsiniz nədir? "Ana" və "ata" kimi gözəl sözlərin "mama" və "papa" kimi səslənməsidir. Ayaz müəllim, 20 yanvarda, Xocalıda rus əsgərlərinin tankla əzib keçdiyi azərbaycanlı uşaqlar, qadınlar, kişilər "Ne ubivayte nas" (Bizi öldürməyin) desələr də, xeyri olmadı. Rus öz dilində belə eşitsə də, tankı onların üzərinə sürdü.

Nuru Paşa isə sadəcə "kardeş yardımı" sözünü eşidib, 31 mart soyqırımından sonra bu qırğınlar daha davam etməsin deyə, Bakını və Azərbaycanı erməni və ruslardan xilas etmişdi. 44 günlük müharibədə erməniləri məğlub etməyimizdə rolu olan "Bayraktar" da türk dilindədir və Azərbaycana qarşı ermənilərin istifadə etdiyi rus dilində olan "Tank T", "İskander" üzərində Qarabağda qələbə qazandı. İndi hansı dil daha təhlükəlidir, ona qərar verin...".

Səfər Alışarlı: “Gənclərimiz "qəsəbə" demir, "kasaba" deyir, əcəb eləyir”

Yazıçı Səfər Alışarlı hesab edir ki, ana dilinin əsas funksiyası o dilin digər daşıyıcıları ilə ünsiyyət qurmaq, anlaşmaq, birgə fəaliyyəti tənzimləmək, bir sözlə, qalib gəlmək, qələbə çalmaqdır: “Gənclərimiz "qəsəbə" demir, "kasaba" deyir. Əcəb eləyir. Unutmaq lazım deyil ki, böyük dalğa kiçik dalğanı udmalıdır. Sevinməliyik ki, bu, məkanımıza tankın belində soxulan rus, ingilis, ərəb, fars dili deyil, doğma türk dilidir. Dilimizin adını "Azərbaycan dili" eləyənlər bu millətin digər türk xalqları ilə qaynayıb-qarışmaq perspektivini qapamaq istədilər. Çünki birliyə aparan bu yol onların sonu demək idi. Ancaq onlar bu genetik birliyin qarşısını almaqda acizdirlər. İnşallah, xalqlarımız birləşəcək və vahid, ortaq türk dilində danışacaq. Bu gün dil bizə təkcə kino çəkmək, hekayə yazmaq üçün lazım deyil. Sən yaxşı kino çək, yaxşı hekayə yaz, onu bütün türk ləhcələrində dublyajsız da başa düşəcəklər. Yoxsa ki, "qəsəbə" demədi, "kasaba" deyib evimizi yıxdı! Vaxsey!".

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ