Bazar ertəsi günü, 09 noyabr 2026
     

Köhnə avtomobillər təzə maşın qiymətinə çatacaq...

Image


Azərbaycanda avtomobil parkının yenilənməsi son dövrlərdə hökumətin xüsusi diqqət mərkəzində yer alan əsas məqamlardan birinə çevrilib. Artıq bu fonda bəllidir ki, cari il martın 29-da Nazirlər Kabineti Azərbaycana gətirilən avtomobillərə dair yeni qərar çıxarıb.

Bu qərara görə, istehsal tarixi 10 ili keçən minik avtomobillərinin ölkəyə gətirilməsi məhdudlaşdırılıb. Hökumət bu qərarın insanların sağlamlığı və ətraf mühitin qorunmasının yaxşılaşdırılmasını hədəflədiyini bildirir.

Azərbaycanda avtoparkın yaşlanmasını illərdir ekspertlər gilə gətirir. Rəsmi rəqəmlərə görə, indi ölkədə 1 milyon 300 mindən çox minik avtomobili var. Onlardan cəmi 2 faizinin yaşı iki ildən azdır. Minik avtomobillərinin daha üç faizinin yaşı 2-5 il arasındadır. Deməli, ölkədə avtomobil parkının cəmi 5 faizə yaxınının yaşı 5 ildən azdır. Beş-on il arası yaşı olan avtomobillərsə ölkədəki bütün avtomobillərin 11.9 faizi qədərdir. Bu nəticə çıxır ki, Azərbaycandakı avtomobillərin təxminən 83 faizinin yaşı 10 ili aşıb. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Elvin Hüseynzadə bildirir ki, Azərbaycandakı nəqliyyat vasitələrinin 60 faizinin istismar müddəti 20 ildən çoxdur. Azərbaycanda avtoparkın köhnəlmə trendi 2015-ci ildən bəri sürətlənməyə başlayıb. 2015-ci il devalvasiyalarından sonra milli valyutanın dəyər itirməsi, xərclərin çoxalması və yığımların azalması, avtomobil idxalının baha başa gəlməsi və sair faktorlar Azərbaycanda yeni avtomobil sayının artmasını əngəlləyib. Belə bir vaxtda Milli Məclisin bir neçə komitəsinin birgə iclasında “İstehsalat və məişət tullantıları haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliklərdə nəqliyyat vasitələrinin utilizasiyası ilə də bağlı məqamlar var. Utilizasiya ekoloji və təhlükəsizlik normalarına cavab verməyən, köhnələn avtomobillərin təkrar emala göndərilməsidir. Daha bir maraqlı nüans odur ki, hökumətin nəzərdə tutduğu yeni dəyişikliklər təkcə yararsız avtomobillərlə bağlı deyil, ölkəyə gətirilən və istismar müddəti bəlli həddi keçən avtomobillərə görə utilizasiya rüsumu alınacaq. Dəyişikliyə görə, xaricdən gətirilən və istismar müddəti dörd ildən yeddi ilədək olan avtomobillərdən 400 manat, yeddi ili aşan avtomobillərdən 700 manat əlavə rüsum alınması nəzərdə tutulur. Bu o deməkdir ki, ölkəyə gətirilən və istismar müddəti üç ili aşan avtomobillər üçün mövcud ödənişlərdən əlavə də pul tutulacaq. Ancaq bu rüsumun məbləği hələ tam dəqiqləşdirilməyib. Milli Məclisin komitə iclasında çıxış edən "Təmiz Şəhər" ASC-nin nümayəndəsi bildirib ki, bu rəqəmlər hələ dəqiq deyil, müzakirələr davam etdirilir və məbləğ dəyişə bilər. “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov bu xüsusda bildirib ki, Azərbaycana idxal ediləcək köhnə avtomobillər üçün 400-700 manat utilizasiya haqqı nəzərdə tutulur: "1-3 il istehsal müddəti olan avtomobillər üçün ümumiyyətlə utilizasiya haqqı nəzərdə tutulmayıb. 4 ildən 7 ilə qədər istehsal müddəti olan avtomobillər üçün 400 manat, 7 ildən yuxarı avtomobillər üçün isə 700 manat utilizasiya haqqı nəzərdə tutulur. Lakin bu rəqəmlər hələlik dəqiq deyil, bu istiqamətdə müzakirələr davam etdirilir və dəyişə bilər”. Burada o da qeyd olunmalıdır ki, istismar müddəti çox olan avtomobillərə tələbin çox olması əhalinin gəlirlərinin yeni avtomobillərə yetərsizliyindən və avtomobil idxalı ilə bağlı rüsumların yüksək olmasından qaynaqlanır. Bu üzdən, hesab olunur ki, xaricdən gətirilən avtomobillərlə bağlı güzəşt mexanizmləri hazırlanmalıdır. Köhnə avtomobillərə qadağaların tətbiqi ölkədə avtoparkın köhnəlməsi problemini tam çözə bilməz.

Düzdür, son zamanlar hökumət ölkəyə yeni avtomobillərin gətirilməsini stimullaşdırmaq üçün bəzi mexanizmlər qəbul edib. Məsələn, mühərrik həcmi 2500 kubsantimetrədək olan və istehsal müddəti 3 ili aşmayan hibrid avtomobillərin ölkəyə gətirilməsi və satışı ƏDV-dən azad edilib. Ancaq beynəlxalq təcrübədə beş yaşı aşmayan avtomobillər köhnə sayılmır. Bu baxımdan, müstəqil ekspertlərin fikrincə, üçillik güzəşt dövrü, ən azı, beş ilə çatdırılmalıdır. Digər tərəfdən, istismar müddəti üç ilədək olan hibrid avtomobillər 18 faizlik ƏDV-dən azad edilsə də, 15 faizlik idxal rüsumu və mühərrik ölçüsünə görə aksiz vergisi ödənməlidir. Bu baxımdan, istismar müddəti beş ilədək olan hibrid avtomobillərin də gömrük vergi və rüsumlarından azad edilməsi məsələyə çözüm gətirə bilər. Elektromobillər və hibrid avtomobillərlə yanaşı, benzinlə çalışan kiçik mühərrikli avtomobillər də yaxın üç ildə bütün gömrük vergi və rüsumlarından azad edilsə, yaxşı olar. Amma hökumət hələlik  vergi və gömrük rüsumlarını azaltmaqla yeni avtomobillərin idxalını stimullaşdırmaq niyyətində deyil. Hökumətin yanaşması daha çox köhnə avtomobillərin idxalını daha da çətinləşdirməklə məsələyə çözüm gətirməkdir. Hökumətin tətbiqinə hazırlaşdığı digər bir yenilik Azərbaycanda istehsal edilən avtomobillərə görə 10 il ƏDV-nin alınmamasıdır. Ancaq bu qərarın da ölkənin avtomobil bazarında ciddi dəyişikliklərə yol açacağı gözlənilmir. Ümumiyyətlə, Azərbaycanda avtomobil istehsalının sayca ciddi rəqəmlərə çatmaması bu avtomobillərin rəqabətə dayanıqlı olmadığını göstərir. Ölkənin özünün yüksək keyfiyyətli avtomobillər istehsal etməsindən ötrü istər mütəxəssis resursu, istərsə texniki imkanlar yetərsizdir. İndilikdə isə hesab olunjr ki, Azərbaycanda həyata keçiriləcək nəqliyyat vasitələrinin utilizasiyası proqramı ölkədə avtomobillərin qiymətini artıracaq. Elə deputat Asim Mollazadə də bu fikirdədir. O qeyd edib ki, utilizasiya proqramını qəbul edərkən ətraf mühitə mənfi təsirdən söhbət gedirsə, ilk növbədə böyük avtomobillərdən danışmalıyıq: “Söhbət yük maşınları və ictimai nəqliyyatda istifadə olunan avtobuslardan gedir. Biz Bakının havasına sovet vaxtından qalan avtomobillərin mənfi təsirini görürük. Bu qanunlar bilavasitə köhnə nəqliyyat vasitələrinin ətraf mühitin problemlərinə təsirini göstərmir. Məqsəd yenidən avtomobil almaq istəyən vətəndaşlarımızdan daha çox pul yığmaqdır. Ona görə də bu qanun layihələri yenidən işlənilməlidir. Ümumiyyətlə layihələrdə rəqəmlər heç aydın deyil. Bəs retro avtomobillərlə bağlı qanunda nələr nəzərdə tutulur? Ona görə də ciddi götür-qoy etmək lazımdır. İlk növbədə diqqəti ətraf mühitə mənfi təsir nöqteyi-nəzərindən böyük avtomobillərə yönəltməliyik. Utilizasiya ilə bağlı ölkədə sistem mövcud deyil. Biz sistemi qururuqsa onu qurarkən niyə görə ilk növbədə vətəndaşdan yenidən əlavə maliyyə tələb edirik? Əsas problemlər avtobuslarla bağlıdır. Biz buna göz yumuruq və vətəndaşlardan yenidən hansısa fonda vəsait tələb edirik. İlk növbədə vətəndaşları düşünməli və qiymətlərin artımına yol verməməliyik. Bu qanun layihələri ilk növbədə qiymətləri artıracaq”. Deputat Əli Məsimli də sözügedən qanun layihələrinin ölkədə qiymətləri artıracağını hesab edir: “Dünya elektrik avtomobilə keçir. Azərbaycanda söhbət avtomobil yığmaqdan gedirsə, ən asan yığılan elektrik avtomobillərdir. Dünyanın hansı ölkəsinin adını çəkmək olar ki, o ölkəyə gətirilən avtomobildən alınan rüsumlar üst-üstə yığılanda onun gömrük gəlirinin üçdə iki hissəsinə, bəzən hardasa 80-90 faizinə bərabər olsun? Ümumiyyətlə, vətəndaşlardan bu sahədə heç bir vəsaitin alınmaması variantını təklif edirəm. O qədər ağır rüsumlardan sonra vətəndaş əlavə nə isə ödəyəcəksə, bu, qiymətlərin artmasına təsir göstərəcək”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Tramp maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ