çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Gözdən Əlillər Cəmiyyətində etiraz başladı - 29 dekabr qurultayı legitim deyil...

Image


Cəmiyyətin həssas, diqqət və qayğı ilə daha çox əhatə olunmalı olan kəsimlərindən biri məhz gözdən əlillərdir ki, onların problemlərinin həllində həm aidiyyəti dövlət qurumları, həm də Azərbaycan Gözdən Əlillər Cəmiyyəti (Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi) aktiv olmalıdır.

Bu günlərdə Cəmiyyətin bir qrup üzvü - Cəlilzadə Sahil Nadir oğlu, Quliyev Vahid Sərdar oğlu, İsgəndərov Mədət Elxan oğlu, Kərimov Əli Nadir oğlu və Mürsəlov Zaur Xanlar oğlu “Bakı-Xəbər”in redaksiyasına gələrək Azərbaycan Gözdən Əlillər Cəmiyyətindən, onun rəhbərindən narazı olduqlarını,  təşkilat tərəfindən onlara heç bir qayğı, diqqət göstərilmədiyini, əlillərə aid olan müəssisələrin, ərazilərin satıldığını bildirdilər. Onlar eyni zamanda vurğuladılar ki, keçən ilin 29 dekabr tarixində Gözdən Əlillər Cəmiyyətinin qurultayı olub və onlar  o qurultaya etiraz edirlər, onu qeyri-legitim hesab edirlər.

Söhbətə Vahid Quliyev başlayır: “Gözdən Əlillərin yetərincə problemləri var. Bu o problemlərdir ki, həlli vacib olsa da, hələ də aradan qaldırılmayıb. Səmyar Abdullayev 2002-ci ildən bu Cəmiyyətin sədridir. 2002-ci ildən bugünə kimi Səmyar Abdullayev gözdən əlillərin problemlərinin həlli istiqamətində heç bir iş aparmayıb. Bu sahədə heç bir iş görülməyib. Bizim hazırda Gözdən Əlillər Cəmiyyəti ilə problemimiz budur ki, bu təşkilat bizi heç yerdə təmsil etmir. Gözdən Əlillər Cəmiyyətinə məxsus olan saysız müəssisələr, obyektlər talanıb, yeyilib. Vaxtilə gözdən əlillərin işləməsi üçün çoxlu sayda müəssisələr vardı, gözdən əlillər o müəssisələrdə işləyirdilər. Səmyar Abdullayev Cəmiyyətin sədri olana qədər Gözdən Əlillər Cəmiyyətinin Bakı şəhərində kifayət qədər obyektləri, mətbəəsi, klubları, studiyaları, istehsalat müəssisələri, kombinatları, sexləri vardı. Özü də bu müəssisələr, obyektlər şəhərin mərkəzi yerlərində - Səbail, Nizami, Nərimanov və digər rayonlarda yerləşirdi. Hazırda bizə məlum olan bir neçə yer qalıb ki, onlar da artıq satılmaq risqindədir. Gözdən əlillərə məxsus Faiq Yusifov 196 A  ünvanındakı sahədə hazırda  hündür  bina tikilib. Bu, gözdən əlillərin ərazisidir. "Sevinc" MMC ilə Gözdən Əlillər Cəmiyyəti 2015-ci ildə müqavilə bağlayıblar, cəmiyyət o ərazini verib bu MMC-yə. Müaviləyə görə, "Sevinc" MMC ordan bizə 75 mənzil verməlidir.

MMC-dən deyilənə görə, "Sevinc" MMC Gözdən Əlillər Cəmiyyətinə bu 75 mənzili təqdim edib, amma Gözdən Əlillər Cəmiyyəti bunu danır və deyir ki, bizdə mənzil yoxdur. Məsələ budur ki, bu mənzilləri mənimsəyirlər. Gözdən Əlillər Cəmiyyətinin balansında olan obyektlərin, müəssisələrin böyük əksəriyyəti satılıb. Mən sözümü hara gətirmək istəyirəm? Bu obyektlərin yerləşdiyi Səbail, Nərimanov və s. kifayət qədər bahalı ərazilərdir.

Barəsində danışdığım Faiq Yusifov 196 A ərazisi 1.1 hektardır. O ərazinin qiyməti hardasa 60-70 milyona gəlib çıxır. O boyda ərazini götürüb "Sevinc" MMC-yə verib ki, nədi-nədi 75 mənzil verəcək. Məsələ budur ki, bu illər ərzində Cəmiyyətin bu qədər gəlirləri olub, amma bu gəlirlərin heç biri bizim vəziyyətimizin yaxşılaşdırılmasına yönəldilməyib. Söhbət şəxsi vəziyyətdən getmir. Bayaq dediyim kimi, gözdən əlillərin kifayət qədər problemləri var. Şəhərdə bizim üçün infrastruktur yoxdur, metroya düşürük əziyyət çəkirik. Mən bir neçə dəfə relslərin üstünə düşmüşəm. Çünki ortada sarı xətt yoxdur. Biz ona taktil xətt deyirik. Gözdən əlil ayağı ilə o xətti hiss edir. Siz yəqin taktil xətləri Asan xidmətdə görmüsünüz. Metropolitendə üzləşdiyimiz problem budur. Sonra ödəniş aparatlarının səssiz olmasıdır, biz pul ödəyındə bilmirik ki, işıq yandı, yanmadı, vəsait çıxıldı, çıxılmadı və s. Daha sonra nəqliyyatda kifayət qədər problemlərimiz var.  Bu yaxınlarda bir qrup adam Bakı Nəqliyyat Agentliyinə getdik, nəhayət dediklərimizi etdilər. Bu da ondan ibarətdir ki, avtobuslar dayanacaqlara çatanda hansı dayanacaq olduğu səsli şəkildə deyilsin. Bu, pandemiyaya qədər vardı, sonra nədənsə onu ləğv etdilər. Biz bu məsələni qaldırandan sonra bir neçə marşrutda dayanacaqlar səsli deyilir. Başqa bir problem isə avtobus marşrutları dayanacaga yaxınlaşanda öz nömrələrini səsli şəkildə deməməsidir”.

V.Qulieyev qeyd etdi ki, bu gün gözdən əlillərin işsizlik problemləri də var, bu özünü çox güclü şəkildə göstərir. “Gözdən əlillərin işsizlik problemi də var ki, bu problem də öz həllini tapmalıdır. Gözdən əlillər işləyib cəmiyyətə, dövlətə fayda vermək istəyirlər.  2019-cu ildə Nazirlər Kabinetinin 57 saylı qərarına əsasən, birinci qrup  gözdən əlillər pedaqoq kimi fəaliyyət göstərə bilməz. Ümumiyyətlə, burada I qrup əlillər nəzərdə tutulub, gözdən əlilləri də bu sıraya aid ediblər. Halbuki, bu qərara qədər gözdən əlillər pedaqoji fəaliyyətlə məşğul olurdular. Bizim kifayət qədər istedadlı, savadlı, bilikli  müəllimlərimiz var ki, onlar orta və ali məktəblərdə, tədris müəssisələrində müəllim işləyirdilər. Amma bu gün gözdən əlil müəllimlərin çoxu işsizdir. Bu qərara görə bütün müəllimlərimizi işdən çıxarıblar. Müəllimlərin probleminin həlli yönündə də Gözdən Əlillər Cəmiyyəti heç bir addım atmır. Biz bu qərardan gözdən əlillərlə bağlı bəndin ləğv edilməsi üçün dəfələrlə Nazirlər Kabinetində, Elm və Təhsil Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindı olmuşuq, onlar bu məsələni həll edəcəklərini deyiblər. Amma hələ həll edilməyib. Ali təhsilli, savadlı müəllimlərimiz işdən çıxarılıb. Nazirlikdən söz veriblər ki, bu problem həll olunacaq”.

Gözdən əlillərin bütün sahələrdə kifayət qədər istedadlı, bacarıqlı olduqlarını önə çəkən V.Quliyev qeyd etdi ki, tox təəssüf ki, bu gün işlə bağlı problemlər var.

  • “Biz qurultay keçirilən gün ora getdik və etirazımızı bildirdik”

Söhbətə Sahil Cəlilzadə qoşulur: “Biz cəmiyyətin yararlı üzvləri olmaq istəyirik. Mən bir ciddi məsələni diqqətə çatdırmaq istəyirəm. I qrup gözdən əlil olduğumuza görə bizim imzalarımızı heç bir qurum tanımır. Bizim imzalarımız möhür formasındadır. Nə dövlət müəssisələri, nə özəl banklar, nə də başqa təşkilatlar imzalarımızı tanımırlar. Tutaq ki, mən bankdan öz pensiya kartımı almağa gedirəm, buna görə kiməsə Asan Xidmətdə etibarnamə verməliyəm, bundan sonra etibarnamə verdiyim şəxs gəlib mənim əvəzimdən qol çəkməlidir ki, gəlib öz kartımı alım. Səhərdən burada oturmuşuq, söhbət edirik, görsüz ki, normal adamlarıq, amma “siz qol çəkə bilməzsiniz” deyib bizi o vəziyyətə salırlar ki…İmzamızı tanımırlar, “bu etibarlı deyil” deyirlər”.

Vahid Quliyev əlavə edir ki, bu cür münasibət onlara çox pis təsir edir. V.Quliyev qeyd etdi ki, gözdən əlilərin imza problemi də həll olunmalıdır və onların möhürləri rəsmən qəbul edilməlidir.

Sahil Cəlilzadə isə qeyd etdi ki, Cəmiyyətin gözdən əlillərə diqqət və qayğısı sıfır səviyyəsindədir, bu qayğısızlıqdan daha çox əziyyət çəkən bölgələrdəki gözdən əllillərdir.

Əli Kərimov isə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sonuncu qurultayından danışdı. Ə.Kərimov qeyd etdi ki, onlar 29 dekabr 2022-ci ildə keçirilən qurultaya etiraz edirlər və qurultayın legitimliyini tanımırlar. “Biz qurultay keçirilən gün ora getdik və etirazımızı bildirdik. Təsəvvür edin ki, biz Cəmiyyətin üzvü ola-ola, qurultayın keçirilməsindən bir gün əvvəl xəbər tutduq… Bu qurultayı qanunsuz sayırıq. Keçirlən qurultay da, ondan əvvəl gözdən əlillərin bölgələrdəki konfransaları da  gizlıi keçirilib, biz onları saxta hesab eidrik.  Biz də, təbii ki, baş verənlərdən narazı qaldıq. Biz xəbər tutduq ki, filan yerlərdə seçkilər olub köhnə rəhbər yenidən öz yerində oturdulub”.

Qurultayda baş verən qalmaqallardan danışan Ə.Kərimov vurğuladı ki, qurultayın gedişində Cəmiyyətin sədri S.Abdullayev gözdən əlillərə çox pis davranış göstərib. Gözdən əlillərin XVIII qurultayının və dekabrın 22-də keçirilən Sumqayıt təşkilatının konfransına etiraz edən müsahiblərimiz bildirdilər ki, Sumqayıt təşkilatının üzvləri də bu konfransdan və qurultaydan əvvəlcədən xəbərdar olmalı və iştirak üçün ora dəvət edilməli idilər.

V.Quliyev əlavə etdi ki, hələ qurultay qeydə alınmayıb: “Biz sivil şəkildə gəlib içəri keçmək istədik, amma Səmyar Abdullayev buna imkan vermədi, içəridə yalandan səs-küy yaratdı. Hələ qeydə alınmayıb. Biz qurultayda seçkinin nəticələri ilə razı deyilik. Dövlət qurumlarından xahiş edirik ki, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin qurultayının nəticələri qeydə alınmasın və aidiyyəti qurumlar tərəfindən qurultayın videoyazına baxılsın. Orada bir çox qanunsuzluqlar baş verib, bildiyimiz qədər, heç qurultayda say komissiyası da olmayıb. Tamamilə qanunsuz bir seçki keçirilib”.

Mədət İsgəndərov da dostlarının fikirlərinə şərik olduğunu bildirdi. O, qeyd etdi ki, gözdən əlillərin problemləri həddən artıq çoxdur, bu, xüsusən də bölgələrdə özünü daha çox göstərir. M.İsgəndərov vurğuladı ki, gözdən əlillərin digər problemi də banklarla bağldır: “Banklar bizə kredit vermir. Bu sahədə çox əziyyət çəkirik”.

Müsahiblərimiz bir məqamı da qeyd etdilər ki, Sovet dönəmində Korlar Cəmiyyəti adlanan bu təşkilat respublikada ən varlı təşkilat olub, hətta qurum tərəfindən metropolitenin tikintisinə vəsait də ayrılıb.   

Qeyd edək ki, redaksiyamıza təşrif gətirən Vahid, Əli, Zaur, Sahil və Mədət kifayət qədər qabiliyyətli, bacarıqlı gənclərdir. Bəzilərinin gözəl musiqi istedadı, qabiliyyəti, bəzilərinin isə başqa bacarıqları var. Bu gənclər cəmiyyətə yararlı olmaq istəyirlər və bu yöndə israrlıdırlar. Onlarla söhbətimiz zamanı bildirdilər ki, gözdən əlillərin ən böyük arzularından biri onlar üçün iş yerlərinin olması, məşğulluqlarının təmin edilməsi, öz bacarıqları, ixtisasları üzrə işlə təmin edilməsidir. Dedilər ki, Dost Mərkəzində 15-ə yaxın gözdən əlil operator kimi işlə təmin ediləcək, onların arasında Mədət İsgəndərov da var. Qeyd etdilər  ki, gözdən əlillər arasında ali təhsillilərin də sayı kifayət qədərdir. Ölkə üzrə təxminən əlli minə yaxın gözdən əlil olduğunu deyən müsahiblərimiz bildirdilər ki, onların hər birinin arzusu Cəmiyyətin qayığısı ilə əhatə olunmaqdır. Sonda onlar dedilər ki, S.Abdullayevdən istəkləri Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin gözdən əlillərin qayğısına qalmasını təmin etməsidir, problemlərinin həlli üçün irəli düşüb getməsidir ki, gözdən əlillər bu problemlərdən xilas olsunlar.

Hesab edirik ki, bizə müraciət edən gənclərin qaldırdığı problemlər öz həllini tapacaq.

Yazıda adı keçən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevin də mövqeyini dərc edə bilərik.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ