çərşənbə günü, 11 noyabr 2026
     

Şairənin, baş redaktorun 60 illik həyat yolu...

Image


“Şuşadan ayrılanda dedim ki…”

Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru, “Yada düşdü” jurnalının təsisçisi və baş redaktoru, AYB üzvü Nəzakət Məmmədovanın 60 yaşı tamam olub. 60 illik yubileyi münasibətilə Nəzakət xanım ilk müsahibəni “Bakı-Xəbər” qəzetinə verib. 

- Nəzakət xanım, ömrün 60-na gəlib çatmaq necə bir hissdir?

- 60 sözü adama bir az uzaqdan gəlir, ancaq gəlib haqlayandan sonra gördüm ki, yaşadığım illər heç də hədər getməyib. Ətrafıma, evimə-ailəmə, balalarıma, nəvələrimə baxanda görürəm ki, 60 yaşı hədər yaşamamışam. Uzun illərdir ki, işlədiyim Respublika “Xatirə Kitabı”, təsisçisi və baş redaktoru olduğum “Yada düşdü” jurnalı da ömrümə mənalar qatıb.

- Demək olar ki, 60-ın tən yarısını əhatə edib.

- Bunlar mənə illərin hardan gəlib-getdiyini unutdurub. İnsan ömrüdür, o yalnız düz xətlərdən ibarətdir, həyatın hər cür xətti var. İnanın ki, bu həyatın həm ağ, həm də qara xəttindən, illərin sınağından, çətinliklərdən keçmək və ayaq üstə durmaq çox çətindir, hamıya qismət olan şey deyil. Amma mən ayaqüstə durmağı bacardım. Bu da çox çətindir.

- Təbii, çətindir, xüsusən də zərif cinsin nümayəndələri üçün çox çətindir. Amma deyirlər ki, qadınlar zərif, analar güclü olur…Belə demək olarmı ki, Sizi həmişə həyatın sınaqlarından qalib çıxaran, ayaq üstündə saxlayan məhz analıq işığı olub?

- Dostoyevskinin sözü ilə desək, övlad ən böyük səadətdir. Düz deyirsiz, bəlkə də mən ayaqda durmaqda, dayanmağıma, bütün çətinliklərdən keçməyimdə, gördüyüm işlərdə bacarığımı üzə çıxarmağımda övladlarımdan daha çox güc-qüvvət almışam. Demək olar ki, mən onlarla paralel böyümüşəm. Çünki erkən ana olmuşam, uşaqlarım böyüdükcə onlardan aldığım zövqdən elə bilmişəm öz uşaqlığımı, gəncliyimi onlarla paralel yaşayıram. Analıq ən təmənnasız sevgi ilə yaşanan bir duyğudur ki, övladına çəkdiyin zəhmətin, əziyyətin, yuxusuz gecələrin içində heç bir təmanna yoxdur. Əkdiyi  ağacın barından bağban necə ləzzət alırsa, ananın da öz övladının uğurlarından aldığı həzz ona bənzəyir. Övladlarım da çox sag olsunlar, təməlini qoyduğum ailənin ibtidaisindən heç zaman məni yanıltmadılar, necə istədim o cür böyüdülər. Jurnalım da o cür, o da mənim üçün bir övladdır…

- Seyran Səxavətin təbirincə desək, “Yada düşdü” sizin dördüncü övladınızdır…

- Seyran müəllim onu o qədər düzgün ifadə etdi ki…Seyran Səxavət bizim öndə gedən yazıçılardan, ziyalılarımızdan biridir. Onun sözü mənim üçün böyük əhəmiyyət daşıyır. Sevindim ki, Seyran səxavət mənim jurnalıma belə yüksək bir dəyər verdi. Hələ Qulu Məhərrəmlini demirəm…

- Qulu müəllim nə deyib?

- Qulu Məhərrəmli deyib ki, “Yada düşdü” bizim yaddaşımızın aynasıdır.

- Doğru deyib. Nəzakət xanım, “Yada düşdü” heç bir yerdən dotasiya almayan jurnaldır. Dəfələrlə də deyilib ki, sizin ailə büdcəniz hesabına fəaliyyət göstərir, amma ədəbiyyata, mədəniyyətə, milli yaddaşa xidmət edir…

- Doğrudan da elədir. “Yada düşdü” bizim ailə büdcəsindən maliyyələşir. Yəni yeganə maliyyə qaynağı öz büdcəmizdir, başqa yerdən maliyyəmiz yoxdur. Ailə büdcəmizə nə qədər ziyan dəysə də, jurnalı yaşadıram, heç bir qüvvə “Yada düşdü”nü mənim ürəyimdən çıxara bilmədi. Maraqlıdır ki, “Yada düşdü” sevgisi təbii olaraq ürəyimə düşdüyü kimi, onu oxuculara, ədəbi ictimaiyyətə sevdirmək, qəbul etdirmək də zorla olmadı, çox tezliklə özünə yol açdı. Ailəm də mənim bu uğuruma sevinir…

- Müstəqil bir juranalı ayaqüstə saxlamaq asan iş deyil, buna hər kəsin hünəri də çatmaz. Çətinliklə də olsa bu jurnalı yaşadırsınız…

- “Yada düşdü” məni xoşbəxt etdi. Bu 60 illik ömrümdə dönüb arxaya baxdıqda çox zəngin, mənalı bir həyat yolu keçdiyimi görürəm. 60 il geriyə baxmaq, o illərin səni hardan götürüb haraya apardığına yenidən qayıtmaq üçün bir hesabat vaxtıdır. Jurnalımın uğurlarına görə çox sevinirəm, özümü xoşbəxt və  şanslı insan bilirəm. Bir dəfə Bəxtiyar Qaraca mənə dedi ki, Nəzakət xanım, çox təvəzökarlıq edirsiz, əslində sizin Azərbaycan ədəbiyyatında, o cameədə kiçik bir yeriniz var, o yeri də heç kəs sizə təklif etməyib, o yeri siz özünüz qazanmısınız.  

- Bir tərəfdən deyirsiz ki, özünüzü xoşbəxt və şanslı insan sayırsız, başqa tərəfdən də “gəncliyimi yaşamadım” deyirsiz…

- Bu 60 ilə gəlib çatmaq elə də asan olmadı. Yurd itkisi yaşadıq. Mən qarabağlı deyiləm, amma yurd itkisinin nə olduğunu çox yaxşı bilirəm. Babam Ərdəbildən gəlib, mən yurd həsrətini babamın atama söylədiklərində, atamın göz yaşlarında görmüşəm. Yurd həsrəti, nisgili mənim canıma-qanıma keçib. Mənim şeirlərimi oxuyanlar, eləcə də müsahibə zamanı kütləvi informasiya vasitələrindən soruşublar ki, siz haralısınız, qarabağlısınızmı? Şeirlərinizdəki bu qədər vətənpərvərlik, nisgil, Qarabağ ağrısı, yurd ayrılığı nədəndir? Halbuki, mən onda yalnız Aran Qarabağda olmuşdum, özüm isə bakılıyam. Atam da Bakıda doğulub, anam isə göyçaylıdır. Abşeron bağları qədər mənə doğma, əziz, ləzzət verən ikinci bir yer təsəvvür etmirəm.

- Çünki uşaqlığınızın izləri, xatrələri  yaşayır orada…

- Bəli. O bağ mənim üçün bir aləmdir, o bağla bağlı hər şey ən kiçik xırdalığına qədər gözümün önünə gəlir.

- Deyəsən mətləbdən uzaqlaşdıq…

- Hə, sizin sualınıza qayıdaq. Gəncliyim Birinci Qarabağ müharibəsinə düşdü, 20 Yanvar faciəsini, Xocalı soyqırımını yaşadıq. Çox sarsıntılar keçirdik. 20 Yanvar hadisələri, müharibə mənim gəncliyimi əlimdən aldı. Təkcə mənim yox, bütövlükdə bizim nəslin gəncliyi itirildi, biz gəncliyimizi yaşaya bilmədik, içimizdə qırıq-sınıq qaldıq. Çox gənc idim, 20 Yanvar faciəsini görən adamın gəncliyi necə ola bilərdi? O matəmdə mən də iştirak edirdim, bütün qadınlar başına milli örpək örtüb matəmə qoşulmuşduq. Hamı bir idi. Heç kəs bir-birindən “sən haralısan” soruşmazdı. Hamının dərdi-səri bir idi…

- Nəzakət xanım, Şuşanın xiffətini çəkən, onun itkisi ilə barışmayan qələm adamlarından biri kimi uzun illərdən sonra Şuşa ilə qol-boyun olmağınız necə bir hiss idi?

- Düzdür, mən yazıçılarla Vaqif Poeziya Bayramında iştirak etmək üçün Şuşaya gedə bilmədim. Amma bir neçə gün sonra mənə zəng edildi və “hazırlaşın sabah Şuşaya gedirik” deyildi. İnanın ki, o an çox həyəcanlar, tələtümlər yaşadım, haldan-hala düşdüm, gözlərimin qarşından Şuşanı itirdiyimiz o ağrılı günlər keçdi, o ağrını təkrar yaşadım…Şükür qovuşdurana, nəhayət “Şuşaya gedirsən” sözünü eşitdim. Şuşaya getdim. Yolboyu tezdə-bir sürücüyə sual verirdim ki, azad edilən ərazilərə nə zaman çatacağıq? Təsəvvür edin ki, o qədər həyəcanlı idim. Azad edilmiş ərazilərə keçəndə sürücü qayıtdı ki, “ay Nəzakət xanım, artıq torpaqları ala-ala gedirik Şuşaya”. Şuşaya qalxdım, Şuşanı gördüm, elə bir kadr olmadı ki, onu çəkməyim, göz yaddaşıma ötürməyim.

Bir şeirimdə də demişəm:
Öpsün Vətən torpağını gözlərim
Dəysin Vətən torpağına dizlərim!

Şuşa məscidinə getdik, orada bir mübarək namaz da qıldım. Allaha şükür ki, dizlərim o müqəddəs torpağa dəydi. Taleyimdən çox razıyam ki, mənə yaşatdığı nisgilin məlhəmini də verdi. Şuşadan ayrılanda dedim ki, Şuşam mənim, sənin yaralarını sarımaq, sənin yaralarına məlhəm olmaq boynumuzun borcudur, səni dirçəldib çəkdiyn iztirabları unutduracağıq. Düzdü, biz də Şuşa ilə birgə çəkmişik o iztirabı, yaşamışıq…

- Heç ürəyinizdən keçirmi ki, kaş anam sağ olaydı və mənim bu günümü görəydi?

- Mən əslində atamdan da, anamdan da çox yaşayıram, ikisi də həyatını tez itirib. Mən ata-anamı öz yaşımda heç vaxt görə bilmədim. İnsan valideynini nə qədər tez itirərsə o qədər tez böyüyər. Mən 7 yaşımda atamı, 27 yaşımda anamı itirmişəm. 27 yaşımda anamı itirəndə artıq özümü 70 yaşındakı insan kimi hiss edirdim, özümü həyata tam hazır bir insan olaraq görürdüm. Həyatda valideyn qədər adama arxa-dayaq olan ikinci bir qüvvə yoxdur. Kimin anası varsa o hələ uşaqdır. Anamı itirəndə mən artıq uşaqlığımdan qopdum, gəncliyimi itirdim.

Anamın uşaqlığı İkinci Dünya müharibəsinə düşmüşdü, onun heç ibtidai təhsili də yox idi. Amma deyərdim ki, anam böyük bir akademik məktəb keçmişdi.

Böyütdün, od götürdün kipriyinlə, gözünlə
Mənə dünyanı verdin bircə kəlmə sözünlə
Mehriban davranışı, dözümü, sədaqəti
Sən verdin gözəl anam, ləyaqəti, qeyrəti…
Səndən aldığım dərslər hər an gəldi karıma
Sənsiz qar yağıb sanki gül açan baharıma.
Darıxıram ay ana!

Anam üçün darıxıram, onun hər dəqiqəsinin xiffətini çəkirəm. Yaşlaşmış bir qadın görəndə deyirəm ki, Allahım, mənim anam da yaşlaşa bilərdi. İndi mən onun üçün nə edə bilməzdim?..

- Ananızdan sizə böyük bir tərbiyə məktəbi miras qalıb. O Sizi xalqımız, ədəbiyyatımız üçün yetişdirib. Doğrudan da, siz ədəbiyyatımızda, söz sənətimizdə öz yeri olan bir şairəsiniz…

- Anam bizə o qədər mühafizəkar oldu, o qədər bizi qorudu ki… Qardaşımız olmayıb. Anamız bizim yolumuzda öz ürəyini əritdi, elə ona görə də həyatla belə tez vidalaşdı. Ömrünü bizim yolumuzda əridən ana üçün darıxmamaq, onun yolu ilə getməmək günah olardı. Anamdan yadigar qalan əşyaları çox böyük sevgi və həvəslə mətbəxdə işlədirəm. Saçlarımı anamın darağı ilə darayıram. Saxlayıram onun darağını. Hər dəfə anamın darağını saçlarıma çəkəndə, elə bilirəm, saçlarıma sığal çəkən anamın əlləridir. O daraq anamın saçlarına dəyib, ona anamın əlləri toxunub, nəfəsi hopub (kövrəlir)…

- Yubiley ərəfəsində Sizinlə bağlı çoxlu yazılar, məqalələr çıxıb, onları yəqin ki, toplayıb kitab halına salacaqsınız.

- Həm özüm haqqımda, həm jurnalım barədə çoxlu yazılar, məqalələr çap olunub. Əlbəttə, bütün bunları kitablaşdırmaq fikrim var. Sağlıq olsun!

- Belə hesab etmək olarmı ki, 60 illik ömrünüzdə ən böyük qazanclarınızdan biri dostlarınızdır?

- Haqlısınız, dostlarım çoxdur. Bu dostluqlar ona görə uzunömürlüdür ki, mayasında qarşılıqlı səmimiyyət və təmənnasızlıq dayanır. Dostlarımın arasında qadın-kişi fərqi qoymuram, həm qadın, həm də kişi dostlarım çoxdur. Mən sinif yoldaşlarımla da əlaqələrimi kəsməmişəm, bugünə kimi də əlaqələrimiz, ailəvi gediş-gəlişimiz var. Onların hər biri mənim üçün doğma və əzizdir. Dost sözünün mənası səmimiyyət, həssaslıq və təmənnasızlıqdır…

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ