Bazar günü günü, 20 sentyabr 2026
     

AMEA-nın Nəbatat bağında özbaşınalıq - ərazinin şəxsi villa tikintisinə satılma faktları da var...

Image


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əksər strukturlarında, elmi-tədqiqat institutlarında saysız neqativ hallar müşahidə edilməkdədir. Son illər AMEA-nın institutlarında, başqa qurumlarında baş verən qanunsuzluqlar haqqında çox yazılıb. AMEA-nın qanunsuz əməllərə imza atan qurumları sırasına Mərkəzi Nəbatat Bağı da əlavə edilib. Məlumatlara görə, Mərkəzi Nəbatat Bağında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığı əsasında başladılan abadlıq-quruculuq işləri sürətlə davam etdirilir.

Mərkəzi Nəbatat Bağından baki-xeber.com-a verilən məlumata görə, abadlıq işlərinin səmərəli təşkili məqsədilə bu müəssisənin baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev tərəfindən Komissiya yaradılıb. Komissiyanın tərkibinə biologiya elmləri doktoru, professor Elman İsgəndər, biologiya elmləri doktoru, dosent Şakir Qasımov, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Yusif Zeynalov, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Asif Mehralıyev kimi biologiya sahəsində tanınmış alimlər daxildir.

“Nəzərə çatdırmaq istəyirik ki, AMEA Rəyasət Heyətinin qərarı ilə RH-ın Daxili nəzarət və audit şöbəsi tərəfindən Mərkəzi Nəbatat Bağında yoxlama işləri həyata keçirilmiş, arayış tərtib olunaraq orataya çıxan qüsur və qanunsuzluqlar, mənimsəmələr qeyd olunmuşdur. Nəbatat Bağının sabiq direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyevin bu müəssisədə ciddi qanun pozuntularına yol verdiyi aşkar olunmuşdur. Belə ki, ağaclar baxımsız qalmış, Bağa məxsus ərazidə 2 ədəd qanunsuz evin tikintisinə şərait yaradılmışdır. Sabiq direktorun rəhbərlik etdiyi 6 il ərzində yeni ağacların əkilməsi üçün heç bir təşəbbüs göstərilməmiş, suvarma sisteminin düzgün təşkil olunmaması səbəbilə əksər ağaclarda quruma prosesi sürətlənmiş, dövlətin ayırdığı vəsaitlər şəxsi maraqlara uyğun istifadə edilmişdir. Daxili nəzarət və audit şöbəsi tərəfindən həyata keçirilmiş yoxlamaların əks olunduğu, sabiq direktor tərəfindən də imzalanmış arayış zərurət yarandıqda ictimailəşdirilə bilər...” Bunu Mərkəzi Nəbatat Bağından bildiriblər.

AMEA-nın  Mərkəzi Nəbatat Bağında baş verən qanunsuzluqlar, burada qeyri-qanuni olaraq kimlərinsə villa tikməsi, buna icazə verməsi kimi hallar bu quruma başucalığı gətirmir. Ekspertlərin fikrincə, baş verənlərdən belə nəticəyə gəlmək olar ki, Mərkəzi Nəbatat Bağı illərdir nəzarətdən kənar fəaliyyət göstərib, Bağın keçmiş rəhbərliyi burada istədiyini edib.

  • “Akif Əlizadənin razılığı olmadan Mərkəzi Nəbatat Bağının keçmiş direktoru nəinki o iki evin tikintisinə razılıq sənədinə imza ata, heç onu xəyalından belə keçirə bilməzdi”

AMEA-nın Mərkəzi Nəbatat Bağında baş verən qanunsuzluqları şərh edən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, Mərkəzi Nəbatat Bağı ətrafındakı söz-söhbətlərlə o da tanışdır və AMEA-nın müəssisələrində baş verən bu kimi qanunsuqluqları ürək ağrısı ilə qarşılayır. “AMEA strukturlarında bu kimi halların baş verməsini ayrı-ayrı institutların, mərkəzlərin timsalında müşahidə etmişik. Konkret olaraq Mərkəzi Nəbatat bağında baş verən qanunsuzluqlara gəlincə, Akademiyanın hansı elmi müəssisəsini, institutunu araşdırsaq, böyük əksəriyyətində belə faktlar mövcuddur. Mən Mərkəzi Nəbatat Bağının keçmiş direktorunu tanıyıram, doğrudan da fağır, kasıb bir oğlan idi. Ona AMEA-nın keçmiş prezidenti Akif Əlizadənin əmisi qızı və eyni zamanda Əlizadənin zamanında akademik olmuş, AMEA-nın Botanika İnstitutunun direktoru işləmiş Validə xanım himayədarlıq edərək Mərkəzi Nəbatat bağına direktor qoydurdu. Yəni o adamı ora Akif Əlizadə direktor qoyub. Onlar sonra o cür insanın əli ilə, görürsüz ki, Mərkəzi Nəbatat Bağında nə cür qanunsuzluqlara yol veriblər. Mən Bağın indiki rəhbərliyinin bu məsələdə nə qədər haqlı və səmimi olduğunu deyə bilmərəm. Hər halda, burada konkret faktlar var və bu faktlardan da biri ondan ibarətdir ki, Mərkəzi Nəbatat Bağının ərazisində qanunsuz olaraq 2 villa tikilib. Burada iki qanunsuz evin tikilməsindən söhbət gedir. Sizə açığını deyim, ola bilməz ki, iki evin məhz Mərkəzi Nəbatat Bağında tikilməsindən AMEA-nın keçmiş rəhbərinin xəbəri olmasın. Akif Əlizadənin razılığı olmadan Mərkəzi Nəbatat Bağının keçmiş direktoru nəinki o iki evin tikintisinə razılıq sənədinə imza ata, heç onu xəyalından belə keçirə bilməzdi. Çünki Mərkəzi Nəbatat Bağının direktoru özbaşına bağın ərazisini sata və iş adamlarına verə bilməzdi. Bu məsələdə birbaşa Akademiyanın keçmiş rəhbərliyinin əli var, marağı var və onların maraqları çərçivəsində Nəbatat Bağı kimi unikal bir müəssisədə bu cür qanunsuzluqlar edilib. Çox təəssüf edirəm. Bu doğrudan da təəssüfedicidir”.

İ.Orucovun verdiyi məlumata görə, Genetik Ehtiyatlar İnstitutunun gözəl və nadir bağını da vaxtilə satışa çıxarmağa cəhd edənlər olub. Ekspertin sözlərinə görə, AMEA-ya məxsus bağlar, ərazilər həmişə bəzi keçmiş məmurların hədəfində olub. “Vaxtilə keçmiş məmurlar oranı Amerika səfirliyinə satmaq istəyirdi. O vaxt Baş nazirin müavini olan Abid Şərifov bu işdə maraqlı idi ki, Genetik Ehtiyatlar İnstitutunun bağını satsın. Mən bunu xatırlayıram. Amma o zaman Akademiyanın prezidenti mərhum Mahmud Kərimov, bütün israrlara baxmayaraq, o bağın satılmasının qarşısını aldı. Elm adamı elmi müəssisəni qoruyar, amma elmdən xəbəri olmayan təsadüfi bir adamı elmi müəssisəyə rəhbər qoysan, bu cür neqativ hallar baş verəcək. Mən bunu Akademiyanın keçmiş rəhbərinin timsalında deyə bilərəm. Necə ola bilər ki, Akademiyaya məxsus ərazi satılıb, amma bundan AMEA-nın o vaxtkı rəhbərliyinin xəbəri olmayıb? Bunun heç bir mümkünü yoxdur. Bu işi Vahid müəllim kimi fağır, kasıb bir adamın üstünə atmaq niyyətilə bağın ərazisini satıblar. Bu kimi hallar biabırçılıqdır, alim əxlaqına sığmayan hərəkətlərdir. Əlbəttə, bu hadisəni qınayıram. Əslində, elmin qədrini bilməyən adamların elmə rəhbərlik etməsi bu kimi hallara gətirib çıxarır. O zaman da deyirdik bu adamlar elm adamı deyil, onlar bura Akademiyanı dağıtmağa gəliblər. Biz indi bunu açıq görürük...”

İ.Orucov qeyd etdi ki, təftiş aparılarsa, Akademiyada nə qədər qanunsuzluqlar olduğu üzə çıxacaq, bu isə təəssüf doğurur.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 22:55
Rusiya 2027-ci ilin payızında Avropaya hücum edəcək - Fransa kəşfiyyatından iddia…

20.09.2026 / 22:38
Macarıstanın Baş naziri hücuma məruz qaldı – Macyarın üzünə içki çırpdılar… VİDEO

20.09.2026 / 22:22
“Arşın mal alan” operettası Lənkəran teatrının təqdimatında Xankəndidə nümayiş olunub

20.09.2026 / 22:12
Ukrayna Avropa ölkələrini Rus Evlərini bağlamağa çağırdı – onlardan casusluq fəaliyyəti üçün istifadə edilir…

20.09.2026 / 21:53
Xocavənddə ilk dəfə Şəhər Günü keçirilir

20.09.2026 / 21:21
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

20.09.2026 / 19:49
Tramp BMT iclası zamanı Pezeşkianla görüşə biləcəyi mesajını verdi - çox böyük hadisələr baş verəcək...

20.09.2026 / 19:22
ABŞ İranı yenidən vurmağa hazırlaşır – Tehrandan region ölkələrinə sərt xəbərdarlıq…

20.09.2026 / 15:25
Ukrayna Moskva Neft Emalı Zavodunu da bombaladı… - VİDEO

20.09.2026 / 15:04
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

20.09.2026 / 14:47
ABŞ-ın təyyarə gəmiləri təhlükədə - İran 80 döyüş başlığına bölünən yeni raketi sınaqdan keçirdi…

20.09.2026 / 14:25
Dünyanın ən böyük müsəlman ölkəsi ilk təyyarə gəmiyə sahib oldu…

20.09.2026 / 12:50
Tramp Yaxın Şərqdə gərginliyin artır - Tramp təcili Ağ Evə qayıtdı, husilərə genişmiqyaslı hücum əməliyyatı masada…

20.09.2026 / 12:14
DİN: "Tarixi missiya uğurla yerinə yetirildi" - VİDEO

20.09.2026 / 11:44
Moskvaya görünməmiş dron hücumu – bir gecədə 2 mindən çox dron vuruldu…

20.09.2026 / 11:08
Ceyhun Bayramov ABŞ-a getdi...

20.09.2026 / 10:46
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik etdi

20.09.2026 / 10:19
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür...

20.09.2026 / 09:25
"Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb" - Azərbaycan XİN

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 08:11
Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - VİDEO

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ