Cümə axşamı günü, 12 noyabr 2026
     

Tarix İnstitutunda milli mənafelərə düşmən islahat söhbətləri - soyqırım şöbəsi hansı məntiqin qurbanı oldu...

Image


Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxtəlif elmi-tədqiqat institutlarında struktur islahatlarına başlandığı, islahatlar çərçivəsində bəzi şöbələrin bağlandığı və bağlanmasının planlaşdırıldığı barədə mediada müxtəlif məlumatlar yer almaqdadır.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun strukturunda dəyişikliklər edilməyə başladığı barədə informasiyalar yayılmaqdadır.

Qeyri-rəsmi məlumatlara görə, institutda bir neçə şöbənin bağlanması məsələsi gündəlikdədir.  

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı məsələ institutun elmi şurasının iclasında müzakirə edilib və təsdiqlənib. Qərara əsasən, institutun 8 şöbəsi ləğv olunur.

Qeyd olunub ki, hazırda institutda 28 struktur vahid var və onlardan 19-u elmi tədqiqat şöbəsi, 9-u isə texniki şöbədir. İnstitutun 4 otağında hər birində iki şöbə olmaqla 8 şöbənin yerləşməsi elmin inkişafına maneçilik törətdiyi kimi qiymətləndirilib.

Ləğv edilən şöbələr bunlardır: 1) Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsi, 2) Azərbaycan sənətkarlıq tarixi şöbəsi, 3) Azərbaycan mədəniyyəti tarixi şöbəsi, 4) Qafqaz tarixi şöbəsi, 5) Azərbaycan-Rusiya əlaqələri tarixi şöbəsi, 6) Azərbaycanın tarixi demoqrafiyası şöbəsi, 7) Azərbaycan diasporu şöbəsi, 8) Ümumi tarix şöbəsi.

Bununla yanaşı, mətbuatda gedən məlumatlara görə, bəzi şöbələr yenidən təşkil olunacaq.

Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin adının ləğv edilən, yaxud ediləcək şöbələr sırasında yer alması bütün elmi ictimaiyyəti ciddi narahat etməkdədir. Milli maraqlarımıza, mənafemizə zidd olan bu addım, əlbəttə ki, qınanmalıdır, necə ki, qınanır da.

Yayılanlarla bağlı hələ Tarix İnstitutunun hər hansı bir rəsmi mövqeyi yoxdur. Bu institutun Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsini hansı səbəbdən ləğv ediləcək şöbələr siyahısına daxil etməsi anlaşılmazdır.

Ekspertlər qeyd edirlər ki, soyqırım tarixini öyrənən  bir şöbənin otaq çatışmazlığı ucbatından bağlanması yolverilməzdir. Onlar bildirirlər ki, əvvəlki dövrlərdə də bu şöbənin bağlanması baş verib, sonra isə bu şöbəni yenidən qurublar. Həmçinin, deyilir ki, ermənilər qondarma “soyqırım”larına abidə ucaldır, saxtakarlığı təbliğ edən institutlar, mərkəzlər yaradırlar, biz isə öz gerçək soyqırımlar tariximizi öyrənən şöbəni qapadırıq.

  • Faiq Ələkbərli: “Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin qalması daha məntiqli olardı, nəinki onun ləğv edilməsi”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli baki-xeber.com-a bildirdi ki, Tarix İnstitutuna yeni direktor təyinatı baş verdikdən sonra bu institutda 8 şöbənin ləğvi gündəmə gəlib: “Tarix İnstitutunda ləğv ediləcək 8 şöbənin arasında bəzilərinin doğrudan da ləğv edilməsi lazım idi. Əslində, bu şöbələr arasında başqa şöbələrlə üst-üstə düşən şöbələr də vardı. Eyni zamanda, bəzi şöbələr Qafqazşünaslıq və Şərqşünaslıq İnstitutunun şöbələri ilə üst-üstə düşür , bir-birini təkrar edirdi. Ancaq ləğv edilən şöbələrin sırasında Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin adının olması daha çox diqqəti cəlb edir. Mənə elə gəlir ki, bu şöbə daha da inkişaf etdirilməli idi. Hesab edirəm ki, ola bilsin, Tarix İnstitutunda soyqırımlar tarixini öyrənən, araşdıran digər bir şöbə olduğu üçün bu addım atılıb. Ancaq, bütün hallarda, Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin qalması daha məntiqli olardı, nəinki onun ləğv edilməsi. Başqa şöbələrin ləğvinə ehtiyac olsa da, Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin saxlanması daha vacib idi. Çünki biz bu məsələlərdə daha diqqətli və həssas olmalıyıq. Ən azından, düşmənlərimizin, Ermənistan tarixçilərinin bizə qarşı yürütdükləri anti-Azərbaycan, antitürk siyasəti var. Onlar qondarma “soyqırım”lardan danışır, Azərbaycana və Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürürlər. Halbuki, Çar Rusiyası, Qərb dünyası, Sovetlər tərəfindən silahlandırılan erməni daşnakları Şərqi Anadoluda, Güney və Quzey Azərbaycanda, Orta Asiyada, Türküstünda türk xalqına qarşı böyük soyqırımlar törədiblər. Biz 1918-ci ilin mart soyqırımını unutmamışıq, bunu bilirik. Həmin dövrdə Güney Azərbaycanda - Urmiyada, Səlmas və Xoyda da məhz erməni daşnakları, terrorçuları xalqımıza qarşı soyqırım cinayətləri törədiblər. Ona görə də hesab edirəm ki, Azərbaycan xalqına qarşı soyqırımları tarixini öyrənən ayrıca bir elmi mərkəz, elmi-tədqiqat institutu formalaşdırılmalı, yeni tədqiqatlar aparılmalı, kitablar yazılmalıdır. Yaxın gələcəkdə belə bir institutun, yaxud mərkəzin yaradılması daha məqsədəuyğundur” - deyə F.Ələkbərli qeyd etdi.

  • Məhərrəm Zülfüqarlı: “Bir tarixçi kimi tam məsuliyyətlə deyirəm ki...”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı isə hesab edir ki, Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin ləğv edilməsi ilə bağlı ortada institutun rəsmi qərarı yoxdursa, bu şayiə də ola bilər. “Azərbaycan Milli Elmlər Akademiyasında baş verən kadr islahatlarının bir sıra müsbət cəhətlərini də qeyd edə bilərik. Başqa institutlarda gedən kadr siyasətini deyə bilmərəm, amma tarixçi olduğum üçün Tarix İnstitutunda gedən proseslərə müsbət yanaşıram. Çünki bu institutda dəfələrlə olmuşam, bu institutun dissertasiya şurasının üzvüyəm. Birincisi, bu institutda yer sıxlığı var. Tutaq ki, bir şöbədə 20-30 nəfər işləyirsə və iki şöbə bir otaqda yerləşirsə, elə o şöbənin birinin işçiləri gəlsə, heç orada oturmağa yer olmaz. Bu da onu göstərir ki, tədqiqat aparmaq üçün orada şərait yoxdur. Bu cür şöbələrin ixtisar edilib azaldılması ona hesablanır ki, işin keyfiyyəti artsın”.

Formal işçilərin sayının azalması nəticəsində elmlə məşğul olan insanların qarşısının açıldığını deyən M.Zülfüqarlının sözlərinə görə, formallığın aradan qaldırılması əməkdaşların işinin keyfiyyətinə də müsbət təsir edəcək. İnstitutun yeni direktorunun həm görkəmli elm xadimi, həm də yüksək insani keyfiyyətlərə malik bir şəxs olduğunu deyən M.Zülfüqarlı qeyd etdi ki, Kərim Şükürov çağdaş tarix elminin iftixarıdır.

“Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin ləğv ediləcək şöbələr siyahısında olduğuna gəlincə, bu o demək deyil ki, bu istiqamətdə tədqiqatlarla məşğul olanlar olmayacaq, yaxud bu problem araşdırılmayacaq. Azərbaycan xalqına qarşı soyqırımları tarixi başqa şöbələrdə daha çevik, daha dinamik öyrəniləcək, bu da işin keyfiyyətinə təsir edəcək. Kərim Şükürovun soyqırımlarla bağlı çoxlu sayda əsəri var. Ona görə də, ola bilsin, bəzi şöbələrin adlarının dəyişdirilməsi bəzi insanları narahat edə bilər, bir tarixçi kimi tam məsuliyyətlə deyirəm ki, narahatlığa əsas yoxdur. Bütün dəyişikliklər işin xeyrinədir” - deyə M.Zülfüqarlı qeyd etdi.

  • Faiq İsmayılov: “...sözdə dediyimizi əməldə göstərə bilmirik”

Mədəni irs üzrə tədqiqatçı-ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılovun sözlərinə görə, Tarix İnstitutunda fəaliyyət göstərən bu şöbənin fəaliyyəti heç zaman diqqəti çəkməyib: “Milli Elmlər Akademiyasının bütün institutlarında illərdir qanundankənar fəaliyyətlər baş verib ki, buna yol verənlərdən biri də Tarix İnstitutudur. Əsas məsələ odur ki, bu institutda, az da olsa, təmizlik işləri aparılır, amma bu, institutu nəyə gətirəcək, onu gələcəkdə görəcəyik. İndi əsas məsələlərdən biri Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin ləğv edilməsi ilə bağlı yayılan məlumatlardır. Bir ziyalı, bir düşüncə adamı kimi özümə sual verirəm ki, indiyə qədər institutun bu şöbəsi nə fəaliyyət göstərmişdi, hansı nəticələr əldə etmişdi, nəyi etmişdi? Gizlin deyil ki, bu şöbənin varlığı ilə yoxluğu bilinmirdi, formal xarakter daşıyırdı. Soyqırımlar qan yaddaşımızın, tariximizin bir parçasıdır, amma bu şöbə bu istiqamətdə nə iş görürdü? Bizi bu gün narahat edən nəticələr olmalı idi. Bu gün Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsi əməli fəaliyyəti ilə dünyada tanınırdısa, bu şöbədə çalışan alimlərin beynəlxalq səviyyədə məqalələri çap olunurdusa, o şöbəni ləğv etmək bir günah olardı. Amma bu şöbə sıradan bir ad xatirinə yaradılmışdı, orada 5-6 ştat tutulub, dövlətin ayırdığı vəsait mənimsənilirdisə, elə onun qalmasından bu ləğvi yaxşı idi. Fikrimcə, bizim institutların, QHT-lərin, elm və təhsil müəssisələrinin ən böyük günahı odur ki, biz bu istiqamətdə mübarizəmizi dildə dediyimiz kimi qura bilmirik, sözdə dediyimizi əməldə göstərə bilmirik”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ