Cümə axşamı günü, 12 noyabr 2026
     

AMEA-da 50 milyon manatlıq qrantın cəmi 20 faizi səmərəli xərclənib - elm ocağında araşdırılmalı fakt...

Image


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş verən proseslər həm elm adamları, həm də ictimaiyyət tərəfindən ciddi şəkildə izlənilir.

Əvvəlki dövrlərlə müqayisədə son zamanlar AMEA-nın rəhbərliyində təmsil olunanlar bu qurumdakı nöqsanları, problemləri dilə gətirərək, bununla da elmi xilas etmək üçün yollar aradıqlarını bildirirlər.

Bu gün AMEA daha çox burada baş verən neqativ hadisələrlə gündəmə gəlir, maliyyə yeyintiləri, dövlət vəsaitlərinin səmərəsiz xərcləndiyi, şəxsi məqsədlərə yönəldiyi bir qurum olaraq adı çəkilir.

AMEA-nın Fizika İnstitutunda baş verən son olaylar, eləcə də Nəsimi adına Dilçilik İnstitutuna qarşı alimlərin irəli sürdüyü maliyyə ittihamları və sair dediklərimizə əyani nümunədir.  

APA-nın yaydığı məlumata görə, mətbuat konfransında AMEA-nın akademik-katibi Adil Qəribov AMEA ilə bağlı bir sıra diqqətçəkən məqamları vurğulayıb: “Bu il AMEA-ya 117 milyon manat vəsait ayrılıb”.

O bildirib ki, bu məbləğin də 81-82 faizi institutların işçilərinin əməkhaqqına ayrılıb: “Qalan vəsait isə qurumların gündəlik tələbatlarına sərf olunacaq. Belə getsə, akademiyanın gələcək inkişafından söhbət etmək çox çətin olar. Son illərdə akademiyaya 50 milyonluq qrantlar ayrılıb. Bunlarla müxtəlif cihazlar alınıb. Bu cihazlardan səmərəli istifadə faizi heç 20 faizdən artıq deyil. Bu cihazlar ya işlək vəziyyətdə deyil, işlək olanların isə istifadə əmsalı çox aşağıdır. 10 ilin nəticələri göstərir ki, bir neçə institut istisna olmaqla, digər institutlar tərəfindən tədqiqat aparılmır. Bunun ölkənin iqtisadi və ya digər heç bir durumu ilə əlaqəsi yoxdur”.

A.Qəribov qeyd edib ki, akademiyanın gənclərə ehtiyacı var: “İnstitutlarda gənclərin faizlə sayı 10-20 faizdən çox deyil”.

Akademik-katib bildirib ki, elmin təşkilində də boşluqlar var: “Buna görə akademiyanın elmin normativ-hüquqi bazasının yenilənməsinə böyük ehtiyacı var. İndi akademiyada islahatlar həyata keçirilir. Bunlar bir neçə istiqamətdədir”.

A.Qəribov vurğulayıb ki, akademiyada iki direktor vəzifəsi təsis olunub, bunlar baş və icraçı direktorlardır: “Bu islahatlar hələ başlanğıc mərhələdədir. Normativ-hüquqi sənədlərin və AMEA-nın Nizamnaməsinin də işlənməsi məsələsi olacaq. Hazırda Audit şöbəsi tərəfindən akademiyanın qurumlarında təftislər aparılır. Bəzi qurumlarda  böyük nöqsanlar var. Korrupsiya məsələsi yoxdur, bunu biz qiymətləndirə bilmərik. Çatısmazlıq olan qurumların direktorları işdən azad olunur, hələ ki, bu, bir institut timsalındadır. Bu, o demək deyil pul mənimsənilib, sadəcə, vəsait düzgün sərf olunmayıb”.

Akademik-katib akademiyada islahatlar məsələsini xüsusi vurğulayaraq, artıq prosesin ilkin işartılarının görsəndiyini qeyd edib.

A.Qəribov israr edib ki, AMEA-da korrupsiya məsələsi yoxdur. Amma ekspertlər vurğulayırlar ki, bu qurumda kifayət qədər korrupsiya halı mövcuddur və dövlət vəsaiti havaya xərclənir.

Qeyd edək ki, əksər ekspertin fikrincə, son dövrlər səsləndirilən fikirlərə laqeyd yanaşılmamalı və aidiyyəti qurumlar tərəfindən akademiya sistemində ciddi audit yoxlamaları həyata keçirilməlidir.

  • “Məqsəd dövlətin pulunu göyə sovurmaqdır”

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Adil Qəribov əsl elm adamıdır və elmdə gedən prosesləri çox düzgün qiymətləndirməyi bacarır: “Adil müəllimlə bir institutda çalışmışıq, o, elmi prosesləri təhlil edən, onları qiymətləndirməyi bacaran bir institut rəhbəri olub. Vaxtilə Radiasiya Problemləri İnstitutunun direktoru olub, o, proseslərin içində olmaqla yanaşı, həm də həyatını akademiyaya, elmə həsr etmiş bir adamdır. Adil müəllim çox doğru qeyd edir. Biz sizinlə söhbətlərimizdə dəfələrlə vurğulamışıq ki, akademiyaya ayrılan vəsaitlər göyə sovrulur, burada çox səmərəsiz işlərlə məşğul olurlar. Digər tərəfdən, reallıq bundan ibarətdir ki, akademiya özünü doğrulda bilmədi. Xüsisilə orada diqqətçəkən məqamlardan biri qrant layihələrinə ayrılan vəsaitlərdən səmərəsiz istifadə olunması ilə bağlıdır ki, həmin qrant vəsaitinə cihazlar alınır, amma onlardan səmərəli istifadə olunmur. Deyim ki, elmi cihazlar çox bahalıdır və bunlar xeyli böyük vəsait hesabına başa gəlir. Amma təəssüflər olsun ki, bu sahədə də xeyli pərakəndəlik mövcuddur. Bu ondan ibarətdir ki, Azərbaycan kimi kiçik bir ölkədə eyni cihazları təkrar-təkrar almağa ehtiyac yoxdur. Tutaq ki, bir tədqiqat institutu, bir universitet bir cihazı alırsa, o sahədə tədqiqat aparan alimlər çox deyil. Həmin cihazlardan fərqli institutlarda çalışan alimlər də istifadə edə bilər. Sadəcə olaraq, o cihazı cihaz xatirinə alıb qoyurlar, amma ondan istifadə edən də yoxdur. Burada milyonlarla vəsait xərclənir, bu da vəsaitlərin göyə sovrulması deməkdir. Əslində, bu vəsaitin xərclənməsi üçün xeyli başqa yer var. Həmin cihazları almaqda məqsəd dövlətin pulunu göyə sovurmaqdır. Əlbəttə, akademiyada çox ciddi islahatlara böyük ehtiyac var. Akademiya bu formada yaşaya bilməz. AMEA son illər faydasız, elm üçün heç bir xeyri olmayan adamların əlində qalmışdı. Ümid edirəm ki, AMEA-da kadr və digər istiqamətlərdə islahatlar davam edəcək. Akademiyada xüsusilə də elmi-tədqiqat institutlarının rəhbərlərinin yenilənməsi barədə işlər davamlı olacaq və biz akademiyanın fəaliyyətində nəhayət ki, bir dönüşə gəlib çıxa biləcəyik” - deyə İ.Orucov vurğuladı.

İ.Orucov hesab edir ki, akademiyada gəncləşdirilmə prosesinin aparılması da qarşıda duran əsas məsələdir. O hesab edir ki, akademiyanın akademik-katibinin qeyd etdiyi islahatlar nəticəsində bu qurumda təmsil olunan gənclərin sayı artırılacaq. Elmdə gəncləşmənin qaçılmaz olduğunu vurğulayan müsahibimizin fikrincə, burada islahatların daha geniş xarakter almasına ciddi ehtiyac var.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ