Cümə günü, 13 noyabr 2026
     

Bölgələrimizdə gizli toy, yas, nişan mərasimləri tüğyan edir - icralar hara baxır, polis olmasa...

Image


Pandemiya dövrü hələ başa çatmayıb və bütün vətəndaşların virusla mübarizə çərçivəsində ölkəmizdə tətbiq edilən karantin rejiminə, onun tələb və qaydalarına əməl etməsi vacib olduğu halda, bir çox halda bunun əksini görürük.

Karantin qaydalarına görə, ölkəmizdə toy, nişan, ad günü mərasimlərinin keçirilməsi qadağandır, yas mərasimlərinin keçirilməsi üçün isə konkret çərçivə müəyyən edilib.

İndiyə qədər kifayət qədər vətəndaş karantinin tələblərini pozaraq, kütləvi yas mərasimləri keçirib, toy-nişan, ad günü edib.

Əlaqədar qurumların, ictimai təşkilatların çağırışlarına baxmayaraq, hələ də bəzi vətəndaşlarımız ad günü, nişan, toy, yas keçirməkdən çəkinmirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən mətbuata verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinə rayonun Allahyarlı kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib. Mərasim dayandırılıb və orada olanlardan 8 nəfər Polis Şöbəsinə gətirilərək, barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi sə protokol tərtib edilərək cərimə olunublar.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan mətbuata verilən məlumata görə, avqust ayının 10-da RPŞ-yə şəhər ərazisindəki fərdi yaşayış evlərinin birində ad günü mərasimi keçirilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək mərasimi dayandırıblar, iştirakçılar saxlanaraq Polis Şöbəsinə gətiriliblər.

Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakinləri Daşqın Qarayev və İlyas İsrafilov əvvəlcədən danışaraq, nəvələrinə ad günü keçirmək barədə razılığa gəliblər. Həmin şəxslər də daxil olmaqla, məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər. Polis əməkdaşları onlarla bir daha profilaktik söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyə edib və bildiriblər ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür.

Qeyd etmək lazımdır ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının mütəmadi olaraq keçirdikləri reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 666 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq, tədbir görülüb ki, onlardan 10 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib. Bundan başqa, görülən tədbirlər nəticəsində rayon ərazisində 1 nişan və 1 toy mərasiminin qarşısı alınıb.

Biləsuvarda da gizli nişan mərasimi keçirənlər cərimələnib. Biləsuvar Rayon Polis Şöbəsinə rayonun Təyyarə meydanı adlanan ərazisində yaşayan İ.Əlizadənin xüsusi karantin rejiminin qaydalarını pozaraq gizli şəkildə qızına nişan mərasimi keçirməsi barədə məlumat daxil olub. DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan mətbuata verilən məlumata görə, polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər. Məclisin təşkilatçısı və orada iştirak edən 4 nəfər Polis Şöbəsinə dəvət edilib. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Bu kimi qanunsuz mərasimlər təşkil edən vətəndaşlara qarşı görülən inzibati tədbirlərə baxmayaraq, başqaları bundan örnək götürmək istəmir və bu halları davam etdirirlər.  

Bu halların qarşısını almaq üçün necə bir mexanizmə ehtiyac var?  

  • “...öz üzərlərinə düşən vəzifələri tam olaraq karantin rejiminin tələblərinə uyğun həyata keçirməlidirlər”

“Polisə Dəstək” İctimai Birliyinin sədri, tanınmış hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, pandemiya ilə bağlı bütün yük Nazirlər Kabineti yanında Operativ Qərargahın tərkibinə daxil olan TƏBİB-in və Azərbaycan polisinin çiyinlərinə düşür. Ş.Əliyev qeyd etdi ki, polis olmasa, vəziyyət daha da pisləşər. “Çox təəssüf ki, digər qurumlar öz fəaliyyətini karantin rejiminə uyğun qura bilmirlər. Harada hüquqpozma halları varsa, oraya polis gedir,  hətta karantin rejimi tələbləri daxilində bəzi addımların atılması da polisin üzərinə düşür. Düşünürəm ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları öz fəaliyyətləri, vəzifə funksiyaları daxilində Qərargahın qərarlarının icra olunması istiqamətində addım atmalıdırlar. Bölgələrdə nişan, toy, ad günü, yas mərasimlərinin keçirilməsində insanlarımız artıq keçmiş vərdişlərdən kənara çəkilməlidirlər. İki gəncin xoşbəxtliyini istəyirlərsə, karantin rejimi müddətində toyu-nişanı bir az arxa plana keçirməlidirlər. Bu vacibdir. Bu tam mümkün olan məsələdir. Hesab edirəm ki, bütün dövlət qurumları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr öz üzərlərinə düşən vəzifələri tam olaraq karantin rejiminin tələblərinə uyğun həyata keçirməlidirlər. Karantin rejimi bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının çatışmazlıqlarını ortaya qoydu. Rayon icra hakimiyyətləri nə üçün öz üzərlərinə düşən işi icra etmirlər? Ölkə başçısı çıxış edir, tapşırıq verir, həyəcan təbili çalır - maska taxmaq lazımdır, sosial məsafəni qoruyun, sanitar-gigiyena qaydalarına əməl edin, virusa yoluxa bilərsiniz. Bəs onda nə üçün yerli icra hakimiyyəti orqanları Prezidentin bu tələblərindən, çağırışlardan nəticə çıxarıb öz işləri ilə məşğul olmur, seyrçi mövqeyində dayanırlar? Bu gün yerli və mərkəzi icra hakimiyyəti orqanları, seçkili orqan olan bələdiyyələr, eləcə də aidiyyəti dövlət qurumları  polisin işinə ciddi dəstək verməlidirlər. Hər bir dövlət qurumu, vətəndaş cəmiyyəti, bələdiyyələr qarşılıqlı şəkildə polisə dəstək olmalıdır. Operativ Qərargahın qəbul etdiyi qərarların qüsursuz icra olunmasında bu qurumların fəaliyyəti görünməlidir. Rayonlarda polis və digər hüquq-mühafizə orqanları, icra hakimiyyətləri, yerli idarəetmə orqanı olan bələdiyyələr birgə işləməlidirlər. Bu qədər hadisə baş verir, biri gizli toy, başqa birisi ad günü, nişan keçirir, amma bələdiyyələr, icra hakimiyyəti orqanları bunu “görmək” istəmirlər. Bütün yük polisin üzərinə düşür. İcra hakimiyyətləri, bələdiyyələr hara baxır? Hər biri dövlət büdcəsindən əməkhaqqı alır, amma bir iş görmürlər.  

Polis cinayətkarlıqla mübarizədə öz vəzifəsini layiqincə yerinə yetirir, paralel olaraq da karantin rejiminin tələbləri əleyhinə atılan addımları, davranışları tənzimləyir, qəlibə salmağa çalışır. Polislər öz xidməti vəzifələrini 8 saat yox, 16 saat həyata keçirməyə məcburdurlar. İnsanlar çox ağır, acı durum yaşana biləcəyinin fərqinə varmırlar” - deyə Ş.Əliyev qeyd etdi.

Ş.Əliyevin sözlərinə görə, kənd yerlərində yaşayan insanlar düşünürlər ki, toy, nişan, ad günü, yas mərasimlərini keçirsək, bundan rayon mərkəzində xəbər tutmazlar. “Lakin polis ölkənin hər yerində karantin qaydalarına necə əməl edilməsinə nəzarət edir. Görürsünüz ki, karantin rejiminin tələblərini pozaraq qanunsuz toy, ad günü, nişan edənlər polisin gözündən yayınmır, polis birbaşa kəndlərə gedir, qanunsuzluqların qarşısını alır. Bu, polisin vəzifə funksiyalarından doğan bir hal olmaqla yanaşı, həm də onun Qərargahın qoyduğu tələblərə uyğun fəaliyyətini qurmasının göstəricisidir” - deyə Ş.Əliyev vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ