Cümə günü, 13 noyabr 2026
     

Bir yandan ermənilər, o biri yandan Mədəniyyət Nazirliyinin keçmiş rəhbərləri... Arxeologiya İnstitutundan ağır ittihamlar…

Image


Son zamanlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kadr islahatları, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən antikorrupsiya tədbirləri cəmiyyətdə birmənalı olaraq dəstəklənir. 

Alimlərin, ziyalıların xüsusilə alqışladıqları əsas hadisə isə, əlbəttə, Mədəniyyət Nazirliyindəki bəzi məmurların qanunazidd fəaliyyətlərinə son qoyulmasıdır. Bu nazirlik çoxşaxəli fəaliyyət istiqamətlərinə malikdir və burada həyata keçirilən antikorrupsiya tədbirləri barədə istər hüquq-mühafizə qurumlarının, istərsə də mətbuat orqanlarının şərhlərində bir çox sahədəki qanunsuzluqlardan bəhs edilib.

Qarayevin və onun sadiq kadrı Sultanovun yarıtmaz əməlləri nəticəsində bir sıra arxeoloji abidələr yer üzündən silinib.

Hamının görə bildiyi memarlıq abidələrindən fərqli olaraq, arxeoloji abidələri çox halda yalnız mütəxəssislər müəyyən edə bilirlər. Buna görə də çox zaman adi torpaq təpə kimi görünən, əslində isə qədim tariximizə aid yüz illərin, min illərin informasiyasını özündə saxlayan arxeoloji abidələr daha çox dağıntılara məruz qalır. Bu dağıntı prosesləri xüsusilə də son 15-20 ildə ölkəmizdə gedən iqtisadi inkişafla bağlı olaraq irimiqyaslı tikinti, təsərrüfat işləri, torpaqların paylanması nəticəsində yeni ərazilərə müdaxilələr səbəbindən daha da sürətlənib. Eyni zamanda, təbii proseslər və “qızıl axtaranlar”ın əməlləri nəticəsində də bir sıra arxeoloji abidələr məhv edilib.

Əslində, abidələrin dağılmasının yalnız bir səbəbi var, bu da abidələri qorumağa cavabdeh olan Mədəniyyət Nazirliyinin biganəliyidir. Nazirliyin bu sahəyə məsul əməkdaşlarının və şəxsən sabiq nazir Əbülfəs Qarayevin, onun sadiq kadrı Zakir Sultanovun yarıtmaz əməlləri nəticəsində respublikamızda abidələrin mühafizəsi işi acınacaqlı vəziyyətə düşüb”. Bu fikirlər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibliyə məxsusdur. Mədəniyyət Nazirliyinin köhnə rəhbərliyi tərəfindən  abidələrin lazımi səviyyədə mühafizəsinin təşkil edilməməsi nəticəsində abidələrə böyük zərər dəydiyini qeyd edən N.Müseyiblinin sözlərinə görə, bir neçə abidə dağıdılaraq yerində restoran və digər obyektlər inşa olunub. “Adları, ünvanları və müvafiq inventar nömrələri qorunan abidələr siyahısında qeyd olunan abidələr dağıntılara məruz qalıb, bir sıra arxeoloji abidələr yer üzündən silinib. Bütün dağıntılar barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Mədəniyyət Nazirliyini mütəmadi olaraq məlumatlandırıb. Abidələrin dağıntılarına aid çoxsaylı fakt var və onların hamısını yalnız bir yazıda göstərmək mümkün deyil. Məsələyə aydınlıq gətirmək üçün bəzi faktları qeyd etmək olar.

Ağstafa şəhərində Neolit dövrünə aid yaşayış yeri tam məhv edilib, abidə tam dağıdılaraq su anbarına çevrilib

Nazirlər Kabinetinin 2001-ci il 02 avqust tarixli Qərarı ilə təsdiq edilmiş abidələrin əhəmiyyət dərəcələrinə görə bölgüsü siyahısında dünya əhəmiyyətli abidələr kateqoriyasında göstərilən, Ağdam rayonunun Quzanlı kəndində, bilavasitə düşmənlə təmas xəttinə yaxın yerdə yerləşən Xalkolit dövrünə (e.ə. IV minilliyə) aid Leylatəpə yaşayış yeri üzərində neçə ildir restoran tikilib. 

Digər bir misal. Ağstafa şəhərində Neolit dövrünə (e.ə. VI minilliyə) aid Şomutəpə yaşayış yeri tam məhv edilib, həmin yerdə evlər tikilib. Halbuki, Leylatəpə və Şomutəpə abidələrinin adları ilə bütöv arxeoloji mədəniyyətlər adlandırılıb və həmin mədəniyyətlərə aid abidələr qonşu ölkələrin ərazilərində də aşkar edilib. Beynəlxalq əhəmiyyətə malik bu abidələri görmək üçün ölkəmizə gələn əcnəbi alimlər də həmin acınacaqlı mənzərənin şahidi olublar.

Ağstafa rayonu ərazisində Neolit dövrünə aid unikal abidələrdən biri olan Həsənsu yaşayış yerində biz 2009-2011-ci illərdə arxeoloji qazıntılar aparmışdıq. 

2019-cu ilin may ayında həmin abidənin yerli fermer tərəfindən tam dağıdılaraq su anbarına çevrildiyini gördük. Bununla əlaqədar Zakir Sultanova institutumuzdan göndərilən rəsmi məktuba bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, heç bir cavab alınmayıb. Abidəni dağıdan şəxsin adının da Zakir Sultanova yaxşı məlum olmasına baxmayaraq, heç kəs cəzalandırılmayıb.

Həmin illərdə Ağcabədi rayonu ərazisində işləyən Azərbaycan-Almaniya arxeoloji ekspedisiyası bölgədə 100-dən artıq arxeoloji abidə aşkar edib. Eyni zamanda, ekspedisiya bu abidələrin bir çoxunun əsl vandalizm əməlləri nəticəsində dağıdıldığını müəyyən edib. Bu barədə Mədəniyyət Nazirliyinə məlumat verilsə də, heç bir tədbir görülməyib. Buna görə də Almaniya arxeoloqlarının xahişi əsasında həmin ölkənin Xarici İşlər Nazirliyindən Azərbaycanda abidələrin dağıntılara məruz qalması barədə Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət daxil olub və bununla da bu problem beynəlxalq səviyyəyə qaldırılıb. Əslində, bu, ölkəmizdə abidələrin qorunması işinin Mədəniyyət Nazirliyi timsalında rüsvayçı vəziyyətdə olduğunun əyani nümunəsi idi.

Mədəniyyət Nazirliyinin saxta rəyinə görə Albaniya tarixinin 20-dən artıq abidəsi məhv edilib” - deyə N.Müseyibli qeyd edib.

  • “Təkcə  Leylatəpədə deyil, başqa yerlərdə də abidələrin sökülərək yerində...”

Məsələyə münasibətini öyrəndiyimiz Azərbaycan Memarlar İttifaqının üzvü Rizvan Qarabağlı baki-xeber.com-a bildirdi ki, nazirlikdə baş verən dəyişiklikdən sonra gündəmə gətirilən problemləri vaxtilə o özü də, digər mütəxəssislər də dəfələrlə vurğulayıblar, lakin həmin dövrdə bu sözlərə reaksiya verən, demək olar ki, olmayıb.

R.Qarabağlı hesab edir ki, kiminsə rəhbər vəzifədən getməsi, kiminsə təyin edilməsi problemdən çıxış yolu deyil, bütövlükdə Mədəniyyət Nazirliyində idarəetmə sistemi, abidələrə münasibət kökündən dəyişməlidir. “Bilirsiniz, nazirlikdə baş verən dəyişiklikdən sonra deyilənləri biz vaxtilə çox demişik, çox yazmışıq. Bu gün gedənin arxasınca danışmaq yaxşı çıxmır, bu, sanki yıxılana balta vurmağa bənzəyir. Amma məsələ budur ki, bu sahədə ciddi problemlər mövcud olub və biz də həmişə bununla bağlı həyəcan təbili çalmışıq. Fakt budur ki, arxeoloji abidələri qorumurlar. Təkcə  Leylatəpədə deyil, başqa yerlərdə də abidələr sökülərək yerində restoran və sair obyektlərin tikilməsi ilə bağlı faktlar var. Abidələrin hansı qorunur ki? Arxeoloqlar qazıntı işləri aparır və işlərini görüb oranı tərk etdikdən sonra qazıntı aparılan abidələr nəzarətsiz qalır. Abidələr nəzarətsiz qalır, camaat mal-qarasını həmin əraziyə ötürür. Ümumiyyətlə, bizdə arxeoloji abidələrlə bağlı işlər sona qədər aparılmır. Arxeoloji abidələrin üzərində ya konservasiya işləri aparılmalı, ya bərpa işləri həyata keçirilməli və qorunmalıdır. Arxeoloqlar işlərini bitirdikdən sonra əlaqədar qurumların üzərinə düşən işlər var. Bildirim ki, hər bir abidənin bufer-mühafizə zonası olmalıdır. Yəni o abidənin mühafizə zolağı yaradılmalı və ora kənardan quş belə uçmamalıdır. Abidələrə, bir növ, laqeyd münasibət var, sanki bu sahədə yiyəsizlik hökm sürür. Ümumiyyətlə, dağ rayonlarında, xüsusən də Gədəbəy, Daşkəsən kimi rayonlarda abidələri söküb dağıdırlar. O mənada ki, baxımsızlıq, nəzarətsizlik üzündən abidələrin içinə mal-qara sürüsü salırlar. Heç birinə də yiyə duran yoxdur. Əbülfəs Qarayevin nazir olduğu dövrdə bu problemlər vardı, görək ondan sonra gələn nazir nə işlər görəcək. Burada əsas məsələ nazirin dəyişməsi deyil, bütövlükdə sistem özü dəyişməlidir. Mədəniyyət Nazirliyində abidələrin mühafizə sisteminin dəyişilməsi çox vacibdir”.

R.Qarabağlının sözlərinə görə, bu sahədə ən ağrılı problemlərdən biri qeyri-peşəkarların ucqar dağ rayonlarındakı abidələrə mühafizəçi təyin edilməsidir. O, hesab edir ki, bu gün rayon icra hakimiyyətlərində və mədəniyyət evlərində xüsusi müşahidə cihazları qurulmalı və həmin idarələrdən abidələrin müşahidəsi həyata keçirilməlidir: “Daşkəsəndə dağın başında qədim alban abidələri var. Orada olanda maraqlanaraq görürdüm ki, heç mühafizəçinin o abidələrdən xəbəri belə yoxdur, hansı dövrə aid olduqlarından məlumatsızdır. Bu azmış kimi, “mühafizə etdiyi” abidənin harada yerləşdiyindən də xəbəri yoxdur. Abidələrin mühafizə sisteminin dəyişməsi vacib bir məsələdir, bu gerçəkləşməlidir. Bu sahədə maddi-texniki baza formalaşdırılmayıbsa, yenə də mühafizə lazımi səviyyədə həyata keçirilməyəcək. Onun maddi-texniki bazası olmasa, abidələri mühafizə etmək çətindir. Bu gün həmçinin də əhalinin maarifləndirilməsinə ciddi ehtiyac var. Həm əhali maarifləndirilməli, həm də abidələrin bufer zonası müəyyən edilməlidir. Abidələrin xəritəsini çəkib yerli bələdiyyələrə, mədəniyyət idarələrinə və icra hakimiyyətlərinə vermək lazımdır. Yəni bu idarələrə o xəritələr ona görə verilməlidir ki, abidələrin əraziləri satılmasın. Bu məsələyə icra hakimiyyətləri də böyük diqqət yetirməlidirlər ki, problemlər təkrarlanmasın. Bu işdə Mədəniyyət Nazirliyi ilə yanaşı, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr də məsuliyyət daşıyırlar. Azərbaycan Konstitusiyasının 77-ci maddəsində açıq şəkildə yazılır ki, tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur.  Bu abidələr təkcə Mədəniyyət Nazirliyinin deyil ki.

Maarifçilik işləri gücləndirilməlidir. Hesab edirəm ki, bu sahədə ciddi işlər görülməlidir. Yerlərdəki abidələri təbliğ etməliyik, uşaqlara, gənclərə abidələrimizin mahiyyətini, tarixini, əhəmiyyətini anlatmalıyıq.

Ağcabədidə mədəniyyət şöbəsinin müdirinə dedim ki, mən Bayat kəndinə getməliyəm. Dedi ki, Rizvan müəllim, orada nə var ki? Cavab verdim ki, Pənah xanın birinci qalası Bayat kəndində olub. O mənə dedi ki, orada heç nə qalmayıb, təpəlik idi, şumlayıb yerində taxıl əkiblər. Ora getdim, gördüm ki, Bayat qalasının yerini şumlayıblar. Bayat qalası da bişmiş kərpicdən tikilib və şumlayıblar, elə bil ki, qan gölünə yaşıl zəmi əkiblər. O qədər əsəbləşdim ki, axırda “ermənilər Xocalının qəbiristanlığını şumlayıb yerində sarımsaq və soğan əksinlər, siz də taxıl əkmisiniz. Fərqiniz ancaq bundadır” - dedim. Təxminən beş ilin söhbətidir.

Belə mənzərələrlə çox rastlaşırıq. Dəhşətdir” - deyə R.Qarabağlı qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ