Bazar günü günü, 27 sentyabr 2026
     

Azərbaycanda virusa yoluxma faktlarının artım səbəblərini başqa ölkələrlə necə müqayisə etmək olar...

Image


Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayının artdığı məlumdur. Ümumiyyətlə, regionda bu virusun geniş yayıldığı bildirilir. 

Qonşu ölkələrlə müqayisə etsək, təkcə Ermənistanda bu günlərdə 736 yoluxma və 7 ölüm faktı qeydə alınıb. Azərbaycanda isə yoluxanların sayı 555 nəfərdir.

Bildiyimiz kimi, ötən ilin dekabr ayından başlayaraq Çindən Avropaya və Amerikaya, eləcə də digər qitələrə yayılan bu virus, sözün həqiqi mənasında, dünyanı məngənəsinə alıb sıxır.

Azərbaycanda pandemiyanın yayılması xətti məlumdur. Bu barədə dünyada vəziyyət indi və ilk başlanğıcda necə olub, ona nəzər salaq. Dünya təcrübəsinə gəldikdə, Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edəndə, bu qitənin bir çox ölkəsində nisbi sakitlik hökm sürürdü. İndi isə koronavirus Avropanın çoxlu sayda ölkəsində tüğyan edir.

Avropa ilə müqayisədə ABŞ-da yayılma və ölüm halları gec başladı, indi isə bu ölkə az qala koronavirus pandemiyasının əsarəti altındadır.

Regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir.

Azərbaycanda bu virusun yayılma sürətinin əvvəlki dövrlə müqayisədə indi artması, bu virusa yoluxanların sayının çoxalması nə ilə bağlıdır? Bu virusun yayılması doğrudanmı regional spesifikadan bu qədər asılıdır?

  • “Azərbaycanda həm xəstələrin, həm də ölənlərin sayı pandemiyanın geniş yayıldığı ölkələrlə müqayisədə həddən artıq aşağıdır”

Millət vəkili, tanınmış politoloq Aydın Mirzəzadə hesab edir ki, Azərbaycanda bu virusun son dövrlər daha çox artmasının səbəbi var. O hesab edir ki, yoluxmanı müəyyən etmək üçün əvvəllər ölkəmizdə testlərin məhdud sayda olması yoluxanların sayını müəyyən etməyə mane olurdu, ölkəmizin daha çox  sayda test alması isə çoxlu insanın testdən   keçirilməsinə və xəstəliyin üzə çıxarılmasına kömək edir. “Bu pandemiyanın yayılmasında iki faktor böyük rol oynayıb. Biri ölkənin dünyaya nə qədər sıx inteqrasiya olunması, ikincisi isə region məsələsidir. Hər iki faktor Azərbaycanda var. Azərbaycan bu gün yüksələn inkişaf xətti keçir və onun həm dünyanın inkişaf etmiş, həm də digər ölkələri ilə çox sıx əlaqələri var. Pandemiyanın  Azərbaycana daşınmasında Çinlə, Avropa ölkələri ilə, eləcə də virusun geniş yayıldığı İranla geniş əlaqələrimiz rol oynadı. İkinci faktor da, dediyim kimi, region faktorudur. Yəni Azərbaycan bu gün transnəqliyyat xətlərinin keçdiyi, böyük regional layihələrin həyata keçirildiyi bir zonadır. Ancaq,  bununla belə, pandemiyanın yayılması məsələsində üçüncü bir faktor xəstəliyə qarşı milli dövlətin nə cür mübarizə aparmasıdır”.

A.Mirzəzadə qeyd etdi ki, Azərbaycan ilk gündən bu epidemiyanın lokallaşdırılması üçün həm məhdudiyyət tədbirlərini həyata keçirdi, həm də xəstələrin üzə çıxarılması, onların müalicə olunmasını böyük diqqətə götürdü. “Başqa ölkələrlə müqayisədə Azərbaycanda xəstələrin sayı elə də sürətlə artmır, bu baxımdan ölkəmiz fərqlidir. Hər milyon nəfərə düşən xəstə sayına görə Azərbaycanın göstəriciləri çox aşağıdır. Azərbaycanda koronavirusa yoluxanlar gündəlik təqribən 40-60 nəfər civarında üzə çıxır, Avropa ölkələri və digər ölkələrdə isə bir gündə yüzlərlə insanın bu virusa yoluxduğu məlundur. Yəni bu, birdən-birə iki-üç dəfə artım kimi getmir. Avropa ölkələrinin əhali sayı Azərbaycandan 7-8 dəfə  çoxdur. Ancaq, bununla belə, Azərbaycanda həm xəstələrin, həm də ölənlərin sayı pandemiyanın geniş yayıldığı ölkələrlə müqayisədə həddən artıq aşağıdır. Avropa ölkələri, həmçinin, qoca, yaşlı insanların müalicəsindən imtina yolu tutub. Bununla bağlı kifayət qədər fakt var. Azərbaycanda isə virus aşkarlanan bütün xəstələrə göstərilən münasibəti başqa ölkələrlə müqayisə edə bilmərik. Ölkəmizdə bütün xəstələr eyni səviyyədə müalicə olunur, burada hər hansı bir yaş faktoru, məhdudiyyəti yoxdur. Azərbaycanda koronavirus aşkarlanan və müalicəyə cəlb edilən 555 nəfərin üçdə bir hissəsini xarici vətəndaşlar təşkil edir. Yəni Azərbaycan, Avropa ölkələri və digər dövlətlər kimi, koronavirusa tutulan xarici vətəndaşları öz ölkələrinə deportasiya etmir, əksinə, imkanları hesabına onları da müalicə etdirir. Vaxtında sərhədlərin bağlanması, insanların hərəkətinə məhdudiyyətlərin qoyulması, vaxtında laboratoriyaların, müayinə və müalicə vəsaitlərinin, xüsusən də müayinə testinin alınması bu xəstəliyin daha geniş yayılmasının qarşısını aldı. Xəstəliyin ilk günlərində Azərbaycan vətəndaşlarının çox az bir hissəsi testdən keçirildi. Yəni ola bilsin ki, həmin vaxt virus Azərbaycanda yayılmışdı, amma əhalinin az bir hissəsinin testdən keçirilməsi bütün miqyası müəyyənləşdirməyə mane olurdu. Amma sonrakı dövrlərdə test nümunələrinin kifayət qədər alınması bütün real vəziyyəti ortaya çıxarmağa imkan verdi. Həmçinin, başqa ölkələrdən fərqli olaraq, Azərbaycan xəstələri evində izolyasiya etmir”.

Bundan ötrü Azərbaycanın bütün coğrafiyası üzrə xəstəxanalar var və bu cür xəstələrin müalicə olunması üçün ayrıca xəstəxanalar ayrıldığını deyən  A.Mirzəzadənin sözlərinə görə, bir sıra otellər də bu istiqamətdə ixtisaslaşıb, buna görə ayrıca xəstəxana tikilməsinə ehtiyac yoxdur. “Bu gündən insanların yaşadığı yerdən kənara çıxmasına qarşı çox sərt məhdudiyyətlərin qoyulması hesab edirəm ki, yoluxmanın, yayılmanın qarşısının kəskin surətdə alınmasına, eyni zamanda da insanlar arasında olan, lakin xəstə olduğunu bilməyənlərin müəyyənləşməsinə, habelə qısa zaman ərzində pikə çatan bu xəstəliyin qarşısının alınmasına, ona qalib gəlməyimizə səbəb olacaq” - deyə A.Mirzəzadə vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ