Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan qarşısında Xamneyinin məşhur müşavirini həbs etmək məsələsi qaldırıldı...

Image


Argentina hökuməti İranın yüksək vəzifəli rəsmisinin Bakıya yaxın günlərdə edəcəyi səfər zamanı həbs olunub bu ölkəyə təhvil verilməsi üçün Azərbaycan tərəfinə rəsmi müraciət edib.

Bu məlumatı “Yerusəlim Post” qəzeti yazıb.

Argentina hüquq-mühafizə orqanları İranın keçmiş xarici işlər naziri, hazırda Ali dini lider Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri olan Əli Əkbər Vilayətinin 1994-cü ildə Buones-Ayresdəki Yəhudi Mədəniyyət Mərkəzinə qarşı həyata keçirilmiş terror aktında iştirakına dair təkzibedilməz sübutlara malikdirlər. Vilayəti noyabrın 14-15-də Bakıda keçiriləcək ikinci Dini Liderlər Sammitində iştirak edəcək.

Bununla əlaqədar olaraq Argentina Xarici İşlər Nazirliyi Azərbaycanın Buones-Ayresdəki səfirini çağıraraq Əli Əkbər Vilayətinin Bakıda həbs olunmasını və Argentina tərəfinə təhvil verilməsinin təmin olunmasını tələb edib.

Argentina qanunvericiliyinə görə, ittiham olunan özünü məhkəmə qarşısında müdafiə etmək imkanında olmalıdır. Həmin terror hücumunu həyata keçirənlər iranlılar olduğuna və onların bir çoxunun hazırda İran siyasi eşelonunda yüksək postlar tutmasına görə 1993-cü ildə baş vermiş hadisəyə görə məhkəmə istintaqını irəli aparmaq mümkün olmur. Çünki həmin şəxslər Argentina torpağına ayaq basmadıqları üçün həbs edilməyiblər.

Məlumatda deyilir ki, Argentina XİN Vilayətinin Bakıdakı toplantıda iştirakının “dərin narahatlıq” yaratdığını bildirib və Azərbaycan tərəfini onun həbs olunub təhvil verilməsi üçün əməkdaşlığa çağırıb.

İranlı radikalları 1992-ci ildə Buones-Ayresdə İsrail Səfirliyinin partladılmasında da günahlandırırlar. Həmin hücumda 29 nəfər ölüb, 242 nəfər yaralanıb. O bombalı hücuma görə 2007-ci ildən bir qrup iranlı axtarışdadır. Onların arasında İranın Kolumbiyadakı keçmiş mədəniyyət attaşesi, molla Möhsün Rəbbani də yer alır. Rəbbani axtarışa veriləndən sonra həmin ölkəyə getməyib.

Məlumdur ki, Azərbaycanın İranla sıx bağlantıları var. Bura qonşuluq münasibətləri və başqa amilləri də əlavə edə bilərik. Argentinanın bu tələbini rəsmi Bakı yerinə yetirə bilərmi? Bunu etsək və ya etməsək, nə kimi dividendlər əldə edə bilər və təzyiqlərə məruz qala bilərik?

  • “Biz kiminsə istəyinə görə dövləti maraqlarımızı qurban verməməliyik”

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, rəsmi Bakı belə bir addım atmamalıdır: “Əminəm ki, heç atmayacaq da. Çünki söhbət yüksək rütbəli diplomatdan gedir. Özü də bizimlə yaxın qonşu olan, dövlət səviyyəsində ölkəmizə səfər edən yüksək ranqlı diplomatdan söhbət gedir. Onlar tələb edə bilər. Ancaq biz də bu işdə ağıllı və beynəlxalq qanunlara uyğun şəkildə davranmalıyıq. Biz özümüzü bu həcmdəki beynəlxalq qalmaqala soxa bilmərik. Hətta beynəlxalq səviyyədə qırmızı xətlə axtarılırsa belə, bizim onu həbs etməyə ixtiyarımız yoxdur. Çünki həmin şəxsin diplomatik ranqı mövcuddur. Əminəm ki, Vilayəti yalnız Azərbaycana səfər etmir. Onun başqa xarici ölkələrə də səfərləri olursa, niyə həmin ölkələrdən onun həbsi tələb edilmir? İranla bizim normal qonşuluq münasibətlərimiz var. Bizim üçün həmin münasibətlərin bu şəkildə qalıb davam etməsi məqbuldur. Argentinada baş verən qanlı hadisəni biz də pisləyirik. Hər cür terrora qarşıyıq, amma bu heç də o anlama gəlmir ki, ölkəmiz özünü çıxılmaz duruma salmalıdır. Həmin ölkənin qurumlarının əlində cinayətdə Vilayətinin iştirakının olduğuna dair təkzibedilməz faktlar varsa, qoy həmin dəlilləri elə İranın özünə təqdim etsinlər. Həmin zamandan sonra Vilayətinin bəlkə də yüzlərlə xarici səfəri olub, niyə onu həbs etməyiblər? Deməli, hansısa maraqlı qüvvələr bu üsulla Azərbaycan-İran münasibətlərini gərginləşdirməyə çalışırlar”.

Politoloq hesab edir ki, bununla bağlı Azərbaycanın itirəcəyi nəsə olmayacaq: “Düzdür, bəzi ağzıgöyçəklər buna görə bizi qınaya bilər. Olsun. Biz kiminsə istəyinə görə dövləti maraqlarımızı qurban verməməliyik. Beynəlxalq hüquq normalarına görə də biz həmin adamı həbs edə bilmərik. Hər hansı zərərin dəyəcəyi barədə düşünməyə dəyməz”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ