Cümə axşamı günü, 10 iyul 2025
     

Zabitlər və generalitet Paşinyana qarşı, “baş nazir ordunu qəsdlə zəif salır” ittihamı - əsl səbəb isə Azərbaycanın təcavüzə məruz qalması...

Image

Dağlıq Qarabağ münaqişəsi hərbi müstəvidə həll ediləcəyi təqdirdə Ermənistanı böyük məğlubiyyətin gözlədiyini bu gün düşmən ölkənin özündə də etiraf edənlərin sayı kifayət qədərdir. Belə bir vaxtda Ermənistanda ciddi narahatlıq predmetinə çevrilən məqamlardan biri isə hakimiyyətlə ordu arasında dərinləşən qarşıdurmadır. Erməni mediası yazır ki, baş nazir Nikol Paşinyan dönəmində ordu ilə iqtidar arasında ciddi ziddiyyətlər yaranıb. Bu isə nəticə etibarı ilə ordunun daha da zəifləməsinə gətirib çıxarıb.

“Qraparak” qəzeti öz mənbələrinə istinadən yazır ki, Ermənistan Müdafiə Nazirliyinin əksər generalları, əvvəlki kimi, Nikol Paşinyan hökumətindən narazıdır. Onlar ordunun hədəfə çevrildiyini bildiriblər. Digər tərəfdən, məlum aprel döyüşlərini araşdıran komissiyanın fəaliyyəti isə təkcə generallar yox, digər zabit heyətini də narazı salıb. Xatırladaq ki, komissiya 6 ay müddətinə yaradılıb və ötən 4 ay ərzində hansısa ciddi nəticə əldə olunmayıb. Komissiyanın rəhbəri Andranik Köçəryan isə komissiyanın işinin daha yarım il uzadılmasını xahiş edib.  Bütün bunlar zabit heyətini ciddi şəkildə narazı salır. Cəbhədə olan yüksək vəzifəli erməni zabitlərdən biri bildirib: “İndi hamımızla əlaqə qururlar. Birimizdən “Bəli, Xaçaturov əmri gec verdi” deməyimizi eşitməyə çalışırlar, Seyran Ohanyan bunu deyib, onu deyib... Bir şey “ələ keçirmək” üçün bir şey söyləməyimizə çalışırlar. Cəbhədə dayanan zabitə qarşı bu nə münasibətdir?”. Zabitlərin böyük əksəriyyəti bildirir ki, aprel döyüşlərinin araşdırılması davam etsə, ordudan istefa verəcəklər. Zabitlərin narazılığı “Mənim Addımım” fraksiyasına da çatıb.
Erməni siyasi şərhçi Naira Ayrumyan bildirib ki, aprel döyüşünün mahiyyətini öyrənmək yalnız Xaçaturov və digərlərinin hərbi əməliyyatlara nə dərəcədə hazır olduqlarını öyrənməklə məhdudlaşa bilməz: “Belə çıxır ki, Azərbaycana, Rusiyaya, həmin dövrün siyasi rəhbərliyinə suallarımız yoxdur. Ancaq ölkəni müdafiə edən zabitlərə suallarımız var. Yoxsa parlamentin artıq məlum olanları aydınlaşdırmaqdan başqa işi yoxdur? Artıq hansı hissədə nələrin çatışmadığı çoxdan bəllidir və cavabdehlər artıq çoxdan hakimiyyətdə deyillər. Zabitləri rahat buraxın, işlə məşğul olun. Bütün bunların ordu rəhbərliyində “özünüzkülərə” yer boşaldılması üçün edildiyini düşünməyə məcbur etməyin. Onsuz da yaranmış vəziyyət ordu ilə hakimiyyət arasında narazılığı artırır. Belə olan halda aprel döyüşləri yenidən təkrarlansa, erməni ordusunun Azərbaycanın qarşısına çıxa biləcəyi ciddi sual altında olacaq”. Eyni mövqe erməni şərhçi Roza Mikaelyan tərəfindən də sərgilənir: “Ermənistan parlamentində aprel döyüşlərini araşdıran komissiya tərəfindən hərbçilərin sorğu-sual edilməsi, onların böyük siyasi hesablaşma oyunlarına cəlb edilməsi hər saniyə müharibə əməliyyatlarının yenidən başlaya biləcəyi bir ölkədə nə dərəcədə düzgündür?”. O qeyd edib ki, ordudan, xidmətdən uzaq, ümumiyyətlə taktiki incəliklərə sahib olmayan şəxslər tərəfindən cəbhədə xidmət edən zabitlərin daim sorğu-suallara “cəlb olunması” ordunu zəiflədir: “Bu, ilk növbədə çətin şəraitdə öz xidməti vəzifəsini yerinə yetirən hərbçilərə hörmətsizlikdir, elə deyil? Digər tərəfdən belə hal ordunun döyüş qabiliyyətini aşağı salmaqdan başqa heç nəyə xidmət etmir”.

Ermənistanın “1in.am” portalı da yazır ki, baş verənlər hakimiyyətlə ordu arasında ziddiyyətləri daha da dərinləşdirir: “Ermənistan müdafiə naziri David Tonoyan bunları inkar etməyə çalışır və vurğulayır ki, bir sıra mətbəx söhbətləri toplanır və baş nazirə qədər gedib çatır. O, generalitetin narazılığı haqqında verilən suallara belə cavab verib.

Bu mövzuya yaxınlarda öz sosial şəbəkə  söhbətində ordu və generalitetin “zəifləməsi” ittihamlarından danışan baş nazir Nikol Paşinyan da toxunub. Nikol Paşinyan iddia edib ki, ilyarım ərzində heç bir hakimiyyət tərəfindən inqilabdan sonrakı dövrdə ordu və hərbçilər üçün edilən qədər edilməyib. Amma faktiki, müdafiə nazirinin də qeyd etdiyi kimi, “mətbəxdə toplanmalar” da mövcuddur. Burada nazir, guya narazılığın olması haqqında məlumatların baş nazir Paşinyana çatdırılmasına cəhd edən bir dairənin mövcud olduğunu nəzərdə tutur. Başqa sözlə, nazir Tonoyan işarət edir ki, guya “baş nazirin ordunu zəiflətməsi və bunun narazılıq yaratması” fikri yalnız keçmiş hakimiyyət sisteminin apardığı informasiya-təbliğat işinin mahiyyəti deyil, bundan əlavə, belə narazılığın olması haqqında təəssürat yaratmağa çalışan “mətbəx dairələri” də mövcuddur.

Tonoyan, başqa sözlə, işarə edir ki, baş nazirdə müdafiə nazirinin işindən narazılığın yetişməsi üçün hər şeyi etməyə cəhd edən dairələr mövcuddur. Çünki orduda baş nazirin işindən narazılıq varsa, baş nazirsə orduya diqqət planında nə qədər dəyişiklik edildiyindən danışırsa, yekunda belə alınır ki, bu səylər müdafiə naziri tərəfindən effektiv reallaşdırılmır. Söhbət “mətbəx səyləri”ndən gedirsə, aydındır ki, burada hakimiyyətin “mətbəxi” nəzərdə tutulur. Çünki keçmiş sistem mövcud hakimiyyətdən narazılıq məsələsində iqtidara qarşı kifayət qədər açıq, heç bir “mətbəx sirri”saxlamadan hərəkət edir.

Müdafiə nazirinə qarşı edilən “kulinariya” səylərinin nə ilə şərtləndiyini, əlbəttə, güman etmək mümkündür. Məlum olduğu kimi, istənilən hakimiyyət dövründə həmişə zaman keçdikcə o hakimiyyətin adı ilə and içən, “siyasi parazitlik” edən qruplar formalaşır. Amma bu vəziyyət həm də ordu ilə hakimiyyət arasında uçurumu dərinləşdirir. Təbii ki, bu hal da ordu üçün müsbət heç nə vəd etmir. Bax bu da Qarabağ məsələsində olduqca ciddi təhdiddir. Çünki Azərbaycan məsələni hərb yolu ilə çözmək üçün intensiv hazırlıqlar aparır”. Beləliklə, bütün bu qeyd edilənlər hakimiyyətlə ordu arasında həqiqətən də ziddiyyətlərin olduğunu təsdiq edir. İndi Ermənistanı qorxudan budur ki, belə vəziyyətdə Azərbaycan ərazi bütövlüyünün bərpası üçün savaşa başlasa, Ermənistan 2016-cı ilin apreli ilə müqayisədə daha böyük məğlubiyyətə düçar olacaq. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da bunu istsina etmir. O bildirir ki, əslində, Paşinyan savaşa başlamaq üçün Azərbaycana lazımi səbəblər də verib: “Ermənistan tərəfinin kobud səhvləri üzündən Qarabağ danışıqlarında mövqelərimizin zəifləməsi müşahidə olunur. Baş nazirin “Qarabağ Ermənistandır və nöqtə!” ifadəsi danışıqları xalqların öz müqəddəratını təyin etmə prinsipindən uzaqlaşdırmaqla bizim üçün arzuolunmaz müstəviyə apardı”. Onun fikrincə, Ermənistan rəhbərliyinin ziddiyyətli açıqlamaları, nizamlanmaya dair açıq şəkildə ortaya qoyulmuş mövqenin olmaması erməni tərəfinin konstruktivliyinə şübhə yaradır: “Üstəlik, mövqeyimizi bu cür ifadə etmək münaqişənin həll prosesini vasitəçilik missiyasından kənara çıxarır. Atəşkəs potensialı da azalıb, çünki dünya birliyi arasında qlobal ziddiyyətlərin böyüməsi səbəbindən sülhün qorunması üçün imkanlar məhdudlaşır. Həm də başa düşməliyik ki, budəfəki müharibənin miqyası və dağıdıcı nəticələri indiyə qədər baş verənlərdən müqayisəedilməz səviyyədə olacaq. Münaqişə tərəfləri həddən artıq silahlanıb. Bəlkə də hazırkı hökumət bunu vaxtında dərk edəcək. Qarabağ və Ermənistanın siyasi elitaları arasındakı mürəkkəb münasibətlər, müharibə qəhrəmanlarının ruhdan düşməsi, döyüşlərdə iştirak edən generalların aşağılanması, həlak olmuş hərbçilərin xatirəsinə hörmətsizlik ölkəmiz üçün son dərəcə təhlükəlidir”. Robert Köçəryan bu fonda son illərdə Azərbaycan Silahlı Qüvvələrinin hissolunacaq dərəcədə güclənməsinə də diqqət çəkib və bunun da ehtimal olunan savaşda Ermənistanın lehinə olmayacağını bildirib. O hesab edir ki, ordu ilə ziddiyyətini dərinləşdirən Paşinyan silahlı qüvvələri acınacaqlı bir duruma salıb. Ermənistanın “armenianreport” saytı da ordu ilə bağlı ağır bir durumun hökm sürdüyünü vurğulayır: “Xoş təsəvvür yaradan arzularla ordu-xalq münasibətlərini bərpa etmək mümkün deyil. Bugünkü mənzərəyə baxdıqda görmək olur ki, Ermənistan ordusuna hakimiyyətin laqeyd münasibəti, orduda korrupsiya və digər hallar bu münasibətlərin qurulması yolunda böyük səddir.

 Ermənistan ordusunda islahatlar yenə kosmetik xarakter daşıdı. Tonoyanın  söylədiyinin əksinə olaraq, heç bir köklü iş aparılmır. Ordu ilə ictimaiyyət arasında münasibətlərin yoluna qoyulması üçün islahatlar şəffaf şəkildə həyata keçirilməlidir. Silahlı qüvvələrin modernləşməsi üçün böyük vəsaitin xərcləndiyinin söylənməsinə baxmayaraq, ordunun acınacaqlı vəziyyəti göz qabağındadır. Ermənistan ordusundakı korrupsiya və özbaşınalıq “islahatlar” fonunda yüksək templə artır. İslahatların reallaşdırılması üçün qanunverici baza da yoxdur. Bu istiqamətdə Ermənistan parlamentində heç bir təklif səsləndirilməyib. Orduda problemlər gündən-günə artır. Bu problemlərdən də daha çox cəmiyyətin yoxsul təbəqəsi əziyyət çəkir. Təmas xəttində yoxsul insanların övladları ölür. Əsgərlər komandirlərin və özlərindən rütbəcə yüksək olanların pis davranışları ilə üz-üzə qalırlar. Bütün bunlar sosial müzakirələrin aparılmasını mümkünsüz edir. Üstəgəl, hakimiyyətlə bir sıra generallar arasında münasibətlərin pis həddə olması prosesə daha dağıdıcı təsir göstərir. Bu isə Qarabağ məsələsində Erəmnistanın mövqeyini zəiflədən haldır”. Bütün bunlar bir daha təsdiq edir ki, Ermənistanda ordunun da çöküşü geniş vüsət alıb və bu da düşmənin Azərbaycana müqavimət imkanlarını daha sürətlə sarsıdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

11.07.2025 / 00:03
"Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik" - ABŞ Departamenti

10.07.2025 / 22:34
Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi zamanı əsirlikdə və girovluqda dəhşətli işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə verdi - FOTO

10.07.2025 / 22:05
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərindən görüntülər paylaşıldı - VİDEO

10.07.2025 / 21:29
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatdı - FOTO

10.07.2025 / 21:24
Tramp bacarmadı - Qərblə Rusiyanın qarşıdurması daha da şiddətlənir...

10.07.2025 / 21:10
Bakı-İrəvan sazişi barədə ABŞ-dan dalbadal sual doğuran açıqlamalar gəlir...

10.07.2025 / 20:56
Ya Öcalan PKK ilə oynayır, ya da PKK Öcalanı oynadır - 11-də hər şey açılacaq...

10.07.2025 / 20:41
"İşıqçı Karapetyan Çarukyandan güclü fiqurdur” - Paşinyanın qarşısına fiqur tapıb çıxara bilmirlər...

10.07.2025 / 20:27
Prezident Əliyevlə Paşinyan razılığa gəldi - dövlət komissiyalarına tapşırıqlar verildi...

10.07.2025 / 20:11
“Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun təqdimat mərasimi keçirilib

10.07.2025 / 20:03
"Mənim yanıma hazırlığa gəlməsən, attestat qiymətini kəsəcəyəm" - müəllimlər qisasa başlayıb...

10.07.2025 / 19:43
Makron səfirliyimizə basqın etmiş quldurun cəzasını ağırlaşdırdı - Bakıya jest?..

10.07.2025 / 19:26
Tramp Azərbaycanla bağlı məktubda dediyi kimi etdi - artım var...

10.07.2025 / 19:10
Fikir və söz azadlığına tam təminat Azərbaycanda inkişafın mühüm amilinə çevrilib...

10.07.2025 / 18:55
Antinarkotik tədbirlərinin gücləndirilməsi və reabilitasiya mərkəzlərinin fəaliyyəti DİN-in Kollegiyasında geniş müzakirə olundu

10.07.2025 / 18:48
Trampın “cəfəng danışan Putinə” kiçik sürprizi nədir?..

10.07.2025 / 18:45
ABŞ Zəngəzur dəhlizi ilə bağlı təklif verib - rəsmi təsdiqləndi...

10.07.2025 / 18:33
Tramp hökumətində “Ukrayna xaosu”, ya oyun? - Heqset Trampdan fərqli siyasət aparır...

10.07.2025 / 18:25
Azərbaycan-Qazaxıstan "Tərlan-2025” PUA təlimi başa çatdı - FOTO

10.07.2025 / 18:19
Xərçəng niyə bu sürətlə artır - Azərbaycanda bir ildə təxminən 4 min artım...

10.07.2025 / 18:11
Ermənistanda Karapetyanın Sirk binası da müsadirə olunur...

10.07.2025 / 18:06
Mehdi Sobhani Pezeşkianın Qarabağda atdığı imzanı pozdu - İran XİN-dən hərəkət yoxdur...

10.07.2025 / 18:04
Beynəlxalq səyyahlar Şuşa və Ağdama səfər ediblər... - YENİLƏNDİ

10.07.2025 / 17:52
Ərəb Əmirlikləri ilə Azərbaycanın "yeni iqtisadi dövrü" başladı…

10.07.2025 / 17:39
Aİ-nin ardınca Britaniya da Azərbaycanın böyük layihəsinə qoşulur...

10.07.2025 / 17:26
Bütün əsas istiqamətlər üzrə cinayət faktları 19-40 faiz, bəzən dəfələrlə azalıb - Nazir rəqəmləri açıqladı...

10.07.2025 / 17:16
“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - FOTO

10.07.2025 / 17:14
DTX əməliyyat keçirdi - azərbaycanlı "Vaqner"çilər həbs edildi

10.07.2025 / 17:07
Polşa Ukraynaya hərbi yardımların daşındığı hava limanını bağlamaqla hədələdi…

10.07.2025 / 16:52
103 kriminal qrup zərərsizləşdirilib - DİN açıqladı

10.07.2025 / 16:25
Əliyevlə Paşinyan Əbu-Dabidə konkret nələri razılaşa bildilər?...

10.07.2025 / 16:22
Əliyevlə Paşinyanın ikitərəfli formatla bağlı razılaşması danışıqlar tarixində ən unikal nəticələrdən biridir...

10.07.2025 / 16:19
BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında memorandum imzalanıb

10.07.2025 / 16:12
İmaməddin Xəlilov beynəlxalq təlim-məşq toplanışının ən fəal kişi parataekvondoçusu seçilib

10.07.2025 / 16:10
Dünyanın məşhur səyahətçisi Xankəndidən Avropa və Kanadaya məktublar göndərib

10.07.2025 / 15:51
Əbədiyyət dünyasının parlaq ulduzu – şəhid Əkrəm Abdullayev...

10.07.2025 / 15:31
Əbu-Dabi görüşü sülh müqaviləsi üçün mühüm hazırlıq oldu

10.07.2025 / 15:20
Prezident Əliyevlə Paşinyan ikitərəfli formatda dialoqu davam etdirmək barədə razılığa gəldi

10.07.2025 / 15:17
"Rusiya Azərbaycanla Ermənistan arasında birbaşa dialoqu alqışlayır" - Peskov

10.07.2025 / 15:05
“İki sahil” keçdiyi şərəfli yolla müstəqilliyimizin bərpasının 34 illik tarixinə bələdçilik edir

10.07.2025 / 14:18
Əbu-Dabidə Prezident İlham Əliyevlə Paşinyan arasında görüşün nəticələri açıqlandı

10.07.2025 / 14:05
Prezident İlham Əliyevlə Paşinyan arasında görüş başa çatdı - FOTO/VİDEO/YENİLƏNDİ

10.07.2025 / 14:02
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir" - Xocalı soyqırımı zamanı yaralanmış şəxs

10.07.2025 / 14:01
Prezident Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanladı

10.07.2025 / 13:54
"İşdən çıxarılan məktəb direktorlarının 20 faizi məhkəmə qərarı ilə işinə bərpa olunub" - Nazir

10.07.2025 / 13:40
İlk dəfə Şuşadan poçt vasitəsilə Avropa və ABŞ-a məktub göndərildi

10.07.2025 / 13:31
Nəsimidə narkoşəbəkənin iki üzvü 21 kq narkotiklə saxlandı...

10.07.2025 / 13:10
Евгению Примакову! Между русской культурой и Азербайджаном не нужны посредники - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.07.2025 / 12:50
İtaliyada anomal istilərdən 500 nəfərin öldüyü iddia edildi...

10.07.2025 / 12:34
6 ayda 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna isə töhmət verildi

10.07.2025 / 12:17
Ermənistanda müxalif deputatın oğlu da saxlandı

10.07.2025 / 12:00
Hacıqabulda 55 yaşlı kişi cərəyan vurmasından öldü

10.07.2025 / 11:45
Keçmiş prezident yenidən həbsxanaya atıldı

10.07.2025 / 11:43
Baş prokuror Zaqatalada vətəndaşları qəbul edəcək

10.07.2025 / 11:25
Azərbaycanda rus bölmələri bağlanmayacaq - nazir açıqladı

10.07.2025 / 11:12
Rusiya şirkətindən QƏRAR - Tehrana bütün reyslər ləğv edildi

10.07.2025 / 11:05
"Bu prosesin məqsədi müəllimləri işdən çıxarmaq deyil"- Emin Əmrullayev

10.07.2025 / 11:03
Ermənistanla gerçəkdən sülh mümkündürmü? - CANLI

10.07.2025 / 11:00
Bir gündə 13 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - polis

10.07.2025 / 10:44
“Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsi çərçivəsində görüş keçirilib

10.07.2025 / 10:28
Bazar günü 34 mindən çox abituriyent imtahan verəcək

10.07.2025 / 10:20
Azərbaycan və Çin dəmiryolları arasında mühüm razılaşma

10.07.2025 / 10:16
İsveçdə qalmaqal - nazir qohumuna görə təzyiq altındadır

10.07.2025 / 10:10
“815” Çağrı Mərkəzinə 70 mindən çox zəng daxil olub

10.07.2025 / 10:05
Beynəlxalq səyyahlar Füzuliyə gəliblər

10.07.2025 / 10:02
Ağdərə sakini mal-qara otararkən minaya düşüb - BİRGƏ MƏLUMAT

10.07.2025 / 09:43
Bu gün Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq - XƏBƏRDARLIQ

10.07.2025 / 09:28
Hər il dünyada 12 milyon qız uşağı erkən evliliyə məcbur edilir - BMT həyəcan təbili çalır..

10.07.2025 / 09:18
“Sabah” bu gün Sloveniya klubuna qarşı meydana çıxır

10.07.2025 / 09:12
Ərdoğan Burhanettin Duranı yeni vəzifəyə təyin edib

10.07.2025 / 09:02
15 ölkədən olan səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

10.07.2025 / 08:40
Azərbaycana dəvə əti nə üçün idxal olunur?

10.07.2025 / 00:18
Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalına qadağa qoydu

09.07.2025 / 23:23
Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana xatirə hədiyyəsi təqdim edib

09.07.2025 / 21:11
Rusiya narahatdır - İranın zənginləşmiş uran qalıqları ABŞ-ın əlinə düşə bilər...

09.07.2025 / 20:54
Zəngəzur dəhlizi ilə bağlı yeni proseslərə start verilir

09.07.2025 / 20:39
Tramp Ukraynaya hərbi yardımı tam bərpa etdi - bunu yeni siyasi oyun sayanlar da var...

09.07.2025 / 20:25
Trampın yeni qərarı dolların kursunu dəyişdi, manata da təsir ehtimalları var…

09.07.2025 / 20:11
Xəzər dənizinə yeni güclü oyunçu gəlir - Azərbaycan prosesə qəti dəstək verir...

09.07.2025 / 19:54
Tramp Qəzzada sülh yaratdı ki, Nobel mükafatına təqdim olunur?

09.07.2025 / 19:39
Paşinyan Qərblə razılaşıb - ölkədə müxalifət qalmayacaq...

Fikir və söz azadlığına tam təminat Azərbaycanda inkişafın mühüm amilinə çevrilib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910