şənbə günü, 07 noyabr 2026
     

Rusiyadan xəbərdarlıq... Tramp israr etsə və Danimarka Qrenlandiyanı satmasa ABŞ təhlükəli kartları işə salacaq...

Image


Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp Danimarkanın muxtar ərazisi sayılan dünyanın ən böyük adası Qrenlandiyanı almaq istəyir. Baki-xeber.com xəbər verir ki, Amerika mediası, Trampın Qrenlandiyanı almaq fikrinə, yaz aylarında bir yeməkdə qonaqlardan birinin, Danimarkanın adaya hər il ayırdığı 500 milyon dolları tapmaqda çətinlik çəkdiyini dedikdən sonra düşdüyünü yazır. Qeyd edilir ki, bundan sonra Tramp müşavirlərinə məsələni araşdırmağı tapşırıb.

İddia edilir ki, Trampın diqqətini, 55.000 insanın yaşadığı buzlu adanın təbii qaynaqları və geosiyasi əhəmiyyəti cəlb edib.

ABŞ prezidenti Donald Tramp da Qrenlandiyanı almaq istədiyini təsdiqləyib. Tramp "Belə bir müzakirə olub... Strateji cəhətdən çox maraqlıdır. Ancaq onu sizə deyə bilərəm ki, bu gündəmin əsas maddəsi deyil. Bu bir növ əmlak sövdələşməsidir" deyib.

Ağ Evin iqtisadi məsləhətçisi Larry Kudlou Trampın açıqlamasından əvvəl, məsələnin dəyərləndirildiyini və keçmiş ABŞ prezidenti Harri Trumenin də əvvəllər Qrenlandiyanı almaq istədiyini söyləyib. "Qrenlandiyanın sahibi Danimarkadır, Danimarka da müttəfiqimizdir və strateji bir mövqeyə sahibdir. Çox qiymətli mineral ehtiyatlara malikdir" - Kudlou deyib.

Qrenlandiya isə Trampın istəyini rədd edib. “Biz satılmırıq” deyən Qrenlandiyanın Xarici İşlər Nazirliyi adanın satış yox, biznes əməkdaşlığına açıq olduğunu bəyan edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, RİA Novosti-nin analitiki İvan Danilov hesab edir ki, Danimarka Qrenlandiyanı xoşluqla ABŞ-a satmasa, Tramp adanı "zorla" ala bilər. Onun fikrincə, rəsmi Kopenhagen Qrenlandiyanı satmağa razılıq vermədiyinə görə peşman ola bilər. Belə ki, Arktika uğrunda gedən qızğın geosiyasi mübarizəni nəzərə alsaq, Vaşinqtonun ada üzərində idarəni ələ keçirmək üçün başqa vasitələrə əl atacağı ehtimalı var. "Sadə dillə desək, Danimarka hökumətinin "xoşluqla" satmaq istəmədiyini zorla götürmək" – Danilov qeyd edib.

Onun fikrincə, Vaşinqtonun geostrateji maraqları baxımından adanın Danimarkanın idarəsi altında qalmasına razılıq vermək ABŞ üçün laqeyd bir addım olardı.

Müəllif həmçinin "Financial Times" nəşrinin yaydığı məlumatı da xatırladır: Keçən il ABŞ Danimarkaya xəbərdarlıq edərək, Çinin Qrenlandiyada üç hava limanı tikmək marağının olduğunu bildirib; nəticə etibarilə isə Kopenhagen Çini Qrenlandiyaya buraxmamaq üçün hava limanlarının tikintisinə maliyyə ayırmağa məcbur olub.

"Financial Times" məlumatında bildirib ki, Pekin keçən ilin yanvarında Arktikaya dair dərc etdiyi ilk rəsmi sənədində Qrenlandiyaya olan marağını elmi tədqiqatdan kommersiya sahəsinə keçirdiyini bildirilib.

Danilov xatırladır ki, bu ilin mayında ABŞ Dövlət Katibi Mayk Pompeo Finlandiyaya səfəri zamanı Çinin və Rusiyanın Arktikada "aqressiv" hərəkətlərini tənqid edib. "Amerika üçün vaxt gəlib çatıb ki, özünü arktik qüvvə kimi tanıtsın" - Pompeo deyib.

Müəllifin sözlərinə görə, bu məsələdə vacib bir məqama diqqət yetirmək lazımdır: "Qrenlandiya potensial (və hələ də tam olaraq istismar olunmamış) yeraltı sərvətlərinə, balıq resurslarına və əhəmiyyətli strateji mövqeyinə baxmayaraq, Danimarka krallığının dotasiya alan bir hissəsidir. Qrenlandiya büdcəsinin təxminən 50 faizi Danimarkanın dövlət xəzinəsindən ödənilən dotasiyaların payına düşür və "The New York Times" nəşrinin hesablamalarına görə, bu dotasiyalar ildə 740 milyon dollar (yəni hər sakin üçün təxminən 13 min dollar) təşkil edir".

Danilov qeyd edir ki, adada həmçinin Danimarkadan ayrılmağı dəstəkləyən hərəkat mövcuddur və Kopenhagen mütəmadi olaraq müstəmləkəçilikdə və adaya gələn xarici sərmayələrin qarşısını almaqda günahlandırılır.

Müəllifin sözlərinə görə, rəsmi Pekin Qrenlandiyanın Danimarkadan ayrılacağı təqdirdə adanın əhalisini xoşbəxt və gəlirli həyat ilə təmin edəcək xarici himayədar sayılır. Lakin Trampın adanı almaq marağının yaranması ilə Qrenlandiya separatistlərinin əlinə güclü təbliğat aləti düşür:

"Onlar (separatçılar – red.) artıq deyə biləcəklər ki, Kopenhagen onları ABŞ-ın 52-ci ştatının vətəndaşları kimi gözəl gələcəkdən məhrum edir və bu cür təbliğat Çinin təklif edəcəyi hər hansı digər bir alternativdən daha cəlbedicidir".

Tanınmış danimarkalı ekspertlər düşünürlər ki, Trampın təklifindən sonra Qrenlandiyanın maliyyə perspektivlərinin yaxşılaşması fonunda separatçı diskussiyalar kəskinləşəcək.

Danilovun fikrincə, ABŞ həqiqətən də Qrenlandiyanı tərkibinə qatmaq istəsə Vaşinqtona adadakı separatçıları maliyyə vəsaiti və informasiya dəstəyi ilə təmin etmək, o cümlədən adada "insan hüquqlarının pozulmasını aşkara çıxarmaq" kifayət edəcək.

Ekspertlərin fikrincə, qlobal istiləşməyə görə, digər yerlərdən fərqli olaraq sözügedən adada buzların əriməsi daha çox müşahidə edilir. Bu isə gələcəkdə bölgədə daha geniş mədənçilik fəaliyyətinə şərait yaradır. Buzlu adanın təbii ehtiyatlarla zəngin olduğu bildirilir.

Qrenlandiya adası təbii ehtiyatlarla yanaşı həm də strateji əhəmiyyətə malikdir. Əvvəllər bölgədə hərbi bazası olan ABŞ-ın Çinin Qrenlandiyadakı təsirini artırmaq səylərindən məmnun olmadığı dəfələrlə dilə gətirilib.

2016-cı ildə Çin mərkəzli bir firma keçmiş bir ABŞ-ın bazasını almağa cəhd edib, ancaq Danimarka bu təklifi rədd edib. 2018-ci ildə başqa bir Çin şirkəti 560 milyon dollar qarşılığında adada tikintisi nəzərdə tutulan hava limanını inşa etmək hüququ qazanıb.

Keçmiş ABŞ prezidenti Harri Trumen də, 1946-cı ildə 2,160 milyon kvadrat kilometr ərazisi ilə dünyanın ən böyük adası olan, 81 faizi buzlarla örtülü Qrenlandiyanı 100 milyon dollara almaq istəyib, ancaq Danimarka Harrinin təklifini rədd edib.

Qeyd edək ki, ABŞ Qrenlandiyanı alarsa, bu ölkənin pulla öz ərazisinə qatacağı ilk torpaq sahəsi olmayacaq. ABŞ 1917-ci ildə Danimarkanın Hind adalarını 25 milyon dollara satın alıb və adını da ABŞ Virgin adaları qoyub.

Bundan başqa, ABŞ 1803-cü ildə Şimali Amerikada Fransadan 15 milyon dollara torpaq alıb. 1867-ci ildə isə Çar Rusiyasına 7.2 milyon dollar ödəyən ABŞ Alyaskanı satın alıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 08:53
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ