şənbə günü, 07 noyabr 2026
     

Patruşevin səfəri barədə Ermənistan hökumətinin məlumatı – Paşinyanın Qarabağ siyasətini ifşa edən fakt...

Image


Ermənistan rəsmilərinin son açıqlamaları İrəvanın Dağlıq Qarabağ münaqişəsini hələ də sülh yolu ilə həll etmək niyyətində olmadığını göstərir. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın baş nazir Nikol Paşinyanın Xankəndidəki son çıxışı zamanı səsləndirdiyi avantürist, təhrikedici bəyanatları dəstəkləməsi də bunun növbəti təsdiqi sayılır.

Xatırladaq ki, Mnatsakanyan İrəvanda uruqvaylı həmkarı Rudolf Nin Novoa ilə keçirdiyi brifinq zamanı Paşinyanın Xankəndidəki çıxışına əlavə şərh vermək lazım olmadığını bildirib: “Baş nazir hər şeyi dedi. Deyilənlərə nəsə əlavə etməyə, yenidən oxumağa ehtiyac yoxdur”. Qeyd edək ki, Paşinyan avqustun 5-də Xankəndidə demişdi ki, Dağlıq Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsidir. Bunun növbəti dəfə Mnatsakanyan tərəfindən səsləndirilməsi, yuxarıda qeyd olunduğu kimi, İrəvanın Qarabağ məsələsini sülh yolu ilə həll etməkdə maraqlı olmadığını aydın nümayiş etdirir. Halbuki, bunun indiki vəziyyətdə Ermənistanın özü üçün böyük zərbə olduğunu İrəvanda da etiraf edənlərin sayı kifayət qədərdir. Hakimiyyət nümayəndələrinin belə bəyanatlarının ilk növbədə Ermənistanın maraqlarına və xarici siyasət strategiyasına zərbə vurması barədə məqamları erməni siyasətçilər də açıq şəkildə bəyan edirlər. Onlar bildirir ki, Paşinyanın məsələyə bu səpkidə yanaşması Azərbaycanın münaqişəni güc yolu ilə həll etmək üçün arqumentlərini və əsaslarını daha da gücləndirəcək. Belə ki, İrəvanın bu mövqeyi çox açıq şəkildə danışıqlar prosesinin məhz kim tərəfindən sabotaj edildiyini göstərir. Ehtiyatda olan polkovnik, hərbçi ekspert Şair Ramaldanov da bu fonda yeni Qarabağ savaşını istisna etmir. Onun sözlərinə görə, sülh yolu ilə münaqişənin həll variantı tükənərsə, Azərbaycan üçün başqa yol qalmır: “Azərbaycan hərb yolu ilə, antiterror əməliyyatları keçirərək öz ərazi bütövlüyünü bərpa etmək gücündədir. Ermənistan Azərbaycana başqa yol qoymur. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri nəticə verən addımlar atmasa, Ermənistan da tutduğu işğalçılıq siyasətindən əl çəkməsə, bunun sonu güc yolu olacaq. Bu da Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində haqqıdır”. Ekspert diqqətə çatdırıb ki, Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilən qüvvələr qanunsuz hərbi birləşmələrdir: “Bu isə elə terrorçu birləşmələr deməkdir. Bütün beynəlxalq təşkilatlar buna qarşı mübarizə aparmalıdır və hamısını tərksilah etməlidir. Azərbaycanın öz torpaqlarını güc yolu ilə azad etməsi üçün tam hüquqi əsası var”.

Məsələnin maraqlı tərəfi budur ki, proseslərin belə şəkildə inkişaf edə biləcəyini indiki Ermənistan rəhbərliyi də anlayır. Onlar həmçinin bilir ki, Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyəcək. Bu vaxta qədər Ermənistan əsas etibarı ilə Rusiyanın fəaliyyti nəticəsində yeni savaşın olmayacağına ümid edirdisə, “1-in.am” saytı yazır ki, artıq bu ümidlərin üzərindən də xətt çəkilib. Çünki Ermənistanın yeni hakimiyyətinin bütün cəhdlərinə baxmayaraq, Moskva onu qəbul etmir, əvəzində Kremlin Azərbaycan və Türkiyə ilə münasibətləri dinamik inkişaf edir. Sayt Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Ermənistana son səfəri fonunda bunun bir daha öz təsdiqini tapdığını qeyd edir: “Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu günlərdə İrəvanda olub, erməni həmkarı ilə, bir gün sonra isə baş nazir Nikol Paşinyanla görüşlər keçirib. Bu səfər bir neçə yöndə dedikcə diqqətçəkəndir. Birincisi, Rusiya elitasında böyük çəkisi olan Patruşev məxməri inqilabdan sonra Ermənistana ilk dəfə gəlir, həm də aydındır ki, onun missiyası, belə deyək, kəşfiyyat-hazırlıq missiyasıdır. Məsələ burasındadır ki, oktyabrda İrəvanda Avrasiya İqtisadi Birlyinin sammiti nəzərdə tutulub, ən maraq doğuran məsələ Vladimir Putinin Ermənistana səfəridir. Rusiya prezidenti inqilabdan sonra Ermənistana gəlməyib: bu haqda bir neçə dəfə bildirilsə də, dərc edilmiş tarixlər azdan, ya da çoxdan əsaslandırılan izahatlarsız təxirə salınıb. Görünür, Putin bu dəfə İrəvana gəlməkdən yayına bilməz, xüsusən də bu şəraitdə: İrəvan Avrasiyanın baş tədbirini qəbul edən paytaxtdır. O biri yandan, İrəvanda planlaşdırılmış sammitin təxirə salındığı örnəyimiz var. Əlbəttə, bu, 2016-cı il aprel savaşından dərhal sonra baş verib, lakin heç bir zəmanət yoxdur ki, Moskva növbəti “fors-majorlu” arqumentləşdirmə düşünməyəcək. Bu biri yandan, Patruşevin səfəri iki ölkə üçün önəmli bir mərhələdə – Ermənistan və Rusiyada mühüm daxili-siyasi transformasiyalar baş verəndə baş tutur. Ermənistanda inqilabsonrası institutlaşma köhnə sistemin tərs müqaviməti ilə üzləşir. Buna, habelə bölgəsəl məsələləri, xüsusən də hərbi sahədə Rüsiya-Türkiyə işbirliyinin dərinləşdiyini də əlavə edək, bu, Ermənistan üçün müəyyən risqlər doğurur. Bəlkə də, Ermənistan-Rusiya münasibətlərində dərin böhran yoxdur, ancaq institutlaşmış harmoniya da yoxdur və nə qədər paradoksal olsa da, yüksək səviyyədə təmaslar problemlərin həllinə şərait yaratmır, o qədər də əlverişli olmayan status-kvonu möhkəmləndirir.Təsadüfi deyil ki, rəsmi İrəvan və Moskva Paşinyan-Patruşev görüşü haqda müxtəlif vurğulu məlumatlar yayıb. Rusiya Təhlükəsizlik Şurası mətbuat xidmətinin məlumatında deyilir: “Rusiya Təhlükəsizlik Şurası katibi Nikolay Patruşev və Ermənistan baş naziri Nikol Paşinyan İrəvan görüşündə təhlükəsizlik sahəsində Rusiya-Ermənistan işbirliyini möhkəmləndirmək, habelə Suriya xalqına humanitar yardım göstərmək və Suriyada dinc yaşayışı bərpa etmək məsələlərini müzakirə ediblər.

Moskvada vurğunu Suriya probleminə ediblər, bunun nəticəsində İrəvanın Qərblə, xüsusən ABŞ-la aşkar problemləri var. Karnegi Fondunun “Rusiya və Avrasiya” proqramının elmi işçisi Pol Stronski  Ermənistana münasibətdə Amerika siyasətindən, Dağlıq Qarabağa verilən yardımın azaldılması imkanından danışarkən, səbəb kimi, Ermənistanın Suriyaya humanitar missiya üçün qrup göndərməsini göstərib. Aydındır ki, Ermənistan kontingenti Moskvanın çağırışı, ya da basqısı ilə Suriyaya göndərilib, Paşinyan bu addımla da Vladimir Putinin inamını möhkəmləndirməyə çalışıb. Bu, açıqca alınmayıb, əvəzində İrəvan və Qərb tərəfdaşları arasında gərginlik meydana çıxıb. İndi təəssürat biçimlənir ki, Moskva Ermənistanın xarici siyasət manevri imkanlarını daraltmaq məqsədilə Suriya mövzusunu məqsədyönlü şəkildə kəskinləşdirir.

Rusiyanın məlumatında heç bir xatırlatma yoxdur ki, Paşinyan və Patruşev Dağlıq Qarabağ problemini müzakirə ediblər, halbuki, Ermənistan hökumətinin aparatı xəbər verir: “Ermənistanın baş naziri və Rusiya Təhlükəsizlik Şurasının katibi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi, bölgədə hərbi balansı saxlamaq və sabitliyi təmin etmək, bölgəsəl və beynəlxalq təhlükləsizliyin inkişafı və çağırışları haqda fikir mübadiləsi aparıblar”. Ehtimal ki, Ermənistanın baş naziri irəli gedən Rusiya-Azərbaycan və Rusiya-Türkiyə hərbi işbirliyi haqda məsələ qaldıraraq bölgəsəl təhlükəsizlik və Qarabağ problemi kontekstində narahatlıq ifadə edib. Gördüyümüz kimi, tərəflərin hətta rəsmi məlumatları da Ermənistan-Rusiya münasibətlərində var olan problemlərin üstünü açır. İrəvan və Moskva arasında əsəb müharibəsi gedir. Məhz bu durumda Rusiyanın Qarabağ münaqişəsində Ermənistana dəstək verməsi artıq inandırıcı görünmür”. Təbii ki, bütün bu qeyd edilənlər Qarabağ məsələsində Azərbaycanın mövqelərinin daha da güclənməsi anlamına gəlir. Bunu  erməni politoloq Ruben Gevondyan da təsdiq edir. Onun sözlərinə görə, İrəvan xaricdən olan dəstəyi itirdiyi bir vaxtda Ermənistan baş nazirinin Xankəndidə səsləndirdiyi bəyanatlar ölkə üçün müharibə təhdidini daha da artırır: “Artıq Bakı bəyan edib ki, Paşinyanın bəyanatları üzunmüddətli danışıqlara ziddiyyət təşkil edir. Əlbəttə, Xankəndidə verilən bəyanat, məhz Paşinyanın özü tərəfindən Qarabağın danışıqlar masasında iştirakına dair verdiyi bəyanatla ziddiyyət təşkil edir. Bakının reaksiyası gözlənilən idi, təbii ki, Paşinyanın dediklərini Bakı qəbul edə bilməzdi. Minsk Qrupunun həmsədrlərinə gəldikdə isə, hesab edirəm ki, yaxınlarda münasibət bildiriləcək. Bu münasibət sonrakı proseslərdən asılı olacaq”.
Erməni politoloq qeyd edib ki, bu proses Ermənistanın “Qarabağ Ermənistandır, vəssalam” açıqlamasına nə izahatı verəcəyindən çox asılıdır: “Yəni hər şey Ermənistanın bəyanatlarından asılı olacaq. Hesab edirəm ki, istənilən halda, İrəvanın açıqlamasından asılı olmayaraq, Bakı mövcud ritorikasını davam etdirəcək. Əlbəttə, Ermənistanın Paşinyanın bəyanatını izah edəcək seçim müxtəlifliyi çoxdur. Minsk Qrupunun həmsədrlərindən isə münasibəti hələ də gözləyirik. Qarabağa dair görüşlərdə ictimaiyyətə məlum olmayacaq formatda sərt danışıqlar ola bilər. Lakin düşünmürəm ki, bu, danışıqlar otağından kənara çıxa bilsin. Əlbəttə, Qarabağdakı rejimin danışıqlar masasına qayıtması haqqında Paşinyanın bəyanatı Minsk Qrupunun xoşuna gəlməyib. Ona görə ki, belə olan halda Minsk Qrupu son 20-25 il ərzində həyata keçirdiyi fəaliyyətinin bütün məntiqinə yenidən baxmalı idi. Burada da belə bir inkişaf prosesi mümkündür. Burada mənfi tərəflərdən biri baş verənlərin bütün həmsədr ölkələrdə mənfi qarşılanmasıdır. Bakı bunlardan uğurla istifadə edir və Ermənistanın mövqelərini zəiflədir”.

Hesab edilir ki, yaranmış vəziyyətdə Bakının ərazi bütövlüyü məsələsini güc yolu ilə həll etməsinə Ermənistan özü əlavə arqumentlər qazandırır. Məsələnin ən əsas tərəflərindən biri də budur ki, Qarabağ münaqişəsi yenidən qaynar mərhələyə keçəcəyi təqdirdə Ermənistanı Azərbaycan qarşısında heç kim müdayiə etməyəcək. Elə bu da Azərbaycanın mühüm uğurlarından biri sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 08:53
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ