Cümə axşamı günü, 08 oktyabr 2026
     

Ermənilər Vəli Xuluflunu tutdurub “Koroğlu”nun əsasında saxta “Sasunlu David” dastanını necə quraşdırdılar?

Image


Məhərrəm Qasımlı: “Artıq elmi cəhətdən sübut olunub ki, hayların qondarma “Sasunlu David” eposu “Koroğlu” dastanının motivləri əsasında quraşdırılıb”
İlhamə Qəsəbova: “Hayların “Sasunlu David” dastanı «Koroğlu» dastanından plagiatdır, oğurluqdur”
Həsən Həsənov yazır: “1930-cu illərdə erməni alimi Kanonyan professor Vəli Xulufludan iki dəfə xahiş edir ki, emənilər üçün də qəhrəmanlıq rəmzi “Koroğlu” dastanı yaradılmalıdır, Azərbaycanda hakimiyyət ermənilərdədir, bu dastanı yaratmaqda kömək elə, əks təqdirdə sizə xətər yetişər”

 

Yalan ayaq tutsa da, yeriməz deyirlər. Amma iki əsrdən artıqdır erməni yalanları və saxtakarlıqları nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada qol-qanad açır, günü-gündən genişlənir, əhatəsini böyüdür.

Qədim xalqların mədəniyyətinin formalaşmasında sözsüz ki, epos yaradıcılığının önəmli rolu var. Türklər başda olmaqla, tarixdə izi olan, tükənməz mədəniyyət xəzinəsi yaradan bütün qədim xalqlar bu gün də özünün tarixdəki mövqeyini qoruyur. Tarixə, dünya mədəniyyətinə yamaq olan ermənilər həm Avropa, həm də qədim türk xalqlarının, eyni zamanda da Cənubi Qafqazın digər köklü xalqlarının mədəniyyətini mənimsəyərək özlərinə “eposlar”, “dastanlar” yaradıblar. Heç şübhəsiz ki, onlar bu işə əsasən XX əsrin əvvəllərindən başlayıblar. Ermənilərin epos oğurluğu haqqında faktlara toxunmamışdan əvvəl hayların necə erməniyə çevrilməsi haqqında bəzi tarixi dəlillərə toxunmaq istəyirik.  

  • Haylar necə erməniyə çevrildilər?

Mənbələrdə qeyd edilir ki, bugünkü ermənilərin (hayların) öz içində əsl soy adları “hay” olduğu halda, gürcülər onlara somexi, kürdlər filə, biz də başqaları kimi erməni deyirik. Ancaq erməni etnonimi (boy-tayfa adı) ilk dönəmlərdə bugünkü haylara deyil, tamamilə başqa dilə və mədəniyyətə mənsub olan subar türklərinin ermen adlı boylarına aid olub. Haylar isə “Ermən” ölkəsinə gəldikdən xeyli sonra, xüsusilə xristianlığı qəbul edəndən sonra ətraf bölgələrə yayıldıqca, bu yeni adla “ermən” adlanmışlar. Çünki bəzi qonşu xalqlar onları artıq Ermən (Ərməniyyə) əhalisi erməni kimi tanımışlar. İndi isə hayların, yəni indiki ermənilərin necə türk boy adını götürüb ermən, armen və ya ərmən adlanmasını tarixi bəlgələrlə müşahidə edək. “Mitan dövləti dağılandan sonra burada yaranmış Subar bəyliyi e.ə. 673-cü ilə qədər müstəqilliyini qoruya bilsə də, həmin ildə asurlar tərəfindən dağıdıldı (“Azər xalqı”, 2000, 129-134). Arme-Subar bölgələri iki asur canişinliyinə çevrildi. Asurların Fərat çayı yaxalarında əsir alıb, bu əyalətdə yerləşdirdiyi muşk tayfaları içində hay tayfalarının da olması mümkündür. Hayların Suriya ərazilərindən Subar bölgəsinə köçməsi haqqında hay tarixçisi M.Xorenatsi və hayların “Sasunlu David” eposu məlumat verir. Balkan yarımadasından Suriya torpaqlarına (e.ə. VII əsr), oradan isə sonralar Ermən ölkəsinə (e.ə. VI-IV əsrlər) gələn haylar (indiki ermənilərin əcdadları) həm antropoloji, həm də dil baxımından yerli ermənlərdən (ərmənlərdən) fərqlənirdilər. Burada hay tayfaları yaşadıqları bölgənin adına uyğun ermən, armen və ya ərmən kimi tarixə düşmüşlər. İndiki ermənilərin Hayastan adlandırdıqları dövlət isə I-IV əsrlərdə Anadoluda, V-XIX əsrlərdə Qafqazda lokal bölgələrdə yayılıb məskunlaşan hay koloniyaları anlamında işlənən qeyri-müəyyən coğrafi termindir. Qeyd etmək lazımdır ki, ərmən adının etnik anlamda deyil, siyasi-inzibati və coğrafi anlamda süni şəkildə genişlənməsi 1828-ci ildə olub. Həmin ilin martında rus çarı I Nikolayın imzaladığı fərmana əsasən, İrəvan və Naxçıvan xanlıqlarını birləşdirib “Armyanskaya oblast” (Erməni vilayəti) adlandırdılar” - deyə tarixi mənbələrdə vurğulanır.

  • “1000 yaşlı” “Sasunlu David” eposu əslində necə quraşdırılıb? 

İndi də keçək əsas məsələyə, yəni ermənilərin epos oğurluğuna. Ermənilərin iddiasına görə, erməni xalqının qədim eposu 1000-dən (?) artıq yaşı olan “Sasunlu David”dir. Bəzi hay başlı sovet tarixçilərinin, erməni folklorşünas və alimlərinin düzüb-qoşduğu bu epos, əslində, XX əsrin 30-cu illərində “yaradılıb”.

Onu da vurğulayaq ki, tarixi mənbələrdə 1939-cu ildə “erməni dastanı” “Sasunlu David”in 1000 illiyi SSRİ-də, o cümlədən də Azərbaycan SSR-də də keçirilib. Qeyd edək ki, qondarma “Sasunlu David” eposu ana dilimizə hay dilindən şair Böyükağa Qasımzadə tərəfindən tərcümə edilib.

Yeri gəlmişkən, “Sasunlu David” eposunun 1873-cü ildə Qaregin Srvandztyants tərəfindən yaradıldığı və eposdakı hadisələrin VII-X əsrləri əhatə etdiyi hay alimləri tərəfindən iddia edilsə də, tarixi faktlar, sənədlər, araşdırmalar tamam başqa bir fikri söyləməyə əsas verir.

Görkəmli folklorşünas-alim, professor Məhərrəm Qasımlı “Bakı-Xəbər”ə bildirdi ki, qondarma “Sasunlu David” dastanı “Koroğlu” dastanı əsasında yaradılıb. “Azərbaycanda qondarma “Sasunlu David” eposu ilə bağlı tədqiqatları əsasən mərhum alim, professor İsrafil Abbaslı aparıb. Onun bu sahədə çox maraqlı tədqiqatları var. Artıq elmi cəhətdən sübut olunub ki, hayların qondarma “Sasunlu David” eposu “Koroğlu” dastanının motivləri əsasında quraşdırılıb. Haylar plagiatlıq edərək özlərinə belə bir epos yaradıblar”.

  • “Koroğlu”dakı Qıratla “Sasunlu David”dəki Kurkik Cəlali eyni mənbədən - dənizdən yaranıblar”

Filologiya elmləri üzrə fəlsəfə doktoru İlhamə Qəsəbovanın da qənaətinə görə, “Sasunlu David” oğurluqdur. O qeyd etdi ki, bəzi hay tədqiqatçıları bu oğurluğun izini itirmək üçün “Sasunlu David” dastanının VIII əsrə aid olduğunu bildirsələr də, bəzi erməni tədqiqatçıları tərəfindən qəbul edilməyib. “Çünki dastanın hansı əsrə aid olmasına sübutlar və faktlar yoxdur. Ermənilər dastanın tarixini düzgün desələr, onda onlar özləri boyunlarına almış olurlar ki, plagiyatçıdırlar. Ancaq hər iki dastanda baş verən hadisələr və surətlər eyni oxşarlığa malik olduğu üçün qərara gəlmək olur ki, hayların  “Sasunlu David” dastanı «Koroğlu» dastanından plagiatdır, oğurluqdur. Məsələn, “Koroğlu”dakı Qıratla “Sasunlu David”dəki Kurkik Cəlali eyni mənbədən - dənizdən yaranıblar. Davidin qılıncı ilə Koroğlunun qılıncı da bir-birinə bənzəyir. Onlar ildırımdan əmələ  gəlib.  Davidin qılıncı dəniz dibindən götürüldüyünə baxmayaraq, onun da ildırım parçası kimi göydən düşdüyü söylənir. “Koroğlu” dastanında qəhrəmanların qüvvət mənbəyi torpaq və sudur. Bu, “Sasunlu David”də də elədir. Koroğlu Qoşa bulağın suyunu içib misilsiz güc əldə edir, “Sasunlu David”də də qəhrəmanlar həyatverici suyu içib qüvvətli olurlar. Hər iki dastanda sevgi macəraları  də eynidir. Koroğlunun şücaət və mərdliyi xəbərini eşidəndən sonra ürəyi onu görmək arzusu ilə çırpınan xotkar qızı Nigar xanım əlinə ilk fursət düşən kimi - təsadüfən Bəlli Əhmədə rast gələrkən məktub yazıb onun vasitəsilə Koroğluya göndərir. Koroğlu məktubu alıb oxuyan kimi ona vurulur. Sonra o, İstanbula gedir, Nigarı qaçıraraq Çənlibelə gətirir. «Sasunlu David»də də Davidin qəhrəmanlığını eşidən Xandut xatın aşığı onun yanına göndərir. 

Aşıq Davidin yanında Xandutun gözəlliyini mahnıda tərifləyir, onun qəlbini eşq alovları ilə doldurur, bundan sonra David gedib Xandutu tapır, nəhayət, onunla evlənir. Hər iki dastanda təsvir olunur ki, bu iki qadın ərlərinə sadiq həyat yoldaşı olurlar, onların mübarizəsinə rəvac verirlər...”

Folklorşünas qeyd etdi ki, ermənilərdə tarixən aşıq olmadığı üçün, burada aşığın adının çəkilməsi, eləcə də xanıma xatun deyilməsi də aşkar oğurluq nümunəsidir. Onu da bildirək ki, tarixi mənbələrdə “Sasunlu David”in erməni qanı daşımadığı da qeyd edilir. “Sasunlu David təmiz qanlı erməni deyildi” ifadəsi dediklərimizin sübutudur. Hətta alimlərimiz şifahi olaraq deyirlər ki, “Sasunlu David”in ermənilərə yox, gürcülərə daha çox aidiyyəti var. Çünki gürcülər də Azərbaycan türkləri kimi, Qafqazın aborigen sakinləridir, haylar isə bura 2 əsr bundan əvvəl köçürülüb.

Qeyd edək ki, ermənilər həm keçən əsrin əvvəllərində, həm də indi “Koroğlu” dastanına qarşı iddialar qaldırıblar. Guya ki, bu onlara aid eposdur. Yalnız onu vurğulayaq ki, Koroğlunun dəliləri arasında müxtəlif xalqların təmsilçiləri olsa da, ancaq hay, erməni olmayıb. Haylar bu torpağın sakinləri idilərsə, onda nə üçün Koroğlunun yanında yer almayıblar? Məsələn, Koroğlunun dəlilərindən biri gürcü oğlu idi, erməni oğlu deyildi. Hətta alimlər şifahi olaraq deyirlər ki, keçən əsrin 30-cu illərində “Koroğlu” eposunun qolları toplanarkən erməni siyasi ideoloqları görkəmli tədqiqatçı-alim, folklorumuzun cəfakeş toplayıcısı, repressiya qurbanı Vəli Xulufluya deyiblər ki, bizim üçün də “Koroğlu”ya bənzər epos yarat, lakin alim onların bu arzusunu gözlərində qoyduğu üçün, söhbətin üstündən iki-üç gün keçməmiş o, “xalq düşməni” kimi həbs edilərək repressiya qurbanı olub.

  • K.Qostanyans “Bizim aşıqların erməni dilində şeirlə müşayiət olunan dastanları yoxdur, hamısı yalnız türk dilindədir” - deyə yazıb

Sumqayıt Dövlət Universitetinin dosenti Həsən Həsənov özünün “Tarix erməni satqınlığı və saxtakarlığına dair faktlarla zəngindir” məqaləsində olduqca maraqlı faktlara toxunub. O bu yazıda Vəli Xuluflunun başına gələn müsibətə də toxunub. “1930-cu illərdə erməni alimi Kanonyan professor Vəli Xulufludan iki dəfə xahiş edir ki, sizdə “Koroğlu” dastanının bütün variantları və tarixi haqqında geniş məlumat var. Ermənilər üçün də qəhrəmanlıq rəmzi “Koroğlu” dastanı yaradılmalıdır, Azərbaycanda hakimiyyət ermənilərdədir, bu dastanı yaratmaqda kömək elə, əks təqdirdə sizə xətər yetişər. Erməni qorxaqlığını yaxşı bilən Vəli Xuluflu açıqca Kanonyana deyir ki, tarixçi-alim Veliçko kitabında (səh.67) yazır: “Təmiz qanlı ermənilər dovşandan da qorxurlar”. Bundan əlavə, şair Aleksandr Sergeyeviç Puşkin qoca dağlının dilindən deyir: “Tı trus, tı rab, tı armenin”. Belə qorxaq xalq Koroğlu yetişdirə bilərmi? Az da olsa milli qəhrəmanınız varsa, məsələn, Sasunlu Davud - o da təmiz qanlı erməni deyil. Vəli Xuluflu bu əhvalatı dostlarına çatdırır ki, Kanonyan mənə belə dedi. Bu hadisədən 4 gün sonra professor Xuluflu tutuldu və xalq düşməni elan edildi. Zəngin arxivini isə Dövlət Təhlükəsizliyi Komitəsinin işçiləri apardılar. Bundan sonra ermənilər zəif də olsa, “Koroğlu” dastanını yaratdılar.

1893-cü ildə erməni yazıçısı K.Qostanyans yazıb: “Bizim aşıqların erməni dilində şeirlə müşayiət olunan dastanları yoxdur, hamısı yalnız türk dilindədir. 1937-ci ildə Q.Tarıverdiyan yazır: “Erməni aşıqlarından topladığım şeirlərin xeyli hissəsi Azərbaycan dilində idi”. Yazılanlardan görünur ki, ermənilər başqa xalqların mənəvi sərvətlərini oğurlayıb özlərinə dastan yaratmaq arzusunda olublar. XIX əsrdə yaşayan məşhur fransız tarixçi-alimi baron de-Bayı katolikosun paytaxtı Eçmiədzinə dəvət edirlər ki, burada ermənilərin yaratdığı çox qədim maddi mədəniyyət nümunələri var. De-Bay qızıl kasalara, taclara və toxuma materiallara baxıb açıqca deyib ki, bunlar XVIII əsr rokoko stilinə aid bəzək üslubudur, qədim mədəniyyət abidəsi deyil. Bundan sonra qədimliyi ilə öyünən və rusca çap olunan erməni qəzetləri nüfuzdan düşürlər. Ermənilər qədim gürcü daşlarının üzərindəki yazıları qoparıb yerinə erməni heroqlifləri yapışdırıb fransa tarixçisi Kutulini dəvət edirlər ki, burada qədim erməni maddi mədəniyyət abidələri var. Alim də daşların şəklini çəkib Fransada məqalə çap etdirir ki, ermənilər qədim mədəniyyətə, tarixə malik xalqdır. Məqalədən 6 ay sonra xəbər tutan gürcülər Kutulidən soruşurlar ki, sən bu faktları haradan götürmüsən? O da etiraf edir ki, onu aldadan, özünü gürcü kimi təqdim edən erməni “Mşak” qəzetinin redaktoru Arsrunidir” - deyə H.Həsənov yazır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ