Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT Minsk Qrupu çərçivəsində ABŞ və Fransa ilə həmahəng işləyir. “Trend”in erməni KİV-inə istinadən məlumatına görə, bunu İrəvanda Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.
O bildirib ki, mövcud strukturlar çərçivəsində Rusiya, ABŞ və Fransanın qarşılıqlı fəaliyyəti kifayət qədər yaxşı səviyyədədir.
Ermənistan və Azərbaycan cəmiyyətlərinin sülhə hazırlanmasında vasitəçilərə ehtiyacın olub-olmaması barədə danışan Q.Karasin vurğulayıb ki, tərəflər arasında qarşılıqlı etimadı, çətin problemlərin dinc yolla həlli məramını yüksəltmək lazımdır.