Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ermənistanın taleyinin sırf Azərbaycanla münasibətlərdən asılılığı vahid dünya rəyinə çevrilir

Image


Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması işğalçı Ermənistanı getdikcə daha böyük problemlər məngənəsinə düçar etməkdədir. Bu hal, xüsusən yeni erməni hakimiyyəti üçün ciddi təhdidlər yaradır. İlk növbədə o baxımdan ki, Nikol Paşinyanı hakimiyyətə gətirən başlıca səbəb və vədlər erməni əhalisinin maddi rifah halının yüksəldilməsi, iqtisadi inkişafla bağlıdır.

Lakin ötən ilin mayından indiyə qədər olan müddət ərzində Nikol Paşinyan və komandası qəti surətdə əmin ola bilib ki, Azərbaycanla, onun strateji müttəfiqi olan Türkiyə ilə münasibətlər normallaşmadan Ermənistanda hansısa inkişafdan danışmaq mümkünsüzdür. Məhz bu vəziyyətdə, ən azından, erməni cəmiyyətini sakitləşdirmək və hakimiyyətdən gəldiyi yolla devrilməmək üçün Nikol Paşinyanın Qarabağ məsələsində müəyyən güczəştlərə getməsinə ümidlər yüksəkdir.

Məsələnin bu tərəfinə nəzər salan Polşanın Ermənistandakı keçmiş səfiri Yeji Marek Novakovski də hesab edir ki, Ermənistanın yeni hakimiyyətinin Azərbaycanla dil tapmaqdan başqa yolu yoxdur. Azərbaycan və Ermənistan liderlərinin Davosdakı qeyri-rəsmi görüşünə də toxunan diplomat ümid etdiyini bildirib ki, bu danışıqlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə impuls verəcək: “Vacibdir ki, Paşinyan qarabağlı deyil və problemin həllinə yanaşması tam başqadır. Bundan əlavə, Ermənistanın indiki başçısında elektoral dəstək var, əhalinin 60-65 faizi onun siyasətinin tərəfdarıdır. Bu isə o deməkdir ki, onun istənilən cür siyasi manevr üçün imkanı var. Əgər əhali arasında dəstəyi olmayacaqsa, onu da bir vaxtlar Levon Ter-Petrosyanı olduğu kimi aradan götürəcəklər. Avropada artıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardırlar”.

Yeji Marek Novakovski onu da diqqətə çatdırır ki, Avropa Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bu heç müzakirə də olunmur: “Münaqişənin elə həll düsturunu tapmaq lazımdır ki, bir tərəfdən Azərbaycan ərazi bütövlüyünü qoruyub saxlasın, digər tərəfdən Dağlıq Qarabağın erməni əhalisinin hüquqları qorunsun. Bu çox çətindir və buna görə də, tərəflər siyasi iradə nümayiş etdirməlidir. Son zamanlar Prezident İlham Əliyevlə baş nazir Paşinyanın bir neçə görüşü keçirilib və çox əhəmiyyətlidir ki, onlar vatsitəçi olmadan, göz-gözə danışıbıar. Ümid edirəm ki, onlar maraqlarının təmas nöqtələrini tapıblar. Paşinyan və onun hökuməti doğrudan da real müstəqillik istəyirlərsə, Azərbaycanla dil tapmaqdan başqa yolları yoxdur. Eyni zamanda, Avropa və ABŞ bu münaqişənin həllində fəal olmalı, məhz onlar problemin həllinin qarantına çevrilməlidirlər. Təəssüf ki, hələlik bu istiqamətdə Qərbin fəal olduğunu demək olmaz. Hələlik yalnız Rusiya burada siyasi fəallıq göstərir, Avropa isə bu məsələyə münasibətini dəyişməlidir. Avropa yalnız öz problemləri ilə məşğul olan varlı yaşlı xalaya bənzəyir. O hətta pul da verməyə hazırdır ki, təki rahatlığı pozulmasın. Lakin belə olmaz! Avropa özünü geosiyasi vahid hesab edirsə, fəal olmağa borcludur”.

Londondakı nüfuzlu ”Chatham House” siyasi təhlil mərkəzinin Rusiya və Avrasiya proqramının araşdırmaçısı Lourens Broers də bildirir ki, Paşinyanın və ümumiyyətlə Ermənistanın taleyi birmənalı şəkildə Azərbaycanla münasibətlərdən asılıdır. Bu xüsusda o, çox maraqlı məqamlara diqqət çəkir: “Hərbi eskalasiyanın azaldılması tədbirləri və yeni simalar Ermənistan və Azərbaycan arasında ölgün sülh prosesini yenidən silkələməyə başlayıb. Lakin niyyətlərinin həyata keçməsi üçün tərəflər siyasi strategiyalarına bir daha baxmalı olacaqlar. Ermənistan-Azərbaycan sülh prosesində baş verən son hadisələr - iki ölkənin xarici işlər nazirlərinin son 9 ayda dörd dəfə görüşməsi, iki ölkənin silahlı qüvvələri arasında kommunikasiya üçün “əməliyyat kanalının” açılması, təmas xətti boyunca gərginliyin azalması və nəhayət, hər iki tərəfin əhalilərin sülhə hazırlanmasının zəruri olduğunu qəbul etməsi ciddi irəliləyişdən xəbər verə bilər.

Burada xatırlatmaq yerinə düşərdi ki, 2016-cı ilin aprelində baş vermiş “dördgünlük müharibə” Azərbaycanın yeni hərbi qüdrətinin artmasını və 2007-ci ildən bəri müdafiəyə böyük pullar xərcləməsinin hədər getmədiyini sübut edib. Bütün bunlardan sonra baş verən mühüm hadisə Ermənistanda 2018-ci ildə “məxməri inqilab”ın qalib gəlməsidir. Bununla ölkədə təhlükəsizlik və demokratiya barədə düşüncələrdə dəyişikliklər yaranmağa başlayıb. Dekabr seçkilərində tam legitimlik qazanmış yeni rəhbərlik ambisiyalı islahatlara başladığını elan edib. Lakin Azərbaycanla uzun sürən assimmetrik düşmənçilik şəraitində bu islahatları həyata keçirmək mümkün olacaqmı? Xüsusilə o şəraitdə ki, indi Azərbaycanla gərginliyin artırılması ilk növbədə Paşinynın gündəliyi üçün təhlükə, onun opponentləri üçünsə fürsət yarada bilər”. Məhz bu şəraitdə Lourens Broers bildirir ki, yeni erməni hakimiyyətinin taleyi Azərbaycanla razılaşmalardan asılı olacaq. Lourens Broersin bu mövqeyini, nə qədər qəribə görünsə də,  Ermənistanın tanınmış hüquq müdafiəçilərindən olan Janna Aleksanyan da bölüşür. O bildirir ki, Paşinyanın istədiyi nəticələrə nail olması üçün qonşularla, ilk növbədə məhz Azərbaycanla münasibətləri normallaşdırması vacib şərtdir. Digər tərəfdən, Janna Aleksanyan diqqəti buna yönəldir ki, Azərbaycanın hərbi əməliyyatlara start verməsi Paşinyan üçün çox acınacaqlı nəticələrə gətirib çıxara bilər. Çünki erməni ordusunun mövcud vəziyyəti Silahlı Qüvvələrini əhəmiyyətli dərəcədə gücləndirən Azərbaycanın qarşısında duruş gətirməyə imkan vermir. Buna sübut kimi Janna Aleksanyan vurğulayır ki, ölkə ordusunda insan haqlarının pozulması və cəzasızlıq atmosferi hələ də davam edir. Onun sözlərinə görə, əsgər ölümü hadisələrinə lazımi diqqət verilmir: “Hərbi hissələrdə cinayətkar ab-hava hakimdir. Bunu dəyişmək lazımdır. Ölüm halları baş verir və bu hallar gizlədilir, araşdırılmır, təqsirkarlar cəzalandırılmır. Mən hələ onu demirəm ki, yalnız sıravi qulluqçılar cəzalandırılır və orduda cəzasızlıq atmosferi hələ də qalır”.

Rəsmi məlumatlara əsasən, 2018-ci ildə Ermənistan Silahlı Qüvvələrində 63 əsgər ölümü qeydə alınıb. Bunlardan 27-si müddətli hərbi xidmətdə olanlar, 23-ü müqaviləli qulluq edənlər, 2-si gizir, 10-u isə zabitlərdir. Janna Aleksanyan bu xüsusda vurğulayır: “63 dəhşətli rəqəmdir. Bu, kiçik bir ölkə üçün çox böyük rəqəmdir. Bu o deməkdir ki, hər il 63 gənc hərbi xidmətdən qayıtmır. Mən çox istərdim ki, bu problemlər ciddi müzakirə predmeti olsun. Müdafiə naziri bu problemləri həll edə bilmirsə, qoy etiraf etsin. Amma bilmək lazımdır ki, orduda bu vəziyyətin hökm sürdüyü şəraitdə Qarabağ məsələsinin hərbi həlli Ermənistan üçün yaxşı heç nə vəd etmir. Bu səbəbdən yaxşı olardı ki, məsələni Azərbaycanla danışıqlar yolu ilə həll edək. Paşinyan bu barədə hərtərəfli götür-qoy etməlidir”.

Digər insan haqları müdafiəçisi Artur Sakunts da vurğulayır ki, ötən müddət ərzində orduda insan haqlarının vəziyyətində dəyişiklik yaranmayıb. O bildirib ki, ordu təchizatında ərzaq və geyim ləvazimatının keyfiyyətinin qaldırılması ilə bağlı müəyyən addımlar atılır, amma hərbi intizamın təmin olması sahəsində vəziyyət dəyişmir: “Bu bir neçə faktorla bağlıdır. Bunlardan biri də insan haqlarını pozmuş zabitlərin və hərbi qulluqçuların dəyişdirilməsi üçün addımların atılmamasıdır. Bəzi hallarda insan haqlarını pozan zabitlər nəinki ordudan kənarlaşdırılmır, onların hətta rütbələri və vəzifələri artırılır. Ordunun bu şəraitdə çöküşü davam edir. Bunları Azərbaycanda da bilməmiş deyillər”.

Bütün bunlar fonunda hesab olunur ki, həqiqətən də mövcud Ermənistan hakimiyyəti üçün ən yaxşı hal Azərbaycanla danışıqlar masası arxasında Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə nail olmaqdır. İndilikdə belə görünür ki, Nikol Paşinyan qalib gəldiyi seçkidən sonra xalqını sülhə hazırlamalı olduğunu başa düşür. Burada Paşinyan onu da nəzərə alır ki,  Azərbaycan hər zaman sülhə hazır olub, Dağlıq Qarabağa ən yüksək muxtariyyət təklif edib. Yəni Azərbaycanın mövqeyi konstruktivdir. Danışıqlardan qaçan, danışıqları imitasiya edən tərəf isə indiyə qədər Ermənistan olub. Bu baxımdan artıq hazırda Ermənistandan təşəbbüskarlıq, real addımlar gözlənilir. Bunları aydın görən Paşinyan seçkidə qalib gəlib baş nazir təyin olunandan sonra yaxşı başa düşür ki, artıq bütün məsuliyyət onun üzərindədir. Digər tərəfdən, qeyd olunan xüsusda Paşinyana beynəlxalq təzyiqlər də var. Xüsusilə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da regiona gələndə bəyan etmişdi ki, seçkidən sonra Paşinyandan qəti addımlar, təşəbbüskarlıq gözləyirlər. ABŞ-dan bundan sonra da lazımi dəstəyi ala bilmək üçün Paşinyan Vaşinqtonun Qarabağ məsələsində tələblərinə əməl etmək məcburiyyətindədir. Əks təqdirdə Azərbaycanın məsələnin hərbi yolla həll imkanından istfiadə etməsinə Ermənistan beynəlxalq miqyasda hansısa müqavimət təşkil edə bilməyəcək. Bu xüsusda Prezident İlham Əliyev şəhid ailələri ilə görüşdə Ermənistana növbətiqəti mesaj da verib: "Biz sübut etdik ki, döyüş meydanında da düşməndən üstünük. Biz ermənilərin, Ermənistan rəhbərliyinin uzun illər ərzində yaratdıqları mifi tamamilə darmadağın etdik… Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, Azərbaycan əsgəri, zabiti qorxmaz zabit və əsgərdir, peşəkardır. Göstərdi ki, ölkəmizin güclü ordusu var və onu göstərdi ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayıb və barışmayacaq. Aprel döyüşlərindən iki il sonra uğurlu Naxçıvan əməliyyatı keçirildi. 2016-cı ilə nisbətən daha böyük, bir neçə dəfə böyük ərazi nəzarətimizə keçdi, işğalçılardan azad edildi. Bu gün biz Ermənistan ərazisindən keçən strateji yollara, kommunikasiyalara nəzarət edirik. Biz bundan sonra da öz hərbi gücümüzü artıracağıq. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Biz istəmirik ki, şəhidlər olsun, istəmirik ki, gənclərimiz şəhid olsun. Münaqişəni sülh yolu ilə həll etmək üçün həm siyasi, həm iqtisadi, həm hərbi güc olmalıdır. Bu gün bu üç amil var və ölkəmizi gələcəyə aparır". İndi erməni tərəfinin bu mesajlardan lazımi nəticələr çıxarıb müvafiq addımlar atması çox vacibdir. Əks təqdirdə düşməni daha böyük zərbələr gözləyir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ