Ermənistanın baş naziri Nikol Paşinyanın orduya 5 il ərzində 2,5 milyard dollar əlavə vəsait ayrılacağı barədə vədləri inandırıcı deyil, çünki o, dəfələrlə öz-özünü inkar edən açıqlamalar verib.
Trend-in məlumatına görə, bunu erməni hərbi ekspert Van Ambartsumyan deyib.
Onun fikrincə, bu vədə inanmaq həm də ona görə çətindir ki, ölkənin belə ciddi maliyyə ehtiyatları yoxdur: “2,5 milyard dollar. Mən inanmıram ki, onlar bu məbləği tapsın. Hələ Paşinyan Müdafiə Nazirliyinin büdcəsini azaltmasa, məmnun olaram”.
Bundan başqa, ekspert Rusiyanın Ermənistana 2,5 milyard dollar kredit ayıracağı ehtimalını istisna edib.