Bazar ertəsi günü, 09 noyabr 2026
     

Keçmişdən gəlmiş radikal qrup və Azərbaycanın gələcəyi...

Image


İndi Azərbaycan meydanlara çıxarılmış 3-5 minlik radikalın hakimiyyət dəyişikliyinə nail ola biləcəyi ölkələrdən deyil. Sayı on, yüz minlərlə, milyonla ölçülən narazı etirazçılar isə hazırda Azərbaycanda sadəcə yoxdur. Bu qədər insan 90-cı illərin əvvəllərində ölkəmizə müstəqillik istəyi ilə meydanlara çıxmısdı. İndi onlar ayağa qalxıb öz dövlətini yıxmayacaq ki...

Əslində indi on, yüz minləri etiraza qaldıra bilən motiv də yoxdur. Ancaq bu reallıqla barışa bilməyən bir neçə radikal siyasi təşkilat rəhbəri inadından dönmür, bu yolda sərf etdiyi Sizif əməyinin müqabilində ancaq 3-5 min nəfər sıravi radikalı ayağa qaldırmağa nüvəffəq ola bilirlər. Doğrudanmı bu adamlar indi Azərbaycandakı siyasi vəziyyətin 25-30 il əvvəlkindən köklü surətdə fərqləndiyini görə bilmirlər? Deyəsən, görmədikləri və ya görmək istəmədikləri tək bu deyil. Onu da görmurlər ki, keçmiş sovet-sosialist məkanında 90-cı illərin əvvəllərində birtəhər hakimiyyətə gəlib çatmış təşkilatlar və qaragüruhçu qruplar sonra bir daha hakimiyyətə qayıda bilmədilər. Bəziləri, məsələn, Pribaltika ölkələrinin ilk istiqlalçı hakimiyyətləri sonradan heç ümumiyyətlə hakimiyyətə qayıtmaq istəmədilər, hesab etdilər ki, öz işlərini görüblər. Onlar öz tarixlərində hörmətli qaldılar, mitinq və küçə yürüşləri kimi radikal davranışların ancaq müstəqilliyə qədərki mərhələnin işi olması ilə barışdılar. Ancaq digərləri, məsələn, Azərbaycanda AXC-Müsavat iqtidarı kimi, reallıqlarla barışmır, qayıtmaq üçün əldən-ayaqdan gedir, görə bilmirlər ki, keçmiş sovet-sosialist məkanında müstəqillik dövrünün ilk hakimiyyətləri yıxılandan və ya özləri gedəndən sonra bir daha hakimiyyətə qayıda bilmədilər. Azərbaycanda da belədir və belə də olacaq. Bir neçə il hakimiyyətdə olub xalqın yadında qalası bəzi işləri görmüş iqtidarlar qayıda bilmədisə, natamam bir il ölkəni idarəsizlik içində batıran AXC-Müsavat hakimiyyəti necə qayıda bilər?! Sirf tarixi təsadüf üzündən hakimiyyətə gəlmişdilər, bacarıqsızlıq üzündən isə onu itirdilər. Doğrudur, ad qoyurlar ki, bizi Heydər Əliyev devirdi. Ancaq hətta siyasətdən çox üzaq insanlar da hər seyə çox sadə bir məntiqlə əmindirlər - siyasət ağıllı mübarizədir, bacarıb da, sizlər Heydər Əliyevə qalib gələydiniz". Məşhur Pikulun "Favorit"romanında müdrikcəsinə yazdığı kimi, "Qalib gəldinsə, şan-şöhrət sahibisən, məğlub oldunsa, haydı tarixın edam kürsüsünə..."

Yanvarın 19-da bir neçə min adamı mitinqə çıxaranların bu hadisəni böyük qələbə kimi qələmə vermək cəhdini ironiyasız qarşılamaq olmur. Bu nəyin qələbəsidir? 25 ildə adicə mitinqlərdə çıxış etmək bacarıqlarının dəyişməz qaldığını nümayiş etdirməyə qələbə deyirlər? Yoxsa aksiyada bircə nəfər diplomatik korpus nümayəndəsinin gözə dəyməməsidir qələbə? 93-cü ildə bu dəstə hakimiyyətdən gedəndə indiki 2-3 minlik elektoratları qədər adam ortaya çıxıb onlara "getməyin " demədi, çünki cəmiyyətimiz əksərən onların qalmasını istəmirdi. Bu görkəmdə hakimiyyətdən gedənlərin indi hansı üzlə təkrar hakimiyyətə qayıtmaq iddiasına düşməsini anlamaq olmur. Üstəlik, o zaman hakimiyyətdən gedənlərin indi heç 10 faizi də bir arada deyil. Elə pərən-pərən düşüblər ki, hansısa ideyanın onları yenidən bir yerə toplaya biləcəyi heç bir halda mümkün görünmür. Əslində isə, onlar heç hakimiyyətdən gedəndə də bir yerdə deyildilər...

93-cü ildən başlayaraq indiyə kimi böyük hay-küylə yaratdıqları və çox qısa müddətdə adi səbəblərdən dağılıb getmiş müxalifətdaxili ittifaqların sayı-hesabı bilinmir. Hətta bu hadisələrin canlı şahidi olanlar da çox şeyləri xatırlaya bilmir. Kimsə nə vaxtsa bu saysız saziş və ittifaqların tarixini araşdırmaq fikrinə düşsə, bu mənasız araşdırmanın kimə və nəyə faydalı olacağını təsəvvür belə etmək çətindir. Dünən saziş imzalayıb bu gün ayrılırdılar və bu zaman bir-birinin şəxsinə və ailə həyatına hansı nifrinləri yağdırdıqları yada düşəndə adam indi də utanır. Özü də hər şey adi bir məsələdən başlayırdı. Tutalım, biri deyirdi ki, sənin qəzetindəki filan müxbir bir məqaləsində mənim barəmdə sətiraltı olaraq belə yazmışdı və sair. Sonrakı qırğın-qiyamətin hədəfi isə ailələr, şəxsi ləyaqət hissləri olurdu, əlbəttə, var idisə... Formaca kişi partiya rəhbərlərinin bir-birinin barəsində açıq mətbuatda "filankəs xanım"və s. kimi qeyri etik və təhqiramız sözlər işlətdiyi, üstündən heç bir həftə keçməmiş yenidən qucaqlaşıb öpüşdükləri unudulubmu? Belələri indi də bir yerə toplaşmaq və cəmiyyətə siyasi perspektiv göstərmək xülyasındadır.

90-cı illərdə də ideya ətrafinda birləşməmişdilər. Ya da birləşdikləri ideyanı çox tezliklə ayaqlar altına elə atdılar ki, hətta rəhmətlik Elçıbəy özü də dilə gələrək, "tankların qabağında duranlar rüşvətin qabağında dura bilmədi" dedi. Birləşdikləri sadəcə mənafelər idi, o da dağılıb getdi.

Ölkənin içindən, çölündən nə qədər çağırışlar etsələr də, “Məhsul”a cəmi 2-3 min adam toplaya bilmələrinin səbəbləri yavaş-yavaş görünməyə başlayır. Ora hələ bu sayda da adamın niyə gəldiyi sual doğurur. Demək, onların hansısa hussəsi də yanlışlıq içindədir və mitinqdən-mitinqə bunu anlayacaqlar. Anlayacaqlar ki, 25-30 ildə radikal siyasi düşüncəni dəyişə bilməyənlər hakimiyyət üçün yaranmayıb, onlara hakimiyyət vermək təhlükəlidir, bu düşüncə ilə onların hakimiyyəti necə idarə edəcəkləri belə dəhşətli görünür. Mitinqdə adicə danışmağı da öyrənməyiblər. Həmin çığır-bağır, qulaq batıran bezdirici populist ton, "eşq olsun sizlərə" kimi əttökən şüarlar... Belələrinə heç on dəqiqə də qulaq asmaq olmur. Çünki heç nə öyrənmək və heç bir perspektiv götürmək mümkün deyil. Ancaq vurmaq, asıb-kəsmək, hədə-qorxu gəlməkdi. Cəmiyyət belələrinə yaxın durmaqdan xoflanır. Onlara qoşulub hara getmək olar və bu qoşulma hansı perspektiv vəd edir? Ancaq toqquşma, mənasız gərginlik, yaralanmaq, əzilmək və sair.

Liderliyin mühüm keyfiyyətlərindən biri öz tərəfdarlarını ən qısa müddətdə hədəfə çatdırmaqdı. “Məhsul”da özünü qalib liderlər kimi göstərənlər bunu bacarırmı? 25 ildə öz azsaylı tərəfdarlarına əzab-əziyyət, məşəqqət və məhrumiyyətdən başqa nə verə bildilər? Hər şeyə qatlaşıb onların arxasınca gedənlər əslində, nəticəsiz də olsa, onlara liderlik etməyin “ləzzətini” yaşatdılar. Düz 25 il... Kimin kimə borcu var indi? Yəqin bu sadə insanlar nəhayət bir gün fərqinə varacaq ki, 25 ilin uğursuz liderləri Musa peyğəmbər, özləri isə onların arxasınca min il səbrlə gedən toplum deyil...

Radikal siyasi çağırışlarla bir qrup insanı şirnikləndirib evindən küçə-bayıra səsləyənlərin partiya, mənafe qrupu ya hərəkat olması da məlum deyil. Gurultulu şəkildə Milli Şura deyilən qurumda millətin simaları, ziyalıları, alimləri, intellektuallarl, şairləri, yazıçıları, ağsaqqal-ağbirçəkləri yoxdu. Tutulan yol yanlışdısa, fəlakət və ya qeyri-müəyyənliyə aparırsa onlara necə qoşulmaq olar? Milli Şura Azərbaycanın keçmişdən gəlmiş atavizmidir, keçmişdən gələnlər isə ölkəni irəli apara bilməz.

İnsanları düşündürən başqa bir maraqlı sual da var. Radikallar bu gün ölkədəki sabitliyi pozmağı hədəfləyib. Nəzəri də olsa, bir anlığa bu hədəfi gerçək hesab etsək, hazırkı əminamanlığın daha yaxşı alternativinin olub-olmaması sualı ortaya çıxır. Cəmiyyətimiz acı Suriya, Liviya, İraq, Misir təcrübəsindən xəbərdar olduğu üçün indiki sabitliyin layiqli alternativinin sadəcə olmadığına əmindir. On milyonluq ölkədə radikal "Məhsuldarların" meydanda cəmi 2-3 min nəfərlə tək qalmalarının səbəbi də elə budur. Bu radikallardan xoflanıb kənar gəzənlər isə təkcə Azərbaycan cəmiyyəti deyil. Heç xaricdə də onlara sahib çıxmaq istəyən sanballı dairələr yoxdur.

Bütün dünyada belədir - radikallar, sanki üstünə qurd yağı sürtülmüş adamlar kimi, hamını özündən kənara itələyir. Dünyada siyasi qüvvələrin bir neçə inteqrasiya qurumları var və sağçı, solçu, liberal, millətçi siyasi partiyalar və hərəkatlar öz aralarında qruplaşırlar. Azərbaycanın radikalları isə elmi təsnifat keyfiyyətlərindən məhrum olduqları üçün onların sağçı, solçu, ya millətçi olduğunu təyin etmək mümkün deyil. Marginallaşma sona qədər öz işini görüb. Buna görə də dünyanın heç bir partiyalararası və hərəkatlararası inteqrasiya qurumu bizim radikalları yaxına qoymur. Öz cəmiyyətimizdən və dünyadan təcrid olunmuş, üstəlik keçmişdən qalmış kiçik siyasi qrup Azərbaycanı hansı məntiqlə gələcəyə apara bilər?!...

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ