Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ermənistan partiya rəhbəri həbsxanada acından öldü, dünya susdu, Azərbaycan isə… - ikili standart rüsvayçı həddə…

Image


Azər Həsrət: “Bu məsələyə dair qətnamə Mehmanla bağlı qətnamədən daha sərt – ultimativ olmalıdır”

 

Məlum olduğu kimi, “Ermənistan qartalları – Vahid Ermənistan” partiyasının sədr müavini, “Haynews.am” saytının məsul şəxsi Mqer Yeqiazaryan saxlandığı “Nubaraşen” həbsxanasında keçirdiyi uzunmüddətli aclıq aksiyası nəticəsində ölüb. Bu hadisənin geniş əks-sədası bütün dünyanı bürüyüb. Hətta dünyanın nüfuzlu nəşrlərindən olan “The Washington Post” qəzeti “Erməni siyasi xadim aclıq aksiyasından sonra öldü” başlıqlı məqalə dərc edib.

Qeyd olunub ki, səhər saat 06:15 radələrində 51 yaşlı Yeqiazaryanın vəziyyəti pisləşib. Təcili tibbi yardım əməkdaşlarının müdaxiləsinə baxmayaraq, 20 dəqiqədən sonra erməni siyasətçi dünyasını dəyişib. Ermənistan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti onun ölümünü təsdiqləyib.

Ötən ilin dekabrında həbs olunan M.Yeqiazaryan 2014-2018-ci illərdə fırıldaqçılıq yolu ilə hərbçiləri işlə təmin etmək, yaxud xidməti vəzifəsini yüksəltmək adı ilə külli miqdarda – 4 milyon 775 min dram vəsait mənimsəməkdə ittiham olunurdu. Lakin Yeqiazaryan ittihamları rədd edərək, həbsə atılmasını siyasi səbəblərlə əlaqələndirirdi.

Siyasi məhbusun ölümündən sonra oğlu Vazqen Yeqiazaryan Ermənistanın baş naziri və parlamentin bir qrup deputatına açıq məktub ünvanlayaraq, onları atasının ölümünə bais olmaqda günahlandırıb. Vazqen Paşinyanın M.Yeqiazaryanı siyasi səbəblərlə həbsə atdırdığını deyib:

“Nikol Paşinyan, sizin bu cinayət işinə müdaxilənizin səviyyəsini biz yəqin ki, sonadək tam bilməyəcəyik. Amma siz “nə olursa-olsun, bu adamı həbsə atmaq lazımdır” prinsipi ilə çıxış edərək davranmısınızsa, onda diləyirəm ki, mənlə qardaşımın və anamın çəkdiyi bütün əzablar sizin həyat yoldaşınız və oğlunuzun da başına gəlsin və onlar da eyni təcrübəni yaşasınlar. Unutmayın ki, icraçılar şəxsən sizə yox, sizin vəzifənizə, kreslonuza tabedirlər. Bu kreslo isə bu gün sizdədir, sabah isə…”

Çox maraqlıdır ki, aşkar siyasi motivlərə görə həbs edilən siyasətçinin etiraz səbəbindən canına qəsd etməsinə beynəlxalq qurumlar lazımi şəkildə reaksiya vermirlər. Biz xüsusilə də Avropa Parlamentinin bu məsələ ilə bağlı səbəbi bəli olmayan susqunluğunu müşahidə edirik. Ən azından, bu hadisəni bu yaxınlarda Azərbaycanda “qaynadılan” Mehman Hüseynovla bağlı hadisə ilə müqayisə edib, dəhşətli fərqli və qərəzli yanaşmanı üzə çıxarmış oluruq. Məgər Avropa Parlamenti üçün baş verən bu dəhşətli hadisə M.Hüseynovun yoqurt yeyə-yeyə “aclıq “ etməsindən daha önəmsiz və maraqsızdır? Necə ola bilir ki, heç bir siyasi fəaliyyəti və ali təhsili olmayan gənc blogerin vəziyyətindən guya narahat olan Avropa Parlamenti onunla bağlı iclas keçirib xüsusi qətnamə qəbul edir, amma Ermənistanda həqiqətən aclıq edib ölən bir siyasətçinin həyatına laqeyd olur. Ermənistanda yaşanan bu siyasi qətllə bağlı məsələnin Avropa Parlamentində müzakirə edilib, xüsusi qətnamə qəbul olunması tələbi ilə Azərbaycanın həmin quruma xüsusi müraciət ünvanlaması təklifinə ekspertlərin münasibəti necədir?

Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, millət vəkilləri mütləq belə bir təşəbbüslə çıxış etməlidir və edəcəklər də: “Avropa Parlamenti qarşısında bu məsələnin araşdırılması və müvafiq sənədin qəbul olunmasını tələb etmək bizim haqqımızdır. Amma mən inanmıram ki, Avropa Parlamenti bu məsələni müzakirə etməkdə maraqlı olsun. Çünki Ermənistanda baş verən hadisə onun siyasi marağında deyil. Baxmayaraq ki, buna heç bənzəməyən məsələ ilə bağlı Avropa Parlamenti süni surətdə bir gərginlik yaratmaq istədi. Amma öz istəklərinə çata bilmədilər. Digər tərəfdən, Ermənistanda siyasi bir liderin həbsxanada  etiraz əlaməti olaraq özünü öldürməsi kimi ciddi hadisəyə Avropa qurumlarının susqun mövqeyi göstərdi ki, xaricdəki bəzi siyasi dairələr eyni çoğrafi məkanda baş verən bənzər hadisələrə fərqli yanaşma ortaya qoyurlar. Bu isə ondan irəli gəlir ki, onların nəzarəti altında olan dövlətlərdə baş verən hətta ciddi nöqsanlar belə bağışlanır. Müstəqil siyasət yürüdən ölkələrdə baş verməyən hadisələrə belə nöqsan donu geyindirib, ondan təzyiq vasitəsi kimi istifadə edirlər. Bununla onlar boyun əyməyən ölkələri siyasi böhrana salmağa cəhd edirlər. Azərbaycan da müstəqil siyasət yürüdən ölkə olduğu üçün, Ermənistanla müqayisədə belə ikili standarta məruz qalır. Bütün bunlara baxmayaraq, biz Avropanın bütün qurumları qarşısında bu məsələyə obyektiv qiymətin verilməsini tələb etməliyik”.

Media eksperti Azər Həsrət də qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistandakı bu aclıq aksiyası və ölümün bizdəki siyasi proseslər fonunda baş verməsi də diqqətimizdən qaçmır: “Ötən ilin sonunda aclıq aksiyasına başlamış məlum M.Hüseynovun məsələsini deyirəm. O, bu Mqerdən düz 20 gün sonra aclıq elan etmişdi. Bir balaca dözüb sonra qatıqla, xamayla, südlə “aclığını” davam etdirirdi. “Vaşinqton Post” qəzeti aləmi qatmışdı. Beynəlxalq təşkilatların səsindən qulaq tutulurdu. Hətta Avropa Parlamenti ayrıca qətnamə də qəbul etdi.

M.Hüseynovun, əslində, elə də ciddi problemi yox idi. Heç ona qarşı qeyri-humanist hərəkət də edilmirdi. Di gəl ki, az qala bütün dünya çapında Azərbaycana qarşı kampaniya başlamışdı…

İkili standartın daha bir örnəyi deyilmi bu? Əlavə olaraq, Azərbaycan dövlətinin humanizmi bir daha sübut olunmadımı? Bəzilərinin bəh-bəhlə bizə təriflədiyi Ermənistan vətəndaşının canından olmasına görə-görə susduqca susdu. Azərbaycan isə heç ciddi əsaslar olmadığı halda belə öz vətəndaşının – məhbus M.Hüseynovun üzərində əsdikcə əsdi. Hətta o həddə ki, ölkə Prezidenti İlham Əliyev şəxsən Mehmanın müraciətini nəzərə alıb humanizm sərgilədi, ona münasibətin yumşaldılması üçün qanun çərçivəsində tədbir görülməsi üçün yolu açdı. Lakin yenə də biz ittiham edilirik.

M.Yeqiazaryan öz ölümü ilə dünyanın insan haqları dəllallarını mat qoydu. Azərbaycanın haqlı mövqeyini öz ölümü ilə dünyaya hayqırdı bu Mqer. Həm Ermənistan hakimiyyətinin, həm də Azərbaycan hakimiyyətinin əsl mahiyyətini göstərdi o.

Mqerin ölümü ilə bir daha əmin olduq ki, Azərbaycanda nə olur-olsun, o qurumlar, o mərkəzlər üstümüzə gəlməyə davam edəcək. Ermənistanda isə vətəndaşı aclığa məhkum edib öldürsələr belə, o dəllallar susmağa davam edəcəklər.

Heç olmasa indi hərəkətə keçsin bu insan haqları dəllalları. Keçərlərmi? İnanmırıq, amma hər halda gözləmək istərdik. Görək necə davranırlar? Görək Avropa Parlamenti bu məsələ ilə də bağlı qətnamə qəbul edəcəkmi? Bizcə, bu məsələ ilə bağlı qətnamə Mehmanla bağlı qətnamədən daha sərt – ultimativ olmalıdır. Təbii ki, bütün mümkün vasitələrlə bu məsələnin Avropa Parlamentində araşdırılmasına çalışmalıyıq”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ