Bazar ertəsi günü, 09 noyabr 2026
     

Davos görüşü Qarabağ münaqişəsinin həllində yeni səhifə açır

Image


Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən qeyri-rəsmi görüşü ətrafında işğalçı ölkədə əsl ajiotaj müşahidə olunmaqdadır. Rəsmi Bakı məsələyə təmkinlə və adi qaydada yanaşsa da, İrəvanda tamam fərqli vəziyyət yaşanmaqdadır. Halbuki, görüşün detalları barədə hansısa rəsmi məlumat da mövcud deyil.

Məsələ ilə bağlı Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin  dediklərindən belə bəlli olur ki, görüş Dünya İqtisadi Forumunun prezidenti Borge Brendenin təşəbbüsü ilə keçirilib: “Görüş Düşənbə və Sankt-Peterburqda MDB Zirvə toplantısı çərçivəsində baş tutmuş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirilə bilər. Bildiyiniz kimi, danışıqlar prosesi Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində aparılır. Belə ki, bu il yanvarın 16-da Parisdə, 2018-ci il dekabrın 3-də isə Milanda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib. Qarşıdan gələn dövrdə də xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi nəzərdə tutulub. Tam formatda dövlət başçıları səviyyəsində görüş, bir qayda olaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təşkil olunur“. Beləliklə, bu açıqlamadan aydın görünür ki, hələlik münaqişənin çözümü istiqamətində təmaslar davam edir. Amma erməni tərəfi məsələyə bir qədər fərqli prizmadan yanaşır. Məsələn, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan “168 Jam” qəzetinə açıqlamasında bildirir ki, Qarabağla bağlı sülh danışıqları prosesi Azərbaycanın ssenarisi əsasında aparılır: “Əgər hər şey bu cür getsə, Nikol Paşinyan hətta Serj Sarkisyanın imtina etdiyi variantı da əldə edə bilməyəcək. Aparılan danışıqlar əslində sülh haqqında razılaşma deyil, sadəcə, dəfələrlə bəhs edilən qətnamədir. Yəni ərazi qarşılığında status yox, təhlükəsizlikdən bəhs edilir. Təhlükəsizliyin necə olmasından asılı olmayaraq, bu hər bir halda status deyil. Bir sözlə, bu, problemin siyasi həlli deyil. İndi, ən azından, həmsədrlər ciddi şəkildə razılaşmanın mətni üzərində çalışır. 1997-ci ildəki mərhələli həll yekun həll variantı deyil, amma bu variantın fəlsəfəsi, onun bir sıra elementləri dəyişdirilə bilər. Fəlsəfə status-kvonun dəyişdirilməsidir. Hansısa rayonlar Azərbaycana status əsasında yox, yalnız təhlükəsizlik qarşılığında veriləcək”.

Digər erməni politoloq Qriqori Eyvazyan isə bildirir ki, əslində, beynəlxalq ictimaiyyət də Azərbaycanın gedişləri nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Ermənistana təzyiq edir. Onun sözlərinə görə, münaqişə tərəfləri arasında uzun zamandır gözlənilən atmosfer yaradılıb: “Ermənistan və Azərbaycan rəhbərləri – Nikol Paşinyan və İlham Əliyev, o cümlədən, xarici işlər nazirləri arasında keçirilən sonuncu görüşlər də bundan xəbər verir. Hesab etmək olar ki, tərəflər münaqişənin ən qısa müddətdə həllinə çalışır.

Lakin İran, Türkiyə, ABŞ və hətta İsrailin də prosesə daxil olmaq səyləri Ermənistanın xeyrinə deyil. Bunun ən bariz nümunəsi kimi İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmməd Baqırinin Bakıda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistan tərəfinin birtərəfli güzəştlərə ehtiyacının olması barədə bəyanatını göstərə bilərəm”.

Məsələyə beynəlxalq ekspertlərin də yanaşması xüsusi maraq doğurur. Karneqi Beynəlxalq Sülh Fondunun təhlilçisi Tomas de Vaal bildirir ki, münaqişənin həlli istiqəmətində əlverişli bir vəziyyət yaranıb: “ATƏT-in Minsk Qrupunun Ermənistan-Azərbaycan münaqişəsi tərəflərini ölkələrinin əhalisini sülhə hazırlamağa çağırması, həmçinin Davosda Azərbaycan və Ermənistan rəhbərlərinin görüşməsi Qarabağ hadisələrində son illərdə ilk yaxşı xəbər oldu. Ermənistanda hakimiyyət dəyişikliyi, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən itki sayının görünməmiş həddə azalması Qarabağ münaqişəsinin sülh yolu ilə həlli danışıqlarının davam etdirilməsi üçün yeni şərait yaradır. Davosdakı görüş də həmçinin, hansısa ölçüdə ATƏT-in Minsk Qrupu çərçivəsində yeni danışıqlara ümidlər verir, baxmayaraq ki, onlar heç də az olmayan müddətdə ümumiyyətlə dayandırılmışdı. Vasitəçilərin ictimaiyyəti sülhə hazırlamaq təklifi - bu, münaqişə tərəfi ölkələrini atəşkəsə nail olmaq yollarını dürüst müzakirə etməyə çağırışdır. Biz "yuxarıların" mövqeyini tez-tez eşidirik, amma “aşağıların” dürüst mövqeyi də az əhəmiyyətli deyil. Ümid etmək olar ki, Azərbaycan və Ermənistan ictimaiyyəti düşmənçiliyin aradan qaldırılması və qarşılıqlı məqbul bir sülhə çatmağın dürüst yollarını müzakirə etməyə başlayacaq”.  Xatırladaq ki, Dağlıq Qarabağın azərbaycanlı icması bu istiqamətdə artıq erməni tərəfinə müraciət edib.

Rus politoloq Stanislav Tarasov da Davos görüşündən sonra müəyyən yeniliklərin olmasını istisna etmir. Onun sözlərinə görə, son aylar gedən proses, bir neçə saat davam edən görüşlər göstərir ki, ciddi müzakirələr aparılır və konkret layihə üzərində “bazarlıq” gedir. Bu layihə danışıqlar masasındadır: “İlham Əliyev sevincli görünür, Paşinyan isə məyusdur. Paşinyan dəfələrlə Qarabağın danışıqlarda tərəf kimi iştirakından danışıb, ancaq bunun üçün heç bir addım atılmayıb. Bu o deməkdir ki, İlham Əliyev hazırkı mərhələdə qələbə qazanır. Onlar hazırda etibar mexanizmlərindən danışırlar. İstənilən ciddi, savadlı konfliktoloq bunu sizin üçün aydınlaşdıra bilər, hətta Beynəlxalq Münasibətlər fakültəsinin ikinci kurs tələbəsi sizə deyə bilər ki, münaqişələrin həlli prosesində tərəflər öncə etibar mexanizmlərinin hazırlanmasından danışmağa başlayır, sülhdən isə yalnız müəyyən mərhələdə, daha doğrusu, üçüncü və ya dördüncü mərhələdə danışırlar. İndi onlar üçüncü-dördüncü mərhələdən danışır, birinci mərhələni isə aydınlatmırlar. Qarabağsız münaqişənin həll edilməyəcəyini düşünən erməni politoloqlar və romantik ekspertlər görməlidir ki, bu mümkündür”. Tarasov iyun ayında Paşinyanla Əliyevin razılaşma imzalayacağını və bir neçə işğal edilmiş rayonun Azərbaycana qaytarılacağını vurğulayıb. Ekspertin sözlərinə görə, bundan sonra Ermənistan-Türkiyə protokolları Türkiyə parlamentinə qaytarılacaq və sənəd ratifikasiya ediləcək, diplomatik əlaqələr qurulacaq. Onun sözlərinə görə, İrəvan Azərbaycana torpaqların qaytarılmasından bəhs etməsəydi, Əliyev heç vaxt Paşinyanla söhbət etməzdi.

Rusiya Elmlər Akademiyasının iqtisadiyyat İnstitutunun elmi əməkdaşı Aleksandr Karavayev də çox maraqlı məqamlara toxunur. Onun fikrincə, Əliyevin Davos forumunda yeni keyfiyyətdə ilk dəfə iştirak edən Paşinyanla görüşü sıradan bir hadisə deyil. Politoloq ona görə bu fikirdədir ki, Ermənistan rəhbərliyi bu forumun nadir qonaqlarındandır: "Bunun hansı səbəbdən belə olduğunu demək çətindir. Ola bilsin, Ermənistanın əvvəlki rəhbərliyi bu forumda iştirak etməkdə bir məna görməyib və sadəcə, ora nümayəndə heyəti göndərməklə kifayətlənib. Onları nazir səviyyəsində təmsilçilik qane edib. Paşinyan isə Davosa özü gedib və orada Azərbaycan Prezidenti ilə görüşüb. Bu, əlbəttə, qeyri-adi hadisədir. Mən son onilliklərdə Azərbaycan və Ermənistan liderlərinin bu forum çərçivəsində görüş keçirdiyini xatırlamıram". Politoloq bildirib ki, dövlət başçılarının belə qeyri-formal görüşü xarici işlər nazirlərinin Parisdə keçirilən görüşündən az sonra baş tutub: "Deyilənə görə, tərəflər arasında Qarabağ məsələsi ilə bağlı məsləhətləşmələr kifayət qədər intensiv gedir. Bunun özü də özlüyündə qeyri-adidir". Ekspertin sözlərinə görə, xüsusilə qeyd etmək lazımdır ki, Paşinyanla aparılan bu dialoqda aparıcı şəxs Əliyev olub: "Erməni baş nazir üçün bu səfər ilkdir. Halbuki, Azərbaycan Prezidenti həmişə foruma qatılır və Davos gündəmindən çox yaxşı baş çıxarır. Və istisna deyil ki, o, Paşinyana "razılıq əldə olunsa və tələblər yerinə yetirilsə, Azərbaycan Dağlıq Qarabağ ərazisinin də inkişafına investisiyalar cəlb edə bilər" eyhamını vurub. Özü də Azərbaycan prezidenti özü müsahibələrinin birində deyib ki, "Biz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin ağlabatan kompromis mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan tərəfindən investisiya layihələrinin həyata keçirilməsi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənardakı ərazilərin azad edilməsi şərti ilə iki xalq arasında dinc qarşılıqlı fəaliyyət - biz münaqişənin nizamlanmasını belə görürük".  Danışıqlar bu səpkidə gedə bilər. Bax, Davosda dünyanın nəhəng şirkətlərinin liderləri, əsas investorlar toplaşır. Onlar Azərbaycan və Ermənistan liderləri ilə razılığa gələ, hər hansı bir investisiya layihəsini həyata keçirə bilərlər. Yaxud sadəcə kommunikasiyanın inkişafına iqtisadi cəhətdən kömək edə, sərhədyanı ticarətə, infrastrukturlara və ya digər əlaqədar sahələrə sərmayə qoyuluşu baxımından öz yardımlarını təklif edə bilərlər".

Karavayev hesab edir ki, bir sıra məqamlar var və onları ictimai rəyi nəzərə almadan etmək mümkündür: "Burada əsas məsələ odur ki, erməni baş nazir Nikol Paşinyan iki xalqın yaxınlaşmasının informasiya təminatında özünün etimad kreditinin bir hissəsini sərf etməyə nə dərəcədə hazırdır". Ekspert vurğulayır ki, erməni ictimaiyyətinə balansın Azərbaycanın xeyrinə dəyişməsinin, işğal altındakı Azərbaycan torpaqlarının inkişafına yönəlmiş müxtəlif sülh sxemlərinin həyata keçirilməsinin nə üçün vacib olduğunu izah etmək lazımdır. Onları inandırmaq lazımdır ki, bütün bunlar indiyə qədər olanlardan daha yaxşıdır.

Paşinyanın sosial şəbəkə vasitəsilə Davos görüşü ilə bağlı nikbinliyə əsas verən fikirlər paylaşması onu göstərir ki, danışıqlar prosesində tərəflər arasında xeyli münbit etimad mühiti yaranıb. Bütün bunlar isə problemin sülh yolu ilə həlli ehtimalını xeyli artırır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ