Qardaş Türkiyənin Bakıdakı Səfirliyinin Mətbuat müşaviri Hamit bəy Karadəniz və köməkçisi Şərəf bəy yanvarın 24-də redaksiyamızın qonağı olub.
Qəzetimizin Baş redaktoru Aydın Quliyev qonaqlarla nəşrin fəaliyyəti, hər iki ölkədə mətbuatın durumu, iki ölkə media nümayəndələri arasında əlaqələrin daha da yaxşılaşdırılması, türkdilli xalqların ümumi mənafeyi naminə Türk jurnalistlərinin həmrəyliyinin daha da gücləndirilməsinin zəruriliyi ətrafında söhbət edib. Eyni zamanda, səmimi atmosferdə keçən söhbət zamanı ölkələrimiz arasında jurnalistlərin qarşılıqlı səfərlərinin çox əhəmiyyətli layihə olduğu vurğulanıb, bunun davam etdirilməsinə ehtiyac olduğu bir daha qeyd edilib.
Hamit bəy redaksiyamıza professor Seyit Sərtçelikin iki cildlik “Erməni problemi” adlı fundamental tədqiqat əsərini hədiyyə edib.
Baki-xeber.com