Bazar ertəsi günü, 09 noyabr 2026
     

Bakı İrəvanın Qarabağ müqavimətinə son qoyur – Davosda Azərbaycan Prezidenti ilə görüş yeni vəziyyət yaradır

Image


Bu gün Qərb dünyasının da xüsusi diqqət mərkəzində olan Cənubi Qafqazda sabitliyə ən böyük təhlükə yaradan hallardan biri Dağlıq Qarabağ münaqişəsidir. Bölgədə davamlı təhlükəsizliyin bərqərar olması üçün Azərbaycan bu konfliktin həllinin vacibliyini dəfələrlə ən müxtəlif beynəlxalq tribunalarda gündəmə gətirib. Artıq dünya ictimai rəyində formalaşan fikir də Azərbaycanın bu mövqeyinin beynəlxalq miqyasda tam şəkildə qəbul olunduğunu göstərir.

Eyni zamanda dünya onu da aydın görür ki, daim ondan-bundan pul dilənməklə ayaqda qalmağa çalışan Ermənistanın da yeganə xilas yolu məhz işğal siyasətini sona çatdırmasından keçir. Əks təqdirdə Azərbaycanın təcrid siyasəti Ermənistanın bir dövlət olaraq tam tənəzzülü ilə nəticələnəcək. Yeri gəlmişkən qeyd edək ki, bu məsələyə Prezident İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində yenidən toxundu. Ermənistanın işğal siyasəti üzündən bütün layihələrdən kənarda qaldığını bildirən dövlət başçısı təcavüz siyasətinə son qoyulacağı təqdirdə tamamilə yeni mənzərənin ortaya çıxacağını da vurğuladı: “Bütün layihələr onlardan yan keçir, bir səbəbə görə: səbəb işğaldır. İşğala son qoyulsa, əlbəttə ki, bizim regionumuzda daha geniş beynəlxalq əməkdaşlıq və davamlı sülh olardı…BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və iyirmi beş il bundan əvvəl qəbul olunan dörd qətnaməsinə baxmayaraq, onlar icra olunmur. Buna görə də biz hədəfimiz olan ərazi bütövlüyümüzün bərpa edilməsi və bir milyondan artıq insanın evlərinə qayıtması üçün daha güclü, daha uğurlu və daha effektiv olmalıyıq”.

İndilikdə Azərbaycanın, elə dünyanın da əsas gözləntiləri bundan ibarətdir ki, Ermənistanın yeni hakimiyyəti sağlam düşüncə əsasında hərəkət edib təcavüz siyasətinə son qoyacaq. Hər halda, yaxın tezlikdə İrəvanın hansı istiqamətdə siyasət yürüdəcəyi daha dəqiq bəlli olacaq. İndilikdə isə görünən budur ki, İrəvan Bakı ilə Qarabağ məsələsində təmaslarda maraqlıdır. Bunu Davosda Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş növbəti görüş də təsdiq edir. Nikol Paşinyan özünün “Facebook“ səhifəsində görüşün saat yarım çəkdiyini və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarının müzakirə olunduğunu yazıb. Öz növbəsində, Prezident İlham Əliyev RİA “Novosti” agentliyinə açıqlamasında Ermənistan rəhbərliyi ilə tamformatlı danışıqların hələ baş tutmadığını, amma bir neçə faydalı görüş olduğunu bildirib. Onun sözlərinə görə, baş tutan bu görüşlər tərəflərin Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyinin müəyyən edilməsi və danışıqların fəallaşdırılması baxımından faydalı olub. Ekspertlər isə diqqəti burada ilk növbədə ona yönəldir ki, belə görüşlər Azərbaycanın danışıqlar prosesində şərtlərinin qəbul olunduğunu aydın göstərir. Söhbət burada ondan gedir ki, məhz belə görüşlər münaqişə tərəflərinin Azərbaycan və Ermənistan olduğunu təsdiq edir. Bununla da Qarabağ separatçılarının danışıqlarda tərəf kimi qəbul edilməsi ilə bağlı İrəvanın niyyətlərinin üzərindən  xətt çəkilir. Paşinyan daha əvvəl verdiyi bəyanatlarda bildirirdi ki, Qarabağ münaqişəsi masada müzakirə edilməli, separatçılar üçüncü tərəf olaraq danışıqlarda iştirak etməlidir. Amma indiki reallıq göstərir ki, Azərbaycanın qətiyyətli addımları bunların hamısını puça çıxardı və Paşinyan artıq Bakının şərtləri əsasında görüşlərə qatılır. Elə bundan irəli gəlir ki, Davos Forumu çərçivəsində İlham Əliyevlə Nikol Paşinyan arasında görüş bəzi erməni politoloqlar tərəfindən böyük narahıtlıqla qarşılanıb. Xüsusən də, görüş üçün Paşinyanın təşəbbüs etməsi burada xüsusi qabardılır.  Məsələn, politoloq Ayk Martirosyan son zamanlar beynəlxalq tədbirlər çərçivəsində Paşinyanın İlham Əliyevlə planlaşdırılmamış görüşlərinin intensivləşməsi və müzakirələrin əsas detallarının məxfi saxlanmasını olduqca şübhəli hesab edir. Onun fikrincə, son görüşün heç də qeyri-rəsmi bir görüşə xas olmayan qədər uzun çəkməsi və danışıqların tam məzmununun ictimaiyyətə açıqlanmaması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Paşinyanın Ermənistanın ziyanına hansısa qərar verməyə hazırlaşması ilə əlaqəlidir:
“Çünki əvvəlki illərdən fərqli olaraq, indi Ermənistanda vəziyyətin dəyişməsi fonunda Paşinyanın bu məxfiliyi anlaşılan deyil. Əliyevlə görüşün niyə baş tutduğu anlaşılan deyil. Axı, bütün bunların Ermənistan üçün faydası nədədir? Niyə bu görüş barədə məlumat əvvəlcədən elan edilməmişdi, yaxud niyə müzakirələrin bütün məzmunu ictimaiyyətə açıqlanmır? Levon Ter-Petrosyan, Köçəryan və Serj Sarkisyan dövründəki məxfiliyin səbəbləri aydın idi. Amma indi səbəb yoxdur. Niyə şəffaflıq şəraitində bu şəffaflığın özünü görmürük? Niyə Paşinyanla Əliyevin görüşləri bu qədər intensivdir? Axı, Ermənistan tərəfi nəyə nail olmaq istəyir?”.  

Ermənistanın Milli Gündəm Partiyasının rəhbəri Avetik Çələbyan da məsələyə eyni prizmadan yanaşır: “Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün bəhanə axtarırdı. Davosda da bu bəhanəni, görünür, tapa bildi və Azərbaycan başçısı ilə bir araya gəldi”. Onun sözlərinə görə, Paşinyanın Azərbaycan başçısı ilə görüşmək istəyi Ermənistanda maraq doğurub: “Paşinyan bu görüş barədə cəmiyyəti maraqlandıran suallara cavab verməlidir. O, İlham Əliyevlə niyə görüşmək istəyirdi? Bu gözlənilməz görüş oldu. Davosda baş tutan görüş saat yarım davam etdi. Əlbəttə, bundan bir gün əvvəl o, İlham Əliyevlə görüşmək üçün qeyri-rəsmi bəhanə axtarırdı”. O bildirir ki, əslində Rusiya və Qərbdən gözlədiyini ala bilməyən Paşinyan özü üçün ən yaxşı çıxış yolunu zəbt olunmuş əraziləri Azərbaycana qaytarmaqda görür.

Erməni ekspert Varujan Qeqamyanın sözlərinə görə isə, Bakı bu gün region ölkələri, o cümlədən Rusiya, Türkiyə, həm də Gürcüstanla ikitərəfli və üçtərəfli formatlarda fəal işləyir, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi başçılarının iştirakı ilə vaxtaşırı üçtərəfli sammitlər keçirilir. Bundan başqa, onun sözlərinə görə, Bakı Qafqazda maraqları olan güc mərkəzləri ilə əməkdaşlıq edir. Elə bu da İrəvanın təklənməsinə və Azərbaycanın şərtlərini qəbul etməsiənşərait yaradan amillər sırasında yer alır. ABŞ kəşfiyyatına yaxınlığı ilə tanınan “Stratfor” nəşri də məsələyə eyni prizmadan yanaşır və xüsusən Rusiya ilə münasibətləri pisləşən Ermənistanın Azərbaycanla əlaqələri normal səviyyəyə qaytarmaqdan başqa çıxış yolu olmadığını vurğulayır. Mərkəzin təhlilində bu xüsusda bildirilir: “Son dövrə qədər köhnə Sovet ölkələrinə baxsaq, Rusiya ilə Ermənistan qədər yaxın olanı yox idi. Qafqaz ölkəsi Gümrüdəki 102-ci hərbi bazada 5 mindən çox rus qoşununa ev sahibliyi edirdi. Rusiya isə Ermənistanın enerji xətlərindən tutmuş telekommunikasiyaya qədər strateji iqtisadi sahələrinə güclü təsir edirdi. Rusiya Ermənistanın ümumi ticarətinin 25%-ni təşkil etməklə, həmçinin Ermənistanın ən böyük ticarət əməkdaşı və erməni miqrantların əsas “son dayanacağı” idi. Amma İrəvandakı son siyasi dəyişikliklər Rusiya və Ermənistan arasındakı gərginliyi artırıb və bu, münasibətləri korlaya bilər. Hazırda isə Rusiya ilə gərginlik artır. Bu, hələ 2018-ci ilin iyul ayında Rusiyanın Panik kəndi yaxınlığında keçirilən təlimlərindən sonra başlamışdı. Yerli əhalinin etirazından sonra Paşinyan Moskvanı əhalini əvvəlcədən xəbərdar etməməkdə günahlandırmışdı. Bundan sonra Rusiyanın hərbi addımlarına qarşı etirazlar böyüdü və Gümrüdə erməni qadınını öldürənin rus əsgəri olması iddialarından sonra daha da geniş vüsət aldı.

Gərginliyin artmasının digər səbəbi isə 2018-ci ilin oktyabr ayında ABŞ-ın Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltonun regiona səfəri zamanı ABŞ-ın Ermənistana silah satmasının mümkünlüyü barədə açıqlamaları oldu. O, “Bu, Ermənistanın xarici təsirlərə qarşı milli müstəqilliyini qoruya bilməsi üçün şərtdir” deyə açıqlama vermişdi. Təbii ki, bu, Rusiyanı narahat etdi. Digər bir məsələ enerji sektorunda təbii qazın qiymətinin artması oldu”. Bildirilir ki, belə şəraitdə Rusiya ilə artan gərginliyə Ermənistan tab gətirə bilməyəcək. Amma o da vurğulanır ki, Qarabağ məsələsi həll olunduğu halda Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması İrəvan üçün tamam başqa reallıq yarada bilər.

Elə rusiyalı politoloq Qriqori Trofimçuk da Moskva ilə münaisbətləri gərginləşdirən İrəvanın bölgədə indiki mövqelərinin zəif olduğunu vurğulayır: “Ermənistan mətbuatını təhlil etsək, o zaman erməni parlamentarilərin ilk iclasdan etibarən Rusiya əleyhinə çıxışlar etdiyinin şahidi olarıq. Məlum olduğu kimi, parlament komitələrinin rəhbərliyinin tərkibi ayrı bir problem təşkil etdi. Üstəlik, hələ ölkənin əsas qanunverici orqanında Rusiyanın ünvanına səsləndirilən nümayişkaranə bəyanatlardan danışmıram. Buna görə də Rusiya, təəssüflər olsun ki, Ermənistanın daxilində gedən hadisələrin davam etdiyini fakt kimi qəbul etməli olacaq. Erməni vətəndaşların “inqilab”ın lideri barəsindəki heç bir müşahidələri, hələ ki, nəticə verməyib. Bu müşahidələr ölkənin taleyi barədə birbaşa məsuliyyət daşıyan yeni siyasətçilər qrupunun heç bir aydın proqramı olmadığını göstərir. Bu isə, öz növbəsində, bir çoxlarına erməni siyasətçilərini sərxoşluqda ittiham etməyə imkan verir. Hazırda aydın olan tək bir şey var: yaxın aylarda Ermənistan iqtisadiyyatı ritmli və bərabər şəkildə nəfəs almasa, vətəndaşlar ümid etdiklərini əldə etməsələr, yalnız gələcəklə deyil, həmçinin bu günlə də bağlı əminlik qazanmasalar, bu halda ölkənin məsuliyyətini üzərinə götürmüş siyasətçilər sözün əsl mənasında yalnız içməli olacaqlar”. Trofimçuk bildirib ki, Ermənistanın üzləşdiyi bu problemlər şəraitində Qarabağ münaqişəsinin həllini tapması İrəvan üçün əsl çıxış yolu olardı. O, Paşinyanın buna müəyyən cəhdlər etdiyini, Davos görüşünün də bunun tərkib hissəsi olduğunu qeyd edir. Ancaq onu da vurğulayır ki, münaqişənin həlli üçün İrəvanın Bakının şərtlərini qəbul etməsi qaçılmazdır. Əks təqdirdə məsələ hərb yolu ilə həllini tapacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ