Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qarabağ təcavüzkarlığının Paşinyanın öz hakimiyyətinə birbaşa təzyiqləri başladı...

Image


Ermənistanda yeni hakimiyyətin qurulmasından sonra bu ölkənin üzləşdiyi ən böyük problemin Dağlıq Qarabağ münaqişəsi olduğu növbəti dəfə təsdiqləndi. Nikol Paşinyan iqtidarının ötən dövr ərzində fəaliyyəti bir daha erməni cəmiyyətinə çox aydın şəkildə nümayiş etdirdi ki, Qarabağ məsələsi öz həllini tapmadan Ermənistanın hansısa formada inkişafı mümkün deyil. Əksinə, konflikt səbəbindən Ermənistan təkcə böyük sosial-iqtisadi problemlərlə üzləşmir, eyni zamanda ölkənin təhlükəsizliyi, sabitliyi də daim böyük təhdid altında qalmaqda davam edir. Bu, elə Paşinyan hakimiyyətinin birbaşa özünə də böyük təhlükə formalaşdırır.

Hər halda xatırlatmaq yerinə düşərdi ki, Ermənistanda Serj Sarksiyan iqtidarının hakimiyyətdən devrilməsində Qarabağ münaqişəsinin mövcudluğu xüsusi çəkiyə malik oldu. Belə ki,  Ermənistanda iyirmi il hakimiyyətdə olmuş kriminal xunta rejiminin süqutunun əsas səbəblərindən biri məhz Qarabağ konflikti oldu. Sarksiyan rejiminin süqutunda, başqa faktorlarla yanaşı, Ermənistanın işğalçılıq siyasəti kifayət qədər ciddi rol oynayıb. Bunun özünü konkret olaraq nədə ifadə etdiyini isə Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında tam aydın şəkildə izah edib: "Məhz işğal siyasətinə görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi. Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı, demək olar ki, çökdü. Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni əhalinin azalması prosesi geniş vüsət alıb". Buradan bir daha görünür  ki, Ermənistanın hazırda dərin böhran içində olmasının əsas səbəbi rəsmi İrəvanın qeyri-konstruktiv siyasəti olub. Elə bu səbəbdən Azərbaycan Ermənistanı regional layihələrdən təcrid edib. Bunun nəticəsində həm Ermənistan iqtisadiyyatı çöküb, həm də demoqrafik böhran meydana gəlib. Aydındır ki, belə vəziyyətdə Nikol Paşinyan da Serj Sarkisyan iqtidarı kimi qeyri-konstruktiv mövqe tutacaqsa, Ermənistanın süqutu prosesi daha da dərinləşəcək, onu kimsə xilas edə bilməyəcək. Məhz bu amil Qarabağ münaqişəsinin davam etməsinin Ermənistan üçün hansı böyük təhdidlər yaratdığını aydın surətdə nümayiş etdirir.

Digər tərəfdən Paşinyan iqtidarı özü də görür ki, Azərbaycanla normal münasibətlər qurulmadan, işğal siyasətinə son qoyulmadan Ermənistanı hansısa inkişaf yoluna çıxara bilməyəcək.  Özü də onu xüsusi vurğulmaq lazım gəlir ki, artıq həyatında müsbətə doğru heç bir yenilik görməyən Ermənistan vətəndaşlarının tədricən yeni hakimiyyətdən də narazılığı artır. Bunu politoloq Viqen Akopyan da təsdiq edir. Onun sözlərinə görə, erməni cəmiyyətində Nikol Paşinyanın və ətrafının vədləri ilə bağlı artıq məyusluq yaranır. İndi məlum olub ki, baş nazirin komandasında və parlamentdə bir çox şəxslər qoyulan tələblərə cavab vermir. Bu isə vətəndaşlar arasında hakimiyyətdən narazılığı artırır. Politoloq əlavə edib ki, indi zaman yeni hakimiyyətin əleyhinə işləyir: "Erməni xalqı baş nazirdən sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasını gözləyir və onun hər addımını ciddi təhlil edir. Yaranmış vəziyyətdən ciddi narahatlıq keçirən hakimiyyət nümayəndələri, xüsusən baş nazir müxtəlif manevrlər edir, buraxdıqları bu və ya digər nöqsanlara bəraət qazandırmaq istəyirlər. Komanda üzvləri başa düşürlər ki, “məxməri inqilabdan” sonra yaranmış rahat şərait artıq sona çatıb. İndi cəmiyyətdə tamamilə başqa əhval-ruhiyyə var və bu atmosfer böyük dərəcədə hakimiyyətin lehinə deyil”. Vətəndaşların əsas diqqətinin yeni parlamentə yönəldiyini vurğulayan politoloq bildirib ki, bu günlərdə hakim blok olan “Bizim addım” fraksiyasından bir neçə gənc və təcrübəsiz deputat qalmaqallı bəyanatlar verib və bundan sonra ictimaiyyətdən üzr istəyiblər: “Xüsusilə, bu blokun deputatı Ayk Koncoryanın Ermənistana dost olan İranı “avtoritar dövlət” adlandırması sosial şəbəkələrdə ciddi söz-söhbətə səbəb olub. Hesab edirəm ki, parlamentdə təmsil olunan gənc deputatlar bu işin incəliklərini öyrənməlidir. Nəzərə alaq ki, biz Azərbaycanla müharibə vəziyyətindəyik. Belə hallar isə Ermənistanın mövqeinə təsir edir”. Erməni media eksperti Tiqran Köçəryan da yeni ölkə parlamentinə yanaşmada bədbindir. Onun sözlərinə görə, deputatların cəmi 10-15 faizi müəyyən təcrübəyə malikdir, qalanların cəmiyyət qarşısında xidmətləri isə Paşinyanın mitinqlərində iştirak etməkdən ibarətdir. Məhz bu vəziyyətdə o, yaşanan sosial-iqtisadi problemlərin həllini də müşkül sayır, bunların Paşinyan üçün ciddi başağrısına çevriləcəyini vurğulayır.  Bundan xilas olmaq üçün yeganə çıxış yolu, qeyd olunduğu kimi, məhz Ermənistanın Azərbaycanla münasibətlərini normal səviyyəyə gətirməsidir.

Digər tərəfdən, bu halda Ermənistan Türkiyə ilə münasibətlərini normal hala gətirmək imkanı qazanır. Məsələnin bu tərəfinə nəzər salan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu növbəti dəfə bildirib ki, Ermənistanla ölkəsinin münasibətlərinin tənzimlənməsi Dağlıq Qarabağ münaqişəsi həll olunmadan mümkün deyil. Qafqazdakı vəziyyətə toxunan nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi regionun sabitliyi üçün təhdiddir: “Qarabağ münaqişəsi nizamlanmadan Qafqazda sabitlik mümkün deyil. Həmçinin bizim üçün Ermənistanla münasibətlərin tənzimlənməsi də mümkün deyil. Biz 2019-cu ildə də bu məsələ ilə bağlı davamlı iş görəcəyik”. Bütün bunlar onu tam aydın şəkildə göstərir ki, Qarabağ münaqişəsi həllini tapmadan Ermənistana qarşı, ən azından, Azərbaycan və Rusiyanın təzyiq siyasəti davam edəcək. Bu isə İrəvanın üzləşdiyi problemlərin miqyasının daha da armtası deməkdir və bundan xilas olmaq üçün İərvanın işğal siyasətinə son qoyması çox vacibdir.

Qafqaz İnstitutunun əməkdaşı, politoloq Hrant Mikaelyan isə məsələnin başqa bir tərəfinə nəzər salır. O, Ermənistanın gələcək taleyinin ümumiyyətlə Qarabağ məsələsinin həllindən asılı olduğunu bildirir. Qeyd edir ki, Ermənistan iqtisadiyyatına investisiyaların qoyulmamasının başlıca səbəbləri ölkədə davam edən siyasi qeyri-sabitlik və xüsusən də, Dağlıq Qarabağ probleminin həll edilməməsidir. Onun sözlərinə görə, hətta gələcəkdə Ermənistan daxilində siyasi atmosfer sakitləşsə belə, Dağlıq Qarabağda yeni müharibənin alovlanması risqinin yüksəkliyi investorları İrəvanla əməkdaşlıqdan uzaqlaşdırır: “Hazırda investorlar gözləyir ki, Ermənistanda vəziyyət sabitləşsin. Reallıqda isə vəziyyət hələ sabit deyil və yalnız indi yavaş-yavaş sabitləşməyə başlayır. Amma hətta fevral-mart aylarınadək daxili siyasi vəziyyət sabitləşsə belə, daha bir ciddi məsələ - Qarabağ münaqişəsi qalır. Çünki hamıya aydındır ki, oradakı hadisələrin inkişafı çox sürətlə və nəzarətsiz gedir və heç də Ermənistanın xeyrinə deyil. Bundan başqa, Qarabağda yenidən müharibənin başlanma risqi olduqca böyükdür. Bu baş versə, Ermənistana investisiya axınına böyük zərbə vuracaq”. Erməni politoloq onu da əlavə edib ki, investorları Ermənistandan qaçıran digər səbəb baş nazir Nikol Paşinyan hökumətinin onlara təqdim edəcəyi normal təkliflərin və sərmayələrin qorunması ilə bağlı etibarlı zəmanətin olmamasıdır: “Yeni hökumətin, hələ ki, bu sahədə özünün gündəliyi və təklifləri yoxdur. Paşinyan hökuməti eləcə deyir ki: “Gəlin bizim ölkəyə investisiya yatırın, amma kimlərsə sizə mane olmağa çalışsa, özünüz baş nazirədək zəng edib şikayət edin”. Lakin mən xatırladaraq sizləri əmin edə bilərəm ki, Paşinyandan əvvəlki digər baş nazirlər də eyni sözləri deyirdi. Yəni artıq uzun illərdir ki, Ermənistana investisiyaların cəlb edilməsilə bağlı kompleks problemlə üzləşmişik. Və indiki vaxtda bu problem hələ də həll edilməyib və zənnimcə, heç necə ediləcəyilə bağlı bir fikrimiz də yoxdur. Amma bu tapılsa belə, istənilən halda Qarabağ münaqişəsi çözülməlidir. Əks halda, istədiyimiz sərmayələri cəlb edə bilməyəcəyik”.

Bunlarla yanaşı, Paşinyan iqtidarı üçün Qarabağ məsələsində təhlükəli digər məqam daxili siyasi amillərlə bağlıdır. Hazırda Ermənistanın daxili siyasi mübarizəsində Dağlıq Qarabağ faktorundan, gözlənildiyi kimi, aktiv şəkildə istifadə olunur. Belə ki, Nikol Paşinyan Qarabağdakı separatçı rejimin “rəhbərliyini” dəyişdirmək istəyir. Lakin hələ ki, buna nail ola bilməyib. Əvəzində Ermənistan daxilində separatçıları dəstəkləyən qüvvələr də aktivləşib. “Daşnaksütyun” partiyasının qurultayını Azərbaycanın işğal edilmiş ərazilərində keçirməsi də bu fonda xüsusi diqqət çəkir.
Erməni şərhçi Sarkis Artsruni bildirir ki, daşnaklar bununla Ermənistandakı inqilabın onlara yad olduğunu və Qarabağdakı “hakimiyyətə” dəstəyini nümayiş etdirdi:  “Hazırda Nikol Paşinyanın Qarabağ məsələsində güzəştlər etməyə hazırlaşdığı barədə danışılır. Bu dəqiq məlumat deyil, lakin bu məsələ daha çox daxili siyasi mübarizədə istifadə olunur. Daşnaklar da qurultayı Qarabağda keçirməklə oradaki hakimiyyətə açıq dəstək verdiklərini göstərdilər. Parlament seçkiləri vaxtı Qarabağ amilindən Respublika Partiyası fəal şəkildə istifadə edirdi, indi estafeti daşnaklar ələ alıb. Burada təhlükəli məsələ Qarabağ faktorunun monopoliyaya alınmasıdır”.
“Sasna Tsrer” partiyasının rəhbəri Jirayr Sefilyan isə Qarabağda “hakimiyyət” dəyişikliyinin vaxtının çatması haqqında çağırış edib: “Özbaşınalığa son qoymağın vaxtı çatdı, Qarabağda dəyişikliklər olmalıdır, biz ümid edirik ki, İrəvan hakimiyyəti bu məsələdə bizi dəstəkləyəcək”. Sarkis Artsruni qeyd edib ki, bu çağrışlar təhlükəli nəticələrə gətirib çıxara bilər. Elə bu səbəbdən İrəvan üçün ən yaxşı yol Qarabağ məsələsinin çözümünə nail olmaqdır. Əks təqdirdə  Qarabağ məsələsi ən müxtəlif rakurslardan Ermənistan üçün ciddi təhlükə yaratmaqda davam edəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ