Bazar ertəsi günü, 09 noyabr 2026
     

ABŞ-ın Suriyadan çəkilməsinin Cənubi Qafqaza təsirləri müzakirə olunur...

Image


ABŞ prezidenti Donald Trampın Suriyadan Amerika hərbi kontingentinin çəkiləcəyi ilə bağlı bəyanatından sonra qlobal miqyasda hadisələrin inkişaf axarı yeni və olduqca gərgin geosiyasi proseslərə start verildyini göstərir. Belə görünür ki, bu qərar Yaxın Şərqdə proseslərin daha mürəkkəb bir dövrə qədəm qoymasına gətirib çıxaracaq.

Amma burada diqqət çəkən ilk məqam budur ki, ABŞ-ın məlum addımı ilə Türkiyənin geosiyasi güc olaraq bölgədə mövqeləri kifayət qədər güclənəcək. Eyni sözləri Suriyada Türkiyə ilə mütəffiqlik edən Rusiya barədə də demək olar. Bölgədə mühüm güc mərkəzi kimi Türkiyə Kremllə bərabərdirsə, Moskva bundan yalnız udur. İran üçün də əlverişli şərait yaranır. Eyni zamanda, bütün bunlar İranı da Türkiyənin geosiyasi yüksəlişinə qarşı loyal olmağa sövq edir. Ərəb ölkələrinin bir necəsi üçün də Türkiyənin regionda daha nüfuzlu olması sərfəlidir. 

Beləliklə, qeyd edilənlərdən bəlli olur ki, Yaxın Şərqdə tamamilə yeni mənzərə yaranır. Bu zaman bölgədə mövqelərini gücləndirən Rusiya, Türkiyə, İran faktoru, eləcə də ABŞ-ın Suriyadan çəkilməsinin Qafqaza necə təsir göstərəcyii də xüsusi diqqət mərkəzində yer almağa başlayıb. Çünki  Rusiya, Türkiyə, İran üçün Qafqaza təsir imkanları kifayət qədər böyükdür. Eyni zamanda hər üç ölkə Qafqazda mövqelərini gücləndirmək istəyən ABŞ və Qərblə burada geosiyasi, geoiqtisadi rəqabət aparır. Məsələ ilə bağlı Rusiyanın  “regnum.ru” portalı yazır: “ABŞ prezidenti Donald Trampın Amerika qoşunlarının Suriyadan çıxarılması haqda bəyanatı birinci növbədə bu hadisənin fərqli qəbul edildiyi Yaxın Şərqdə böyük əks-səda doğurub. Bəzi ölkələr bunu Amerika güclərinin bölgədə iştirakının genişmiqyaslı ixtisarının müjdəsi sayır, başqaları məsələyə İran üçün yeni problemlərin meydana çıxması dövrü kimi baxır. İstənilən halda, bu yöndə ən ağlasığmaz geopolitik kombinasiyalar ortalığa çıxır və çıxacaq.

Ankara bununla bağlı açıq, Tehran isə əlaltından “risqlərin strateji hasarlanması” deyilən üsula əl atır. ABŞ-ın Suriya kampaniyasının Yaxın Şərq üçün nəticələrinin dəyərləndirilməsində hər bir halda yeni çıxış nöqtəsi və bitişik bölgələrdə Amerika xarici siyasətinin bir sıra süjetləri meydana çıxır. Söhbət, xoşbəxtlikdən, geniş savaş meydanına çevrilməyən, amma Yaxın Şərq burulğanlarının həmişə barometri olmuş və olmaqda qalan Cənubi Qafqazdan gedir.

Bununla yanaşı, bölgənin üç dövlətindən təkcə yalnız Azərbaycan Türkiyə ilə hərbi-siyasi alyansda durmaqla və İranla müəyyən uzunluğu olan sərhədə malik olmaqla Yaxın Şərq bölgəsinə fəal inteqrasiya edib. Amma Bakı Moskva yönündə də fəal siyasət yürüdərək, onunla sıx ticari-iqtisadi və hərbi-texniki işbirliyi qurur. Azərbaycan məhz buna görə Yaxın Şərqdə dəyişən proseslərin müəyyən parametrlərinə həssas qıcıq verir. Paradoks bundadır ki, Bakıya sovet dönəmindən “separatçı” Dağlıq Qarabağ qalıbsa, Vaşinqton eyni problemi kürdlərin simasında Türkiyənin qarşısında hədəfləyib. ABŞ İranda və çevrəsində bundan sonra da durumu qarışdırmağa çalışarsa, bu hökmən bütün Cənubi Qafqaza təsir edəcək.

Gürcüstana gəlincə, o, Bakı ilə strateji tərəfdaşlıqda duraraq Qərbyönlü kurs bəyan edir və Avropa, Avroatlantika strukturlarına can atır. Rəsmi Tiflis, bununla yanaşı, Qərbyönümlülüyü ilə yenə də Avropa deyil, Amerika “kozır”ını ehtiyatda saxlayır. Gürcüstanın Qərbin müxtəlif strukturlarına inteqrasiya müddətinə nisbətdə dəyərləndirmənin araşdırılması göstərir ki, indiki anda onun üçün bu yöndə zaman çərçivəsi müəyyən edilməyib. ABŞ Tiflisin Avropanın siyasi və iqitsadi strukturlarına daxil edilməsi üçün qabaqlar səylər göstərib, Avropa Birliyini bu ölkə ilə siyasi münasibətlərə girmək və Cənubi Qafqazda siyasi proseslərə görə məsuliyyətin bir qismini öz üzərinə götürmək, bölgədə siyasi, hüquqi və iqtisadi ssenarini formalaşdırmağa başlamaq məcburiyyətində qoyur. Lakin amerikalılar bu bölgədə faktiki fəal siyasət yürütməyə hazır olmayan avropalıların bu mövqeyi prinsipial qəbul etməməsilə üzləşiblər.

Vaşinqtonun özü isə Cənubi Qafqaz dövlətlərinə, hətta KTMT və Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistana nisbətdə fəaliyyətdə də müxtəlif ssenarilərin olduğunu sərgiləməyib. Bu mənada, İrəvandakı tez-tez “Qərb çevrilişi” kimi təsvir edilən “məxməri inqilab” geopolitik anomaliya kimi görünür, çünki Ermənistan obyektiv şərtlər və şərait üzündən özünün xarici siyasət kursunu dəyişə bilməz.

Bundan savayı, amerikalıların Suriyaya gəlişi, hətta müəyyən daxili ziddiyyətlər olsa da, təhlükəsizlik problemini ön plana çıxaran və Dağlıq Qarabağ da daxil olmaqla, nisbətən kiçik bölgəsəl münaqişələri bu mövqedən dəyərləndirən Rusiya-Türkiyə-İran alyansının doğulmasına gətirib. Özəlliklə Türkiyə Xarici Siyasət İnstitutunun direktor müavini Hüseyn Bağcı hesab edir ki, bölgə heç kimin dağıtmaq marağında olmadığı energetika və başqa kommunikasiyalardan həddindən artıq doyub. Bağcı, bununla yanaşı, “Azərbaycandan Tacikistana qədər Türkiyənin bir çox ölkələrlə təmasının necə olacağı məhz Rusiya ilə münasibətlərdən asılı olacaq, bu isə göstərir ki, “Ankara yeni böhranlara yol verməməyə çalışacaq” deyə bildirməklə, bəlkə də, ilk dəfə subordinasiyanı sıralayır.

İran kimi, Türkiyə də Dağlıq Qarabağ münaqişəsinin qaynar mərhələyə keçmək ssenarisini dəstəkləmək niyyətində deyil. Danışıqlar prosesinin qanunauyğun fəallaması da buradandır. Düzdür, qabaqkı kimi, ATƏT Minsk Qrupunun vasitəçilik səyləri ilə, amma bu prosesi uğurla başa çatdırmağa imkan verəsi çıxış parametrləri dəsti aydın deyil.

Burada başlıca məqam budur ki, ABŞ-ın Suriyadan qoşunları çıxarmaq qərarı Moskvanın Bakı və İrəvan üçün münaqişənin tənzimlənməsində – az qala, “böhranlı yönəltmə” mexanizmləri səviyyəsində – güzəştli çözümlər aramaq ismarıcıyla üst-üstə düşüb.

Əlbəttə, bu, Rusiyanın Suriya kampaniyasının gedişində əldə etdiyi ciddi aktivlərsiz, çətin ki, baş verərdi. Eyni zamanda Vaşinqton da hazırda inzibati-siyasi həll ssenarisi olmayan kürd problemi üzrə geopolitik aktivlərə malikdir. Amerikalılar can ata bilərlər ki, Yaxın Şərq İraq və Suriya savaşlarının yekunları üzrə Amerikanın cızdığı yeni geopolitik gerçəkliklərə uyğunlaşmaq bacarığı sərgiləsin. Bu mənada, Azərbaycanın bölgədə səmərəli rol formalaşdırmaqla bağlı tələsməsi gərəkdir, çünki onun üçün potensial təhlükələr şimaldan deyil, cənubdan gəlir və Bakı Amerikanın Avrasiyada yeni bölgəsəl konstruksiyasının dəyirman daşına düşə bilər. Beləliklə, böyük oyunun növbəti turu başlanır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ