Bazar ertəsi günü, 09 noyabr 2026
     

Rusiya XİN-də kökləşmiş ermənipərəstlər Azərbaycan Rusiya dostluğuna hücuma keçib

Image


Rusiya Xarici İşlər Nazirliyi (XİN) erməni millətindən olan Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə buraxılmaması məsələsini yenidən gündəmə gətirib.

Rusiya XİN-in münasibətində bu dəfə də “Azərbaycanın hava limanlarında Rusiya vətəndaşlarına münasibətdə ayrıseçkilik”dən narahatlıq əksini tapıb. Həmçinin bildirilib ki, “Azərbaycan tərəfi növbəti dəfə rusiyalı həmkarlarını ümidvar edib ki, problemin həll edilməsi üçün addımlar atılacaq”. Ötən həftə isə Rusiya XİN sözçüsü Mariya Zaxarova iddia eləmişdi ki, guya Bakı “öz səhvlərini düzəldəcəyinə” söz verib. Azərbaycan XİN-dən isə mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın timsalında ona sərt cavab verilmiş, Bakının erməni vətəndaşlarla bağlı Moskvaya hər hansı bir vəd vermədiyi də diqqətə çatdırılaraq, bir daha Azərbaycanın bu məsələdə dəyişməz mövqeyi izah olunmuşdu. Əsas motiv qismində isə Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olması və həmin erməni vətəndaşların özlərinin təhlükəsizliyi də qeyd olunmuşdu. Rusiya XİN-in bu məsələnin üzərində ciddi şəkildə dayanması və təkrar bəyanatla çıxış edib, onu mediada yayması Azərbaycan XİN-i yenidən bu məsələyə münasibət açıqlamağa vadar edib. Qurumun mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Rusiya XİN-in Mətbuat xidmətinin bəzi Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasına dair 18 yanvar 2019-ci il tarixli açıqlamasına münasibətdə bildirib ki, Azərbaycan və Rusiya bərabərhüquqlu suveren dövlətlərdir, Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir və diplomatik etik qaydalara tamamilə ziddir. Qurum rəsmisinin sözlərinə görə, Azərbaycan XİN-in Mətbuat xidməti tərəfindən məsələ ilə əlaqədar verilən şərhlərin tərzi Rusiya XİN-in mətbuat xidmətinin verdiyi açıqlamaya tam adekvat idi: “Bir daha bildiririk ki, yalnız 2018-ci il ərzində 880.000 nəfərdən artıq Rusiya vətəndaşı Azərbaycana səfər edib və onların mütləq əksəriyyəti bu səfərdən razı qalıb, göstərilən qonaqpərvərliyə görə təşəkkürlərini ifadə ediblər. Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin bu məsələ ilə bağlı anlaşılmaz inadkarlığı başadüşülən olmamaqla, Azərbaycan-Rusiya strateji əlaqələrinin mahiyyətinə ziddir. Həmçinin, Azərbaycan və Rusiya prezidentlərinin iki ölkə arasında əlaqələrin inkişafı üçün nümayiş etdirdiyi iradə və gördükləri işlərlə heç bir halda uzlaşmır”. Açıq-aşkar görünür ki, Rusiya XİN bu məsələdə inadkarlıq etməklə iki ölkə arasında olan sağlam münasibətlərə xələl gətirmək yolunu tutub. Təsədüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, lüzum olmadığı halda, şəxsən Azərbaycanda saxlanmış erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov-Qalustyanın ölkəyə qayıtması məsələsinə də toxunmuşdu: “Sizi əmin edirəm ki, bu mövzu bu yaxınlarda azərbaycanlı həmkarlarımızla danışıqlar zamanı səsləndirilib. Ümid edirəm ki, hüquqi normalara söykənən dialoq və həll yolu ilə hamını qane edən nəticə əldə ediləcək və bu vətəndaşı Rusiyaya qaytara biləcəyik”. Xatırladaq ki, ötən il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV Marat Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıb ki, guya M.Ueldanov Bakıda erməni olduğuna görə saxlanıb. Çox maraqlıdır ki, Sergey Lavrov Rusiya vətəndaşı olan, lakin Azərbaycanda narkotik ittihamı ilə həbs edilən bir şəxsin azad edilməsini xahiş edir. Əslində, Lavrov ranqında olan bir şəxsin belə kriminal hadisə ilə bağlı keçirdiyi narahatlıq yetərincə təəccüb doğurur. Əgər söhbət Rusiya vətəndaşının taleyindən gedirsə, onda Lavrov niyə eyni tələbi Ermənistan hakimiyyətindən Dilqəm Əsgərovla bağlı etmir? Dilqəm Əsgərov da Rusiya vətəndaşıdır və hər hansı cinayət əməlinə görə deyil, öz doğmalarının məzarını ziyarət etdiyi üçün ermənilər tərəfindən uzun müddətdir girovluqda saxlanır. Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya XİN-dəki ermənipərəst qanad Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşması fonunda Rusiya-Ermənistan münasibətlərində yaşanan durğunluğu həzm edə bilmir. Məhz buna görə də belə primitiv, heç bir əsası olmayan bəhanələrlə ölkələr arasında normal məcrada davam edən münasibətləri pozmaq istəyirlər. Politoloq Qabil Hüseynli də hesab edir ki, son dövrlər Rusiya hökumətinin bir qanadı Azərbaycan-Rusiya münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyi bir zamanda bu münasibətləri sanki korlamaq niyyətinə düşüb: “Ortalıqda da ciddi bir səbəb olmadığından, erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana girişinin qarşısının alınması məsələsini süni söz-söhbət obyektinə çevirirlər. Bu məsələdə ermənipərəst şəxs olan Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha fəal görünür. Amma bu fəallığın arxasında bir ”dirijor çubuğu"nun olduğunu görməmək də mümkün deyil. Həmin “dirijor çubuğu”nun işarəsi ilə Mariya Zaxarova Azərbaycanı guya beynəlxalq konvensiyaları pozmaqda təqsirləndirir, erməni əsilli Rusiya vətəndaşlarının ölkəyə buraxılmasının qarşısının alınmasını insan haqları pozuntusu kimi təqdim etməyə çalışır. Amma bu çox əsassız və məntiqdən uzaq bir iddiadır. Azərbaycan uzun müddətdir Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun, sadəcə, öz doğma rayonu olan Kəlbəcərə gedib anasının məzarını ziyarət etməsinə görə Ermənistan silahlı qüvvələri tərəfindən tutularaq qondarma “Dağlıq Qarabağ məhkəməsi” tərəfindən ömürlük cəzaya məhkum edilməsi ilə bağlı dəfələrlə Rusiyaya müraciət etsə də, Rusiya öz vətəndaşının taleyi ilə zərrəcə maraqlanmayıb. Ancaq indi hansısa erməni vətəndaşının Azərbaycana gediş-gəlişinin qayğısına qalır. Halbuki, heç Rusiyanın özü də təminat verə bilməz ki, Azərbaycana gəlmək istəyən erməni əsilli Rusiya vətəndaşlarının sırasından təxribatçılıq məqsədilə, casusluq məqsədilə gəlməyənlər olmayacaq. Rusiya Xarici İşlər Nazirliyi unutmamalıdır ki, Azərbaycan torpaqları hələ də ermənilərin işğalı altındadır, bu işğal aradan qalxmayınca ermənilərə Azərbaycanda münasibətin dəyişməsini gözləmək məntiqsizlikdir. Əsli erməni olan Sergey Lavrov bütün bunları bildiyi halda Rusiya-Azərbaycan münasibətlərində problem yaratmağa çalışır". Bununla da aydın şəkildə görünür ki, Rusiya-Ermənistan münasibətlərində son zamanlar baş verən soyuqluğu, gərginliyi onlar gündəmdən çıxarmağa, Rusiya ilə Azərbaycanın münasibətlərini pozmağa çalışırlar. Belə görünür ki, Rusiya elitasının yuxarı dairələri ilə, xüsusilə Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında dostluq münasibətlərinin daha da dərinləşməsi, Azərbaycan-Rusiya münasibətlərinin az qala strateji müttəfiqliyə doğru yön alması Rusiya XİN-dəki qüvvələri hətta provokasiya xarakterli addımlar atmağa sövq edir. Mariya Zaxarovanın bir həftənin içində ikinci dəfə məlum məsələni o şəkildə ortaya atması provokasiyadır və münasibətləri korlamağa hesablanıb.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ