Bazar ertəsi günü, 09 noyabr 2026
     

Qarabağ prosesində yeni reallıqlar – düşmən ölkə başqa çarənin qalmadığını daha dərindən dərk etməyə başlayır...

Image


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son Paris görüşündən sonra verilən rəsmi açıqlamalar Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllinə ümidləri xeyli artırır. Belə görünür ki, hərbi, iqtisadi, diplomatik sahədə Azərbaycana getdikcə böyük fərqlə uduzan, regionda özünün təcridini dərinləşdirən Ermənistan Qarabağ məsələsində dinc həll yolunu qəbul etməkdən başqa çarəsinin olmadığını artıq daha dərindən dərk etməyə başlayır. Bu mənada Paris görüşü göstərdi ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra münaqişənin həllinə dair danışıqlar prosesində əldə edilən pozitiv dinamika davam edir.

Digər tərəfdən, məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliklərinin bəyanatları da xüsusi diqqət cəlb edir. Qeyd edək ki,  Paris görüşü ilə bağlı hər iki ölkənin Xarici İşlər nazirlikləri və həmsədrlər ayrı-ayrı bəyanatlarla çıxış edib. Burada diqqət çəkən odur ki, son illərin praktikasından fərqli olaraq, bəyanatlarda sinxronluq özünu dərhal göstərir. Burada xalqları sülhə, təhlükəsizliyə və bölgənin stabil inkişafına hazırlamaq barədə fikirlər də göstərir ki, prosesdə irəliləyiş var.  Digər tərəfdən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Paris görüşü ilə bağlı verdiyi bəyanatda “Nazirlərin əhalini sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsinə ehtiyac duyulması barədə razılaşdıqları” da qeyd olunur. 

Xatırladaq ki, hələ ötən ilin 6 dekabr tarixində qəbul edilmiş birgə “Milan bəyanatı”nda da əhalinin sülhə hazırlanması üçün konkret addımların atılması çağırışı əks olunub. İkincisi isə, tərəflər problemi məhz sülh yolu ilə həll etmək niyyətlərini ortaya qoyurlar. Sülh yolu da ancaq erməni qüvvələrinin zəbt edilmiş əraziləri tərk etməsi halında mümkündür. İlkin təəssüratlar bundan ibarətdir ki, erməni tərəfi bu məsələdə Azərbaycanın şərtləri ilə razılaşır. Bu fonda xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər də xüsusi diqqət cəlb edir. Nazir bir daha bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində onun ərazi bütövlüyü və suverenliyi əsasında nizamlanmalıdır: “Nizamlanmanın hüquqi bazasına müraciət edərkən xatırlatmaq lazımdır ki, onu, ilk növbədə, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamə, digər beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının, GUAM-ın, NATO-nun, Avropa Parlamentinin və s. qərarları, habelə ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilmiş birgə sənədlər təşkil edir. Təəssüf ki, uzun illər davam edən danışıqlar heç bir nəticə verməyib. Lakin Ermənistanda baş verən son hadisələr, habelə Düşənbədə və Sankt-Peterburqda MDB sammitləri müstəvisində Azərbaycan Respublikasının prezidenti ilə Ermənistan Respublikasının baş naziri arasında söhbətlər, eləcə də erməni həmkarımla üç görüşüm danışıqlar prosesinin irəlilədilməsi nöqteyi-nəzərindən müəyyən nikbinlik üçün əsas verir”.

Onun sözlərinə görə, münaqişənin nizamlanmasında irəliləyişin əldə olunması bütün regionda sülh, təhlükəsizlik və sabitliyə şərait yaratmaqla, ilk növbədə, Ermənistanın özündə iqtisadi inkişafa imkanlar açacaq: “Ölkəmiz digər etnik qrupların nümayəndələri olan vətəndaşlarının təhlükəsizliyini təmin etdiyi kimi, özünün beynəlxalq öhdəliklərinə uyğun olaraq Dağlıq Qarabağın erməni mənşəli vətəndaşlarına münasibətdə də bunu etmək və onlara Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır”. Nazir beynəlxalq birliyin Dağlıq Qarabağ münaqişəsinin həllinə birmənalı dəstəyinin artdığını xüsusi vurğulayaraq deyib: “Bizim ardıcıl səylərimiz nəticəsində “beynəlxalq miqyasda tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi” formulundan diplomatiya leksikonunda geniş istifadə olunmağa başlanıb”.

Bu fikirlərdən bir daha aydın olur ki, Azərbaycan Qarabağ münaqişəsinin yalnız ərazi bütövlüyü çərçivəsində həllini mümkün sayır və bunu beynəlxalq ictimaiyyət də qəbul edir. Bütün bunların nazirlərin Paris görüşündən sonra bir daha xüsusi olaraq vurğulanması danışıqlar prosesinin məhz Azərbaycanın istədiyi şəkildə getməsini də aydın surətdə göstərir. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun TASS-a müsahibəsində bu fonda səsləndirdiyi fikirlər də ayrıca diqqət cəlb edir. Səfir vurğulayır ki, Azərbaycan bu il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində konkret addımlar atılacağına ümidvardır. Onun sözlərinə görə, Azərbaycan tərəfi uzun illərdir substantiv danışıqlar aparılmasının vacibliyini dönə-dönə qeyd edir: “Milanda əldə olunan qarşılıqlı anlaşmanın intensiv, nəticəyə yönələn dialoq üçün sanballı bünövrəyə çevriləcəyinə ümid bəsləyirik. Mövcud vəziyyətin yolverilməz olduğu göz qabağındadır, münaqişə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bütün regionun iqtisadi inkişafı üçün maneə olan bu uzunmüddətli münaqişənin ədalətli həlli üçün cari ildə, nəhayət, konkret addımlar atılacağına inanırıq. Münaqişənin tezliklə aradan qaldırılması bütün regionun dayanıqlı inkişafına, nəqliyyat dəhlizlərinin genişlənməsinə, turizmin daha geniş vüsət almasına şərait yaradacaq. İqtisadi inkişafın sürətlənməsi, maddi rifahın yüksəlməsi uzunmüddətli sülh, təhlükəsizlik, sabitlik üçün imkanlar açacaq”. Bütün bunları erməni tərəfinin də qəbul etməsi münaqişənin dinc həllini intensivləşdirə bilən faktor hesab olunur.

Başqa bir tərəfdən, yuxarıda qeyd olunduğu kimi, artıq region ölkələri də sabitlik üçün Qarabağ məsələsinin həllində birmənalı şəkildə Azərbaycana dəstək verir. Məsələn, regiona ən böyük təsir imkanlarına malik ölkələrdən biri sayılan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında bəyan etdi ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində irəliləyiş gözləyirlər. Lavrov irəliləyişin konkret necə olacağını açıqlamasa da bildirdi ki, Azərbaycanın münaqişənin həll yollarını tapmaq hazırlığını dəstəkləmək lazımdır. O, İrəvan tərəfinin də həll prosesinə razılaşacağına ümid etdiyini qeyd etdi. Rusiyanın ekspert dairələri də birmənalı şəkildə bildirir ki, Ermənistan zəbt etdiyi ərazilərin tədricən azad edilməsinə başlamalıdır.

Regionda xüsusi marağı olan digər ölkə kimi İran da prosesdə birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəkləməkdədir. Ölkəmizdə səfərdə olarkən İran ordusunun baş qərargah rəisi Məhəmməd Baqeri bu xüsusda Bakıda maraqlı açıqlama verdi. O bildirdi ki, İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir: “İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcək, sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir. İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır”. İran rəsmiləri əvvəllər də bir neçə dəfə Azərbaycan torpaqlarının işğal altında olduğunu vurğulayıblar. Ancaq Məhəmməd Baqeri bu dəfə Qarabağla bağlı açıqlamanı o şəkildə diqqətə çatdırdı ki, Tehranın burada Qarabağ məsələsində Azərbaycana dəstəyi artırmağa hazır olması niyyəti özünü qabarıq büruzə verdi. Bu da, ekspertlərə görə, onunla bağlıdır ki, Moskva kimi, Tehran da Ermənistanın yeni baş naziri Nikol Paşinyanın xarici siyasətindən narazıdır. Belə ki, Ermənistan hakimiyyətindəki “Qarabağ klanı” 20 il həm Moskvanı, həm də Tehranı qane edirdi. Çünki “Qarabağ klanı” Moskva ilə Tehranın oyun qaydalarını qəbul etmişdi. Paşinyan “Qarabağ klanı”nın cızdığı oyun qaydalarını qəbul etmir. Ona görə də Tehran Paşinyana ehtiyatla yanaşır. Elə bu səbəbdən Tehran Azərbaycana dəstəyini artırmaqla Paşinyana təzyiq etmiş olur, ölkəmizlə münasibətlərini daha da yaxışlaşdırır.

Digər tərəfdən proseslər də göstərir ki, son günlər Ermənistan parlamentində İranın əleyhinə səslənən bəyanat və Tehran rəsmilərinin Bakıya səfərləri zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Bakının ədalətli mövqeyini dəstəkləməsi artıq İrəvanda Tehranla münasibətlərin perspektivinə dair narahatlığa səbəb olub.

Erməni mediası yazır ki, Ermənistanın yeni parlamentində deputat Ayk Koncoryanın İranı “avtoritar dövlət” adlandırmasına rəsmi Tehranın reaksiyası geciksə də, siyasi icmalçılar bu cür düşünülməmiş çıxışların Ermənistan və İran arasında ciddi gərginliyə səbəb olacağını bildirirlər. Siyasi icmalçı Artyom Tonoyan bu məsələ ilə əlaqədar qeyd edib ki, Rusiya ilə də münasibətlərin qənaətbəxş olmadığı bir vaxtda deputatların İranla bağlı bu cür bəyanatları ikitərəfli əlaqələrdə ciddi problemlər yarada bilər. Əslində, artıq bu problemlər özünü qabarıq şəkildə göstərir və bu da İranın Qarabağ məsələsində daha çox Azərbaycanla yanaşmasına rəvac verir. Belə vəziyyətdə Azərbaycanın Tehrandan gözləntisi həm də budur ki, İran Qarabağ məsələsində Türkiyə kimi mövqe tutsun.

Qeyd edək ki, Türkiyənin indiyə qədər tutduğu mövqe Ermənistanın təcrid olunması siyasətinin uğurlu effekt verməsində mühüm rol oynayıb. Qonşu Gürcüstan da prosesdə daim Azərbaycanın mövqeyini dəstəkləyir. Bu durumda görünən odur ki, Azərbaycan regionda birbaşa qonşu  ölkələrlə bərabərhüquqlu, faydalı əməkdaşlıq qurub. Bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən Azərbaycanın qarşısında isə ənənəvi tərəfdaşlarını itirən, küncə sıxılmış, sosial və iqtisadi kataklizimlər burulğanında boğulan Ermənistanın tab gətirməsi getdikcə çətinləşir. Region ölkələri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən Azərbaycan Uzaq Şərqdə Çin, Qərbdə ABŞ daxil olmaqla bütün ölkələrlə qarşılıqlı etibara əsaslanan əlaqələr qurub. O cümlədən, Avropa İttifaqı və ittifaq ölkələri ilə strateji tərəfdaşlıqlar yaradılır. Məhz belə vəziyyətdə Qarabağ məsələsində Azərbaycana verilən dəstək də artır. İrəvanın isə bütün bunlara müqavimət göstərməsi imkansızdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ