Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycan düşmənləri Avroparlamentdə yenidən “meydan sulamağa” başlayıb

Image


Məlum olduğu kimi, yanvarın 17-də Avropa Parlamenti “Azərbaycanda insan haqları, demokratiya və qanunun aliliyinin pozulması ilə bağlı qətnamə” təklifinin müzakirəsini keçirərək qəbul edib.

Qətnamədə Azərbaycan hökuməti bloger Mehman Hüseynovu dərhal, qeyd-şərtsiz azad etməyə, ona yeni ittihama xitam verilməsinə çağırılır. Çox maraqlıdır ki, Azərbaycanın özü ilə bağlı kifayət qədər problemi olduğu halda, Avropa Parlamenti onların müzakirəsində maraqlı görünmür, ancaq sıradan bir kriminal hadisəyə belə siyasi qiymət verir. Yaxşı olardı ki, Avropa Parlamenti belə sərt qətnamələrdən birini də Azərbaycan torpaqlarını işğal edən Ermənistanla bağlı qəbul etsin. Təəssüf ki, belə halları müşahidə edə bilmirik.  Göründüyü kimi, Avropa Parlamenti kimi nüfuzlu bir qurum sıradan olan bir kriminal hadisəni əsas gətirərək, Azərbaycanla bağlı belə qərəz nümayiş etdirir. Hər halda, qurum nəzərə almalıdır ki, Azərbaycan beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq siyasətinin yürüdülməsi xəttini daim  rəhbər tutur. Dünyanın nüfuzlu qurumları olan BMT, Avropa Parlamenti, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin normal məcrada davam etməsi üçün əlindən gələni edib. Həmin qurumlarla qurulan ikitərəfli əməkdaşlıq çərçivəsində ölkəmiz münasibətlərin qorunub saxlanması istiqamətində əməli səylər göstərib. Çox təəssüflər olsun ki, bəzən Avropa Parlamenti kimi qurumlar bu tip əməkdaşlığın məzmun və mahiyyətinə kölgə salan mövqe ortaya qoyurlar. Qeyd edək ki, Avropa Parlamentinin məlum qətnaməsinin qərəzli olması ilə bağlı sözügedən qurumun üzvləri də fikir bildiriblər. Avropa Parlamentinin üzvü Patrisiya Lalond üzv olduğu qurumda Azərbaycana qarşı baş tutan müzakirələrə münasibət bildirərkən deyib ki, Avropa Parlamenti Azərbaycanı həddindən artıq sıxışdırır: “Mən bir neçə dəfə Azərbaycana xüsusi olaraq qadın hüquqları ilə bağlı missiya tərkibində getmişəm. Bu zaman Azərbaycanın qadın hüquqları sahəsində necə səylər göstərdiyini görmüşəm. Bütün dəyərlərimizi olmasa da, Avropa İttifaqının bir sıra dəyərlərini, qadın hüquqları, radikal islamizmə qarşı mübarizəni, azlıqları müdafiə edən ölkələrə qarşı bu cür sərt olmaqda yanılırıq. Bakıya gedəndə məscidlərlə yanaşı, sinaqoq, kilsə də görmək olur. Əlbəttə ki, Azərbaycanda mətbuatla bağlı müəyyən problemlər var. Amma bəzən müxtəlif ölkələrdə radikal islamizmə qarşı mübarizə aparmaq üçün mətbuat azadlığına qoyulan məhdudiyyətləri başa düşmək olar. Əlbəttə, bu bizim dəyərlərimizə zidd olduğu üçün mənfi qarşılanır. Biz bu problemdən uzağıq, hər halda bu günə kimi uzağıq. Heç həbs etməkdən danışmıram, sadəcə, hər hansısa bir jurnalisti susdurmağa çalışsaq, bu hal çox mənfi qarşılanacaq”.

Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə qərəzli olmaqla yanaşı, həm də müstəqil dövlətin hüquq-məhkəmə sisteminə təzyiq cəhdidir: “Həbsdə olan bloger Mehman Hüseynovun ona qarşı yeni ittiham irəli sürüləndən sonra aclıq aksiyasına başlaması ilə bağlı sosial şəbəkələrdə xəbər yayıldı. Bu xəbərin üzərindən keçən vaxt ərzində istər ölkə daxilindəki qrant müxalifləri, istərsə də xaricdə və bəzi beynəlxalq təşkilatlarda şəbəkələşmiş anti-Azərbaycan dairələri Mehmanla bağlı Azərbaycan hökumətinə qarşı etiraz aksiyaları təşkil etməyə cəhd göstərirlər. Bununla bağlı ilk növbədə Penitensiar Xidmət rəsmi məlumatlar yaydı. Həmin məlumatlardan aydın oldu ki, M.Hüseynov həbsdə aclıq aksiyası elan edib və bir gün sonra aclığı dayandırıb. Bu rəsmi məlumatlar təcridxanada M.Hüseynovla görüşən Ombudsman, QHT nümayəndələrı və hüquq müdafiəçiləri tərəfindən də təsdiqləndi. Həmçinin, Avropa Birliyi ölkələrinin Azərbaycandakı diplomatik korpusunun nümayəndələrinin təcridxanada M.Hüseynovla görüşü zamanı da rəsmi açıqlamların gerçəkliyi əks etdirdiyi üzə çıxdı. Bir daha aydın oldu ki, istər daxildəki müxalifət, istərsə də xaricdəki mühacirlər və beynəlxalq təşkilatlardakı anti-Azərbaycan şəbəkəsi təhrif olunmuş məlumatlar üzərindən Azərbaycandakı bir məhbusu öz iradəsinə zidd olaraq siyasi məqsədlərlə istifadə edirlər. Həm də həmin məhbusun guya hər an ölə biləcəyi barədə dezinformasiya yaymaqla siyasi manipulyasiyalar aparırlar”.

Politoloqun sözlərinə görə, beynəlxalq təşkilatlarda uzun illərdir müxtəlif siyasi-iqtisadi lobbi qrupları təşəkkül tapıb və onlar hədəflərinə çatmaq üçün təhrif olunmuş informasiyalar əsasında qərəz və təzyiq kampaniyalarının aparılması təcrübəsini geniş tətbiq edirlər: “Həmişə qanunun aliliyi, məhkəmə-hüquq sisteminin müstəqilliyini özünə və tərəfdaşlarına prioritet mövzu elan edən Avropa Parlamenti və digər beynəlxalq dairələr nədənsə M.Hüseynovla bağlı baş verənlərin hüquqi proseslər olmasını və bu məsələlərin çağırış, etiraz və s. kimi siyasi bəyanatlarla həll olunmayacağını, ancaq hüquqi prosedurlarla nizamlanacağını görməzdən gəlirlər. Bu həm də müstəqil dövlətin hüquq-məhkəmə sisteminə təzyiq cəhdidir və biz bunu hüquqi proseslərə siyasi qərarlarla təsir etmək cəhdi kimi qəbul edə bilərik.

Məhz bu istiqamətdə son illər qlobal siyasi müstəvidə "demokratiya", "insan haqları" mövzusu geniş istifadə olunmaqdadır və zaman-zaman bu mövzular ətrafında yaradılmış süni ajiotajın dövlətlərə və hökumətlərə kənar təsir vasitəsi kimi geniş istifadəsi təcrübəsi mövcuddur. Xüsusilə enerji, iqtisadi və təhlükəsizlik sahələrində strateji coğrafi mövqelərə malik, separatizm və işğaldan əziyyət çəkən ölkələrə qarşı rəqib cəbhədən geniş istifadə olunmaqdadır.

Avropa İttifaqı özü bu mövzular ətrafında yaradılmış süni ajiotajın müxtəlif iqtisadi lobbi qruplarının müəyyən sazişlər öncəsi dividend qazanmaq istiqamətində, qurumun özünə qarşı istifadə olunduğunun fərqindədir. Bu mövzular ətrafında baş verənlərin uzunmüddətli hesabda Aİ maraqlarına hədə olaraq istifadə olunan manevrlərə əsas verməsi artıq bir neçə ildir Avropa qurumlarının strateji və təhlükəsizlik sahəsini araşdıran qurumlarının hesabatlarında öz əksini tapıb.

Bu mövzular ətrafında yaradılmış süni ajiotajın müxtəlif siyasi-iqtisadi lobbi qruplarının maraqlarına xidmət etməsi isə göz önündədir”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ