Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini tarixdə ən əlverişli geosiyasi vəziyyətə gətirdi…

Image


Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Parisdə keçirilən görüşü və bundan sonra verilən rəsmi açıqlamalar Dağlıq Qarabağ münaqişəsinin cari ildə dinc yolla tənzimlənə biləcəyinə ümidləri daha da artırır.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin görüşlə bağlı bəyanatlarından belə aydın olur ki, iştirakçılar nəticəyə hesablanmış intensiv danışıqları davam etdirəcək. O da qeyd olunur ki, görüşdə nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş məsələlər dairəsini müzakirə edib və əhalinin sülhə hazırlanması üzrə konkret addımların atılması zəruriliyi barədə razılığa gəliblər. Bildirilir ki, nazirlər və həmsədrlər danışıqlar prosesinə güclü müsbət dinamika vermək üçün Azərbaycan və Ermənistan liderləri arasında mümkün sammitin keçirilməsi istiqamətində növbəti addımların atılması məsələsini nəzərdən keçiriblər.

Verilən rəsmi açıqlamalardan həmçinin o da məlum olur ki, Bakı görüşün nəticələrindən məmnundur. Azərbaycan Xarici İşlər Nazirliyi Paris görüşü ilə bağlı yaydığı bəyanatda bununla ilgili qeyd edir: “Tərəflər arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla, faydalı və çox müsbət fikir mübadiləsi aparılıb”. Beləliklə, ilkin təəssüratlar bundan ibarətdir ki, Bakı Qarabağ münaqişəsinin dinc yolla həllinə ümid edir və elə bu səbəbdən Azərbaycan və Ermənistan liderləri arasında yeni görüş üçün də razılıq əldə olunub. Hesab edilir ki, məhz bu görüşdə artıq Ermənistanın zəbt olunmuş əraziləri azad etməsi üçün real addımlar atılacaq. Özü də bunu İrəvandan təkcə Bakı yox, dünya ictimaiyyəti, regionda marağı olan qüvvələr də açıq tələb edir. Məsələn, Rusiyanın xarici işlər naziri Sergei Lavrov yanvarın 16-da keçirdiyi illik mətbuat konfransında bu xüsusda çox maraqlı açıqlamalar verib: “İnanıram ki, Bakının münaqişənin həllinin tapılmasına hazır olması ilə bağlı bəyanatları bütün mümkün dəstəyə layiqdir. Ermənistanlı dostlarımızın eyni ruhda cavab verəcəyinə ümid edirik”. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun fikirləri də  bu mənada xüsusi diqqət cəlb edir: “2019-cu ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacağına ümid edirik”. Qeyd edək ki, daha əvvəl Prezident İlham Əliyev də cari il ərzində münaqişənin həllinə böyük ümidlər olduğunu bildirib. O, xalqa Yeni il təbrikindəki nitqində deyib: “Hesab edirəm ki, bu gün münaqişənin həlli üçün yeni vəziyyət yaranır. Ümid edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

Hesab edilir ki, əslində, hətərəfli təzyiq altında olan İrəvanın bu il Qarabağ münaqişəsinin dinc müstəvidə həlli istiqamətində addımlar atmaqdan başqa şansı olmayacaq. Çünki bunu, Azərbaycandan başqa, regionda böyük təsir qüvvəsinə malik ABŞ, Rusiya, Türkiyə, hətta artıq müəyyən mənada İran da İrəvandan tələb edir. Aydındır ki, bütün bunlar həm də Azərbaycan diplomatiyasının mühüm uğurudur. Məhz bu uğurun nəticəsidir ki, indiyə qədər Ermənistanın əsas mütəffiqi sayılan Rusiyanın da İrəvana Qarabağ təzyiqlərinin artması gözlənilir. Bunu  “Moskva-Bakı” portalına müsahibəsində Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin də təsdiq edir.

Duqin bildirir ki, Qarabağ münaqişəsinin həllində irəliləyişin olmasını istəyən Rusiya baş nazir Nikol Paşinyanın bu istiqamətdə hansısa maneələr yaratmasına dözmək niyyətində deyil: “Paşinyanın indiyə qədər olan davranışı qeyri-sabitliyi ilə seçilir. O, Qarabağ probleminin nizama salınması üzrə Ermənistanın keçmiş rəhbərliyinin işğal olunmuş beş rayonun Azərbaycana qaytarılması haqqında vasitəçilərlə, o cümlədən Rusiya ilə birlikdə əldə olunmuş çox ciddi razılaşmalardan imtina etdi. Onları sıfırlayan Paşinyan öz etibarsızlığını nümayiş etdirdi. Həm də Ermənistan baş nazirinin hakimiyyətdə olduğu dövrdə Rusiya ilə münasibətlərdə göstərdiyi bu cür etibarsızlıq halları çoxdur. Paşinyan Ermənistanın tərəfdaşları ilə müxtəlif qarşılıqlı fəaliyyət istiqamətləri üzrə qüvvədə olan razılaşmaların dəyişdirilməsini tələb edib. Ümumilikdə o hələ özünü düşmən kimi aparmasa da, artıq dost kimi də davranmır”. Bu durumda, ekspertin sözlərinə görə, Paşinyanın Rusiya ilə nəyin mümkün, nəyin qeyri-mümkün olacağı ilə bağlı anlaşılmazlığı son həddə çatıb: “Prezident Putin şantaja dözmür. Rusiya prezidenti tərəfdaşların öz öhdəliklərinə əməl etdiyi, onların sözü ilə əməlinin uyğun gəldiyi və etibarlı olduğu təqdirdə sakit davranır. Belə olan halda Putin əsl dost ola və böyük güzəştlərə gedə bilər. Lakin tərəfdaşın sözü ilə əməli düz gəlmirsə, yaxud ümumiyyətlə heç bir sözü yoxsa, Putin bir neçə dəfə xəbərdarlıq edə bilər, lakin sonradan sərt tədbirlər görür. Ermənistanın yeni rəhbərliyi özünün bu cür siyasətini davam etdirsə, bu, sadəcə fəlakətlə nəticələnəcək. Putinlə belə oyunlar keçməz. Hələlik isə, biz əsl həqiqətdə Ermənistanla münasibətlərin pisləşdiyini görürük. Bu, xüsusən Azərbaycanla münasibətlərin yaxşılaşması fonunda baş verir.

Azərbaycan hakimiyyəti indiki Ermənistan hökumətinin əksinə olaraq davamlılıq, öz siyasətində ardıcıllıq və sağlam təfəkkür nümunəsi göstərir. Bu gün Azərbaycanın Rusiyanın Cənubi Qafqazda əsas strateji tərəfdaşı və müttəfiqi kimi öz mövqeyini möhkəmlətməsi, həmçinin Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı üzrə bu cür müsbət proseslərin fonunda Paşinyanın Ermənistanın Qərbin himayəsinə keçəcəyi ilə bağlı Putini şantaj etməsi mümkün olan strategiyaların ən yanlışıdır. Paşinyan Rusiya ilə münasibətlərdə, Avrasiya geosiyasətində açıq-aşkar naşıdır. Ola bilər ki, öz mövqeyində düzəlişlər etsin. Mən buna çox ümid edirəm. Lakin hələ ki, bunu görmürəm”.

Duqin iqtisadi vasitələrlə yanaşı, Moskvanın başqa təsir alətlərinin də olduğunu vurğulayıb. Məsələn, Qarabağ münaqişəsinin nizama salınması: “Putin Ermənistana deyə bilər: “Baxın, biz həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik, Qarabağı hər zaman onun bir hissəsi hesab etmişik. Biz Qarabağ münaqişəsinin müharibə yolu ilə həllinin qəti əleyhinəyik, amma gəlin işğal olunmuş Dağlıq Qarabağın bütün ərazisində Azərbaycanın konstitusion qaydalarını bərpa edək. Rusiya üçün də özünün Cənubi Qafqazda sülhməramlı missiyasının səmərəliliyinin nümayiş etdirilməsi baxımından vacib olan Dağlıq Qarabağa bitişik olan 5 rayonun könüllü yolla qeyd-şərtsiz qaytarılması üzrə razılaşmaları reallaşdırmaq istəməsəniz, onda gəlin başqa istiqamətdə irəliləyək...” Rusiyanın bu tezisi səsləndirməsindən sonra şərait qorxulu istiqamətdə dəyişəcək. Və Rusiyadakı heç bir böyük erməni diasporu Paşinyanın köməyinə çata bilməz”. Rusiyalı ekspert diqqətə çatdırıb ki, bu gün Azərbaycan “Xalq cəbhəsinin” vaxtında olduğu kimi rusofob, Qərbin təsiri altında özünü itirmiş ölkə deyil. Azərbaycan indi Rusiya ilə yaxınlaşan möhkəmlənmiş, sülhpərvər və çox sürətlə inkişaf edən dövlətdir.

Duqin Rusiyanın Azərbaycanla daha çox yaxınlaşdığını, ölkələr arasında strateji tərəfdaşlığın gücləndiyini xüsusi vurğulayıb: “Vladimir Putin prezident İlham Əliyevlə şəxsi əlaqələrini daha da möhkəmləndirir. Biz İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanla münasibətlərdə ciddi yanaşma və məsuliyyət görürük. Putinlə dostluğun sirri təkcə simpatiyada deyil, həm də etibarlılıq və öz hərəkətlərindəki ardıcıllıqdadır. Rusiya İlham Əliyevin sözlərində və əməllərində dostluğun rəhnini görür. Paşinyanın söylədikləri əməllərinə uyğun olmadıqda isə bunun nəticələri avtomatik olaraq Rusiya - Ermənistan münasibətlərinin bütün strukturuna təsir edir. Yəni xalqlar arasında münasibətlərlə siyasəti qarışıq salmaq olmaz. Siyasət xalqlar arasında münasibətlərlə üst-üstə düşdükdə, bunun çox böyük səmərəsi olur. Hazırda biz bunu Azərbaycanla münasibətlərdə müşahidə edirik – xalqlarımız dostluq edir, prezidentlər dostdurlar və bütün bunlar Azərbaycanın Cənubi Qafqazda mövqeyinin güclənməsinə, həmçinin Rusiyanın mövqeyinin möhkəmlənməsinə şərait yaradır”. Duqinin fikrincə, bu gün Ermənistan xoş niyyət nümayiş etdirməli, Qarabağ probleminin həllinə səy göstərməli və Rusiya, Türkiyə, Azərbaycan və İranın, bəlkə tədricən Gürcüstanın da timsalında formalaşan Avrasiya balansına qoşulmalıdır: “Putinin təklifi məhz bundan ibarətdir və bu, prezidentlər Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın Qarabağ nizamlanması üzrə bundan əvvəlki mərhələdə əldə etdikləri razılaşmanın mahiyyətdir. Hesab edirəm ki, bu məsələdə başlıca məqam Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir. Moskva bu məsələdə təkidlidir və iki qədim gözəl xalqın münasibətlərinə dair tarixi məntiqdən çıxış edir. Bu mövqeyin kökündə duran bütün fəaliyyətləri dəstəkləmək lazımdır. Lakin təəssüf ki, indiyədək müəyyən dərəcədə qorunub saxlanan status-kvo nəticələrin heç də bəyanatlardan uzağa getmədiyini söyləməyə əsas verir. Jestlər, konkret addımlar lazımdır. Nizamlanma prosesi davam etməlidir və hamı onun nəticələrini görməlidir. Münaqişənin sülh yolu ilə nizamlanmasına başlamaq üçün Ermənistan 5 rayonu qaytarmalıdır. Sonra daha 2 rayon qaytarılır. Bunu Ermənistanın güzəşti adlandırmaq olmaz. Axı Ermənistan dünyaya açılacaq, beynəlxalq iqtisadi layihələrdə iştirak imkanı əldə edəcək, iqtisadiyyatını dirçəltməyə başlayacaq. Azərbaycan isə Rusiya, İran, Türkiyə və digər regional güclərin nəzarəti altında blokadanı götürür, azərbaycanlıların və ermənilərin qarşılıqlı fəaliyyəti, onların dinc yanaşı yaşaması istiqamətində proseslər başlayır. Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyə buna səy göstərməlidir. Əsas hədəf  sülhdür. 2019-cu ildə nizamlanma prosesində hərəkətlənmə olsa, bu böyük qələbə olacaq. Bunun üçün beynəlxalq şərait də mövcuddur. Rusiya və Azərbaycan buna hazırdır. İndi söz İrəındır. Lakin Paşinyan, gördüyümüz kimi, Rusiya ilə münasibətləri korlayır. Belə davam edərsə, nizamlanma üzrə sülh prosesi baş tutmayacaq”. Bu şəraitidə Qarabağ münaqişəsinin hərbi həlli isə, artıq dəfələrlə qeyd olunduğu kimi, Ermənistan üçün əsl fəlakət olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ