Bazar ertəsi günü, 09 noyabr 2026
     

Bakının İrəvanı qorxuya salan yeni böyük uğuru – düşmən ölkənin təklənməsi pik həddə çatdı

Image


Azərbaycanın böyük uğurlarla müşayiət olunan xarici siyasəti müxtəlif dövlətlərin ölkəmizə marağının əhəmiyyətli dərəcədə artması, qarşılıqlı münasibətlərin daha yüksək səviyyəyə qalxması ilə müşayiət edilir. Belə ölkələrdən biri qismində artıq dünya siyasətində yenidən əsas fiqurlardan birinə çevrilməyi bacaran Rusiya çıxış edir.

Şimal qonşumuzda rəsmi səviyyədə verilən açıqlamalardan aydın görünür ki, Moskva Azərbaycanı özünün əsas mütəffiqlərindən biri qismində qəbul edir. Xüsusən də Cənubi Qafqazda Rusiyanın indi əsas tərəfdaş qismində gördüyü ölkə məhz Azərbaycandır. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər də bunu təsdiq edir.

Lavrov vurğulayır ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər olduqca sabit və mütərəqqi formada inkişaf edir: "Azərbaycanla münasibətlər olduqca sabit və mütərəqqi formada inkişaf edir. Ötən il prezidentlər səviyyəsində növbəti səmərəli görüşlər baş tutdu, Moskvada və Bakıda mənimlə həmkarım arasında görüşlər keçirildi. Bizim iqtisadi qurumlarımız sıx şəkildə əməkdaşlıq edir. Prezidentlər Vladimir Putin və İlham Əliyevin patronajlığı ilə növbəti humanitar forum keçirildi. Formal olaraq rəsmi və qeyri rəsmi olduqca xeyli sayda tədbirlər bizi birləşdirir. Bura həm Rusiya, həm də Azərbaycanda populyar olan "Jara" mahnı bayramı da aiddir". Rusiyalı ekspert, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitiki Mixail Neyjmakov isə qeyd edir ki, Moskvanın Azərbaycana yüksək prizmadan yanaşması təsadüfi deyil: “Əvvəla, rəsmi Moskva və Bakı daha genişmiqyaslı qarşılıqlı əməkdaşlıqda maraqlıdırlar. Bu qarşılıqlı əməkdaşlığa postsovet məkanının digər oyunçuları da qoşulub. Burada “Şimal-Cənub” nəqliyyat dəhlizini qeyd etmək lazımdır. Bu mövzu həm Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə 2018-ci ilin sentyabrında Soçidəki danışıqları zamanı, həm də digər tədbirlərdə, o cümlədən Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının 17-ci iclasında müzakirə olunub”.

Analitik bildirib ki, Rusiyanın Xəzərə olan marağı birgə layihələrin həyata keçirilməsi və iki ölkənin mövqelərinin əlaqələndirilməsi üçün əlavə səbəbdir: “Burada həm iqtisadi, həm də təhlükəsizlik məsələləri ilə bağlı əhəmiyyətli komponent mövcuddur. Məsələn, Rusiya prezidentinin keçən ilin sentyabrında Azərbaycana səfərindən əvvəl iki ölkənin sahil mühafizəsinin Xəzərdə birgə təlimləri baş tutdu. Rusiya-Azərbaycan əlaqələri regionlar səviyyəsində də inkişaf edir. Təsadüfi deyil ki, prezident Vladimir Putinin 2018-ci ilin sentyabrında Bakıya səfəri onun Rusiya-Azərbaycan Regionlararası Forumunda iştiraki ilə bağlı idi. Bu tədbirə Rusiya Federasiyasının Şimali Qafqaz və ya cənub federal rayonlarına daxil olan subyektlərinin başçıları böyük maraq göstərib. Moskvanın Xəzər regionunun inkişafına olan marağı ildən-ilə artır. 2017-ci ilin noyabrında təsdiqlənmiş 2030-cu ilə qədər Xəzər hövzəsində limanların inkişaf strategiyasını yada salaq. Bu amilin önəmi Rusiya - Azərbaycan dialoqu üçün gələcəkdə arta bilər”.

Qarşılıqlı əməkdaşlığın güclənməsi fonunda diqqət çəkən daha bir önəmli məqam regionda Rusiya-İran-Azərbaycan formatının da güclənməsidir. Ekspertlər bunu Azərbaycanın regionda mövqelərinin güclənməsi baxımından kifayət qədər mühüm hal hesab edir. Çünki Rusiya və İran regiona böyük təsir imkanlarına malikdir. Eyni zamanda, Azərbaycan üçün maraqlı məqamlardan biri bu ölkələrin işğalçı Ermənistana dəstəyinin azalmasıdır. Real vəziyyət proseslərin elə Azərbaycanın istəyinə uyğun şəkildə cərəyan etdiyini göstərir. Elə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da qeyd olunan xüsusda maraqlı açıqlama verib:
“Rusiya növbəti Rusiya-İran-Azərbaycan üçtərəfli sammitinə ev sahibliyi etməyə hazırlaşır. Rusiya-İran-Azərbaycan samitini keçirmək növbəsi bizdədir. Biz belə bir sammit hazırlayırıq və sizi əmin edirəm ki, o baş tutacaq" . Xatırladaq ki, ilk belə sammit üç il öncə Bakıda baş tutub. Həmin vaxt regionun üç nüfuzlu ölkəsi müxtəlif sahələri əhatə edən və qarşılıqlı əlaqələrin inkişafına xidmət göstərən məsələləri müzakirə edib. Bununla yanaşı, məhz həmin dövrdə tərəflər iqtisadi, mədəni, enerji, nəqliyyat, turizm, təhsil kimi vacib sferalarda əməkdaşlığı yeni səviyyəyə qaldırmaq haqqında ümumi razılığa nail olublar. Terrorçuluğa qarşı mübarizə, ekstremizmin qarşısının alınması, ayrı-ayrı sahələr üzrə əməkdaşlıq, yeni enerji layihələrinin həyata keçirilməsi, "Şimal-Cənub" nəqliyyat dəhlizinin reallaşdırılması və başqa sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi qərara alınıb. Bu kimi məqamlar üç ölkə rəhbərlərinin görüşünün regional miqyası aşmasını aydın göstərirdi. Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı sonrakı dövrdə hər üç ölkənin mövqelərinin daha güclü hala gəlməsi və ziddiyyət doğuran məsələlərin həllinə də böyük təkan verdi. Məsələn, Xəzər dənizinin statusu probleminin çözümündə bu format mühüm rol oynadı. Tərəflərin istər Bakı, istərsə də ondan sonra baş tutan Tehran görüşündə Azərbaycanın istəyi ilə diqqət mərkəzində yer alan başlıca məsələlərdən biri də regiondakı münaqişələrin həlli ilə bağlıdır. Hələ Bakı görüşündən etibarən tərəflər açıq bəyan edirlər ki, regiondakı həll olunmamış münaqişələr regional əməkdaşlığa əsas maneədir. məhz bu səbəbdən tərəflər belə konfliktlərin  beynəlxalq hüququn prinsip və normaları, bu çərçivələrdə qəbul edilmiş qərar və sənədlər əsasında həll olunmasını vacib sayırlar. Bununla Azərbaycanın daim vurğuladığı iki faktor Rusiya və İran tərəfindən də təsdiqlənir. Birincisi, həll olunmamış münaqişələr regional əməkdaşlığa ciddi maneədir, ikincisi, bu münaqişələr yalnız beynəlxalq hüququn normaları çərçivəsində həll olunmalıdır. Hər iki məqam Dağlıq Qarabağ münaqişəsinin həllinə də şamil olunur və Bakının diplomatik qələbəsi sayılır. Məhz bundan irəli gəlir ki, Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı daim Ermənistanda böyük narahatlıqla qarşılanıb. Amma İrəvanın bu narahatlığına baxmayaraq, Azərbaycan-Rusiya-İran üçtərəfli formatında əməkdaşlığın daha da dərinləşməsi gözlənilir. Bu da Azərbaycanın növbəti uğuru sayılır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ