Ən ağlasığmaz şayiələrin məsuliyyətsizcəsinə və bir çox hallarda məqsədli şəkildə yayıldığı son iki-üç gündə ehtimal olunan təbii fəlakət xəbərdarlığını belə siyasiləşdirmək və bundan əhalini çaşdırmaq fürsəti kimi istifadə etmək istəyən insanların olması təəssüfləndiricidir, bu, dövlətə, xalqa qisasçılq və düşmənçilikdir. Belə vətəndaşların mövqeyinə heç cür haqq qazandırmaq və doğru saymaq olmaz . Haqqında öncədən müvafiq dövlət orqanlarının təfsilatlı xəbər yaydığı sərt təbii hadisələrin tam şəkildə hansı miqyasda özünü göstərəcəyini dəqiq kimsə deyə bilməz. Gözlənildiyindən daha güclü və ya daha zəif ola bilər. Necə deyərlər, heç də hər şeyin dövlətdən, məmurlardan, cəmiyyətdən və şəxsən Prezidentdən asılı olmadığı, təbiətin böyük sirlərə malik olduğu ilahi həqiqət də var. Ancaq görünür ki, özünün şəxsi mülahizələrini və mənafelərini hətta bu ilahi həqiqətdən də üstün tutanlar var imiş. Son günlərdə güclü külək və çovğunun ola biləcəyi barədə rəsmi xəbərlərə cəmiyyətimizin sosial şəbəkələrdə göstərdiyi reaksiyaları nəzərdən keçirmək bu deyilənlərin həqiqət olduğunu ortaya qoyur.
Baxmayaraq ki, dövlət orqanları ilk anlardan cəmiyyətdən heç nəyi gizlətmədi, hər bir nazirlik özündən asılı olan hazırlıq işlərini gördü, əhaliyə qoruyucu xəbərdarlıqlar edildi, bir sözlə, yarana biləcək hər növ fövqəladə vəziyyətin qarşılanması üçün bütün variantlar hazır vəziyyətə gətirildi. Bəs cəmiyyətimizdən, tək-tək insanlardan buna hansı reaksiyaları gördük? Təbii ki, dövlət orqanlarının gördüyü tədbirlərə təəssübkeş vətəndaşlıq mövqeyindən yanaşaraq əhalini panikalara uymamağa, bütün hallarda öz dövlətimizə güvənməyə çağırışlar edən milyonlarla sosial şəbəkə istifadəçisi fəallıq göstərdi. Bu insanlar Azərbaycan dövlətinin güc mənbəyi olduqlarını bir daha nümayiş etdirdilər və bunun əhəmiyyəti olduqca böyükdür. Ancaq təəssüf ki, heç də bütün vətəndaşlarımızın davranış və reaksiyaları buna uyğun deyil. Bəziləri ağlasığmaz şayiələr yaydilar, provokasion çağlrışlar etdilər, etməkdə davam edirlər, əhalini quş, donuz və sair kimi heyvan mənşəli epidemiyaların yayılacağl ilə qorxutmağa çalışırlar, çörək qıtlığı barədə şayiələr yayırlar, xüsusilə uşaqlar üçün hansisa mifik təhlükənin guya Bakı küçələrində dolaşdığına camaatı inandlrmaq istəyirlər, abır-həyasını istənilən an kənara qoymağa hazır olduğu aşkar görünən bəzi qadınları da bu “işə” cəlb edərək, onların dilindən qorxunc audio yazılar yayırlar və sair. İnsanın hansı məqsəd naminə öz dövlətinin və xalqının qəsdinə bu cür amansız şəkildə dura biləcəyini düşünmək belə dəhşətdir. Heç bir şübhə yoxdur ki, sosial şəbəkələrdə düşməncəsinə çağlrışlar edənlərin niyyəti xoş deyil, aranı qarışdırmaq, insanları üzücü panıkalar içində buraxmaq, indiki qiymətli sabitliyin pozulmasına əsas ola bilən hər cür pis hadisənin baş verməsinə nail olmaq ustəyirlər. Xaos və qan görmək istəyirlər. Etdikləri çağırış və yaydıqları sayiələr bu insanların hansı dairələrlə işbirliyi içində olduğunu tam aydın göstərir. Yaydıqları ağ yalanlar isə, guya cəmiyyətimizi sevdikləri üçün yox, məhz sevmədikləri üçündür. Kökü yerdən də, göydən də üzülmüş yalanları yaymaq üçün ya manyakal xəstə, ya da sözün həqiqi mənasında indiki əminamanlığın düşməni olmaq lazımdır. Manyakal xəstə olsaydılar, deyilən tip şayiələri bir həftə, ya bir ay əvvəl də yayardılar. Demək, ortada xəstəlik yox, düşmənçilik sindromu var. Gözlənilən və müəyyən qədər normal təzahür olan təbiət hadisəsini cəmiyyət arasında fəlakətə çevirmək istəyənlərin motivinin bir adı var - millətə, dövlətə, əminamanlığa düşmənçilik...
Aydın QULİYEV