Bazar ertəsi günü, 09 noyabr 2026
     

Paşinyanın seçkidən əvvəl və sonrakı Qarabağ yanaşmaları arasında fərqlər görünməyə başlayıb – düşmən geri çəkilir…

Image


Azərbaycanın apardığı məqsədyönlü siyasət nəticəsində bu gün bütün dünya Ermənistanı işğalçı dövlət olaraq tanıyır və İrəvanın təcavüz siyasətinə son qoyulması üçün düşmən ölkəyə edilən xəbərdarlıqlar da artır. Beynəlxalq təşkilatlar və ayrı–ayrı dövlətlər tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi Bakının obyektiv mövqeyinə dəstək verilməsi ölkəmizin mövqelərini artıq kifayət qədər güclü hala gətirib. 

Belə ki, Azərbaycan Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesi ilə yanaşı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı başda olmaqla, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair sənədlərin qəbul edilməsinə nail olub. Burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı xüsusi vurğulanıb. Elə münaqişənin məhz bu əsasda həllinin vacibliyi vurğulanıb. Digər tərəfdən, artıq müxtəlif beynəlxalq güc mərkəzləri Bakının apardığı ifşa siyasəti nəticəsində erməni tərəfinə qarşı daha sərt mövqe tutmaqdadır və bu da Azərbaycan diplomatiyasının böyük uğuru sayılır.

Digər tərəfdən, Azərbaycanın uğurlu təcrid siyasəti də Ermənistan üçün artıq  ciddi problemdir. Bakı açıq bəyan edir ki, işğal davam etdikcə Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edəcək. Əslində, bu siyasət öz nəticəsini bir dəfə verdi, belə ki, düşmən ölkədə kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı. Belə vəziyyət eyni zamanda Ermənistanın yeni rəhbərliyinə bir siqnaldır. Bu ölkəyə başçılıq edən istənilən şəxs bilməlidir ki, Ermənistanda inkişaf, sabitlik Dağlıq Qarabağ münaqişəsi həll edilmədən bərqərar olmayacaq. Məhz bu durumda hakimiyyətini istədiyi şəkildə möhkəmləndirə bilmiş Nikol Paşinyanın müvafiq addımlar ataraq Qarabağ məsələsində ölkəsinin obyektiv mövqedən çıxış etməsinə rəvac verəcəyi də əsas gözləntilər sırasındadır. Erməni tərəfində də belə fikirlər səslənir ki, əslində, Paşinyan buna məhkumdur. Məsələn, erməni siyasi şərhçi Stepan Danielyan bildirir ki, Paşinyan indi seçkidən əvvəlki Qarabağ mövqeyindən tamam fərqli mövqe nümayiş etdirir: “Nikol Paşinyanın seçki kampaniyası zamanı tezisi Ermənistanın danışıqlarda Qarabağın adından çıxış etməyəcəyi idi. Amma artıq Ermənistan və Azərbaycan XİN rəhbərləri danışıqları davam etdirir, Qarabağ məsələsini müzakirə edirlər. Hazırkı mərhələdə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır, Paşinyanın bu formatı dəyişməyə cəhd edəcəyi inandırıcı görünmür. Danışıqlar davam edir, lakin bu proses konkret məsələlər üzərində getmir. Söhbət Qarabağın statusundan gedirsə, demək, hazırkı Ermənistan hakimiyyəti seçiciləri aldadıb. Qarabağ məsələsi digər yerinə yetirilməyən vədlərdən çox fərqlidir. Məsələn, Şarl de Qoll seçkilərdən əvvəl fransız hərbi qüvvələrinin Əlcəzairdən heç vaxt çıxarılmayacağı vədini verdi. Amma seçildikdən sonra tamamilə əks addım atdı. Yəni Nikol de Qoll, Qarabağ isə Əlcəzair deyil. Qarabağ məsələsində proseslər Azərbaycanın istədiyi kimi cərəyan edir”.

Qeyd edək ki, Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və onun erməni həmkarı Zöhrab Mnatsakanyan arasında görüş baş tutub. Nazirlər Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Qarabağ danışıqlarının detallarını müzakirə edib. Bu görüş real dəyişikliklərə imza atacaq proses olmasa da, danışıqların məhz Azərbaycan və Ermənistan arasında davam edəcəyini aydın göstərir. Bu mənada Paris danışıqları rəsmi İrəvanın mövqeyinin aydın olması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Artıq gözlənir ki, mərhələli həll planının işə salınması ilə Qarabağ münaqişəsinin çözümü istiqamətində müvafiq prosedurlar başlanacaq. Düzdür, bunun üçün müfaviq razılaşma Ermənistan tərəfinin konstruktiv mövqeyindən asılı olacaq. Hesab edilir ki, Ermənistanın konkret mövqeyi aydın olmasa, Azərbaycanın düşmənə qarşı iqtisadi, hərbi təzyiqləri artacaq. Ermənistan tərəfi  üçün isə bu çox ciddi yeni problemlərin başlanması deməkdir. Lakin belə vəziyyət hakimiyyətə yeni gələn Paşinyan üçün qətiyyən sərfəli sayılmır. Bunu rus ekspert Vitali Arkov da xüsusi olaraq vurğulayır. Onun sözlərinə görə, məsələnin hərbi həllindənsə, sülh yolu ilə çözümü Ermənistan üçün xilas yolu ola bilər. Arkov əmindir ki, işğal edilmiş rayonların mərhələli şəkildə Bakının nəzarətinə verilməsini nəzərdə tutan sülh planının praktiki olaraq həyata keçirilməsinin başlanması üçün bütün şərtlər var: “Ermənistan bundan imtina etməməlidir. Çünki bu  hal, öz növbəsində, dondurulmuş bir çox dövlətlərarası proqramın başlanmasına yol açacaq, Ermənistanın tənəzzüldən xilasına gətirib çıxaracaq”. Onun sözlərinə görə, 2016-cı il aprel döyüşlərində Azərbaycan tərəfi torpaqlarını döyüşərək azad etməyə qadir olduğunu həm beynəlxalq vasitəçilərə, həm də Ermənistana sübut edib. Ona görə də ehtimal etmək olar ki, Ermənistanda hakimiyyətə gələn yeni siyasi qüvvələr erməni hərbçisinin başqa bir dövlətin torpaqlarında işğalçı olaraq ölməsini istəməz. Bu zaman onlar üçün yeganə çıxış yolu işğal etdikləri torpaqlardan çıxmaqdır.

Ümumiyyətlə, real vəziyyəti təhlil edən ekspertlərin, demək olar, hamısının mövqeyi bundan ibarətdir ki, Ermənistanın bir dövlət olaraq mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Azərbaycan torpaqlarını işğal altında saxlayıb, qonşu dövlətlərə ərazi iddiası irəli sürmək isə erməni dövlətinin gələcəyini təhlükəyə salır. Bu baxımdan, Ermənistanda vəziyyətin düzəlməsinin əsas şərtlərindən biri və ən başlıcası İrəvanın öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmasıdır. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir. İndilikdə isə məhz münaqişə səbəbindən Ermənistanın tənəzzülü davam edir, bu ölkəyə  sərmayə qoyuluşu sıfır səviyyəsindədir. Parlament seçkilərindən sonra qurulan yeni hökumətin bu acınacaqlı vəziyyəti aradan qaldırması da nəticə vermir. Hətta iş o yerə çatıb ki, xaricdə yaşayan erməni əsilli iş adamları belə Ermənistana sərmayə qoymur. Bu azmış kimi, azsaylı xarici şirkətlər də ölkəni tərk edir. Qarabağ münaqişəsi fonunda ölkənin üzləşdiyi ən ciddi problemlərdən biri də demoqrafiya məsələsidir. Mühacirətin qarşısının alınması isə məhz Qarabağ münaqişəsinin çözümündən, ölkədə siyas-iqtisadi və sosial vəziyyətdən asılıdır. Belə vəziyyət yalnız Qarabağ konfliktinin həlli fonunda yaxşılaşa bilər. Başqa sözlə, Ermənistanın xilası Azərbaycanla əməkdaşlıqdan keçir. Ekspertlər hesab edir ki, bunun üçün mütləq işğal olunan Dağlıq Qarabağ regionu və ətraf rayonlar qeyd-şərtsiz azad edilməlidir.

Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, indi dünya birliyində də yekdil bir fikir formalaşıb ki, münaqişənin həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması, azərbaycanlı məcburi köçkünlərin və qaçqınların öz doğma yurd-yuvalarına qayıtması ilə başlanmalıdır. Məhz bundan sonra münaqişə tərəfləri arasında əməkdaşlıq, etimad mühitinin formalaşmasına xidmət edən qarşılıqlı addımlar atıla bilər. Bunun əksi isə Ermənistanı çökdürəcək dəhşətli savaşın başlanması deməkdir. Erməni siyasətçi Zarui Postancyan da belə savaşın fəlakətli nəticələrə gətirib çıxara biləcəyini vurğulayır. O hesab edir ki, münaqişənin dinc həlli üçün zəruri addımlar atılmasa, artıq bu ilin yazında Qarabağda müharibə başlaya bilər: “Belə müharibədə bizim qələbə şansımız yoxdur. Buna səbəb Serj Sarkisyanın rəhbərlik etdiyi ordudadakı misli görünməmiş korrupsiya, həmçinin Nikol Paşinyanın qabiliyyətsiz xarici siyasətidir. Bugünkü hakimiyyət Qərblə danışıqlar aparmır, KTMT-dəki əsas müttəfiqlərlə fikir ayrılığına sahibdir, Rusiya ilə münasibətləri pozur”. Postancyan əlavə edib ki, Ermənistana gələn və ya hakimiyyətin nümayəndələrinin Ermənistanın xaricində görüşdüyü Qərb siyasətçilərinin münasibətləri ölkənin öz problemləri ilə tək qaldığını deməyə əsas verir: “Qəribədir ki, bizim milli siyasət konsepsiyamız yoxdur. Ən qəribəsi də odur ki, heç bir siyasi qüvvə seçkiqabağı kampaniya zamanı bu məsələyə toxunmadı. Sonuncu dəfə bunun barəsində 2007-ci ildə bəhs edilib, amma o zamandan bu yana çox şey dəyişib. Azərbaycanın nə qədər gücləndyini görürük. Bizim orduda hətta genişmiqyaslı döyüşlər olmadan da itkilərimiz kifayət qədərdir”.

Yeri gəlmişkən qeyd edək ki, rəsmi məlumatlara əsasən, təkcə 2018-ci ildə Azərbaycanın işğal altında olan Qarabağ ərazisində 63 erməni əsgər ölüb. Ermənistan Baş Prokurorluğu bildirir ki, ölənlərdən 27-si həqiqi hərbi xidmət keçənlər, 23-ü muzdlu, 2-si gizir, 11-i isə zabitdir. Prokurorluq bəyan edib ki, 38 ölüm hərbi xidmətlə bağlı olub, xidmətə aid olmayan hadisə nəticəsində ölüm halı isə 25 faktdır. 38 hərbi xidmətlə bağlı olan faktlar bunlardır: 7 əsgər Azərbaycan ordusunun atəşi ilə məhv edilib, 11 nəfər intihar edib, 2 nəfər silahla düzgün rəftar edə bilmədiyi üçün aldığı güllə yarasından, 3-ü xəstəlikdən, 1-i minadan, 4-ü bədbəxt hadisədən, 6-sı yol qəzasında, 2-si atəşkəsin pozulması zamanı, 2-si təyyarə qəzasında ölüb. Hərbi xidmətdən kənarda ölüm faktları isə belədir: 11 əsgər yol qəzasında, 10-u xəstəlikdən, 4-ü bədbəxt hadisə nəticəsində ölüb. Qeyd edək ki, media və sosial şəbəkələrdə ölü sayının daha çox olduğu bildirilib. Məhz bu vəziyyətdə Azərbaycanla yeni savaş erməni tərəfi üçün yaxşı heç nə vəd etmir. Halbuki, məsələnin sülh yolu ilə həlli Ermənistan üçün böyük perspektivlər vəd edir. Azərbaycan da bəyan edir ki, öz yüksək iqtisadi potensialını bütün regionun inkişafına yönəltməyə hazırdır. Təcavüzkar dövlətin öz silahlı qüvvələrini işğal olunmuş ərazilərdən çıxarması Ermənistanın özünün Azərbaycanın geniş iqtisadi potensialından yararlanmasına lazımi şərait yarada bilər. Lakin Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qalması bunun üçün başlıca maneədir. Ermənistan buna son qoymasa, hərbi sahədə kifayət qədər sərt zərbələr almalı olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ