Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycan-İsrail əməkdaşlığı Ermənistanın İsrail planlarını da fiaskoya uğradıb...

Image


Azərbaycanın hərb potensialının güclənməsində, ordumuzun müasir texnika ilə təminatında İsraildən alınan silahların xüsusi çəkiyə malik olması heç kimə sirr deyil. Bununla yanaşı,  Bakı və Təl-Əviv arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə də genişmiqyaslı əməkdaşlıq mövcuddur. Qeyd edilənlərin nəticəsidir ki, bu gün İsrailin qondarma “erməni soyqırımı”nı tanımamasında da Azərbaycanla münasibətlər çox önəmli rol oynayır.

Xatırladaq ki, İsraillə Türkiyə arasında münasibətlərin soyuq olduğunu nəzərə alan erməni lobbisi müəyyən vaxtlarda bu olmayan  “erməni soyqırımı”nı tanıtmaq üçün Təl-Əvivdə dəfələrlə cəhdlər göstəriblər. Amma İsrail hökuməti soyuq məntiqdən, xüsusən də Azərbaycanla münasibətlərdən çıxış edərək hər dəfə bu xüsusda layihəni rədd edib. İsrail rəsmiləri özləri də dəfələrlə etiraf edib ki, onların bu yanaşmasında Azərbaycanla əlaqələr mühüm rol oynayıb. Erməni tərəfi həm İsrailin, həm də Azərbaycanın mövqelərini gücləndirən Bakı-Təl-Əviv münasibətlərinə dəfələrlə xələl gətirməyə çalışsa da buna nail ola bilməyib. Bununla yanaşı, erməni tərəfi İsrailin Azərbaycana müasir silahlar satmasından daimi narahat olduğunu bəyan edir. Amma bu xüsusda rəsmi İrəvanın, erməni lobbisinin etirazları heç bir nəticə verməyib. Əksinə, İsrail Azərbaycanla əməkdaşlığını daha da genişləndirir, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı olaraq ölkəmizə dəstək verir, onun mövqeyini dəstəkləyir. Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bütün bunları təbii hal sayır. O vurğulayır ki, bu gün Azərbaycan-İsrail münasibətləri pozitiv xarakter daşıyır və əsl strateji tərəfdaşlıqdır: “Azərbaycan-İsrail ticari əməkdaşlığı inkişaf edir və qarşılıqlı dövriyyənin həcmi 5 milyard dollara yaxındır. Əvvəllər əsas diqqət neft-qaz sahəsinə yönəldilirdisə, hazırda bu əlaqələr iqtisadiyyatın digər sahələrini, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə və hərbi-texniki sahədə əməkdaşlığı da əhatə edir. İsrail Azərbaycan neftinin əsas alıcılarından biridir. Bəzi ölkələr İsrail-Azərbaycan strateji tərəfdaşlığının inkişafını və möhkəmlənməsini böyük həsəd hissi ilə müşahidə edir, bu tərəfdaşlıq onları qıcıqlandırır. Belə ölkələrdən biri Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistandır. Məhz Ermənistanın təcavüzü nəticəsində bu gün Azərbaycanda bir milyon insan qaçqın və məcburi köçkün vəziyyətindədir. İsrail bütün bunları aydın görür. Ermənistanın bu xüsusda İsrailə yönəlik tənqidi çıxışlarına gəldikdə mən deyərdim ki, Azərbaycan və İsrail öz dostlarını və tərəfdaşlarını özləri seçir, hərbi-texniki sahədə strateji əməkdaşlığın səviyyəsini özləri müəyyən edir. Heç kəsin bu möhkəm strateji tərəfdaşlığa müdaxilə etməyə haqqı yoxdur”. Ekspert xatırladır ki, İsrail də daxil olmaqla, dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini, onun sərhədlərinin toxunulmazlığını dəstəkləyir və hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında nizamlanmalıdır. Bütün bunlara qarşı İrəvanın atdığı addımlar faktiki olaraq hansısa effekt verməyib. Əksinə, zaman göstərir ki, Azərbaycan və İsrail etibarlı tərəfdaşlıq münasibətlərinə malikdir. Elə indinin özündə də ölkəmizdə silah sənayesinin formalaşmasında və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır. Buna qarşı İrəvanın atıdığı addımlar isə birmənalı şəkildə fiaskoya uğrayır. Bunu erməni mediası da xüsusi olaraq vurğulayır.

Ermənistan xarici işlər naziri Zohrab Mnatasakanyanın İsraildə nəşr olunan “Yerusəlim Post” qəzetinə müsahibəsində səsləndirdiyi fikirlər fonunda erməni mediası İrəvanın İsrail siyasətinin fiaskoya uğradığını yazaraq, təşəbbüsün Bakının əlində olduğunu da etiraf edir. Qeyd edək ki, müsahibəsində  Mnatasakanyan İrəvanda İsrailin diplomatik nümayəndəliyinin açılacağına ümid etdiyini bildirib. Mnatasakanyanın yəhudi nəşrinə müsahibəsindən sonra İsrail-Azərbaycan münasibətləri fonunda Təl-Əviv və İrəvan arasındakı soyuq münasibətlər yenidən erməni mediasında müzakirəyə çıxarılıb. “Asparez” qəzeti Ermənistanın yeni hakimiyyətinin İsraillə münasibətləri qaydasına salmağa çalışdığını qeyd edir. Lakin erməni nəşri İsrail və Ermənistan arasındakı münasibətlərin heç vaxt İsrail-Azərbaycan münasibətləri səviyyəsinə qalxa bilməyəcəyini də vurğulayır. “Asparez” İsraili Ermənistan üçün itirilmiş “böyük bir siyasi meydan” adlandırır və bu meydanda onun Azərbaycana birdəfəlik uduzduğunu yazır: “İrəvanın İsraillə münasibətləri qaydasına salmaq axtarışlarını Bakı və Təl-Əviv arasındakı yaxınlaşma baxımından qiymətləndirmək lazımdır. İsrail Azərbaycanı Ermənistanla müharibədə dəstəkləyən və silahlandıran ölkədir. İsrailli mütəxəssislər Azərbaycan hərbçilərinə təlim keçir. Habelə, ölkələr arasında milyardlarla dollar dəyərində hərbi müqavilələr imzalanıb. Siyasi baxımdan da İsrail təktərəfli formada Azərbaycanın maraqlarını ifadə edən siyasət yürüdür. Qarabağ münaqişəsində də vəziyyət eynidir. İsrail bu məsələdə Türkiyə ilə birlikdə Azərbaycanla hərəkət edir. İki ölkənin cəmiyyətləri də münasibətlərin dərinləşməsinə dəstək verir. Beləliklə, Azərbaycanda çoxlu sayda İsrail təşkilatları, məktəbləri, sinaqoqları və qəzetləri fəaliyyət göstərir”.

“Asparez” İsrail-Ermənistan münasibətlərinin normallaşacağına dair rəsmi İrəvanın ümidsiz olduğunu da qeyd edir: “Baş verənlər fonunda Ermənistan-İsrail münasibətlərində irəliləyişin olacağı inandırıcı görünmür. İqtisadi və digər sahələrdə müəyyən dəyişiklik ola bilər, amma bu münasibətlər heç vaxt İsrail-Azərbaycan münasibətləri səviyyəsinə çatmayacaq”.

Bu fiikrlərdən də göründüyü kimi, Ermənistanı qorxudan başlıca məqamlardan biri İsrailin Qarabağ məsələsində ölkəmizi dəstəkləməsi, həmçinin Azərbaycana satdığı silahlardır. Hazırda ordumuzda İsrail istehsalı olan müxtəlif adda hərbi texnikalardan istifadə olunur. Qeyd edək ki, Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlıq, silah və hərbi texnikanın alınması 2005-ci ildən başlayır. Azərbaycan ordusu arsenalındakı İsrail istehsalı olan silah və hərbi texnikaları ilk dəfə ictimaiyyətə 2008-ci ildə Bakıda keçirilən paradda təqdim edib. İndilikdə isə ordumuzda Quru Qoşunlarının texnika parkına İsrail istehsalı olan “AIL Storm” nəqliyyat vasitəsi, 160 millimetrlik “Lynx LAR” və “Lynx Extra” raket sistemləri, 155 millimetrlik  “Atmos-2000”, “Semser” haubitsası, 120 millimetrlik “Cardom” minaatanı, İMİ Shipon və “Spayk” tank əleyhinə raketlər daxildir.Quru Qoşunların və silahlı qüvvələrin xüsusi təyinatlı qüvvələrinin silahlanmasında da İsrail istehsalı olan bəzi atıcı silahlar yer alır. Belə ki, UZİ markalı tapança-pulemyot, Tavor TAR-21 və Tavor MTAR-21 kimi avtomat tüfənglər xüsusi diqqət çəkir. 

Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarında İsrail istehsalı olan “Orbiter-2M” və “Aerostar” tipli pilotsuz uçuş aparatlarına rast gəlmək olar. 2011-ci ildə  ölkəmiz  ilə İsrail şirkətinin birgə qurduğu “AZAD sistemlər” müəssisəsi fəaliyyətə başlayıb. Bu müəssisədə “Orbiter-2” pilotsuz uçuş aparatlarının istehsalı həyata keçirilir. “Orbiter-2” aparatları həm ordumuzun istifadəsinə verilib, həm də bir sıra ölkələrə ixrac edilib. 2016-cı ilin sentyabr ayından isə müəssisə “Zərbə” adlı kamikadze uçuş aparatının istehsalına başlayıb. “Zərbə” kamikadze PUA gündüz və gecə optik sensorları ilə yanaşı gövdə daxilində 2 kiloqramadək partlayıcı maddə daşıyır.
Azərbaycan İsraildən 2016-cı ilin aprel döyüşlərində istifadə etdiyimiz “Harop” silahlarını da alıb. Xatırladaq ki, məhz həmin döyüşlərdən sonra İrəvan Təl-Əvivə etiraz notası göndərib, Azərbaycana silah satışının dayandırılmasını istəyib. Amma İsraildən rədd cavabı alıb. Əksinə, İsrailin Azərbaycana silah satışı artıb. İndinin özündə ordumuzda istifadə edilən “Heron” və “Hermes” tipli pilotsuz uçuş aparatları da İsrail istehsalıdır. “Herop” gəzən sursatları uzaq mənzildə rəqibin hava hücumundan müdafiə vasitələri, hərəkətli və stasionar hədəfləri ilə mübarizə üçün nəzərdə tutulur.  Azərbaycan məhz aprel döyüşlərində “Herop”la uğurlu atışlar gerçəkləşdirib.  İsraildən aldığımız “Barak-8” raketinin atış mənzili 90 kilometr, hədəfi məhv etmə yüksəkliyi isə 16000 metrə yaxındır.
İsrailin “Rafael” şirkətindən alınmış “Samson MLS” döyüş modulu da erməniləri qorxuya salan hərbi texnikalardan sayılır.  “Samson MLS” distans döyüş moduluna iki pulemyot, iki ədəd “Spayk” tipli tank əleyhinə idarə olunan raket buraxıcı qurğusu yerləşdirmək mümkündür. Ordumuz İsrailin “Elbit Systems” şirkəti ilə birgə modernizə edilmiş və aktiv müdafiə sistemi ilə təchiz edilmiş T-72SİM1 tankına sahibdir. Bundan əlavə, İsraildən “Sand Cat” maşınları alınıb. Azərbaycanın aldığı “Sand Cat”lar standart maşınlardan mina partlayışlarına qarşı qoruması ilə seçilir. Azərbaycan Silahlı Qüvvələri bu maşının ən azı 4 fərqli konfiqurasiyasını alıb. “Samson MLS” modulunun üzərində hədəfi hər cür hava şəraitində izləməyə imkan verən optik sistemlər və lazer məsafəölçən yer alır. Azərbaycan İsraildən “Dəmir gümbəz” komplekslərinin alınmasına dair də məlumatlar mövcuddur. Bu komplekslər Azərbaycanın hava hücumundan müdafiəsini və raket hücumlarına qarşı müdafiəsini daha da gücləndirir. Tərəflər qarşıdakı dövr ərzində də hərbi müstəvidə əməkdaşlığı genişləndirməyi nəzərdə tutur. Aydındır ki, buna qarşı Ermənistanın istənilən etirazı da hansısa nəticə verməyəcək. Əksinə, İrəvanın etirazları İsraili Ermənistandan daha da uzaqlaşdırır. Belə vəziyyətdə Azərbaycan-İsrail münasibətlərinin hərətərəfli inkişafı Ermənistan üçün daha sərt zərbəyə çevrilir, eyni zamanda Qarabağ məsələsində ölkəmizin mövqelərini daha güclü hala gətirir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ