Bazar ertəsi günü, 09 noyabr 2026
     

Hökumət müşavirəsi Ermənistanın Qarabağ manevrlərinin tükəndiyini açıq ortaya qoydu

Image


Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın genişmiqyaslı fəaliyyəti işğalçı Ermənistanın bu məsələdə manevr imkanlarının əhəmiyyətli dərəcədə daralması ilə müşayiət olunmaqdadır. İstər hərbi, istər diplomatik, istər iqtisadi, istərsə də digər mühüm müstəvilərdə Azərbaycanın Ermənistana təzyiqlərinin artan xətt üzrə inkişaf etməsi düşmən ölkədə tənəzzülün daha dinakmik xarakter almasına gətirib çıxarmaqdadır.

Aydındır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində İrəvan yaxın tezlikdə müvafiq addımlar atmasa, Azərbaycanın təzyiqləri daha şiddətli xarakter daşıyacaq. Bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyev də xüsusi olaraq diqqətə çatdırıb.

Öncə Ermənistanda iyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejiminin süqutunda Azərbaycanın bu ölkəyə qarşı təcrid siyasətinin mühüm rol oynadığını vurğulayın dövlət başçısı qeyd edib: “Mən dəfələrlə bunu bildirmişəm, bir daha demək istəyirəm ki, Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol var, o da Azərbaycanla münasibətləri normallaşdırmaqdır. Biz buna hazırıq. Ancaq əlbəttə ki, buna nail olmaq üçün bir şərt var - Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır”. Bu xəbərdarlıq fonunda indi seçim erməni tərəfindədir. Düşmən düşdüyü təcrid vəziyyətindən xilas olmaq üçün ya Azərbaycanla münasibətlərini normal hala gətirməli, ya da ölkəmizin daha sarsıdıcı zərbələriən hazır olmalıdır. Təbii ki, söhbət burada ilk olaraq hərbi zərbələrdən gedir. Elə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında Azərbaycanın hərbi gücünü, aldığı yeni müasir texnikaları düşmənə xatırlatması da bu mənada təsdaüfi deyil. Bu xüsusda dövlət başçısı qeyd edib: “Biz keçən il, əlbəttə ki, hərbi potensialımıza böyük diqqət göstərmişik və bu sahədə böyük nailiyyətlər var. Bizim ordumuzun döyüş qabiliyyəti artır və Naxçıvan əməliyyatı bunu əyani şəkildə sübut edib. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində biz 11 min hektar torpağa tam nəzarət edirik. Bu çox uğurlu əməliyyat idi. Eyni zamanda, əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək üçün bizə imkan yaradır. Yəni bu hadisə - Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Sadəcə, danışıqlara ümid olduğu üçün biz danışıqlar yolunu hələ ki, əsas vasitə kimi görürük. Ancaq eyni zamanda, hərbi gücümüzü də artırırıq… Biz keçən il ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı çox böyük işlər gördük. İki dəfə keçirilən hərbi paradda biz texnikamızın bir hissəsini nümayiş etdirdik. Mən onların arasında, əlbəttə ki, xüsusilə uzaqmənzilli “Polonez” və “LORA” raket sistemlərini qeyd etmək istərdim. Qarşı tərəfin bu sistemlərə qarşı heç bir müdafiə imkanı yoxdur. Bu sistemlər 300 kilometr və ondan çox məsafəni qət edərək çox yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvə ilə istənilən hərbi hədəfi məhv edə bilər. Mən bir daha demək istəyirəm, düşmənin elə bir hərbi hədəfi yoxdur ki, biz onu dəqiqliklə məhv edə bilməyək”.

Beləliklə, Ermənistana ən yüksək səviyyədə xəbərdarlıq olunur ki, artıq Qarabağ münaqişəsinin dinc müstəvidə həlli üçün real addımlar atsın. Əks təqdirdə Azərbaycan düşməni buna güc yolu ilə vadar etmək üçün bütün vasitə və imkanlara malikdir. Bunu ehtiyatda olan polkovnik Şair Ramaldanov da vurğulayır. Onun sözlərinə görə, 2018-ci ildə hərbi sahədə əldə olunan nailiyyətlər Qarabağ probleminin qısa zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə mühüm töhfə verəcək. O bildirib ki, Ali Baş Komandan dəfələrlə bütün çıxışlarında Azərbaycan ordusunun vəziyyətini yüksək qiymətləndirib: “Azərbaycan ordusu daim yeni texnika və müasir silahlarla təchiz olunur. Bu gün hərbi mütəxəssislərimiz NATO və MDB üzrə bütün tədbirlərdə yüksək səviyyədə iştirak edirlər. Tez-tez Azərbaycana səfər edən NATO generalları mütəxəssislərimizin sülhməramlı qüvvələrin tərkibində xidmətini yüksək qiymətləndirirlər. Baxın, 20 nəfərdən başlayan sülhməramlılarımızın sayı hazırda 120-dən yuxarıdır. Bununla bağlı ildən-ilə Azərbaycana müraciətlər artır. Bundan başqa, 20-25 şəxsi heyətin iştirakı ilə keçirilən irimiqyaslı təlimlər Azərbaycanda xeyli peşəkar sərkərdələrin olmasından və ordumuzun peşəkarlığından xəbər verir”. Polkovnik qeyd edib ki, Azərbaycan heç vaxt ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalı ilə barışmayacaq: “2018-ci ildə ordumuz bir sıra uğurlara imza atdı. Xüsusilə də 2018-ci ildə Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət bərpa olundu. Əminəm ki, bu uğurlar 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin daha da inkişaf etməsinə və Dağlıq Qarabağ məsələsinin qısa bir zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə mühüm töhfə verəcək”.

Aydındır ki, bütün bunlar erməni tərəfinə də yaxşı məlumdur. Elə bu xüsusda erməni ekspert Armen Karapetyanın açıqlamaları xüsusi diqqət cəlb edirö O etiraf edir ki, son illərdə Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən xeyli güclənib:  “Biz isə əhalinin Ermənistanı tərk etməsi səbəbindən xeyli zəifləmişik. Bütün bunları nəzərə alaraq, bizə yalnız danışıq prosesinə güvənmək qalır. Bugünkü vəziyyətdə bu ən optimal və ağlabatan həllə gətirə biləcək yoldur. Bəli, bəzi güzəştlər etmək məcburiyyətindəyik, bu realdır. Hazırda ermənilər üçün çətin olan bir vəziyyətdə mən bundan real yol görmürəm”. Eyni mövqeni digər erməni ekspert Sarkis Artsruni də bölüşür. O vurğulayır ki, Azərbaycandan fərqli olaraq, Ermənistan hərbi müstəvidə xeyli zəifdir. Ekspert diqqətə çatdırır ki, hələ cəbhədə hər hansı genişmiqyaslı əməliyyatlar getmədən belə erməni ordusunda əsgər itkisi ilə bağlı statistika dəhşətli mənzərəni üzə çıxarır. Onun sözlərinə görə, ötən il təmas xəttində atəşkəsə ciddi şəkildə riayət edilirdi, lakin buna baxmayaraq, erməni ordusunda itkilərin sayı kifayət qədərdir: “Bu fakt olduqca həyəcanlıdır, çünki inqilabdan sonra faktiki olaraq orduda keyfiyyət dəyişikliyi olmadı. Hətta Nikol Paşinyan bu mövzuda bir neçə dəfə danışsa da, dəyişən heç nə yoxdur. Əlbəttə, dünyanın heç bir ordusu fors-major situasiyalardan sığortalanmayıb, amma bizim orduda vəziyyət sadəcə dəhşətlidir. Statistika göstərir ki, bizim ordumuzda hətta inqilabdan sonra da problemlər həll edilməyib. Artan itkilər isə orduya çağırışçı sayı ilə bağlı problemlərin yaşandığı bir vaxtda baş verir. Digər tərəfdən, ordunu biz müasir silahlarla da təmin edə bilmirik. Azərbaycanda isə tamam əks vəziyyət müşahidə olunur. Bax, bundan çox ehtiyat etmək lazımdır”. Ümumiyyətlə, erməni tərəfdə bu qəbildən olan etirafların sayının sürətlə artması aydın müşahidə olunur. Bütün bunlardan mövcud Ermənistan hakimiyyətinin də lazımi nəticələr çıxararaq Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həlli istiqamətində zəruri addımlar atması düşmən ölkənin özü üçün olduqca önəmli sayılır.

Azərbaycan, hələ ki, Ermənistan rəhbərliyinin Qarabağ münaqişəsini qan tökmədən həllinə aparacaq yolda müvafiq addımlar atacağına ümidlə yanaşır. Amma bu ümidlər özünü doğrultmasa, onda güc tətbiqi qaçılmaz olacaq. Bu varinatda da ciddi hazırlıq görən Azərbaycanın öz ordusunu hazırda intensiv şəkildə inkişaf etdirməsi, modernləşdirməsi tamamilə təbii xarakter daşıyır. Yəni Azərbaycan işğala məruz qalan bir dövlət kimi prioritet olaraq ordu quruculuğu məsələlərinə diqqətlə yanaşır. Ancaq Ermənistanda vəziyyət tamamilə fərqlidir. Bu ölkədə cəmiyyətin Qarabağ problemi ilə bağlı mövqeyi, 1990-cı illərin əvvəllərindən fərqli olaraq, əsaslı surətdə dəyişib. Böyük əksəriyyət artıq çəkinmədən, aşkar şəkildə bəyan edir ki, Qarabağ Ermənistana məxsus deyil. Real vəziyyət həm də onu göstərir ki, erməni gənclərini də bu problemə heç bir mənəvi-hüquqi tellər bağlamır. Təsadüfi deyil ki, Qarabağa zorla göndərilən erməni gəncləri buradan qaçmağa çalışır. Çünki onlar, bir qayda olaraq, baxımsız qalır, mənəvi və fiziki təzyiqlər altında təhqir olunur, əksər məqamlarda isə rejimin qurbanına çevrilirlər. Onlar yad torpaqlarda xidmət etdiklərini və bunun əvvəl-axır Ermənistan tərəfinin fiaskosu ilə nəticələnəcəyini yaxşı anlayırlar. Artıq sirr deyil ki, Ermənistan cəmiyyətini, ailələrini, analarını narahat edən məsələ övladlarının məcburi surətdə Dağlıq Qarabağa göndərilməsidir. Onlar övladlarının Qarabağa göndərilməsini istəmirlər.  Ona görə də erməni əhalisinin mütərəqqi düşüncəli, uzaqgörən qismi Qarabağ problemini öz xalqı üçün artıq yük sayır. Ermənistanda işsizlik səviyyəsinin günbəgün artması, iqtisadi tənəzzül, əhalinin ölkəni, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ bölgəsini tərk edərək xaricə qaçması ermənilərin daha acınacaqlı vəziyyətə düşməsinə gətirib çıxarır. Bu cür ağır iqtisadi, siyasi və sosial vəziyyətdə olan dövlətin ordusunun zəif olması da məntiqi xarakter daşıyır.  Bu fonda Azərbaycan əsgərinin düşmən üzərində kifayət qədər mənəvi və psixoloji üstünlüyü də özünü aydın surətdə büruzə verir. Eyni zamanda, ordunun döyüş hazırlığı səviyyəsinin artırılması, onun müasir hərbi texnika və vasitələrlə gücləndirilməsi də düşmən üzərində üstünlüyümüzü artıran mühüm fatkorlardandır. Buna görədir ki, Ermənistan tərəfi Azərbaycanın təsir vasitələrindən, hərbi potensialından, ordusunun döyüş imkanlarından qorxur və ehtiyatlanır. Bu amil düşmən tərəfdə sözün həqiqi mənasında vahimə və xof yaradır. Belə xof və qorxudan qurtulmaq üçün isə düşmənin artıq Qarabağ məsələsində nəticə verən real addımlar atması zəruridir, əks təqdirdə düşmən buna güc yolu ilə vadar ediləcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ