Bazar ertəsi günü, 09 noyabr 2026
     

2019-cu ildə Azərbaycanı Qarabağ məsələsində “əymək” istəyirlər - MÜSAHİBƏ

Image


“Eyni zamanda həmin fikrimdə qalıram ki, Qarabağın azad edilməsinin bir yolu var - hərbi müdaxilə”

 

2019-cu il başlayandan ölkədə və regionda maraqlı proseslər baş verməkdədir. Həm Mehman Hüseynov olayı üzərindən Azərbaycana yenidən təsir imkanlarının işə salınması, həm Qarabağ problemi ətrafında cərəyan edən proseslər bəzi qaranlıq məqamlardan xəbər verir. Ölkəmizdə və yaxın regionumuzda cərəyan edən proseslər barədə ekspertlər də maraqlı dəyərləndirmələrlə çıxış edirlər. “OLAYLAR” qəzeti və eyniadlı agentliyin rəhbəri, yazıçı-publisist Yunus Oğuz həm ölkəmizdə, həm də yaxın coğrafiyamızda baş verənlərlə bağlı müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Yunus bəy, artıq 2019-cu ilin ilk ongünlüyünü yaşayırıq. İl başlayandan həm ölkəmizdə, həm də yaxın və uzaq qonşularımızda maraqlı proseslər yaşanmaqdadır. İstər ölkəmizdə. Istərsə də qonşu ölkələr, xüsusilə Qazaxıstanda baş verən hadisələri necə xarakterizə edərdiniz?

- 2019-cu il girər-girməz, hadisələr maraqlı bir məcra üzrə cərəyan edir. Yadınızdadırsa, 2018-ci ilin son aylarında Ukraynada bir erməni azərbaycanlını güllələdi. Lakin bu hadisənin səsi-sədası o qədər də çıxmadı. Ancaq Qazaxıstanda ermənilərin törətmiş olduğu cinayətin sədası böyük rezonans doğurdu. Bunlar hamısı son bir ayda cərəyan edən proseslərdir. Azərbaycanda isə başqa bir hadisə, Mehman Hüseynov olayı baş verdi. Bütün bunlarla paralel olaraq Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Türkiyəyə səfər etməsi, onun PKK və YPĞ barədə xoş sözlər söyləməsi, buna cavab olaraq isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Con Boltonu qəbul etməməsi, Boltonun Türkiyədən birbaşa İraqa getməsi və s. bir yerə toplayanda ümumi bir mənzərəyə gəlmək olar. 2019-cu ildə Azərbaycanı Qarabağ məsələsində “əymək” istəyirlər. Bunun da işartıları görünür. Yəni ümumilikdə “türklərlə bazarlığa getmək mümkün deyil” obrazı yaradılır. Əslində bu əvvəlcə Ukraynada başlamışdı, lakin hansısa reaksiya olmadı. Sonradan bu hadisə Qazaxıstana daşındı. Qazaxıstan barədə də o fikir formalaşdırılır ki, bunlar da türkdür, onlarda demokratiya, demokratik anlam deyilən şey yoxdur. Onlarla zor dilində danışmaq lazımdır. Digər tərəfdən Con Bolton Türkiyə prezidenti tərəfindən qəbul edilmir və o, Ankaranı tərk edərək İraqa gedir. Yəni bütün bunlar o deməkdir ki, guya türk dünyası ilə danışıqlara getmək olmaz. Bu mövqenin içərisində həm də “Azərbaycanla danışıqlara getmək olmaz” yanaşması var. Ona görə də belə düşünülür ki, bu ölkələrlə zor dilində danışmaq şərtdir. Belə təlqin edilir ki, bu ölkələrdə demokratiya, normal inkişaf olmayacaq. Yəni bu da Qarabağı erməniyə güzəştə getmək üçün gedən bir oyundur. Son nəticədə butün türk dünyası kontekstində çalışılır ki, Qarabağ məsələsində Azərbaycan Ermənistana güzəştə getsin. Yəni Azərbaycanı zor və ya xoşla məcbur etmək lazımdır ki, bu işğalla barışsın. Ümumtürk kontekstində proses belə gedir ki, bu ölkələrlə heç bir danışıq aparmaq lazım deyil. Onlarla kifayət qədər sərt və zor dilində danışmaq lazımdır. Bəlkə də bu əvvəlcədən hesablanıb ki, son nəticədə bütün türk dünyası Rusiya, İranla müttəfiqliyə getsin. Ancaq türk dünyası heç də zəif deyil. Həm Türkiyə, həm də Azərbaycanda kifayət qədər analitik var və bütün bu prosesləri dərindən analiz edib dəyərləndirirlər.

- Bu arada, Azərbaycanda Mehman Hüseynovla bağlı məsələnin şişirdilərək qeyri-real şəkildə təqdim edilməsi və bundan Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etmək Bakıya qarşı növbəti təzyiq deyilmi?

- Təbii. Diqqət edək, xaricdəki anti-Azərbaycan dairələrə onların daxildəki maşaları tərəfindən təqdim edilən siyahıda siyasi məhbus adı altında yüzlərlə adamın adı var. Ancaq bu dəfə Mehman Hüseynov amili qabardıldı. Məqsəd də aydın idi. Azərbaycanda demokratiyanın olmadığını iddia etmək, bu yolla ölkəmizə təsir göstərmək. Proseslər də belə təqdim edilirdi ki, adi bir şəkilə görə insanı həbs edirlər. Halbuki, bunu Azərbaycana irad tutan ölkələrin özündə tamamilə başqa proseslər gedir və hətta diktatorluqdan da kəskin addımlar atılır. Azərbaycanda piket, mitinq keçirmək üçün əvvəlcədən müvafiq dairələrə müraciət edib öz aksiyanı keçirə bilirsən. Ancaq Fransa bu addımı da qadağan etdi. Lakin hər kəs - Amerika, Avropa, dünyadakı insan haqları, demokratiya təsisatları susdu. Almaniyada da oxşar proseslər yaşandı, “Sarı jiletlilər” aksiya keçirdi. Həmçinin Yunanıstan, Polşa, Hollandiyada aksiyalar keçirildi və həmin  aksiyalar zamanı əzilənlər, təzyiqə məruz qalanlar da oldu. Onlara qarşı kifayət qədər sərt tədbirlər görüldü. Ancaq bütün baş verənlərə bir susqunluq nümayiş edildi. Azərbaycanda isə elə bir hadisə baş versəydi aləm bir-birinə dəyərdi.

- Sizcə Azərbaycana bu münasibətin arxasında dayanan əsas amil nədir? İkili standartlar, yoxsa Azərbaycanı sürətli inkişafdan yayındırmaq?

- Burada söhbət təkcə Azərbaycanı sürətli inkişafdan yayındırmaqdan getmir. Diqqət edin, Qazaxıstan Orta Asiya. Azərbaycan, Türkiyə çox sürətlə inkişaf edib gücə çevrilirlər. Azərbaycan bölgədə həm hərbi potensialı, həm strateji mövqeyinə görə aparıcı dövlətdir. Türkiyə də eyni zamanda böyük gücə malikdir. Suriya, İraq, İran və digər məsələlərdə hökmən Türkiyə ilə nəyisə razılaşdırmaq lazımdır.  Bu, türk dünyasının aparıcı strateji xəttidir. Artıq Amerika, Avropa başa düşür ki, bu ölkələrin təbii ehtiyatlarına yiyələnmək lazımdır. Təbii ki, bu gün Azərbaycan haqlı olaraq buna razı olmur. Eyni zamanda Orta Asiya da eyni mövqeni nümayiş etdirir. Əsas da odur ki, son zamanlar türk dünyasının daha da yaxınlaşması, birgə çalışması qeyd etdiyimiz qüvvələri qəzəbləndirir. Hətta Belarus da Ermənistan - Azərbaycan məsələsində həmin strateji xəttə qoşulub. Ona görə də istəmirlər ki, türk dünyasının, bu coğrafiyaya daxil olan ölkələrin müstəqil siyasi, iqtisadi, hərbi-geostrateji potensialı yüksəlsin.  Bunun da qarşısını almaq üçün, təbii ki, həmin ölkələr barədə mənfi rəy formalaşdırmaq lazım gəlir. Demokratiyanın olmadığı, diktatura rejiminin hökm sürdüyü, insan hüquq və azadlıqlarına hörmət edilmədiyi iddia olunur.

- Sizcə Qazaxıstanda baş verənlər təsadüfi idi, yoxsa rəsmi Astananın istər KTMT-də, istərsə də Qarabağ məsələsində nümayiş etdirdiyi prinsipial mövqeyə təsir məqsədi daşıyır?

- Ola bilər ki, hadisə təsadüfi olsun. Mən də Rusiyada, Ukraynada yaşamışam və belə hadisələrlə rastlaşmışam. Hansısa restoranda yeyib-içir, sonra isə dava salırlar. Ola bilsin ki, hadisə təsadüfən baş verib. Ancaq həmin hadisəyə elə ermənilər tərəfindən siyasi don geyindirilib. Bəlkə də Nazarbayev olmasaydı, ermənilər Qazaxıstanda ermənilərin kütləvi qırğınını da təşkil edərdilər. Sumqayıt hadisələri kimi özləri bir neçə ermənini öldürüb atacaqdılar Qazaxıstanın üstünə. Yaxşı ki, Rusiya və Qazaxıstan dərhal bu hadisənin üstünə getdilər və onun məişət zəminindən milli zəminə keçməsinə imkan vermədilər.

- 2019-cu ilin Dağlıq Qarabağ probleminin həlli istiqamətində ümidverici il olacağı bildirilir. Siz bu barədə nə düşünürsünüz?

- Dağlıq Qarabağ məsələsində dönüşün baş verəcəyini gözləyirəm. Eyni zamanda həmin fikrimdə qalıram ki, istər Paşinyan deyil, bir başqası olsun, hətta mümkün belə görünməsə də, Azərbaycanı sevən bir erməni hakimiyyətə gəlib desə ki, Dağlıq Qarabağ sizindir, mən ona inanmaram.  Dağlıq Qarabağın azad edilməsinin bir yolu var - hərbi müdaxilə. Hərbi müdaxilə olmasa, ermənilər yenə oyun oynayacaqlar. Paşinyanın hakimiyyətə gəlməsi təsadüfi baş vermədi. Bundan əvvəl artıq Serj Sarkisyanı masanın arxasına otuzdurmuşdular, işğal olunmuş ərazilərin 5+2 formatında azad edilməsinə qol çəksin. Sarkisyan bunu baş nazir olandan sonra prezidentin üstünə atmaq istəyirdi ki, məsuliyyətdən kənar olsun. Ancaq Sarkisyandan asılı olmayaraq Amerika oyuna girərək Paşinyanı hakimiyyətə gətirdi. Bir sözlə, danışıqlar bu yolla davam edəcəksə, heç bir nəticə olmayacaq. Yenə də tərəflər razılaşmaya hazır olan ərəfədə Paşinyanı devirib yerinə bir başqasını gətirəcəklər. Bunun yeganə yolu hərbi müdaxilədir.

SÜLEYMAN



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ