Bazar ertəsi günü, 09 noyabr 2026
     

Moskvada Paşinyanın “etibarsız tərəfdaş” imici - Qarabağ məsələsində Ermənistana yeni təzyiqlər işə salınır

Image


Azərbaycanın dünyanın ən əsas güc mərkəzləri sayılan ölkə və təşkilatlarla qurduğu əməkdaşlıq, həyata keçirilən transmilli layihələr bu gün beynəlxalq miqyasda ölkəmizə diqqətin, marağın artmasına rəvac verməkdədir. Elə bundan irəli gəlir ki, həmin mərkəzlərlə ən müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişlənməsi müşahidə olunmaqdadır. Bu vəziyyətdə Bakı üçün əsas məqamlardan biri Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunması, bu prosesə kənar qüvvələrin də öz töhfəsini verməsidir.

Rusiyanın “Polit RUS” ekspert-analitik şəbəkəsinin təsisçisi Vitali Arkov qeyd edir ki, Azərbaycanın bu uğurlu siyasəti əslində Qarabağ konfliktinin həlli üçün əlverişli zəmin yaradır. O, bu prosesdə konkret nümunə olaraq Bakı və Moskva arasında yaranan uğurlu əməkdaşlığı göstərir. Türkiyə amili və Ankaranın hər iki dövlətlə yüksək münasibətlərinə də nəzər salan ekspert bildirir: “Azərbaycan Rusiya və Türkiyə üçün regionda strateji tərəfdaş, ruh baxımından yaxın və qohum ölkədir. Moskva və Ankara tərəfindən Bakıya indiki münasibət təkcə tarixi əlaqələrin yox, həm də Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsidir. Moskva və Ankara Bakının 2015-ci ildə baş verən faciəvi Su-24 insidentindən sonra iki böyük qonşusunu barışdırmaqda göstərdiyi səyləri dəyərləndirir və xatırlayır. Moskva üçün başlıca hədəf Rusiya-Azərbaycan münasibətləri çərçivəsində Bakıya Qarabağ konfliktinin sülh yolu ilə həllinə yardım etməkdir. Bugünkü gün Bakının nəzarətinə Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli geri qaytarılması haqqında Moskva planının (“Lavrov planı“) tətbiqi ən real görünən variantdır”.

Xatırladaq ki, “Lavrov planı” Kazan şəhərində Prezident İlham Əliyev və Ermənistanın sabiq dövlət başçısı Serj Sarkisyanın 2012-ci ildə görüşü zamanı imzalanıb. “Lavrov planı”nın Azərbaycan və Ermənistan arasında əldə edilmiş digər razılaşmalardan elə də böyük fərqi yoxdur. Sadəcə, bu planda ilk olaraq Qarabağ ətrafındakı 5 rayonun qaytarılması üçün prinsipial olaraq iki ölkənin prezidentləri razılıq əldə edib. Həmin plan bir növ “Madrid prinsipləri“ ilə uzlaşır və münaqişənin həlli üzrə Azərbaycanın təklif etdiyi varianta çox yaxındır. “Madrid prinsipləri“nə görə də, Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağa daxil olmayan 7 rayon ilk mərhələdə Azərbaycana qaytarılmalı, daha sonra isə məcburi köçkünlərin qayıtması şərtilə Dağlıq Qarabağın statusu müəyyən olunmalıdır. Ekspertlər isə bildirir ik, Moskva və İrəvan arasında artan gərginlik fonunda Kreml “Lavrov planı”nın reallaşması istiqamətində daha fəal şəkildə hərəkətə keçə bilər. Bunu Rusiyanın “Kommersant” qəzeti də istisna etmir.

“Kommersant” yazır ki, İrəvanla müqayisədə Bakı Moskva üçün indi daha etibarlı tərəfdaş qismində çıxış edir. Bu isə Kremlin Azərbaycan və Ermənistana baxışını daha sürətlə dəyişir. Qəzet daha sonra yazır: “Moskvada Nikol Paşinyanın etbarsız tərəfdaş obrazı yaranıb və ondan istənilən əməl gözlənilir”. Yazıda bildirilir ki, kəskinlik dərəcələrinə uyğun olaraq keçmiş sovet məkanında Kremlin hər ölkə ilə müxtəlif münaqişəsi var. Qəzet bildirib ki, 2019-cu ildə 5 ölkə - Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə yeni qalmaqal yaradılacaq. “Kommersant” yazır ki, Rusiya 2018-ci ildə Ermənistanda baş verən hadisələri ehtiyatla izləyib. Qəzet Nikol Paşinyanın ziddiyyətli bəyanatlarından, Qərbin İrəvanda baş verənləri alqışlamasından da bəhs edib: “Kreml üçün yad olmayan, Rusiya prezidenti Vladimir Putinin dostu, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Xaçaturova qarşı ittihamlar irəli sürüldü. Bu istintaq Rusiya ilə ciddi qarşıdurmaya səbəb olub. Moskva bunu KTMT-nin nüfuzuna böyük zərbə hesab edib...  Cənab Vladimir Putinin Nikol Paşinyanın ən qatı siyasi düşməni Robert Köçəryana Yeni il təbriki göndərməsi münasibətlərdə yaranmış gərginliyi təsdiqləyir”. Məhz bu vəziyyətdə Ermənistanın etibarsız tərəfdaş olmasını görən Rusiyanın Azərbaycanla münasibətlərini dərinləşdirməsi təbii sayılır. Aydındır ki, bu vəziyyətdə Qarabağ münaqişəsinə yanaşmada da Rusiyanın daha çox Azərbaycanın mövqeyini dəstəkləməsi qaçılmaz olacaq.

Ermənistan Demokrat Partiyasının lideri Aram Sarkisyan da hadisələrin məhz bu səpkidə inkişafını proqnozlaşdırır. O bildirir ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Moskvada Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqlardan sonra nümayiş etdirdiyi nikbinliyin də heç bir ciddi əsası yoxdur. Əslində, bu danışıqlardan sonra iki ölkə arasında ziddiyyətlər daha da artıb. Sarkisyan Moskva görüşündə konkret nəticələr əldə olunmadığını və bununla bağlı ətraflı məlumat verilmədiyini deyib. Onun sözlərinə görə, iki əsas məsələ - Dağlıq Qarabağ münaqişəsi və Rusiyadan idxal edilən təbii qazın qiymətləri ilə əlaqədar müsbət nəticələr əldə olunmayıb: “Qazın qiymətləri erməni xalqı üçün çox vacib məsələdir. Bizim üçün aydın deyil ki, bu məsələnin həlli niyə bu qədər yubadılır. Moskva danışıqları haqqında rəsmi məlumatdan belə görünür ki, orada yalnız rəsmi protokol görüşü olub. Kadr arxasında baş verənləri isə təsəvvür etmək çətin deyil”. Məlum olduğu kimi, Vladimir Putinlə görüşdən sonra Paşinyan “Facebook” səhifəsində təbii qazın qiymətləri ilə bağlı məsələnin həllini tapmadığını bildirmişdi. Rusiya prezidentinin mətbuat katibi D.Peskov da öz bəyanatında bunu təsdiq etmişdi.  Sonradan məlum oldu  ki, “Qazprom” Ermənistana satdığı mavi yanacağın qiymətini min kubmetr üçün 150 dollardan aşağı salmaq istəmir. Hətta əksinə, qiymətlərdə 15 dollarıq artım oldu. Aram Sarkisyan bunu Paşinyanın fiaskosu sayır və qeyd edir ki,  bəzi məlumatlara görə, 2019-cu ildə Rusiya təbii qazının qiyməti 215 dollara da qalxa bilər. Siyasətçi əlavə edib ki, bədbin proqnozlarının əsas səbəbi Rusiya və Ermənistan liderləri arasında qarşılıqlı etimadın olmamasıdır. O, Putinin Robert Köçəryana ünvanlandığı Yeni il təbrikini də misal gətirərək bildirib ki, Ermənistan məhkəməsinin keçmiş dövlət başçısının həbsi ilə bağlı qətnaməsinə baxmayaraq, Rusiya rəhbərliyi ona münasibətini dəyişməyib. bu fonda Sarksiyan vurğulayır ki, Moskvanın Qarabağ məsələsində də Ermənistanı yalnız qoyduğunu görəndə təəccüblənmək lazım deyil. Onun sözlərinə görə, Paşinyan hakimiyyətinin Rusiya əleyhinə təbliğata imkan yaratması, hətta rus hərbi bazalarının ölkədən çıxması istiqamətində işlərin genişlənməsinə icazə verməsi Moskvada xoş qarqşılanmır.

Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın Avropa Partiyası Avetisyanlar ailəsinin qətlinin 4-cü ildönümü və süpürgəçi Cülyetta Qazaryanın ölümünün 40-cı günü ilə əlaqədar Gümrüdəki 102-ci rus hərbi bazasının qarşısında etiraz aksiyası keçirəcək. Partiyanın həmsədri Tiqran Xzmalyan “Facebook” səhifəsində bildirib ki, aksiya zamanı süpürgəçini öldürən və 102-ci bazada saxlanan rus hərbçinin Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb edəcəklər. Amma Rusiyada hesab edirlər ki, aksiya üçün göstərilən səbəb sadəcə bəhanədir və  İrəvanın Moskva əleyhinə yönəlik siyasətinin tərkib hissəsidir. Elə bu səbəbdən Rusiyanın Ermənistan siyasətinə yenidən baxması və yeni şəraitə uyğun addımlar atması vacib sayılır. Ekspertlər isə bildirir ki, Moskvanın İrəvana qarşı təzyiqlərini işə salması Ermənistanın çökməsini sürətləndirməklə yanaşı, bu ölkənin Qarabağ siyasətində də ciddi dəyişikliklərə rəvac verəcək.

Rusiyanın təzyiqlərindən xilas olmaq üçün Paşinyanın Qərbə üz tutması da vəziyyəti dəyişməyəcək. Çünki Qərb özü də Ermənistandan Qarabağ münaqişəsinin həllini tələb edir. Bunu amerikalı analitik Uilyam MakHenrinin “Small Wars” jurnalında dərc olunan məqaləsində yer alan fikirlərdən də aydın görmək olar. Ekspert vurğulayır ki, Dağlıq Qarabağ konflikti ABŞ üçün artıq strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Qərb institutlarının üzvləri və Moskva ilə eyni orbitdə olmayan bütün keçmiş sovet dövlətlərinin – Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ya qonşuları ilə ərazi mübahisələri, ya da ölkənin daxilində Rusiya tərəfindən dəstəklənən separatçı hərəkatlar var. O, postsovet məkanındakı dondurulmuş konfliktlərdən Kremlin öz hədəflərinə çatmaq üçün istifadə etdiyini bildirib. Qarabağ konfliktindən bəhs edən MakHenri Qərb siyasətçiləri tərəfindən bu konfliktin lazımi şəkildə diqqətdə saxlanmadığını deyib: “ABŞ gərək bu böhranın etibarlı şəkildə diplomatik həllinin axtarılmasına xüsusi diqqət ayırsın. Bu, Rusiyanın regiondakı təsir imkanlarını məhdudlaşdıracaq. Bir müddət əvvəl Ermənistanda baş verən dinc etirazlar, köhnə hökumətin devrilməsi sülh əldə olunmasına imkan yaradır. Bu, həmçinin, bu strateji vacib regionda dondurulmuş konfliktlərin həlli üçün nümunə ola bilər”.

Onun sözlərinə görə, Rusiya aprel savaşı zamanı hər iki tərəf arasında diplomatik danışıqların bərpasında aktiv rol oynasa da, savaşdan sonra konfliktin uzunmüddətli həllinin tapılması üçün az səy sərf edib və hər iki tərəfə konflikt zamanı silah satışını təmin edib. Analitik Paşinyanın öz siyasi hakimiyyətindən Azərbaycanla danışıqlar masasında konfliktin diplomatik həlli üçün istifadə edəcəyinə ümid etdiyini deyib: “Bu baş versə, ABŞ bu təşəbbüsü ATƏT-in Minsk Qrupundakı təsirindən istifadə edib dəstəkləməlidir. ABŞ İranın iqtisadi təsirinin məhdudlaşdırılması kimi ciddi geosiyasi problemləri həll etməzdən öncə bu dondurulmuş konfliktin sülh yolu ilə həllinin axtarılmasında konstruktiv geosiyasi iştirakçı kimi çıxış etməlidir”.

Ümumiyyətlə, indi ABŞ-da bir çoxları hesab edir ki, Qarabağ münaqişəsi təcilli həllini tapmalı və bu məsələdə Vaşinqton real addımlar atmalıdır. Elə bu da göstərir ki, Ermənistana yaxın tezlikdə Qarabağ məsələsi ilə bağlı beynəlxalq təzyiqlərin artmasını gözləmək olar.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ