Bazar ertəsi günü, 09 noyabr 2026
     

Erməni ordusundakı xaos düşmənin Qarabağ müqavimətini tam tükəndirir – Paşinyan da ordunu tam tənəzzüldən qoruya bilmir...

Image


Bu gün Azərbaycanın malik olduğu güclü hərbi potensial, ordumuzun döyüş qabiliyyəti Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə istənilən vaxt çözümünü tapa biləcəyini tam qətiyyətlə deməyə əsas verir. Düşmən üzərində malik olduğumuz hərbi üstünlük, əslində, Ermənistanda da açıq etiraf edilir, Azərbaycan tərəfinin əsgəri müstəvidə çox irəlidə olduğu açıq şəkildə vurğulanır. Belə vəziyyətdə erməni mediası diqqəti öz ordularında yaşanan xoasa yönəldərək yazır ki, Ermənistan silahlı qüvvələrindəki vəziyyət əvvəlkilərdən fərqlənmir və getdikcə də pisləşir.

Həqiqətən də çoxsaylı faktlar düşmən ordusunda əsl xaotik bir vəziyyətin hökm sürdüyünü göstərir. Məsələn, məlumatlar göstərir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən düşmən ordusunun bölmələrində qışın gəlməsi ilə əlaqədar xəstələrin sayı kəskin surətdə artıb. Qar yağması və soyuqların düşməsi aclıqdan, şəraitsizlikdən əziyyət çəkən hərbçilər üçün ciddi bəlaya çevrilib. Təkcə son bir neçə gündə soyuqdəymə və yüksək hərarət diaqnozu ilə 79 hərbi qulluqçu Ağdərə hərbi hospitalına yerləşdirilib. Komandirlər və tibb xidməti rəisləri xəstəliklərin yayılmasının qarşısını almağa çalışsalar da, dərman preparatlarının və tibbi ləvazimatların çatışmaması səbəbindən profilaktik tədbirlər görmək mümkün olmur. Yenə də bu günlərdə Ağdam rayonunun düşmən tərəfindən işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində əsgərlər arasında kütləvi zəhərlənmə baş verdiyi üzə çıxıb. Yeməklərin keyfiyyətsiz olması nəticəsində zəhərlənən 54 hərbi qulluqçu hərbi hissənin tibb məntəqəsinə müraciət edib. Hərbi polis tərəfindən hadisə ilə bağlı yoxlama aparılarkən məlum olub ki, ərzaq anbarından verilən bir neçə məhsulun istifadə müddəti çoxdan başa çatıb. Hərbi hissə komandanlığı hadisəni ört-basdır etməyə çalışsa da, əsgərlərin valideynlərinin şikayəti əsasında faktla bağlı araşdırma aparılır.

Ümumiyyətlə, əsas etibarı ilə Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən Ermənistan ordusunun bölmələrində qeyri-döyüş şəraitində özbaşınalıqlar və qanunsuzluqlar səbəbindən ölən və yaralananların sayı son dövrlərdə daha böyük sürətlə artmaqda davam edir. Elə ötən ayın ikinci yarısında düşmən ordusunun, ölən və yaralananlar da daxil olmaqla, 17 hərbçisini itirdiyi ortaya çıxır. Məlumatlardan məlum olur ki, qar uçqunu, yol-nəqliyyat qəzası və digər səbəblərdən düşmən ordusunun 7 hərbi qulluqçusu ölüb. Təhlükəsizlik qaydalarının pozulması, özünə qəsd, minaya düşmə və digər hadisələr nəticəsində isə 10 hərbçi ağır yaralanıb.

Ölən və yaralananların çoxu zabitlər və müqavilə əsasında xidmət edən hərbi qulluqçulardır. Bundan əlavə, dekabr ayında Ermənistan ordusunda ən qalmaqallı hadisə “Gümrü” aerodromunda təlim uçuşlarını yerinə yetirən Su-25 təyyarəsinin qəzaya uğramasıdır. Hadisə nəticəsində döyüş təyyarəsinin ekipaj üzvləri polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyan həlak olub. Qəzanın səbəblərinin araşdırılmasının ləng getməsi zabitlərin yaxınlarının narazılığına səbəb olub. Sosial şəbəkələrdə təyyarənin qəzaya uğramasının texniki nasazlıq və istismara yararsız olması səbəbindən baş verdiyi barədə xəbərlər yayılıb. Erməni mediası yazır ki, belə bir ordu ilə müasir hərbi texnika ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirmək sadəcə mümkünsüzdür. Baş verənlərlə bağlı Ermənistanın “1in.am” saytı yazır ki, Nikol Paşinyanın iqtidara gəlişindən sonra orduda vəziyyətin yaxşılaşacağına dair ümidlər də özünü doğrultmayıb: “2018-ci il boyunca - yanvarın 1-dən noyabrın 10-adək Ermənistan silahlı güclərində qeyri-nizamnamə münasibətləri nəticəsində, yaxud texniki səbəblərdən daha çox hərbçi həlak olub, nəinki qarşı tərəfin göstərdiyi fəaliyyətdən. Hesablamalara əsasən, 2018-ci ildə silahlı güclərdə 7-i (ümumi sayın 18%-i) qarşı tərəfin gülləsindən, 32-i (82%) Ermənistan və Dağlıq Qarabağda müxtəlif səbəblərdən olmaqla ümumilikdə 39 hərbçi həlak olub. Göstərilən işlər üzrə araşdırmanın sürdüyünə baxmayaraq,  qaldırılan cinayət işlərinə əsasən, 32 əsgər texniki səbəb, bədbəxt hadisələr, intihar və xidmət yoldaşının atəşindən, qar uçqunundan və aviaqəzada  həlak olub. Yumşaq deyilsə, bu statistik mənzərə faciəlidir. Rəqəmlər xəbər verir ki, ötən il Ermənistan-Azərbaycan ön cəbhə xəttində ən gərgin il olmayıb: insidentlərə baxmayaraq, barışıq rejimi bütünlükdə gözlənilib.

O biri yandan, Ermənistan ordusunda qeyri-nizamnamə münasibətlərinin nəticəsi olan itkilər böyükdür. Bu özəlliklə təşvişlidir və ondan xəbər verir ki, əslində, Nikol Paşinyanın inqilabdan sonra bir neçə ictimai çıxışlarının məhz bu mövzuya həsr edilməsinə baxmayaraq, orduda keyfiyyət dəyişiklikləri baş verməyib.

Əlbəttə, heç bir ordu insidentlərdən, fors-major durumlardan sığortalanmayıb, amma hətta bu cəhət də Müdafiə Nazirliyinin məsulları üçün alibi ola bilməz. Savaşda olan ölkənin silahlı güclərində qeyri-döyüş itkiləri bu qədər böyük olanda və ön cəbhədə qeydə alınan qurbanları demək olar beş dəfə üstələyəndə bu ondan xəbər verir ki, istənilən an genişmiqyaslı savaş aça biləcək düşməndənsə “daxili düşmən” daha qəddar və məkrlidir.

“Daxili düşmən” deyilən daha tutumlu anlayışdır və korrupsiyaya da, zabit heyəti təmsilçilərinin öz vəzifələrini yarıtmaz icrasına, nəzarət mexanizminin naqisliyinə də aiddir. Özü də biz nəzarət mexanizminə daha geniş müstəvidə baxırıq: söhbət bizim Silah Qüvvələrin mahiyyətcə həm keçmiş sistemdə, həm də inqilabdan sonra parlamentin və cəmiyyətin nəzarətindən qıraqda qalmasından gedir. Ordudan danışmaq, ya da ordunu tənqid etməyin tabu olduğu haqda stereotipi aradan qaldırmağın zamanı çatıb. Bu saxta tezis illər boyu buna səbəb olub ki, orduda korrupsiya tendensiyaları çiçəklənib, yığılmış problemlər isə həll olunmaq yerinə sistemli xarakter alıb.

Hüquq müdafiəçisi Janna Aleksanyan əsasən qapalı müəssisələrdə insan haqlarını araşdırdığından, bu sahələrdə özəl dəyişikliklər gözə dəymədiyini deyir. Hüquq müdafiəçisi  deyib: “Orduda David Tonoyandan savayı heç bir dəyişiklik olmayıb. Ölümlər davam edir, bu məsələlərin araşdırılması qabaqkı kimi gedir, çox pis təhqiqat aparılır, işlər açılmır. Ordudakı durum cəzasız qalmaqdadır. İnsan hüquqları sahəsində özgə, aşkar uğurlar görmürəm”. Özlüyündə aydındır ki, islahatlar mövzusu geniş siyasi, ictimai diskussiya mövzusu olmalıdır. Hökumət 2016-cı ilin aprel müharibəsindən nəticə çıxarmalıdır - ordunun döyüş bacarığı haqda təbliğat tezisi hamımızın gözü qabağında buxarlandı: onlarla gənc döyüş hazırlıqsızlığı və ordunun mənəvi aşınmasının qurbanı oldu. İnqilabdan sonra bir-iki səs-küylü korrupsiya ifşasına deyil, Ermənistan silahlı güclərinin yeni keyfiyyət səviyyəsi qazanmasından danışmağa imkan verən institusional islahatlara vurğu etmək gərəkdir“. Erməni mediasında bu qeyd edilənlərdən bir daha  aydın olur ki, düşmən ordusunda çöküş daha sürətli xarakter alıb. Hüquq müdafiəçiləri Artur Sakunts və Janna Aleksanyanın birgə araşdırmaları ordudakı qeyri-döyüş itkilərinin artmasını komandanlığın cəzasızlığında, texniki və tibbi xidmətlərin pis hazırlığında görür.

Eyni zamanda hüquq müdafiəçiləri qeyd edirlər ki, orduda itkilər rəsmi rəqəmlərdən daha yüksəkdir. Məsələn, “1in.am” saytından fərqli olaraq, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin məlumatına görə, 2018-ci ildə Ermənistan ordusunda və Dağlıq Qarabağdakı işğalçı qüvvələrin sıralarında 50-yə yaxın itki qeydə alınıb. Eləcə də hüquq müdafiə təşkilatının hesabatına əsasən, cəmi 34 halda hərbçilərin ölümü barədə informasiyalar mediada dərc edilib və ya rəsmi mənbələr tərəfindən açıqlanıb. Qalan hallarda hərbçi ölümləri ictimaiyyətdən gizli qalıb. Açıqlanan ölüm hallarından 27-i döyüş növbətçiliyi ilə bağlıdır. Belə ki, 7 hərbçi Qarabağda, 1-i Azərbaycan-Ermənistan sərhədində atışmada ölüb. Qalanlar isə qeyri-döyüş itkiləridir. Qeyri-döyüş itkiləri arasında 8 intihar və 5 qəsdən öldürmə halı qeydə alınıb.

Artur Sakunts qeyd edir ki, ötən il ərzində qeyri-döyüş itkilərinin artması ordunun texniki hazırlığının və tibbi imkanlarının aşağı səviyyədə olması ilə əlaqədardır. Onun sözlərinə görə, Ermənistanın yeni hökumətinin qeyri-döyüş itkilərini azaltmağa yönəlmiş hansısa addımlar atdığına dair məlumat yoxdur. Bundan başqa, hüquq müdafiəçisi orduda intizamın aşağı olduğunu qeyd edib. Janna Aleksanyan isə bir daha vurğulayır ki, “məxməri inqilabdan” sonra Müdafiə Nazirliyində ancaq nazir dəyişib, orduda real dəyişikliklər isə hələ görünmür. Onun sözlərinə görə, qeyri-döyüş itkilərinin əsas səbəbi komandan heyətinin cəzasızlığıdır: “Məsələn, elə hərbi hissə var ki, 3-4 belə itki qeydə alınıb, amma komandiri hansısa məsuliyyətə cəlb olunmayıb. Qətllərlə bağlı hallarda ancaq günahkar cəzalandırılır, komandan heyəti isə cəzasız qalır”. Bu şəraitdə ordunun hansısa etibarlı müdafiə təşkil etməsi də ciddi sual altına alınır və vurğulanır ki, bu hal İrəvana Dağlıq Qarabağ məsələsində indiyə qədər olan siyasəti davam etdirməyə imkan vermir. Ən azı o baxımdan ki, Ermənistan Azərbaycanın, digər sahələrlə yanaşı, hərbi müstəvidə də təzyiqlərinə tab gətirmək iqtidarında deyil. Məhz bu səbəbdən yeni erməni iqtidarı üçün ən yaxşı hal kimi Qarabağ məsələsində Azərbaycanla kompromis variant tapılması xüsusi olaraq vurğulanır. Məhz bu şəraitdə Ermənistanın bir dövlət mövcudiyyətini davam etdirməsi, hansısa inkişafa nail olması mümkün sayılır. Əks təqdirdə Qarabağ konfliktinin hərbi müstəviyə keçməsi həm Ermənistanın  daha böyük zərbələr alması, həm də çöküşünün daha da sürətlənməsi ilə nəticələnəcək. Hər halda, seçim indi düşmən tərəfin özündədir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ