“Azərbaycan ziyalıları həmişə dövlətçilik maraqlarını hər şeydən üstün tutublar. Biz zaman-zaman ziyalılarımızın gücünü, sözünün kəsərini görmüşük. Elə Əkrəm Əylislinin mənsub olduğu ədəbi nəsildə neçə-neçə yazıçı, şair var ki, onlar ölkəmizin sayılıb-seçilən ziyalılarıdır. Bu gün ölkəmiz ziyalı qıtlığı yaşamır, əksinə, hazırda daha işıqlı insanlar var. Ə.Əylislinin “Azərbaycanda ziyalı yoxdur, hansı ziyalıdan danışırsınız?” fikrinə diqqət yetirəndə, istər-istəməz, bir sual məni düşündürür. Ə.Əylisli “Daş yuxular”ı yazana qədər ölkənin tanınmış ziyalılarından biri hesab olunurdu. Amma o, bu əsərlə “ziyalı” adını itirdi. “Azərbaycanda ziyalı yoxdur” fikrini söyləməklə o, ölkə ziyalılarını təhqir edir. Bu isə yolverilməzdir. Yazıçı gərək həmişə xalqın mənafeyini düşünsün”. Bu fikirləri söyləyən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, yazıçı-publisist Fariz Çobanoğlu hesab edir ki, Ə.Əylisli Azərbaycan ziyalılarını qaralamaqla, əslində, düşmən quyusuna su tökmək məqsədi güdür.
İradə SARIYEVA