“Yazdığı “Daş yuxular” əsəri ilə Azərbaycan xalqına, dövlətinə xəyanət edən və erməni dəyirmanına su tökən Əkrəm Əylislinin “Azərbaycanda ziyalı yoxdur” deməsi qətiyyən qəbuledilən deyil. Azərbaycanda həmişə güclü ziyalı ordusu olub, bu gün də var. O, hər şeyə öz şəxsi maraqları prizmasından yanaşır. Xalqa, dövlətə, dövlətçiliyə xəyanət edən bir şəxsin ölkə ziyalılarını təhqir etməsi və bizləri ziyalı saymaması həqiqətən də narazılıq doğuran məqamdır. Özü ziyalı olmağı bacarmadısa, bu onun öz günahıdır. Öz əməlləri ilə sübut etdi ki, xalqını, dövlətini sevmir və onun üçün ermənilərin alqışı daha əzizdir. Bu gün Azərbaycan ziyalısı dövlətin, xalqın yanındadır və ziyalılar dövlətçiliyin müdafiəsində ayıq-sayıq dayanıblar. Cəmiyyətimizdə kifayət qədər ziyalı var. Bunu Ə.Əylisli görmürsə, daha nə deyə bilərik”. Bu fikirləri “Bakı-Xəbər”ə açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim Qiymət Məhərrəmli deyib.
İradə SARIYEVA