Bazar ertəsi günü, 09 noyabr 2026
     

İlham Əliyevin “2019-cu ildə Qarabağ məsələsində...” bəyanatının Ermənistanda əks-sədaları...

Image


Hərb müstəvisində Azərbaycanın əldə etdiyi nailiyyətlər bu gün Dağlıq Qarabağ münaqişəsinin gedişinə təsir göstərən ən başlıca faktorlardan biri qismində çıxış etməkdədir. Elə prezident İlham Əliyev də son çıxışlarında bu məqama diqqət çəkərək bildirib ki, indi hərbi amil Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün mühüm rol oynayır və bundan sonra da ölkəmiz hərbi potensialını gücləndirməkdə davam edəcək.

Bütün bunlar Ermənistanda böyük qorxu yaratmaqla bərabər, onun Qarabağ məsələsində mövqeyinə də ciddi surətdə təsir edir. Mövcud şərtlər daxilində Azərbaycanla hərb müstəvisində üz-üzə gəlməyin Ermənistan üçün fəlakət olacağı düşmən ölkədə açıq etiraf edilir. Elə bu səbəbdən hesab edilir ki, Ermənistan istənilən yolla Azərbaycanla hərbi qarşıdurmadan qaçmalıdır.

Məsələnin bu tərəfinə nəzər salan erməni hərbi ekspert, keçmiş kəşfiyyatçı Vova Vartanov vurğulayır ki, Azərbaycandan fərqli olaraq, Ermənistan ordusunun son illər hərbi istiqamətdə heç bir uğuru yoxdur. Onun sözlərinə görə, Azərbaycan ordusu bütün parametrlər üzrə erməni ordusunu üstələyib: “2018-ci ildə Su-30CM-ləri alacağımızla bağlı şayiələr gəzirdi. Biz hələ də onları görə bilməmişik. Naxçıvan istiqamətində ciddi ərazi itkilərinə məruz qaldıq. Mən il yarım əvvəl xəbərdarlıq etmişdim ki, Azərbaycan tərəfi  Qarabağa gedən əsas nəqliyyat arteriyasını nəzarət altına alacaq. Mənə o zaman məsləhət gördülər ki, panika yaymayım. Hazırda Azərbaycan tərəfi  bizi İranla bağlayan və Qarabağ üçün əsas nəfəslik olan dövlətlərarası yolu Naxçıvan istiqamətindən vizual şəkildə nəzarətdə saxlaya bilir”. Onun sözlərinə görə, Azərbaycan ordusunun növbəti hədəfi Geqarkunik vilayəti olacaq. O, Azərbaycan ordusunun bununla Dağlıq Qarabağın xarici dünya ilə bütün əlaqələrini tam nəzarət altına alacağını deyib. Düzdür, Azərbaycanın Ermənistanda hansısa ərazini hərbi yolla ələ keçirmək niyyəti yoxdur. Amma verilən açıqlama kifayət qədər aydın şəkildə düşmənin hərbi gücümüzdən böyük təlaş içində olduğunu təsdyiqəlyir. Bunu digər erməni hərbi ekspert Van Ambarsumyanın açıqlamaları da təsdiq edir.

Öncə Azərbaycanın, hərbi yolla olsa belə, Qarabağı azad edəcəyinə diqqət çəkən ekspert cari il ərzində savaşın başlanmasını istisna etmir: “Hər şey ona doğru gedir ki, bu ilin yazında və ya yayda, hava şəraiti imkan verəndə Bakı Qarabağda tammiqyaslı müharibəyə başlayacaq”. Onun iddiasına görə, 2018-ci ilin aprelindən bəri Azərbaycan təmas xəttinə quru qoşunlarını cəmləşdirib: “Durmadan belə xəbərlər daxil olurdu ki, Azərbaycan Silahlı Qüvvələri təmas xəttinə quru qoşunlarının hərbi texnikasını, yedəyə alınan artilleriyadan tutmuş özüyeriyən artilleriya qurğularına, reaktiv yaylım atəşi sistemlərinə, piyadaların döyüş maşınlarına, zirehli transportyorlara və əsas döyüş tanklarına qədər irəli çəkib. Böyük miqdarda qüvvə cəmləyiblər. Bu qoşunlar indiyə qədər mövqelərdən geri çəkilməyib. Yəni onlar ön xətdən daimi dislokasiya yerlərinə qayıtmayıblar”. Ambarsumyan onu da əlavə edib ki, bu günlərdə Ermənistanın Tavuş vilayəti ilə sərhəddən Azərbaycan ordusunun bir briqadasını geri çəkiblər və onun yerinə sərhəd qoşunlarını yerləşdiriblər. Həmin briqada isə, Ambarsumyanın iddiasına görə, Azərbaycan ordusunun həmin istiqamətdə hücum potensialını möhkəmləndirmək üçün Qarabağ istiqamətinə “atılıb”. Ambarsumyan bildirib ki, öz gücünə görə Azərbaycanın sərhəd qoşunları balaca müdafiə nazirliyini xatırladır, ordu içərisində ordudur: “Qoşunların bu növünün silahlanmasında hücum texnikası yer almır, əsasən müdafiə təyinatlı texnikaya malikdir, 24 Mi-35M zərbə-döyüş vertolyotu istisna olmaqla”. Erməni hərbi ekspert, habelə, Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin Qarabağ məsələsinin nizamlanmasında dönüş ili ola biləcəyinə dair bəyanatını da xatırladıb. Deyib ki, belə bəyanatla xarici işlər naziri də çıxış etmişdi. Və Ambarsumyanın fikrincə, bütün bunlar 2019-cu ildə Qarabağda kifayət qədər ciddi kəskinləşmə ola biləcəyini göstərir. Ambarsumyanın açıqlamasını şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov “EDnews.net” saytına açıqlamasında maraqlı məqamlara toxunub: “Bəli, Ambarsumyan bəzi fikirlərində haqlıdır. Doğrudan da Azərbaycan ordusu cəbhə xəttində öz gücünü gün-gündən daha əyani şəkildə təzahür etdirir və ordunun hərbi-texniki təchizatını genişləndirir. Bu, Azərbaycan Prezidentinin əmrilə həyata keçirilən bir işdir. Ali Baş Komandanın əmrilə ordumuz tam döyüş hazırlığı vəziyyətinə gətirilir və burada əsas məqsəd Azərbaycanın özünümüdafiəsi, gərəkdiyi anda torpaqlarını işğaldan azad etmək üçün əlverişli vəziyyətdə olmasıdır. Erməni ekspertin fikirlərindəki yalnış məqam ondan ibarətdir ki, o, Azərbaycan ordusunun yaz və ya yay aylarında hərbi əməliyyatlar aparmağa hazırlaşdığını qeyd edib. Peşəkar hərbçilər yaxşı bilirlər ki, belə məsələlər hərbi sirr hesab edilir və gizli saxlanır. Cənab prezidentin də dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan öz torpaqlarını sülh yoluyla qaytarmağa cəhd edir. Ancaq qarşı tərəfin qeyri-konstruktiv mövqeyi Azərbaycanı istəmədiyi bir işi görməyə vadar edə bilər. Düşmən Azərbaycan ordusunun gücünün fərqindədir və yaxşı bilir ki, belə bir mövqe onları uçuruma apara bilər”.

Qazax və Ağstafa rayonları ərazisində Ermənistanla sərhəd xəttinin mühafizəsinin Dövlət Sərhəd Xidmətinə təhvil verilməsinə toxunan ekspert burada ermənilərin narahatlığının əbəs olduğunu vurğulayır: “Bu, uzun zamandır düşünülən bir plan idi. Azərbaycan Prezidentinin qərarı ilə Ağstafa və Qazaxdakı sərhəd postları DSX-nin nəzarətinə verildi. Bu qərar, əslində, Ali Baş Komandanın sülhməramlı niyyətinin təzahürüdür. Çünki Dövlət Sərhəd Xidməti hücum deyil, müdafiə xarakterli strukturdur. Bu qərarla Azərbaycan bütün dünyaya bəyan edir ki, heç bir dövlətə qarşı aqressiyası yoxdur və heç bir dövlətin ərazisinə iddia irəli sürmür. Azərbaycanın yeganə məqsədi işğal altında olan ərazilərini azad etməkdir. DSX illərdir ona verilən bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirir və həm şəxsi heyəti, həm də texniki təchizatı ilə digər sərhəd ərazilərini muhafizə etdiyi kimi, Ermənistanla olan sərhədi də uğurla muhafizə edəcəyini düşünürəm”.

Ekspert diqqəti həm də ona yönəldir ki,  mümkün döyüş əməliyyatlarında Ermənistan ordusunun Azərbaycan əsgəri qarşısında tab gətirməsi sadəcə mümkünsüzdür. Son aylarda Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölüm və yaralanma hallarının sayının kifayət qədər artması da bunun real təsdiqi sayıla bilər. Bunun özü də Qarabağ münaqişəsinin gedişinə təsir göstərən hal sayılır. Şair Ramaldanov da qeyd edir ki, Ermənistan ordusunda baş verən problemlərin cəmiyyətdəki sosial və psixoloji durumla daha çox bağlılığı var: “İllərdir, erməni gəncləri özlərinə aid olmayan torpaqlarda hərbi xidmət keçir və bəziləri burada dünyasını dəyişir, xəsarət alır. Xüsusən aprel döyüşlərindən sonra erməniləri belə bir sual narahat etməyə başladı: “Axı biz niyə özgənin torpaqlarına görə ölməliyik?” Bu, Ermənistanda mütəmadi keçirilən aksiyalarda əsgər analarının və digər ictimai fəalların tez-tez səsləndirdiyi fikirlərdən biridir. Erməni gəncləri Qarabağda xidmət etmək istəmir və haqlı olaraq həyatlarını risqə atmaqdan qorxurlar. Ordunun maddi-texniki təchizatında yaranan problemlər, zabit heyətinin özbaşınalığı və əsas da gənclərin Qarabağda xidmət etmək məsələsindəki “könülsüzlüyü” intizam problemini doğuran əsas səbəblərdəndir”. Bütün bunlar bir daha təsdiq edir ki, hərb sahəsində Azərbaycan Ermənistana istənilən an böyük zərbə endirə bilər və düşmən Silahlı Qüvvələrinin buna müqavimət göstərmək imkanları da yoxdur.

Digər tərəfdən nəzərə alaq ki, ölkənin dinamik tərəqqi parametrlərinə uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrini gündən-günə daha da modernləşdirməkdə, onu istər şəxsi heyət, istərsə də hərbi texnika və digər maddi resurslar baxımından yüksək səviyyədə təchiz etməkdədir. Yüksək səviyyədə verilən açıqlamalardan isə aydın olur ki, qarşıdakı dövr ərzində ordumuzun ixtiyarında Ermənistanı lərzəyə salacaq yeni müasir hərbi texnikaların sayı daha da artacaq. Elə indinin özündə də ən müasir texnikaya malik və mənəvi-psixoloji hazırlıq cəhətdən yüksək səviyyədə olan Azərbaycan ordusu işğal edilmiş əraziləri qısa zaman ərzində tam azad etmək gücündədir. Məhz bu fonda təsadüfi deyil ki, işğalçı dövlətdə Azərbaycan və Ermənistan orduları arasında fərqin böyük sürətlə ölkəmizin lehinə dəyişməsinə dair etiraflar çoxalmaqda və Dağlıq Qarabağ münaqişəsinin həlli hərbi müstəviyə keçəcəyi təqdirdə, bunun onlar üçün əsl fəlakət olacağını qəbul edənlərin sayı sürətlə artmaqdadır. Düzdür, indi Dağlıq Qarabağ münaqişəsinin hələ sülh yolu ilə həllinə ümidlər tükənmədiyindən, Azərbaycan məsələnin hərbi müstəvidə çözümünə lüzum görmür. Bununla belə, Ermənistana və dünya ictimaiyyətinə yaxşı məlumdur ki, zəbt olunmuş ərazilərinin azad edilməsi üçün Azərbaycan beynəlxalq hüquq çərçivəsində hər an hərbi əməliyyatlara başlamaq və ərazilərini az vaxtda düşməndən tam təmizləmək iqtidarındadır. Alınan yeni müasir silahlar isə bu fonda düşməni getdikcə daha çox qorxuya salır. Bundan əlavə, Azərbaycan təkcə hərbi yox, eyni zamanda həm iqtisadi, həm də demoqrafik cəhətdən Ermənistanı üstələməkdə davam edir. Bütün bunlar Qarabağ məsələsində işğalçı ölkəni daha zəif duruma salır, Ermənistanın üzləşdiyi prorblemlərin miqyasını artırır. Azərbaycan isə yaxın tezlikdə düşmən ölkənin Qarabağ konfliktinin dinc yolla çözülməsi üçün əməli addımlar atmasını gözləyir. Yaxın tezlikdə bu əməli addımlar atılmasa, düşməni darmadağın edəcək yeni Qarabağ savaşının başlanması qaçılmaz olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ